Ana səhifə »  Mədəniyyət »  “Mir Cəlal. Biblioqrafiya”sı və “Mir Cəlal milli idealları” kitablarının təqdimatı olub
A+   Yenilə  A-
“Mir Cəlal. Biblioqrafiya”sı və “Mir Cəlal milli idealları” kitablarının təqdimatı olub

Aprelin 30-da XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən nəşr olunmuş “Mir Cəlal. Biblioqrafiya”, Nizami Cəfərovun “Mir Cəlal milli idealları” kitablarının və “Mir Cəlal-110” elektron məlumat bazasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təşkil olunan tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, ədibin 110 illik yubileyi münasibətilə nəşr olunmuş “Mir Cəlal. Biblioqrafiya”sında görkəmli yazıçının həyat və yaradıcılığına aid zəngin materiallar, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapıb.
Diqqətə çatdırılıb ki, ikinci dəfə çap olunan biblioqrafiyanın layihə rəhbəri mədəniyyət naziri Əbülfəs Qarayev, “Ön söz” müəllifi Xalq Yazıçısı Elçindir.
Sonra tədbir iştirakçıları Mir Cəlalın ömür yolundan və zəngin yaradıcılığından bəhs edən filmə baxıblar. Filmdə ədibin yaradıcılığı 3 istiqamət üzrə - elmi, pedaqoji və yazıçı kimi işıqlandırılıb.
Yazıçının 100 illiyi ilə bağlı UNESCO-nun baş qərargahında keçirilən möhtəşəm tədbiri xatırladan mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub.
Nazir deyib ki, ilk biblioqrafiyanın çapından ötən 12 il ərzində, görkəmli ədiblə bağlı kifayət qədər əlavə materialların çap olunduğunu nəzərə alan Milli Kitabxana yazıçının anadan olmasının 110 illiyi münasibətilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından daha mükəmməl və fundamental biblioqrafiya hazırlayıb. Oxuculara təqdim olunan bu biblioqrafiya daha da təkmilləşdirilib, yeni bölmələr və yarımbölmələr əlavə edilib. Burada ilk dəfə verilmiş “Mir Cəlalın əsərləri dünya kitabxanalarında” bölməsində toplanan sənədlər ölməz sənətkarın irsinin bütün dünyada geniş yayılmasının əyani sübutudur.
Əbülfəs Qarayev söyləyib ki, Mədəniyyət Nazirliyi tərəfindən başlanılan “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı və “Füzuli sənətkarlığı” əsəri Türkiyədə çap olunub.
Çıxışının sonunda nazir Mir Cəlalın 1950-ci ildə Çexiyada çex dilində işıq üzü görən “Bir gəncin manifesti” romanının bərpa olunmuş nüsxəsini ədibin oğlu, ADA Universitetinin rektoru Hafiz Paşayevə təqdim edib. Qeyd edilib ki, bu yazıçının rus dilindən sonra xarici dilə tərcümə olunmuş ilk əsəridir.
Akademik Nizami Cəfərovun “Mir Cəlal milli idealları” kitabının da ədibin irsinin daha geniş şəkildə öyrənilməsinə dəyərli töhfə olduğunu deyən Ə.Qarayev belə əsərlərin çapını həm ədəbiyyatımıza, həm də ədəbiyyatşünaslığımıza ən gözəl xidmət adlandırıb.
Tədbirdə “Mir Cəlal. Biblioqrafiya”sının “Ön söz” müəllifi, Xalq Yazıçısı Elçin Əfəndiyev ədibi həm yazıçı, həm də ədəbiyyatşünas alim kimi xarakterizə edərək onun əsərlərinin əbədiyaşarlığından söz açıb.
“Mir Cəlal müəllimi ilk dəfə nə zaman gördüyüm yadıma gəlmir, amma onu bir müəllim, bir professor kimi kəşf etdiyim gün dəqiq yadımdadır və heç zaman da yadımdan çıxmayacaq: 1 sentyabr 1960-cı il. Mir Cəlal müəllim qələmini iki istiqamətdə sınayıb - bədii ədəbiyyat və ədəbiyyatşünaslıq. O, hər iki sahədə böyük uğur qazanaraq, bunlar arasında çox gözəl vəhdət yaratmışdı. Bu, heç də hər istedadlı adama nəsib olan xoşbəxtlik deyil. Mir Cəlal müəllim nə qədər böyük yazıçı, nasirdirsə, o qədər də böyük ədəbiyyatşünasdır.
O, xoşbəxt bir yazıçıdır. Ona görə ki, bütün yaradıcılığı sovet dövrünə düşməsinə baxmayaraq, əsərləri bu gün də aktualdır, sevilə-sevilə oxunur. Mir Cəlal müəllim tədqiqatçı, ədəbiyyatşünas kimi ideologiyaya yox, elmə xidmət edib”, - deyə Xalq Yazıçısı vurğulayıb.
“Mir Cəlal. Biblioqrafiya”sının birinci və ikinci nəşrlərinə “Ön söz” yazdığını söyləyən Elçin Əfəndiyev deyib ki, bu biblioqrafiya get-gedə böyüyür. Ona görə ki, o, bir yazıçı kimi yaşayır. Onun yaradıcılığı haqqında əsərlər, məqalələr yazılır, tədqiq olunur. Nə qədər Azərbaycan ədəbiyyatı var, Mir Çəlal müəllim yaşayacaq və hər zaman sevilə-sevilə oxunacaq.
Akademik Nizami Cəfərovun “Mir Cəlal milli idealları” kitabını ədibin irsinin araşdırılması və tədqiqi baxımından yüksək qiymətləndirən Xalq Yazıçısı bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov böyük ziyalı haqqında söz deməyin çox böyük şərəf olduğunu, bu cür şəxsiyyətimizin olması ilə fəxr etdiyini söyləyib. O qeyd edib ki, “Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanları, “İnsanlıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Anket Anketov”, “Şərbət” və digər hekayələri ilə görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Ədib, eyni zamanda, ömrünün sonunadək dərs dediyi Bakı Dövlət Universitetində (BDU) elmi-pedaqoji fəaliyyətlə məşğul olub, XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək söyləyib ki, XX əsrdə ədəbi fikirdə öz sözünü demək heç də asan deyildi. Mir Cəlal məhz sözünü deyən böyük yazıçılardan olub. Özünəməxsus yaradıcı keyfiyyəti ilə seçilən yazıçı Azərbaycan ədəbiyyatında roman janrına yeni nəfəs gətirməklə bu sahədə özünəməxsus məktəb yaradıb. Ədibin əsərlərində irəli sürülən ideyalar bu günümüz üçün də kifayət qədər aktualdır. Onun həm elmi, həm də bədii yaradıcılığı tədqiqat mövzuları olaraq daim diqqətdədir və araşdırılır.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, hər iki kitabın ərsəyə gəlməsi alimin yaradıcılığına verilən ən ali dəyərlərdən biridir: “Təqdimatına toplaşdığımız hər iki kitab elmi-tədqiqat obyekti kimi alimin irisinin araşdırılmasında vacib mənbələrdən hesab edilir. Mir Cəlal Paşayev alim kimi tələbələrinə böyük dəstək olub, qayğı göstərib. Onun haqqında yazanda, ilk növbədə, insanın gözündə onun oriyentasiyası, səs tembri canlanır. Mir Cəlalın yaradıcılığı şəxsiyyətini tamamlayırdı. Təvazökar yaradıcılığa və xarakterə malik olan böyük alim hər zaman özünün xeyirxahlığı və insanpərvərliyi ilə ətrafdakıların sevimlisinə çevrilib. O, nə qədər təvazökar, sakit alim təəssüratı bağışlasa da, yaradıcılığı olduqca peşəkar və şedevr idi. Mir Cəlal yaradıcılığı bu gün bütün dünyada təbliğ və tədqiq olunur”.
Xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, akademik Vasim Məmmədəliyev, professorlar Təhsin Mütəllimov və Buludxan Xəlilov çıxış edərək böyük ədəbin zəngin yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Sonra “Mir Cəlal-110” elektron məlumat bazasının təqdimatı olub.
Alimin ailəsi adından oğlu, “ADA” Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək belə bir tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Atasının xatirəsinə göstərilən ehtiramdan məmnunluğunu ifadə edən Hafiz Paşayev, vaxtilə alimin tələbəsi olan insanları bir arada görməkdən məmnunluğunu ifa edib. O, atası ilə bağlı xatirələrini bölüşərək yaradıcılığından söz açıb, Mir Cəlal Paşayevin yaradıcılığının gələcək nəsillər üçün də örnək olduğunu vurğulayıb.

 
  • Oxunub:  6030  |  
  • Tarix:  01-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

17:05
20 Oktyabr
Pərviz Şahbazov: İtaliyada TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq
17:00
20 Oktyabr
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
16:54
20 Oktyabr
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
16:49
20 Oktyabr
Budapeştdə güləş üzrə dünya çempionatı başlayıb
16:37
20 Oktyabr
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
16:32
20 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib
16:29
20 Oktyabr
Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir
13:44
20 Oktyabr
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
13:40
20 Oktyabr
Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
13:30
20 Oktyabr
Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir
13:20
20 Oktyabr
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub
13:15
20 Oktyabr
Ekspert: İnvestisiya mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır
12:57
20 Oktyabr
Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir
12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA