Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Əbülfəs Qarayev Seneqalın mədəniyyət naziri ilə görüşub

Əbülfəs Qarayev Seneqalın mədəniyyət naziri ilə görüşub

13.11.2009 [09:50]

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Konfransı Təşkilatının 40 illik yubiley tədbirləri ilə əlaqədar Bakıda səfərdə olan Seneqal Respublikasının mədəniyyət, frankofoniya və milli dillər naziri Serin Mdu Busso Leyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovun məlumatına görə, görüşdə ölkələr arasında mədəni əməkdaşlığın inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Ə.Qarayev 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar gerçəkləşən çoxsaylı tədbirlərin İslam Konfransı Təşkilatı çərçivəsində mədəni əlaqələrimizin inkişafına layiqli töhfələr verdiyini qeyd edib. Nazir Azərbaycanın Seneqalla mədəni əməkdaşlığının inkişafı üçün konkret təkliflərini bildirib, Seneqalın mədəniyyət nazirini dekabr ayında paytaxtımızda keçiriləcək “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin bağlanış mərasiminə dəvət edib. Görüşdə iki ölkə arasında qarşılıqlı olaraq foto və rəsm sərgilərinin təşkili, həmçinin, digər məsələlər də müzakirə olunub.

Paylaş:
Baxılıb: 1055 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30