Ana səhifə »  Mədəniyyət »  Bakı Kitab Mərkəzində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilib
A+   Yenilə  A-
Bakı Kitab Mərkəzində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilib

Aprelin 18-də Bakı Kitab Mərkəzində Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə bütün kitabsevərləri təbrik edib: “Bütün dünyada qeyd oluna bu gün münasibətilə Azərbaycanda da silsilə tədbirlər keçirilir. Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü Bakı Kitab Mərkəzində ilk dəfə təşkil olunur və mərkəz yeri yaranmasına baxmayaraq qısa zaman ərzində Azərbaycanda kitab işinin təşkilinə və təbliğinə böyük töhfələr verib”.
Bu əlamətdar günün belə möhtəşəm məkanda - kitabsevərlərin yeni görüş yerində keçirilməsini mühüm hadisə adlandıran Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi və mahiyyəti barədə məlumat verib. Bildirib ki, kitab günü, 1995-ci ildə Parisdə, “BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı - UNESCO-nun Baş Konfransında qəbul edilmiş qərarla təsdiqlənib, 1996-cı ildən dünyada, 1997-ci ildən isə Azərbaycanda qeyd olunur. Kitab günü kimi 23 aprel tarixinin seçilməsi təsadüfi deyil. Həmin gün dünya ədəbiyyatında simvolik tarix hesab olunur. Belə ki, 23 aprel Uilyam Şekspir, Migel de Servantes və İnka Qarsilaso de la Veqa kimi dünya şöhrətli yazıçıların ölüm günüdür.
Hər il olduğu kimi, bu il də UNESCO-nun baş direktoru Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı təşkilatın üzv ölkələrinə müraciət ünvanlayıb. Müraciətdə günün əhəmiyyəti, məqsədi barədə məlumat verilib. Hər il UNESCO baş qərargahında və dünyanın müxtəlif ölkələrində nəşriyyatların, kitab evlərinin və aidiyyəti qurumların iştirakı ilə bu əlamətdar günə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir.
Natiq diqqətə çatdırıb ki, UNESCO Baş konfransı 2001-ci ildə qətnamə qəbul edərək, Ümumdünya Kitab Paytaxtı nominasiyasının təsis edilməsini təsdiq edib. UNESCO Ümumdünya Kitab Paytaxtı nominasiyası çərçivəsində hər il qalib şəhərin elan olunması təşkilatın bu sahəyə verdiyi əhəmiyyətin bariz nümunəsidir.
“Ölkə rəhbərliyi tərəfindən kitab irsinin və ənənələrinin qorunmasına böyük diqqət və qayğı göstərilir. Respublikamızda artıq bir ənənəyə çevrilən kitab sərgilərinin, kitab bayramlarının keçirilməsi, yazıçı və şairlərin, mədəniyyət xadimlərinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, elm, mədəniyyət və təhsil sahələrində bir çox beynəlxalq tədbirlərin gerçəkləşməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 30 dekabr tarixli Sərəncamına əsasən, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri ana dilimizə tərcümə edilərək nəşr edilib. Həmçinin, Azərbaycan ədəbiyyatının nümunələri tərcümə edilərək, beynəlxalq kitab sərgilərində yüksək mükafata layiq görülüb.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində müasir infrastruktur yaradılır, yeni kitablar nəşr edilir, qədim əlyazmalar bərpa olunur, tədris sistemində yeni vəsaitlər hazırlanır, beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi bu fəaliyyətin parlaq nümunəsidir. Mərkəz açıldığı vaxtdan ölkəmizin mədəni-ictimai həyatında mühüm yer tutur, çoxsaylı tədbirlərə uğurla ev sahibliyi edir, məşhur şair-yazıçılarla görüşlərə şərait yaradır, gənc nəslin mütaliəyə marağının artırılmasında mühüm rol oynayır”, - deyə Elnur Sultanov vurğulayıb.
Bildirilib ki, cari ilin əvvəlində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində UNESCO-nun İnformasiya Hamı üçün (IFAP) Azərbaycan Milli Komitəsi yaradılıb və yeni yaradılan Milli Komitənin gələcəkdə bu işə də töhfə verəcəyinə əminlik ifadə edilib.
Bu il UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyinin qeyd olunduğunu diqqətə çatdıran E.Sultanov deyib ki, UNESCO Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardandır. Təşkilatla əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan ilk addımlardan biri məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə imzaladığı Sərəncamla UNESCO üzrə Milli Komissiyasının yaradılması olmuşdur.
Fəaliyyət göstərdiyi dövr ərzində UNESCO üzrə Milli Komissiyanın gördüyü işlərə toxunan Elnur Sultanov vurğulayıb ki, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil, irsin qorunması, mədəni abidələrin bərpası, mədəniyyətlərarası dialoq və digər sahələrdə UNESCO xətti ilə çoxşaxəli fəaliyyəti UNESCO dəyərlərinin təşviq edilməsinə böyük töhfə verib: “Ölkəmiz UNESCO ilə mədəniyyət, elm, təhsil, informasiya və kommunikasiya sahələrində geniş əməkdaşlıq əlaqələri qurub, UNESCO ailəsinin nüfuzlu üzvünə və artıq donor dövlətinə çevrilib. Məhz Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü fəaliyyət nəticəsində, Azərbaycanın 2 maddi və 13 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır”.
Diqqətə çatdırılıb ki, görkəmli şəxsiyyətlərimizin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də qurumla əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi, eləcə də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi ilə əlaqədar müvafiq sərəncamlar imzalanıb. İl ərzində ölkə daxilində və xaricində çoxsaylı tədbirlər keçirilməkdədir. Cari ilin sonunda UNESCO-nun baş qərargahında görkəmli mütəfəkkirə həsr olunmuş tədbirin keçirilməsi planlaşdırılır. Belə tədbirlərin keçirilməsi ölməz şairin xatirəsi və yaradıcılığına dərin ehtiramın ifadəsidir. Bundan əlavə, bu il, həmçinin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin UNESCO-nun baş qərargahında qeyd edilməsi nəzərdə tutulur.
Sonda E.Sultanov Heydər Əliyev Fondu, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanan “Azərbaycan sərvətləri” adlı kitabı və Milli Komissiyanın loqosu olan suveniri Bakı Kitab Mərkəzinə təqdim edib.
Öz növbəsinə Günel Rzayeva da rəhbərlik etdiyi Bakı Kitab Mərkəzinin nəşr etdirdiyi kitabları UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanova verib.
Tədbirdə Əqli Mülkiyyət Agentliyinin aparat rəhbəri Natiq İsayev, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu və Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova çıxış edərək ölkəmizdə kitaba olan böyük maraqdan və Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün əhəmiyyətimdən söz açıblar.
Tədbir ədəbi-musiqili proqramla davam edib.

 
  • Oxunub:  5310  |  
  • Tarix:  19-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

25 May 16:17
Avroliqanın final oyunu ilə əlaqədar 450-dək avtobus ayrılacaq
25 May 15:47
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25 May 15:45
Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib
25 May 15:26
Dövlət Gömrük Komitəsinin sədri “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub
25 May 15:19
Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib
25 May 14:43
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
25 May 14:41
Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qaxda vətəndaşları qəbul edib
25 May 14:39
“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır
25 May 14:30
Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır
25 May 14:25
Eldəniz Səlimov: Hər hansı “qarayaxma” kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər
25 May 14:24
Taleh Ziyadov: Bakı Limanının daşıma əməliyyatlarında artım proqnozlaşdırılır
25 May 14:01
Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir
25 May 13:57
Rauf Əliyev: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir
25 May 13:55
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
25 May 13:53
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25 May 13:45
YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
25 May 13:30
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25 May 13:21
Bakıda ilk dəfə “Port Festival” keçirilir
25 May 13:06
Əbülfəs Qarayev: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
25 May 13:02
Baş nazirin müavini: Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir
25 May 13:00
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25 May 12:59
Hüseynbala Mirələmov: “Erməni havasına oynayan” təşkilatlar heç nə əldə etməyəcəklər
25 May 12:54
Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz
25 May 12:37
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25 May 11:41
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
25 May 11:26
ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
25 May 11:02
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb
25 May 10:36
“SÖZ” layihəsi yeni təqdimatda
25 May 10:30
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
25 May 10:28
Bakıda “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir
25 May 10:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı olub
25 May 10:24
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib
25 May 10:22
YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
25 May 10:17
Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu
25 May 10:15
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatında tədbir keçirilib
25 May 10:08
“Nar”-ın da dəstəyi ilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
25 May 10:06
Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır
25 May 10:03
“Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında Azərbaycan-Misir mədəni əlaqələrindən danışılıb
24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri
24 May 21:23
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
24 May 21:18
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
24 May 21:16
28 May - Respublika Günü Uruqvayda qeyd edilib
24 May 21:13
Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24 May 21:04
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24 May 20:44
Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” açılıb
24 May 20:43
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24 May 20:40
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24 May 20:38
Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib
24 May 20:34
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
24 May 19:31
Donald Tramp: ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24 May 19:14
Vergilər Nazirliyində məcburi dövlət sosial sığortasına dair müzakirələr aparılıb
24 May 19:11
Metropoliten könüllüləri Avroliqanın xidmətində
24 May 19:07
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
24 May 18:55
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24 May 18:13
Qafqazşünasların II Beynəlxalq Forumu başa çatıb
24 May 17:49
Bahar Muradova: İdmandan siyasi məqsədlər üçün istifadə olunması yolverilməzdir
24 May 17:42
Əfqanıstan SOCAR-ın bu ölkəyə neft məhsullarının idxalını artırmağı təklif edib
24 May 17:38
Pərvin Kərimzadə: “Amnesty İnternational” təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu da hamıya məlumdur
24 May 17:36
Vitali Kliçko: Bakı şəhərində həyata keçirilən layihələri Kiyevdə tətbiq edirik
24 May 17:34
Bakıda “Caspian Power” idman festivalının təntənəli açılış mərasimi olub
24 May 17:31
Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb
24 May 17:25
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Monakoda keçirilən iqtisadi forumda təmsil olunub
24 May 17:23
Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
24 May 17:19
Bakıda Azərbaycan ilə Belarus arasında hərbi inspeksiya sahəsində əməkdaşlığa dair işçi görüşü keçirilib
24 May 17:06
Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +28
gecə+16 +19