Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Azərbaycanlı gənc fleytaçı Fransada “Qızıl açar” mükafatına layiq görülüb

Azərbaycanlı gənc fleytaçı Fransada “Qızıl açar” mükafatına layiq görülüb

12.12.2018 [09:55]

Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali musiqi məktəbinin tələbəsi, azərbaycanlı fleytaçı Ağarəhim Quliyev “Qızıl açarlar” beynəlxalq musiqi müsabiqəsinin fleyta aləti üzrə “Qızıl açar” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, 2018-ci ildə Paris, Bolqarıstan, İsrail, Mərakeş, Pekin, Nyu-York, Sankt-Peterburq, Mayami, Martinik, Qvadelupa, Papeete, Numea, La Reünyon, Vilnüs, Sürix, Praqada keçirilən “Qızıl açarlar” beynəlxalq musiqi müsabiqələrinin mükafatlandırma mərasimi İle-de-France regionunun Le Raincy kommunasında təşkil olunub.
Münsiflər heyətinin tanınmış musiqiçilərdən ibarət olduğu müsabiqədə Paris ali musiqi məktəbinin tələbəsi Ağarəhim Quliyev fleyta aləti üzrə “Qızıl açar” mükafatını qazanıb. O, İtaliya bəstəkarı Pietro Morlaççinin “İl pastore svizzero” musiqisini ifa edib.
Qeyd edək ki, Ağarəhim Quliyev Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali musiqi məktəbinə iki ay əvvəl daxil olub. 2016-cı ildə ölkəmizdə “Multikulturalizm ili” çərçivəsində Beynəlxalq Muğam Mərkəzində gənc Prezident təqaüdçülərinin konsertində onun uğurlu ifası alqışlarla qarşılanıb.
İstedadlı gənc musiqiçi bir neçə beynəlxalq müsabiqəyə qatılıb. O, Estoniyanın Narva şəhərində “Baltika ulduzları” IV Beynəlxalq musiqi müsabiqəsində ölkəmizi təmsil edib. 2012-ci ildə Bakıda ISESCO-nun, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə İslam dünyasının gənc klassik musiqi ifaçılarının birinci beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb.

Paylaş:
Baxılıb: 830 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31