Ana səhifə »  Mədəniyyət »  Həyat formulu: Görkəmli bakılılar - Solomon Qusman və Lola Barsuk haqqında kitab
A+   Yenilə  A-
Həyat formulu: Görkəmli bakılılar - Solomon Qusman və Lola Barsuk haqqında kitab

Dərin düşünən insan həmişə həyat, tale, bu dünyada qismətinə düşən günləri necə yaşaması barədə fikirləşir. Elə nümunə varmı ki, ona istinad edə biləsən, elə bir yol varmı ki, səni əsaslanacağın prinsiplərə yönəltsin... Həyat formulunu tapmaq, təəssüf ki, heç də hamıya nəsib olmur. Bu formul fərdi, unikaldır. Lakin elə insanlar var ki, onların həyatı yol göstərən ulduz ola biləcək həmin nümunə, həmin formuldur.
Məşhur bakılı, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın “Həyat formulu: atam və anam haqqında kitab”ı məhz bu cür insanlara həsr edilib. Xatırladaq ki, Mixail Qusman məşhur “Hakimiyyət formulu” televiziya verilişinin müəllifidir; prezidentlər, öz həyat tarixçəsi, taleyi ilə tanınmış dövlət xadimləri bu verilişin qonağı olublar. Onun kitabı da verilişi kimi maraqlı və cəlbedici alınıb.
M.Qusman kitabı öz valideynlərinə, məşhur bakılılar, görkəmli şəxsiyyətlər - professor Solomon Qusmana və filoloq, pedaqoq, professor Lola Barsuka həsr edib. “Bu kitab onlar haqqında və onların dövrü haqqında, onların yaşadıqları həmin parlaq, namuslu, qüsursuz həyat haqqındadır”, - deyə müəllif “Ön söz”də yazır. Bəli, Solomon Qusman və Lola Barsuk öz həyat formulunu yaradıblar: sadəlik, təvazökarlıq, vicdanlılıq, borc hissi və məsuliyyət üstəgəl bir-birinə, övladlarına, doğmalarına və yaxınlarına, insanlara böyük məhəbbət. Oxucu elə ilk səhifələrdən bu kitabın qəhrəmanlarının təkcə övladları Mixail Qusmana və Yuli Qusmana deyil, həm də bu kitab sayəsində çoxlarına miras qoyduqları həyat formulunu duyacaq.
Biz kitabda Qusmanların nəsli haqqında məlumat alırıq; onların sırasında ədəbiyyatçılar, neftçilər, musiqiçilər, inşaatçılar, həkimlər... var. Onların hamısı əsl bakılı kimi öz şəhərlərini seviblər, onun rifahı naminə çalışıblar. Məsələn, Mixail Qusmanın babasının qardaşı inqilaba qədər Dənizkənarı bulvarın direktoru olub. Müəllif doğmaları haqqında xatirələrində yazır ki, o zaman bu bulvar dənizin sahilində botanika bağını xatırladırdı.
Vurğulamaq lazımdır ki, bu kitab keçən əsrin 40-70-ci illər Bakısının özünəməxsus tarixidir. Bu tarixi indi o qədər də çox insan xatırlamır, lakin onun ruhu Bakının dar küçələrində və həyətlərində yaşayır. O, səs-küylü, bir-birinin köməyinə yetişməyə hər zaman hazır olan xeyirxah qonşuların olduğu həyətlərdə yaşayır. Mixail Qusmanın kitabında Bakı, bax, bu cür canlandırılır.
Mixail Qusmanın atası Solomon Qusman 1904-cü il mayın 9-da, anası Lola Barsuk 1916-cı il aprelin 7-də dünyaya gəlib. Solomon Qusman uzun illər Bakıda Xəzər donanmasında həkim işləyib, Böyük Vətən müharibəsi cəbhələrində həkim kimi fəaliyyət göstərib. Hərbi xidmətini başa vurduqdan sonra ömrünün sonunadək ona doğma olan Sabunçu xəstəxanasında işləyib. Solomon Qusman həm də Bakıda tanınmış alim idi. O, professor olaraq Tibb İnstitutunda dərs deyib və kafedra müdiri olub. Lola Barsuk 20 il Xarici Dillər İnstitutunda elmi işlər üzrə prorektor işləyib, sonra M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunda xarici dillərin tədrisi metodikası və ingilis dilinin leksikası kafedralarına rəhbərlik edib.
Onlar cəmiyyətdə mühüm yer tutublar. Lakin bu ailə öz sadə, təvazökar həyatı ilə fərqlənib. O zaman Qusmanlar Pyotr Montin küçəsində üçotaqlı mənzildə yaşayırdılar. Namuslu həyat onlar üçün hər şeydən üstün idi. Məsələn, tədbirlərin birində Lola Barsukla görüşərkən Heydər Əliyev özü onun işini qiymətləndirmişdi: “Bilirsiniz, Lola Yuryevna, mənim bundan əvvəlki vəzifəmdə (DTK rəhbərliyini nəzərdə tutur) mənə ali məktəb müəssisələrinin demək olar ki, bütün rəhbərləri barədə müxtəlif arayışlar, bəzən iftiralar, hətta donoslar gətirirdilər. Onları çox ağır günahlarda, lakin hər şeydən əvvəl, əlbəttə ki, rüşvətxorluqda ittiham edirdilər. Bəzən ədalətli, daha çoxu ədalətsiz olurdu. Siz isə Bakıda ali məktəbin yeganə rəhbərisiniz ki, haqqınızda heç vaxt bu cür sənəd daxil olmayıb”.
Professor Lola Barsukun tələbələri sırasında həyatda uğur qazanan çoxsaylı insanlar, tanınmış jurnalistlər, professorlar, diplomatlar var. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, peşəkar diplomat Fəxrəddin Qurbanov və bir çoxları onun tələbələri olublar.
Kitabda Qusmanlar ailəsi ilə bağlı maraqlı hadisələr təsvir edilib. Solomon Qusman Bakıya tez-tez gələn Vladimir Mayakovski və Sergey Yeseninlə tanış idi. Yesenini elə həkim Qusman Sabunçu xəstəxanasında müalicə etmişdi. Bir dəfə isə o, gəmi təmiri zavodunun xəstəxanaya çox ağır zəhərlənmə ilə gətirilmiş 137 fəhləsini ölümdən qurtarmışdı. Buna görə Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırov onu “SSRİ səhiyyə əlaçısı” nişanı ilə təltif etmişdi. Bakıya gəlmiş İosif Stalini müşayiət etmək üçün Xəzər donanmasının ən yaxşı həkimi kimi cəbhədən geri çağırılmışdı. Stalin buradan ABŞ prezidenti və Böyük Britaniyanın Baş naziri ilə görüşmək üçün Tehrana getməli idi.
Solomon Qusman Bakıya, doğma şəhərə çox sadiq idi. Moskvaya, ona təklif edilən yüksək vəzifəyə getməyə razılıq verməmişdi. Bu cür cəlbedici təkliflər Lola Barsuka da olunmuş, o da imtina etmişdi. Professor Adil Baxşəliyev Solomon Qusman haqqında belə yazır: “O, təkcə kafedra müdiri, məşhur professor, yaxşı həkim deyil, hər şeydən əvvəl gözəl keyfiyyətlərə malik insan idi. Kafedrada səmimi, xeyirxah münasibətlərin olmasına çalışırdı. Deyərdi: elə etmək lazımdır ki, evdə iş üçün darıxasan, işin sonunda isə ev üçün darıxasan. Professor Qusman böyük və kiçik vəzifəli əməkdaşlar arasında heç vaxt fərq qoymazdı. O, kimin nəyə ehtiyacı olduğunu bilirdi, onunla 40 il işləmiş sanitarların ad günündə bütün həkimləri toplayar, onlara gül və hədiyyələr aparardı”.
Ata Qusmanı tanıyan hər kəs onu xeyirxah, səmimi, eyni zamanda, ciddi və prinsipial adam kimi xatırlayır. Mixail Qusman kitabında belə bir ştrix verib: “Əgər o, kiməsə “Mən sizə əl uzatmayacağam” desəydi, görüşəndə əlini arxasında qoşalaşdırardı. “Qeyd etməliyəm ki, bunu etmək çox çətindir. Mən özüm bunu bir dəfə sınadım. Uzadılan əli sıxmamaq, praktiki olaraq, mümkün deyil”.
Mixail Qusman valideynlərinin həyatını sanki baş verənlərin şahidi kimi elə canlı təsvir edir ki, oxucu o illərin mühitinə, bənzərsiz aurasına düşür. Axı bütün bunların hamısı olub; bu cür xeyirxah, vicdanlı, səmimi, özünü sevimli işinə həsr edən insanlar olub. Bu bakılılarla qürur duymaq olar. “Mənim gənclik illərimdə Bakıda özünəməxsus fantastik dostluq mühiti var idi. Məsələ təkcə bu gün multikulturalizm adlandırılan milli tərkibin unikallığında deyil. Moskvadan Bakıya iş üçün və ya qonaq gələn dostlarım başa düşə bilmirdilər, necə ola bilər ki, mən tək və ya Yuli ilə, ya da bütöv bir kompaniya ilə Torqovı küçəsində qarşımıza çıxan beş nəfərdən dördü ilə salamlaşır, hətta qucaqlaşır və öpüşürdük. Onlar fikirləşirdilər ki, bu hansısa oyun formasıdır. Əslində isə hamı bir-birini tanıyırdı”, - deyə M.Qusman ovaxtkı Bakı haqqında belə yazır.
Kitabda Mixail Qusmanın çox maraqlı xatirələri var. Məsələn, o, bir dəfə böyük Azərbaycan müğənnisi Müslüm Maqomayein kompaniyasına necə düşdüyünü, Stalinin Bakıda oğlunun olduğu, sonra onun başına nələr gəldiyi haqqında söhbətlərin necə şahidi olduğunu xatırlayır.
Maraqlıdır ki, Solomon Qusman və Lola Barsuk neçə-neçə insanın həyatında mühüm rol oynayıb, silinməz izlər qoyublar. Kitabda həmin insanların - professorların, müəllimlərin, həkimlərin, yazıçıların kitabın qəhrəmanları barədə xatirələrini oxumaq mümkündür.
Mixail Qusman kitab yazmaq fikrinə bir neçə il əvvəl düşmüşdü. Müəllif yazır ki, xatirələri AZƏRTAC-da agentliyin rəhbəri Aslan Aslanovun dəstəyi ilə toplamağa başladılar. Mixail Qusman bu kitabla, demək olar, bizə valideynlərimizi sevməyi, onlarla keçirdiyimiz hər dəqiqənin qədrini bilməyi öyrədir. Axı nə qədər ki bizim valideynlərimiz var, yaşımızdan asılı olmayaraq, biz onların uşaqlarıyıq. Onun kitabı valideynlərə yazılmış himndir. “Məhz onların insani qüdrəti, qüsursuz tərbiyəliliyi, dərin zəkası və fenomenal xeyirxahlığı mənim üçün həyatım boyu can atdığım, təəssüf ki, əlçatmaz zirvələrdir, - deyə müəllif yazır. - Bu, təkcə gözəl sözlər deyil, mənim bu insanların miqyasını dərk etməyim, bundan başqa, bizim hamımızın həyatımızın faciəsini dərk etməyimdir - çünki bu cür insanlar həyatdan gedirlər”.

 
  • Oxunub:  6090  |  
  • Tarix:  29-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu

17:32
16 İyul
Fərrux Haqverdiyev: “Təxribat cəhdlərinin qarşısının alınmasında hər zaman dövlətimizin yanında olacağıq”
16:58
16 İyul
Mədəniyyət Naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək
16:40
16 İyul
Bu ilin birinci yarısında Samux rayonu iqtisadiyyatının bütün sahələrində artım dinamikası davam edib
16:32
16 İyul
Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub
16:29
16 İyul
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğunun birgə məlumatı
16:25
16 İyul
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib
15:55
16 İyul
Mahir Abbaszadə: Azərbaycan vətəndaşları dövlətin yanındadır və sabitliyi pozmaq istəyən qüvvələrə qarşı hər zaman öz sözünü deməyə hazırdır
15:52
16 İyul
Azay Quliyev: Ermənilər Gəncə hadisələrinə özlərinin sanki nicat yolu kimi baxırdılar
15:49
16 İyul
Rusiya-Azərbaycan dostluğunun gələcəyini gənclər müəyyən edir
15:48
16 İyul
Dünyəvi dövlətin sarsılmazlığı Gəncə hadisələrinin sifarişçiləri üçün ən ağır cəzadır
15:19
16 İyul
Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin Zirvə toplantısı keçirilib
14:48
16 İyul
Brenda Şaffer: TANAP layihəsi təkcə Azərbaycan üçün deyil, dünya üçün böyük nailiyyətdir
14:46
16 İyul
“Prezidentin ilk 100 günü” adlı tədbir keçirilib
14:28
16 İyul
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub
14:12
16 İyul
ƏƏSMN və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İB arasında özünüməşğulluq sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
14:06
16 İyul
İranlı nazir: Azərbaycana səfərim zamanı səhiyyə sahəsində bir sıra razılıqlar əldə olundu
14:00
16 İyul
Mediaya diqqət və qayğı Azərbaycanda bu sahədə aparılan dövlət siyasətinin mühüm göstəricisidir
13:42
16 İyul
Professor Akkan Suver: Azərbaycanda sabitliyin qorunması region ölkələri üçün həyati əhəmiyyət daşıyır
13:34
16 İyul
Gəncədə törədilən hadisələr göstərir ki, bir qrup şəxs ölkədə çaxnaşma salmaq istəyir
13:29
16 İyul
Məhluqə Qaramanlı: Azərbaycanda güclü olan xalq-iqtidar birliyini heç bir qüvvə poza bilməz
13:00
16 İyul
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verildi
12:45
16 İyul
Türkiyədəki 15 iyul hadisələrinin ikinci ildönümü ilə əlaqədar Bakıda anım mərasimi təşkil edilib
12:29
16 İyul
ADA Universitetində regional enerji təhlükəsizliyi üzrə simpozium işə başlayıb
12:27
16 İyul
Bakıda “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib
12:23
16 İyul
Cavid Osmanov: Azərbaycan güclü dövlətdir və heç bir qüvvə ölkəmizdəki sabitliyə xələl yetirə bilməz
12:21
16 İyul
Mirzəcan Xəlilov: Təxribatçı qüvvələr heç vaxt bizim birliyimizi poza bilməyəcəklər
12:18
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyində TÜRKPA nümayəndə heyəti ilə görüş olub
12:04
16 İyul
Əli Həsənov: “Milli iradəyə qalib gəlmək mümkün deyil”
11:31
16 İyul
Gənc heydərçilər hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar
11:25
16 İyul
Mübariz Qurbanlı: Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə din adı altında gizlənmiş radikal qruplardır
11:05
16 İyul
Səyyar “ASAN xidmət” davam edir
10:59
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində növbəti reyd keçiriblər
10:54
16 İyul
Dilarə Cəbrayılova: Gəncədə baş verən hadisə dövlətimizə, suverenliyimizə qarşı yönələn bir təxribatdır
10:51
16 İyul
Energetika Nazirliyi Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası ilə bağlı qiymətləndirmələr aparacaq
10:24
16 İyul
Şahin Mustafayev: Çin şirkətləri Azərbaycana 800 milyon dollara yaxın investisiya qoyub
10:22
16 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 96 dəfə pozub
20:26
15 İyul
DİN: Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib
20:22
15 İyul
Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb
16:54
15 İyul
Kann şəhər merinin müavini: Azərbaycan mədəniyyəti günləri əlaqələrimizi daha da zənginləşdirib
16:51
15 İyul
Alen Bezye: Kann şəhərinin sakinləri mədəniyyət günləri sayəsində Azərbaycanı yaxından tanıyırlar
16:45
15 İyul
Gəncə hadisələri ilə bağlı daha bir neçə şəxs saxlanılıb
16:43
15 İyul
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15:27
15 İyul
Dövlət sərhədində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb
14:52
15 İyul
Türkiyədə 15 iyul - Demokratiya və Milli Birlik Günü qeyd olunur
14:40
15 İyul
Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib
14:40
14 İyul
Gəncədə törədilən cinayətlər ölkəmizin ən böyük sərvəti olan sabitliyi pozmaq cəhdi idi
14:35
14 İyul
Avropa İttifaqının və NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Prezident, Ali Baş Komandanın dünyadakı nüfuzunun göstəricisidir
14:29
14 İyul
Gəncə hadisələrində iştirakda təqsirləndirilən üç nəfər həbs edilib
11:51
14 İyul
Yarım ildə BTC ilə 16,5 milyon ton neft göndərilib
11:48
14 İyul
Kamilə Əliyeva: Xaricdən idarə edilən bəzi internet resursları insanları təxribatlara yönləndirir
11:46
14 İyul
İlin birinci yarısında Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3,65 milyard kubmetrdən çox qaz ötürülüb
11:41
14 İyul
Flora Qasımova: NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan üçün ciddi siqnaldır
11:38
14 İyul
Azərbaycan əhalisinin sayı 9 milyon 929 min 513 nəfərə çatıb
11:37
14 İyul
Sumqayıt şəhəri üçün ilin birinci yarısı uğurlu olub
11:30
14 İyul
Mirhəsən Seyidov: Gəncə hadisələrinin arxasında Azərbaycanın inkişafını istəməyən qüvvələr dayanır
11:25
14 İyul
Heydər Əliyev fenomeni: dünəndən bu günümüzə, bu gündən sabahımıza salınan körpülər
11:19
14 İyul
Miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə minib
11:17
14 İyul
Aydın Quliyev: Azərbaycana qarşı olanların, separatizmi dəstəkləyənlərin Gəncədəki məlum hadisələri törədən xəyanətkarları müdafiə etməsi çox mətləblərdən xəbər verir
11:13
14 İyul
Bakı Dövlət Universitetində tyutorlara sertifikatlar təqdim olunub
11:10
14 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 92 dəfə pozub
20:29
13 İyul
Bakıda Misirin milli bayramı qeyd edilib
20:01
13 İyul
Brüsseldə qəbul edilən qərarlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu siyasi-hüquqi baxımdan bir daha möhkəmləndirmiş oldu
19:43
13 İyul
Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların roluna dair seminar keçirilib
19:05
13 İyul
Aydın Hüseynov: Prezident İlham Əliyevin xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər mühüm yer tutur
18:41
13 İyul
Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi geniş qeyd olunub
18:12
13 İyul
Elman Nəsirov: Brüsseldə imzalanmış sənədlərlə razılaşmaq məcburiyyətində qalan Paşinyan məğlub statusundadır
18:05
13 İyul
AMEA Gəncə Bölməsinin əməkdaşı: İntellektual gənclik terrorun, şiddətin qəti əleyhinədir
18:02
13 İyul
Səmərəsiz səfər: Qərbə üz tutan erməni prezident əliboş qayıdıb
17:44
13 İyul
Federiko Renzi: Azərbaycan multikulturalizm sahəsində nümunəvi modelə sahibdir
17:42
13 İyul
Tvinninq layihəsi çərçivəsində görülən işlər müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+24 +27