Ana səhifə »  Mədəniyyət »  “The Jerusalem Post” qəzeti X Qəbələ Beynəlxalq Musiqi Festivalından yazır
A+   Yenilə  A-
“The Jerusalem Post” qəzeti X Qəbələ Beynəlxalq Musiqi Festivalından yazır

Mən bir neçə gün əvvəl gözəl Qəbələ şəhərində oldum, israilli dostlarımla birgə Yerusəlim Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun fortepiano və orkestr üçün 4 nömrəli konsertini dinlədim. Mən oturub fikirləşirdim: Azərbaycan Respublikası - Cənubi Qafqazın gözəl və qonaqpərvər ölkəsi, İsrailin Avrasiyada strateji tərəfdaşı dünya səviyyəli gözəl musiqiçilərin bir araya gəldiyi məkana, əsl dostluq, əməkdaşlıq, tərəfdaşlıq, tolerantlıq və həqiqi multikulturalizm platformasına necə çevrilib. Qürur duyuram ki, məşhur Yerusəlim Simfonik Orkestri X Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan-İsrail mədəni əməkdaşlığı inkişaf etməkdə davam edir” sərlövhəli məqaləsində yazıb.
Məqalə müəllifinin yazdığına görə, bu mövsümdə 80 illik yubileyini qeyd edən Yerusəlim Simfonik Orkestri 1930-cu illərin sonunda Fələstin radiosunun orkestri kimi yaradılıb. 1948-ci ildə Milli Radionun Orkestrinə çevrilib və “Kol Israel Orchestra” kimi tanınıb. 1970-ci illərdə orkestrin heyəti genişləndirilib və İsrail radiosunun Yerusəlim Simfonik Orkestrinə çevrilib.
“X Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun dəstəyilə keçirilib. Ongünlük festival pianoçuların yubiley müsabiqəsini, klassik musiqi axşamlarını və ənənəvi folklor musiqisindən ibarət konserti əhatə edib”, - deyə Arye Qut məqaləsində yazır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına müraciətində qeyd edilir ki, Azərbaycan xalqı öz mədəniyyətini, dilini, ədəbiyyatını, poeziyasını və musiqisini həmişə qiymətləndirib. Muğam, aşıq sənəti, xalq mahnıları və rəqsləri əsrlərin dərinliklərindən müasir dövrümüzə qədər bizə gəlib çatıb.
Arye Qut məqaləsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın beynəlxalq festivalın iştirakçılarına təbrik məktubundan sitatlar da gətirib: “2018-ci il bizim üçün əlamətdar bir ildir. Bu il Azərbaycan Xalq Cümhuriyyəti - bütün müsəlman Şərqində ilk dəfə çoxmillətli və çoxpartiyalı parlamenti olan, qadınlara kişilərlə bərabər seçki hüquqlarının verildiyi respublikanın yaranmasının 100 illiyi qeyd edilir. Yüz il əvvəl də, indi də xalqımızın demokratiya və azadlıq uğrunda tarixi seçimi dəyişməz qalıb... Azərbaycanda klassik musiqi sənəti hər zaman yüksək qiymətləndirilib. Şərq və müsəlman aləmində ilk opera məhz Azərbaycanda yaranıb və səhnəyə qoyulub. Təsadüfi deyil ki, ölkəmiz regionun qeyri-rəsmi “musiqi paytaxtı” adını qazanıb. Azərbaycanda mütəmadi olaraq müxtəlif növ və janrlar üzrə çoxsaylı musiqi festivalları təşkil edilir. Qəbələ festivalı onların arasında xüsusi yer tutur... Qəbələ festivalı Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında yeni və gözəl ənənənin təməlini qoyub, beynəlxalq musiqi tədbirlərinin sırasında öz layiqli yerini tutub. Klassik musiqi peşəkarları və pərəstişkarları arasında onun nüfuzu getdikcə artır”.
Dünya şöhrətli dirijor və violonçel ifaçısı, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonski isə “The Jerusalem Post” qəzetinə məxsusi müsahibəsində deyib: “Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun gözəl təşəbbüsüdür. Bu tədbir təşkilatçılığına görə dünyada keçirilən beynəlxalq musiqi festivalları arasında ən yaxşılarından biridir. Ənənəvi olaraq hər il keçirilən festivalda dünyanın ən məşhur musiqi qrupları, kamera və simfonik orkestrləri, dünya şöhrətli ifaçılar və musiqiçilər öz bacarıqlarını nümayiş etdirmək məqsədilə bir yerə toplaşırlar”.
Dmitri Yablonski mədəniyyət və incəsənət sahələrində Azərbaycan və İsrail arasında dostluq münasibətlərinə öz dəstəyini ifadə edərək deyib: “Azərbaycan, həmçinin bir neçə etnik və dini qrupun, o cümlədən zərdüştiliyin, xristian və yəhudi icmalarının vətənidir. Yəhudi xalqı Azərbaycanda hər hansı diskriminasiya, sıxışdırma, təhqir, təqib və ya antisemit hərəkətlə heç vaxt qarşılaşmayıb. İsrail Dövləti Azərbaycanda yəhudi icmasına olan səmimi və xüsusi münasibətə görə Prezident İlham Əliyevə minnətdarlığını və dərin ehtiramını dəfələrlə bildirib”, - deyə Dmitri Yablonski əlavə edib.
Yerusəlim Simfonik Orkestrinin direktoru Yair Ştern “The Jerusalem Post” qəzetinə məxsusi müsahibəsində bildirib ki, Azərbaycan-İsrail münasibətləri pozitiv strateji tərəfdaşlıqdır. “Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl modelidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarıdır. Azərbaycan multikulturalizmin və tolerantlığın milli ənənələrinin inkişafı və möhkəmləndirilməsi üçün zəruri siyasi və sosial şəraitin yaradılması istiqamətində mühüm addımlar atıb”, - deyə Ştern qeyd edib.
Arye Qut məqaləsində diqqətə çatdırır ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalı təkcə xarici qonaqlar üçün deyil, Qəbələ sakinləri üçün də mənəvi birliyin uğurlu platformasına çevrilib. “Bu cür festivalların məqsədi xoşməramlı insanlar arasında əlaqələrin sərhədlərini genişləndirməkdir. Təcrübə göstərir ki, bu cür tədbirlər özünü daha çox doğruldur. Birincisi, incəsənətin istənilən forması kimi, musiqi sərhəd və milliyyət tanımır. O, insanlarla hər hansı diplomatdan daha yaxşı dildə danışa bilər. Elə bir dildə ki, insanlar tərəfindən qəlbən başa düşülür və bəşəriyyət tərəfindən icad olunmuş bütün ciddi coğrafi və ərazi sərhədlərini aşaraq insanları birləşdirir. İkincisi, Azərbaycanın musiqi mədəniyyəti dünya mülkiyyətinə çevrilir. Azərbaycan bəstəkarlarının əsərləri dünyanın ən yaxşı musiqiçilərinin proqramlarına daxil edilib”, - deyə Arye Qut vurğulayır.
Məqalə müəllifinin fikrincə, Qəbələ festivalının özünəməxsusluğu həm də bu möhtəşəm konsertlərə sərbəst girişin olmasındadır. “Musiqisevərlər özlərinə yaxşı yer tutmaq üçün hər axşam kamera musiqisi zalının ətrafına yığışırdılar. Sonra insanlar daha böyük konsert üçün açıq səma altında quraşdırılmış səhnənin yerləşdiyi məkana toplaşdılar. Açıq səma altında konsertlər müstəsna dərəcədə populyardır. Bu konsertlərə faktiki olaraq o qədər tamaşaçı gəlmişdi ki, festivalın təşkilatçıları bir neçə dəfə yük maşınlarında əlavə stullar gətirərək onları səhnəyə baxan yaşıl yamacda quraşdırmalı oldular. Hər konsert səmimi alqışlarla başa çatırdı”, - məqalə müəllifi nüfuzlu “The Jerusalem Post” qəzetində belə yazır.
Arye Qutun fikrincə, intəhasız isti və günəşli günlər, sakit axşamlar və aylı gecələr dünyanın ən yaxşı musiqiçilərinin ürəyincə idi. “Qəbələ Beynəlxalq Musiqi festivalı Qafqaz dağlarının düz ətəyində, ağacların sıx olduğu gözəl məkanda keçirilib. Festival insanı valeh edir, gözəllik və musiqi mükəmməlliyi barədə dərin təəssürat oyadır, yaddaşlara həkk olunur. Bu festival mahiyyətcə, klassik musiqi bayramıdır, lakin muğam - Azərbaycanın ənənəvi xalq musiqisi X Qəbələ Beynəlxalq Musiqi Festivalını çox gözəl tamamlayırdı. Muğam festivalın ayrılmaz hissəsidir.
Azərbaycan multikulturalizmi reallıqda da Qəbələ Beynəlxalq Musiqi Festivalında öz əksini tapmışdı. Bu, xalqların, mədəniyyətlərin, dinlərin və musiqinin yanaşı yaşamasını və harmoniyasını əks etdirirdi və bunları yalnız Azərbaycanda görmək olar”, - deyə Arye Qut İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində fikrini yekunlaşdırır.

 
  • Oxunub:  10350  |  
  • Tarix:  16-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+32 +37
gecə+20 +24