Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib

İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib

19.02.2019 [09:47]

İstanbul şəhərində “Türkiyə-Azərbaycan Ortaq Miras” layihəsi əsasında Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı konsert proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konsert İstanbul Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi, Hazar Folklor, Təhsil və Araşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə baş tutub.
Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsert proqramında Azərbaycan Dövlət Rəqs Ansamblının 80 üzvünün ifasında milli rəqslərimizlə yanaşı, “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış balet də təqdim edilib.
Proqramı Rusiya Federasiyasının Xalq artisti, tanınmış xoreoqraf Dikalu Muzakayev hazırlayıb.
Çıxış edənlər bu konsertin uzun illər yadda qalacağına əminliklərini bildirib və ənənə halı almasını arzu ediblər.
Tədbirdə Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı xatırlanıb. Qeyd edilib ki, tarixboyu Azərbaycanla Türkiyə arasında davam edən qardaşlıq bütün dünya ölkələri üçün örnəkdir. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin dövlətlərimiz qarşısındakı tarixi xidmətləri xalqlarımız tərəfindən daim böyük ehtiram hissi ilə yad olunacaq. Prezidentlər İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğunun iki ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da güclənməsinə təkan verdiyi və bunun nəticəsi olaraq ölkələrimizin sürətlə inkişaf etdiyi vurğulanıb.
Rəqsin dünyanın hər yerində qəbul edilən ortaq dil olduğunu deyən çıxışçılar insanların öz tarixlərini, mədəniyyətlərini, kədərlərini və sevinclərini rəqslə ifadə etdiklərini bildiriblər.
Sonra azərbaycanlı rəqqasların ifasında “Qavalla lirik rəqs”, “Bəy”, “Toy”, “Qazağı”, “Tərəkəmə”, “Şalaxo” və digər maraqlı rəqslər tamaşaçılara təqdim olunub.
Konsert proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun, İstanbul Böyükşəhər Bələdiyyəsinin, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin əməkdaşları ilə yanaşı, Türkiyənin tanınmış mədəniyyət və ictimaiyyət xadimləri, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Paylaş:
Baxılıb: 691 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31