Ana səhifə »  Mədəniyyət »  Akademik Tofiq Hacıyev və ortaq türk dili ideyası
A+   Yenilə  A-
Akademik Tofiq Hacıyev və ortaq türk dili ideyası

Ortaq türk dili ideyası xeyli vaxtdır gündəmdədir. Bu ideyanı dəstəkləyənlərdən biri də mərhum akademik Tofiq Hacıyev olub. AZƏRTAC bununla bağlı filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın qeydlərini təqdim edir.
Bəzən insan özünü milyonların içərisində tənha, kimsəsiz hiss edir. Bəzən də insan cəmiyyətdən uzaq bir dağ başında, dərə döşündə qəlbinə yatan, onu anlayan, bir sözlə, insanlığa qiymət verən bir kəslə üz-üzə olanda özünü qaynar bir cəmiyyətin içində hiss edir, qəlbini fəxarət hissi bürüyür.
Qarşında duran şəxsin məqsədi, eşqi, amalı Vətən, dil, millət, haqq-ədalət olanda isə ona inam, etibar, güvən daha da çoxalır, bu cür insanları böyüdüb boya-başa çatdırdığı üçün sənə əbədi məkan olan yurdunla, məkanınla fəxr etməyə bilmirsən.
Yurduna, elminə layiqincə xidmət edən, otuzdan çox elmlər namizədi, ona yaxın elmlər doktoru-alim yetişdirən, “Mirzə Kazım bəyi 215 ildən sonra öz ana dilində” danışdırmağa ilk təşəbbüs göstərən, üç il əvvəl dünyadan köçən akademik Tofiq İsmayıl oğlu Hacıyev belələrindən idi, başqa cür desək, belələrinin mogikanı sayıla bilərdi.
Qarşılaşdığı gənclərin ilk gündən elminə, dünyagörüşünə, dilinə, millətinə sevgisinə, bacarığına xüsusi önəm verən bu millət fədaisi öz arzusuna çatmağa can atanlara kömək göstərməyi heç zaman unutmadı, bunu öz amalına, əqidəsinə, əxlaq kodeksinə çevirdi. Onun qayğısı sayəsində öz əlçatmaz arzusuna qovuşanlardan da biri mənəm. Otuzdan çox elmi kitabın, ondan çox tərcümə kitabının, xarici ölkələrdə nəşr olunan 40 əsərin, yüzlərlə məqalənin müəllifi olan akademik Tofiq Hacıyevin elmi yaradıcılığının əsasını türk dilinə, onun problemlərinə həsr olunmuş əsərləri təşkil edir.
Akademikin türkologiya, türk dilləri, ortaq ünsiyyət dili ilə bağlı məqalələrindən birincisi “Azərbaycan gəncləri” qəzetinin 1970-ci il 12 fevral nömrəsində dərc olunan “İstedadlı türkoloq” məqaləsidir. Məqalədən də görünür ki, o hələ gənc yaşlarından türkologiya ilə dərin maraqlanmış, bu sahədə çalışan alimlərin yaradıcılığına xüsusi diqqət yetirirdi. Bunun ardınca akademik türkologiya məsələləri ilə dərindən və mütəmadi məşğul olur, bir-birinin ardınca “Biz Mirzə Kazım bəyi yaxşı tanıyırıqmı?” (“Ədəbiyyat və incəsənət”, 27 noyabr 1987), “Dilimizin tarixi: onu yaxşı bilirikmi?” (“Azərbaycan gəncləri”, 20 aprel 1989), “Bugünkü türk kitabları” (“Ədəbiyyat” qəzeti, 10 may 1991), “Türkoloji qurultay: gündəliyi və problemlərinin taleyi” (“Ədəbiyyat qəzeti”, 18 noyabr 1996), “Birinci Türkoloji Qurultayda ədəbi dil məsələsi (“Ədəbiyyat” qəzeti, 16 dekabr 2015), “Türk dilində sözün morfoloji inkişafı (Türk dillərinin leksik-morfoloji inkişafı)” (ADU nəşri, 1981, səh 15-25) və digər məqalə və kitablarını çap etdirib. Bütün əsərlərində türkdilli xalqlar üçün ortaq türk dili məsələsini qabardan akademik fikirlərinə “Türklər üçün ortaq ünsiyyət dili” əsərində sanki yekun vurub, öz fikirlərini bu kitabda əks etdirib. Bu əsərin əsas mövzusu dünyada yaşayan türklərin bir-birilərini aydın başa düşmələri, eyni zamanda, onları həm də qırılmaz tellərlə bir-birinə bağlayan ortaq ünsiyyət dili olan türk dili məsələsidir.
Kitabın “Ön söz yerinə” adlanan giriş bölməsi Ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyevin bu cümlələri ilə başlayır: “Müasir türk dünyası yeni yüksəliş mərhələsini yaşayır. Bu gün suverenlik əldə etmiş gənc türk cümhuriyyətlərinin bir sırada inamlı addımları türk dünyasının xoşbəxt sabahından xəbər verir”.
Müəllif qeyd edir ki, “Türk ölkələrinin Rusiya tərəfindən işğalına qədər türk xalqları arasında anlaşma problemi olmamışdır”. Lakin türkdilli ölkələrin rus imperiyası tərəfindən işğalından sonra bu qardaş, dili bir, dini bir millətlər arasında süni uçurumlar yaranmağa, onlar arasındakı sıx əlaqələr zəifləməyə başlamışdır.
Akademik bu məsələ ilə bağlı Engelsin Marksa yazdığı məktubunda öz əksini tapan fikirləri nümunə göstərir: “Engels fikrinə belə şərh verir ki, məsələn, Almaniyada, İngiltərədə, Fransada hər millət öz etnik atributları ilə yaşayır, ancaq Rusiyada hamı rus kimi yaşamalıdır. Və bu ruslaşdırma siyasəti əksəriyyəti rus imperiyasında yaşayan türklərin anlaşma rahatlığını pozdu”.
Görkəmli alimin özü türk xalqlarının başına gətirilən müsibətlər, onların anlaşma rahatlığının nə zamandan pozulduğunu çox gözəl bilirdi. Lakin bu həqiqəti öz dili ilə özü ifadə etmək istəmirdi. Çünki bu fikrin öz yurdunu və dilini sevən bir türkoloq tərəfindən söyləndiyi üçün onun yanlış yozulacağından ehtiyat edirdi. Ona görə də öz fikrini və münasibətini Marksın fikirləri ilə ifadə edir, yüz illərlə yaşadığımız bu müstəmləkə acısı və həsrət hissinin haradan və nə vaxtdan başlandığını dolayısı ilə olsa da, gələcək nəsillərə çatdırırdı.
Akademik bu məsələdə XIX əsrin 80-ci illərində Krım-tatar ideoloqu İsmayıl bəy Qaspıralının türk birliyi üçün “İşdə, fikirdə, dildə bir” ideyasını rəhbər tutaraq, türk xalqları arasında digər əlaqələrin başlanğıcının da bu ideyadan qaynaqlandığını ilk dəfə olaraq irəli sürdü. Alim bir olmağın, birləşməyin, böyük bir xalqın (eyni zamanda, bütün türk xalqlarının) taleyinin gələcəkdə yalnız bu birlikdən asılı olduğunu dəlillərlə sübut edir. Müəllif bununla bağlı yazır: “XX əsrin əvvəllərində Azərbaycanda Əli bəy Hüseynzadə (Turan), Türkiyədə Ziya Göyalp bu ideyanı yaşatdılar və inkişaf etdirdilər. Əlbəttə bir olmaq, bir məsləkə qulluq etmək yolunda bir dildə ünsiyyət saxlamağın, həqiqətən, böyük əhəmiyyəti var. Bu birlik ideyası ortaq türk dili ideyasını yaratdı. Bu məsələ müzakirə oluna-oluna, çözülə-çözülə sovetlərə qədər uzandı. 1926-cı il Bakı Türkoloji qurultayında gündəliyə düşdü, 1937-ci il repressiyasından sonra qəti olaraq dayandı. Bir də Sovet İttifaqı dağılandan sonra, müstəqil türk dövlətlərinin yaranması ilə Türkiyədə Uluslararası türk dili qurultaylarında bu mövzu yenidən qaldırıldı”.
Tofiq Hacıyev illərdən bəri öz dilinin, xalqının, yurdunun böyüklüyünü bütün dünyaya bəyan etmək, göstərmək və sübut etmək istəyib. Mahmud Kaşğari, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı və Ziya Göyalp kimi şəxsiyyətlərin arzularının davamçısı, vərəsəsi kimi çıxış edir, bu işi başa çatdırmağı özünün bir vətəndaş, türklük borcu sayırdı. Bu ideyanı həyata keçirməyi özünün şərəfli vəzifəsi hesab edir, müxtəlif türk xalqlarının nümayəndələri ilə türk dili ilə deyil, başqa bir xarici dillə ünsiyyət qurmağı hər bir türk üçün həqarət sayırdı. O, Mahmud Kaşğarinin “Türkün ürəyinə girmək üçün onunla onun dilində danışmaqdan başqa yol yoxdur” fikrini əsas tutaraq yazırdı: “Müxtəlif coğrafiyalardan olan türkün türkcə danışmasında xüsusi bir mənəvi-psixoloji hissiyyat, doğmalıq duyulur”.
Görkəmli türkoloq yaşadığımız dövrdə türk xalqlarının inkişafi, dil birliyi üçün hər cür şəraitin yarandığını söyləyir, bu işin həyata keçirilməsində dövlətimizin başçısı İlham Əliyevin də böyük səylər göstərdiyini vurğulayaraq, onun aşağıdakı fikirlərini sitat gətirir: “Türkün dünyası böyük dünyadır. Biz elə etməliyik ki, türk dünyası daha da sıx birləşsin. Bunu etmək üçün bütün imkanlar vardır”.
Böyük türkoloq ortaq türk dilinin yaranması, türk dünyasının inkişafı və çiçəklənməsinə göstərilən dövlət qayğısının genişlənməsindən qürurlanır və bundan böyük fəxarət hissi duyaraq yazırdı: “Türk dövlət başçılarının sammitlərində hamının anlayacağı bir türk dili işlənsə, gözəl olar, ürəkaçan bir atmosfer olar”.
Akademik Ulu öndər Heydər Əliyevin riyazi dəqiqliklə düsturlaşdırdığı “Biz bir millət, iki dövlətik” ifadəsinə böyük qiymət verərək bu cür birliyi təkcə Türkiyə və Azərbaycan arasında deyil, digər altı müstəqil türk dövlətinin - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan və Türkiyə arasında olmasını arzulayırdı. Müəllif adları qeyd olunan türk dövlətləri arasında birliyin, möhkəmliyin, dostluğun əbədi olmasını türklər üçün ümumi ünsiyyət dilinin yaranmasında görürdü. Ömrünü, fəaliyyətini türk dillərinin tarixi köklərinin inkişafının araşdırılmasına həsr edən türkoloq ortaq türk dili tərəfdarlarının digər türkdilli respublikalarda da olduğunu qeyd edir və məsələ ilə bağlı 2000-ci il aprelin 8-də “Dədə Qorqud” kitabının 1300 illik yubileyinə gələn Qırğızıstanın məsul dövlət adamının “Biz bir millət, altı dövlətik” ifadəsini yüksək dəyərləndirirdi.
Tofiq Hacıyev ortaq ünsiyyət dili olan türk dilinin digər türk dillərinin sıradan çıxması əsasında yaranmasının əleyhinə idi. O, hər bir türk xalqının öz dilini inkişaf etdirməklə yanaşı, ortaq türk dili yaradıb, digər xarici dillərin köməyi olmadan həmin ortaq ünsiyyət dilindən - türk dilindən yararlanmasını arzulayırdı. Mahmud Kaşğaridən başlanan, İsmayıl bəy Qaşpıralı və Əli bəy Hüseynzadə yaradıcılığında çiçəklənən bu ideyanın qarşısında duran məqsədin səhv başa düşülməsini istəməyən bu Vətən sevdalı alim 2001-ci ildə mətbuata müsahibəsində belə deyirdi: “Ümumi türk dili formalaşa bilməz. Kimsə ana dilindən əl çəkib təzə dil yaratmaz. Sadəcə, müasir türk dillərindən birini ümumi ünsiyyət dili kimi qəbul etmək olar. Bu ümumi ünsiyyət dili sənin həmişə işlətdiyin ana dilinin yerinə gəlmir. Sən ailədə, işdə dostlarınla həmişə işlətdiyin ana dilində danışacaqsan. Ümumi ünsiyyət dilini başqa türkcələrin nümayəndələri ilə ünsiyyətdə, beynəlxalq tədbirlərdə işlətməlisən, o, sənin dil açdığın dili, beşik dilini sıxışdırmamalıdır, yoxsa bütün türklər tərəfindən sevilməz, ana dilinə şərik sayılar. Ana dili Tanrı gücündə varlıqdır. Tanrı da ki, bildiyimiz kimi, şərik sevməz”.
Bu cavabda alimin təkcə öz dilinə, ortaq ünsiyyət dili olacaq türk dilindən əlavə digər türk dillərinə - qazax, qırğız, özbək, türkmən dillərinə də olan sevgisi özünü büruzə verir. O bilir ki, öz kökündən üzülən ağac nə qədər nəhəng olsa da, son anda məhvə məhkumdur. O, türklər üçün ortaq ünsiyyət dili olan “Türk dili”nin daha da inkişaf etmiş, şaxələnmiş müxtəlif türk dilləri əsasında qurulması arzusunda olduğunu qabardır.
Azərbaycanın yurdsevər oğulları həmişə öz doğma dilinin qayğısına qalmış, onun gələcək taleyi ilə bağlı narahatlıqlar yaşamışlar. Dilimizə olan yad təsirlərin, təzyiqlərin nəticəsində onun təsir dairəsinin nə vaxtsa daralması qorxusu onları rahat buraxmırdı. Onlar türk xalqlarının get-gedə bir-birindən uzaq düşməsinin son nəticədə uçurumlar yaradacağından qorxaraq, həmişə bu fikri yaradıcılıqlarının əsas mövzusuna çevirmişlər. Bu ayrılmaların son nəticəsindən qorxan böyük Azərbaycan şairi Almas İldırım
“Türk elləri bir-birinə yadlanır,
Qazax, qırğız, özbək,
türkmən adlanır”
- deyə haray çəkirdi. O, sanki böyük türkcəmizin bölünə-bölünə öz böyüklüyünü itirəcəyindən ehtiyat edirdi.
Türkiyə türkcəsinin ortaq ünsiyyət dili səviyyəsinə keçməsi uğrunda mübarizə aparan akademik Tofiq Hacıyev isə Almas İldırımın bu narahatlığını onun şairliyindən irəli gələn emosional bir narahatlıq adlandırır və bununla bağlı yazırdı: “Bir ana dili əsasında dil ailəsinin yaranması və onun tərkibindəki dillərin getdikcə ana dildən və eləcə də tədricən törəyən başqa qohum dillərdən fərqlərinin artması ictimai-tarixi təbii hadisədir, elmin qəbul və təsdiq etdiyi faktdır. Dillərin ayrılması və getdikcə uzaqlaşması dilin inkişaf qanunudur. Zərərli, ziyanverici hadisə deyil”.
Beynəlxalq tədbirlərdə əcnəbi dillərin hegemon rola malik olduğunu, bu dillərin işlək olduğunu görən böyük alim özünün bəxtinə yazılmış, şirin türk dilinin bu səviyyədə inkişaf etməməsini, bəlkə də, qüruruna sığışdırmırdı. Ədəbiyyatı, incəsənəti, tarixi, ədəbi nümunələri cəhətdən daha zəngin olan bir xalqın, heç olmasa, türkdilli xalqlar arasında özlərinə yaraşan bir dildə ünsiyyət qurmaq arzusunu ürəyində bir dərd kimi yaşadırdı. Yüz illər boyu vətənpərvər övladlar tərəfindən ürəklərdə yaşayan bu dərd, bəlkə də, nə vaxtsa öz dərmanını tapacaq və yad dillərin yardımına ehtiyac duyulmayacaq. Onda təkcə akademik Tofiq Hacıyevin yox, eyni zamanda, Ulu Mahmud Kaşğari, Krım tatarı İsmayıl bəy Qaspıralı, Azərbaycanın yurdsevər övladı Əli bəy Hüseynzadə (Turan) və Türkiyə ziyalısı Ziya Göyalpın ruhları şad olacaq.

 
  • Oxunub:  9390  |  
  • Tarix:  24-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək
16 İyul 20:03
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub
16 İyul 19:51
Dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur
16 İyul 19:48
İsrailin Vergi Orqanının baş direktoru yeni Bakı Limanının fəaliyyəti ilə maraqlanıb
16 İyul 19:44
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16 İyul 17:49
Azərbaycan dövlətinin uzun illərə söykənən qadın siyasəti var
16 İyul 17:47
Donald Tuskun Cənubi Qafqaz turnesi: "Şərq tərəfdaşlığı"nda yeni mərhələ kontekstində
16 İyul 17:45
Azərbaycanla Əfqanıstanın nəqliyyat və İKT sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb
16 İyul 17:39
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 İyul 17:31
Azərbaycanın Xarici İşlər naziri Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri ilə görüşüb
16 İyul 17:20
Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə məlumatlandırılıb
16 İyul 17:13
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində proqram təminatından istifadə qaydaları üzrə təlim keçirir
16 İyul 17:09
Bakıda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16 İyul 17:06
Biləsuvarda məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatı yaxşılaşdırılır
16 İyul 16:57
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində regional dinləmələr davam edir
16 İyul 16:54
Nazirlik: Respublikada bu günədək 3 milyon tondan çox taxıl yığılıb
16 İyul 16:48
Lerikdə “Dövlət gənclər siyasətində partiya gənclərinin rolu” mövzusunda müzakirələr aparılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25