Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Koroğlu” operası yenə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb

“Koroğlu” operası yenə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb

01.12.2018 [11:08]

Səhnə əsərinin budəfəki təqdimatı Xalq rəssamı, Dövlət mükafatı laureatı Tahir Salahovun 90 illik yubileyinə həsr edilib
Aparıcı sənət ocaqlarımızdan olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı hər zaman olduğu kimi, bu dəfə də klassik əsərlərin ən parlaq nümunələri ilə tamaşaçılarının görüşünə gəlib. Belə ki, teatrın 110-cu alqış mövsümündə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının təqdimatı əlamətdar hadisə kimi yaddaşlarda qalıb. Beləliklə, Üzeyir bəy musiqisinin vurğunları noyabrın 28-də bu möhtəşəm sənət əsərinin seyrinə dalmaq üçün teatrın salonuna toplaşmışdılar. İlk dəfə 1937-ci ildə Opera və Balet Teatrının səhnəsinə qoyulan şah əsərin budəfəki təqdimatı isə Xalq rəssamı, Dövlət mükafatı laureatı Tahir Salahovun 90 illik yubileyinə həsr edilmişdi.
Məlum olduğu kimi, Tahir Salahov “Koroğlu” operasının quruluşçu rəssamıdır. Belə ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri sayılan bu operanı həm də Tahir Salahovun monumental və zəngin səhnə tərtibatı, dekorasiyaları bəzəyir. Bayram ab-havalı gecədə teatrın aparıcı solistləri - Xalq artistləri Fidan Hacıyeva, Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Əliəhməd İbrahimov, Tural Ağasıyev, solistlərdən Taleh Yahyayev, Fəhmin Əhmədli və Nurlan Namazov rol alıblar. Opera isə Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunub.
Məlumat üçün bildirək ki, “Koroğlu” operasında monumental, kütləvi xor və rəqs səhnələrində kəndlilərin surəti öz geniş əksini tapır. Rövşən-Koroğlu, Nigar, Həsən xan əsərin əsas personajlarıdır. Bu dəfəki təqdimatda əsərin qəhrəmanı Koroğlu obrazını Əməkdar artist Fərid Əliyev canladırır. Koroğlu mərd, igid sərkərdə olmaqla yanaşı, həm də aşıqdır. Buna görə də musiqidə aşıq üslubu qabarıqdır və Koroğlunun aşıq mahnıları bunun ən bariz nümunəsidir.
Əməkdar artist İlahə Əfəndiyevanın canlandırdığı Nigar obrazı isə öz həqiqi, real cizgilərinə və zərifliyinə görə bəstəkarın yaratdığı qadın obrazları qalereyasında önəmli yer tutur. Nigar Koroğlunu dərin məhəbbətlə sevən bir qızdır. O həm də onun cəsur, qorxmaz məsləkdaşı, xanların zülmünə qarşı haqq səsini ucaldan mübarizə yoldaşıdır.
Qeyd edək ki, Paytaxt sakinləri ilə yanaşı, xarici qonaqların da qatıldığı konsert proqramı maraqla qarşılanıb. Beləliklə, Azərbaycan xalqının qüdrətini, azadlıq mübarizəsini, igidliyini əks etdirən opera böyük uğurla başa çatıb. Sonda tamaşaçılarla dolu olan zal uzun müddət ayaq üstə sənətçiləri alqışlayıb.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 811 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30