Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Bakıya "Dialoq paytaxtı" statusunun verilməsi təklif olunub

Bakıya "Dialoq paytaxtı" statusunun verilməsi təklif olunub

14.10.2009 [09:38]

“İSESKO-ya daxil olan ölkələr arasında Avropa Şurasının (AŞ) üzvü olan yeganə dövlət Azərbaycandır”. Bu sözləri İSESKO-nun baş katibi Əbdüləziz Əl Tüveycrinin İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransındakı çıxışında səsləndirib.
AŞ ilə Azərbaycanın mədəniyyət sahəsindəki əməkdaşlıq münasibətlərindən danışan Əl Tüveycri Azərbaycanın Avropa Şurasının mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik, mədəni turizm və digər bu kimi sahələrdə həyata keçirdiyi layihələrdə iştirakını diqqətə çatdırıb.
Konfrans çərçivəsində irəli sürülən fikirlərin müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqinə öz töhfələrini verəcəyinə əmin olan Avropa Şurasının Mədəniyyət və Mədəni İrs Direktorluğunun rəhbəri Robert Palmer isə bunun üçün real işlər və konkret tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. “Artıq “Dialoq Paytaxtı” ideyası üzərində düşünməliyik” - deyən R.Palmer ilk olaraq “Dialoq Paytaxtı” statusunun Bakıya verilməsini təklif edib. Bu statusu daşımağın, statusu təsdiqləməyin böyük məsuliyyət tələb etdiyini deyən qonaq, Azərbaycan dövlətinin bu təşəbbüsləri daha da inkişaf etdirərək 2011-ci ildə “ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” təşkil edəcəyini diqqətə çatdırıb. O, hər kəsi bu qlobal təşəbbüsə dəstək verməyə və təşkilində yaxından iştirak etməyə dəvət edib.

Paylaş:
Baxılıb: 981 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30