Ana səhifə »  Mədəniyyət »  Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə Milli Musiqi bayramı kimi qeyd edilir
A+   Yenilə  A-
Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə Milli Musiqi bayramı kimi qeyd edilir
Sentyabrın 18-i - dahi üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə Milli Musiqi bayramı kimi qeyd edilir. Bu, həqiqətən böyük bayramdır: həmin gün biz dahi bəstəkarın, öz məsləkdaşı Müslüm Maqomayevlə birlikdə haqlı olaraq Azərbaycan professional musiqisinin banisi hesab edilən üzeyir bəyin möhtəşəm melodiyalarını bir daha - yüzüncü, mininci, bəlkə də milyonuncu dəfə dinləmək, onların dərin mənası üzərində bir daha düşünmək imkanı əldə edirik.
Böyük sənətkarın əsərlərində elə bir ecazkar qüvvə var ki, hər kəs - musiqiyə birbaşa aidiyyəti olanlar da, olmayanlar da bu əsərlərin ruhunu anlayır, hiss edir. Bir də ki, hər bir həqiqi azərbaycanlının daxilində özünəməxsus bir musiqi səslənməsinə şübhə etməyə dəyməz. Bu təsəvvür bəlkə də xeyli dərəcədə onunla əlaqədardır ki, hamımızın sevdiyi və çox populyar olan xalq musiqisinin onlarca nümunəsi, onun qüdrətli qollarından biri olan muğamlar - “Rast”, “Şur”, “Segah”, “Bayatı Kürd”, “Qarabağ şikəstəsi” ... bizim milli ruhumuzla həmahəngdir.
Bu il Bakıda “Muğam dünyası” mövzusunda beynəlxalq elmi simpozium keçirilən günlərdə mən “Bizə ruh verən muğam” adlı bir məqalə yazmışdım. Elə simpozium günlərində mətbuatda çap edilmiş həmin məqalədə mən beynəlxalq forumun təşkilatçısı, Heydər Əliyev Fondunun  prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan milli mədəniyyətinin qorunub saxlanması və inkişaf etdirilməsində misilsiz xidmətləri olan Mehriban xanım Əliyevanın simpoziumda açıqladığı fikirlərinə istinad etmişdim. ölkəmizin birinci xanımı Azərbaycanın mədəni həyatında baş verən bir sıra hadisələrlə, o cümlədən müasir musiqi ilə muğam arasında çox sıx əlaqələr olmasını, muğam sənətinin sərrafı üzeyir bəyin öz yaradıcılığı ilə ənənəvi muğam və müasir Azərbaycan musiqisi arasında özünəməxsus körpü yaratmağa müvəffəq olmasını vurğulamışdı. üzeyir bəy 1908-ci ildə “Leyli və Məcnun” operasını - müsəlman Şərqində ilk operanı yaratmaqla Azərbaycanda milli opera sənətinin və bütövlükdə peşəkar bəstəkar yaradıcılığının əsasını qoymuşdur. ötən əsrin 30-cu illərində isə Hacıbəyli Azərbaycan musiqi xəzinəsinə daha bir inci bəxş etdi. “Koroğlu” operası kimi bir şedevr yaratdı. Bu möhtəşəm səhnə əsəri milli musiqi sənətimizin klassik nümunəsinə çevrildi.
Beləliklə, Fikrət Əmirov, Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Şəfiqə Axundova və bir sıra bəstəkarların gələcək uğurlarının təməli qoyulmuş oldu. Məsələn, Fikrət Əmirovun simfonik muğamları vaxtilə ABŞ-da görkəmli dirijor Leopold Stokovskinin rəhbərliyi ilə Boston orkestrinin ifasında səslənmişdir. Azərbaycan bəstəkarlarının sonrakı nəslinin  nümayəndələri Soltan Hacıbəyov, Arif Məlikov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Firəngiz Əlizadə və başqaları XX əsr Azərbaycan musiqisinin nailiyyətlərini daha da zənginləşdirmişlər.
üzeyir Hacıbəylinin ad günü ərəfəsində dahi sənətkarın daha bir xidmətini xatırlamaq yerinə düşər. O, Azərbaycan xalq musiqisinin əsaslarına həsr edilmiş nadir tədqiqat işini öz davamçılarına miras qoyub getmişdir. Müəllif bu əsərdə müxtəlif muğam ladları  əsasında yeni musiqi əsərlərinin yaradılması mexanizmlərini şərh etmişdir. Muğama həsr edilmiş simpoziumda Mehriban xanım Əliyevanın dediyi kimi, neçə-neçə nəslin sevdiyi,  dildən düşməyən çoxsaylı əsərlərin müəllifi olan bu dahi bəstəkar həm ənənəvi muğam musiqisini, həm də Avropa simfonizmini eyni dərəcədə başa düşməyə, onların gözəlliklərini duymağa imkan verən musiqi təhsili sistemi yaratmışdır.
ü.Hacıbəylinin möhtəşəm yaradıcılığı buna əyani sübutdur. Əvvəlcə onun özünün, sonralar isə şagirdlərinin və davamçılarının əsərləri bütün coğrafi hüdudları və dil maneələrini dəf edərək müxtəlif xalqlar arasında geniş yayılmış və sevilmişdir. Təkcə “Arşın mal alan” musiqili komediyasının adını çəkmək kifayətdir. Milli musiqi üslubu ilə Avropa professional musiqi bəstəçiliyi texnikasının sintezinə əyani nümunə olan bu əsər 40 dilə tərcümə edilmiş, dünyanın onlarca ölkəsinin səhnələrində tamaşaya qoyulmuşdur.
Sonralar Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri dünyanın bir sıra səhnələrində göstərilmiş, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti 30-a yaxın ölkənin tamaşaçıları tərəfindən alqışlanmışdır. Azərbaycan bəstəkarlarının əsərləri daim beynəlxalq müsabiqələrdə, musiqi simpoziumlarında, festivallarda səslənir, öz bənzərsizliyi, təravəti və yeniliyi ilə dinləyicilərin və tamaşaçıların ruhunu oxşayır. Məncə, bunun bir səbəbi də həmin əsərlərin “dilinin” dinləyicilər üçün anlaşıqlı və maraqlı, onların köklərinin doğma xalq musiqisinə bağlı olmasıdır.
Deyirlər, sənətkar öz milli mədəniyyətinə yalnız o halda xeyir verə bilər ki, o özü həmin mədəniyyətin içində, onun kontekstində yaşasın. Hörmətli Xalq yazıçımız Anara məxsus olan bu fikirlə razılaşmamaq çətindir. İstedadlı musiqiçilər ailəsində böyümüş üzeyir bəyin həyat və yaradıcılığı bunu təsdiq edir. Məlum olduğu kimi, o, xalq musiqisini kiçik yaşlarından öyrənmiş və sevmişdi, yaxşı muğam oxuyur, tar çalırdı. Bu qüdrətli istedadın mayası musiqi ilə yoğrulmuşdur.
Dəfələrlə yəqin etmişəm ki, həqiqətən yaxşı musiqi insanın qəlbinə yol tapır, xüsusi bir ovqat yaradır, hissləri oyadır, xatirələri canlandırır, müxtəlif assosiasiyalar doğurur. Musiqini dinlədikcə sanki insan yüksəklərə ucalır, ulu Tanrıya daha yaxın olur. Yaxşı musiqi bizi ruhən saflaşdırır, ucaldır. Bizə bu cür nemət bəxş edənlərə daim minnətdar olmalıyıq. özü də bu sözlər təkcə musiqini yaradanlara aid deyil. Musiqini ifa edənlərdən də çox şey asılıdır.
Bu məqamda maestro Niyazinin fitri dirijorluq sənətini xatırlamaq istərdim. Musiqi bu insanın qanına-canına hopmuşdu. Maestro özü də gözəl musiqi nümunələri bəstələyirdi. Onun Azərbaycan bəstəkarlarının əsərlərini necə coşqun ilhamla təqdim etdiyini təsvir etməyə söz tapmaq çətindir. O, üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev və digər bəstəkarların şah əsərlərini dinləyicilərə xüsusi şövqlə  çatdırırdı.
Adətən, Azərbaycan musiqi sənətindən söz düşəndə mütəxəssislər onun janr rəngarəngliyini xüsusi qeyd edirlər. Bu da Hacıbəylidən başlanmışdır. Mahnı, romans, kamera-instrumental və simfonik janrın əsasını qoyanlardan biri o deyildimi?! İlk Azərbaycan kantataları, xalq çalğı alətləri orkestri üçün ilk əsərlər onun ilhamının məhsulu deyilmi?! Azərbaycan mədəniyyətinin patriarxının milli operanın və musiqili komediyanın banisi olması isə hamıya məlumdur.
Onun varisləri də eyni yol ilə getdilər. Qara Qarayev və Cövdət Hacıyevlə bərabər Arif Məlikov, Xəyyam Mirzəzadə, Musa Mirzəyev, Oqtay Zülfüqarov da instrumental pyeslər, trio və kvartetlər yazmışlar. ötən əsrin 50-60-cı illərində Soltan Hacıbəyov, Cahangir Cahangirov, Rauf Hacıyev və Vasif Adıgözəlovun skripka üçün konsertlərinin ardınca Elmira Nəzirovanın fortepiano üçün konsertləri, onun Fikrət Əmirovla birlikdə yazdığı ərəb mövzularında konsert və bir sıra başqa gözəl əsərlər yaranmışdır. Haqlı olaraq dünya şöhrəti qazanmış Tofiq Quliyev isə ən müxtəlif janrlarda saysız-hesabsız mahnılar bəstələmişdir.
ötən əsrin axırlarında coşqun inkişafının növbəti mərhələsinə qədəm qoymuş Azərbaycan musiqi mədəniyyəti müstəqillik illərində daha yüksəklərə pərvazlanmışdır. Azərbaycan musiqiçilərinin yaradıcılıq axtarışları davam edir. İncəsənət xadimlərimiz bu gün də maraqlı ideyalar irəli sürür, müasir musiqi mədəniyyətinin ən yaxşı ənənələrinə, yaşlı nəslin nümayəndələrinin, ilk növbədə böyük üzeyir Hacıbəylinin qazandığı sənət nailiyyətlərinə, milli folklordan qaynaqlanan prinsiplərə əsaslanaraq, dünyada çox populyar olan musiqi əsərlərinin yeni parlaq nümunələrini yaradırlar.
Deyirlər, sivilizasiyanın uğurları istedadlı insanların sayı ilə ölçülür. Tarixin ayrı-ayrı mərhələlərini təmsil edən, əcdadlarımız və müasirlərimizlə gələcək nəsillər arasında əlaqə yaradan məhz belə insanlardır. Yuxarıda deyilənlərin mahiyyətinə dərindən varanda, öz yaradıcılığı ilə dünya mədəniyyəti xəzinəsinə əvəzsiz töhfələr vermiş Azərbaycan xalqının görkəmli nümayəndələrini xatırlayanda, bu sözlərin həqiqət olduğu şübhə doğurmur.
Elmira ƏLİYEVA,
AzərTAc-ın müxbiri

 
  • Oxunub:  16650  |  
  • Tarix:  18-09-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

25 May 16:17
Avroliqanın final oyunu ilə əlaqədar 450-dək avtobus ayrılacaq
25 May 15:47
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25 May 15:45
Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib
25 May 15:26
Dövlət Gömrük Komitəsinin sədri “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub
25 May 15:19
Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib
25 May 14:43
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
25 May 14:41
Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qaxda vətəndaşları qəbul edib
25 May 14:39
“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır
25 May 14:30
Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır
25 May 14:25
Eldəniz Səlimov: Hər hansı “qarayaxma” kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər
25 May 14:24
Taleh Ziyadov: Bakı Limanının daşıma əməliyyatlarında artım proqnozlaşdırılır
25 May 14:01
Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir
25 May 13:57
Rauf Əliyev: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir
25 May 13:55
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
25 May 13:53
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25 May 13:45
YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
25 May 13:30
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25 May 13:21
Bakıda ilk dəfə “Port Festival” keçirilir
25 May 13:06
Əbülfəs Qarayev: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
25 May 13:02
Baş nazirin müavini: Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir
25 May 13:00
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25 May 12:59
Hüseynbala Mirələmov: “Erməni havasına oynayan” təşkilatlar heç nə əldə etməyəcəklər
25 May 12:54
Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz
25 May 12:37
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25 May 11:41
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
25 May 11:26
ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
25 May 11:02
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb
25 May 10:36
“SÖZ” layihəsi yeni təqdimatda
25 May 10:30
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
25 May 10:28
Bakıda “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir
25 May 10:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı olub
25 May 10:24
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib
25 May 10:22
YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
25 May 10:17
Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu
25 May 10:15
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatında tədbir keçirilib
25 May 10:08
“Nar”-ın da dəstəyi ilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
25 May 10:06
Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır
25 May 10:03
“Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında Azərbaycan-Misir mədəni əlaqələrindən danışılıb
24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri
24 May 21:23
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
24 May 21:18
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
24 May 21:16
28 May - Respublika Günü Uruqvayda qeyd edilib
24 May 21:13
Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24 May 21:04
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24 May 20:44
Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” açılıb
24 May 20:43
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24 May 20:40
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24 May 20:38
Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib
24 May 20:34
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
24 May 19:31
Donald Tramp: ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24 May 19:14
Vergilər Nazirliyində məcburi dövlət sosial sığortasına dair müzakirələr aparılıb
24 May 19:11
Metropoliten könüllüləri Avroliqanın xidmətində
24 May 19:07
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
24 May 18:55
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24 May 18:13
Qafqazşünasların II Beynəlxalq Forumu başa çatıb
24 May 17:49
Bahar Muradova: İdmandan siyasi məqsədlər üçün istifadə olunması yolverilməzdir
24 May 17:42
Əfqanıstan SOCAR-ın bu ölkəyə neft məhsullarının idxalını artırmağı təklif edib
24 May 17:38
Pərvin Kərimzadə: “Amnesty İnternational” təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu da hamıya məlumdur
24 May 17:36
Vitali Kliçko: Bakı şəhərində həyata keçirilən layihələri Kiyevdə tətbiq edirik
24 May 17:34
Bakıda “Caspian Power” idman festivalının təntənəli açılış mərasimi olub
24 May 17:31
Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb
24 May 17:25
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Monakoda keçirilən iqtisadi forumda təmsil olunub
24 May 17:23
Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
24 May 17:19
Bakıda Azərbaycan ilə Belarus arasında hərbi inspeksiya sahəsində əməkdaşlığa dair işçi görüşü keçirilib
24 May 17:06
Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +28
gecə+16 +19