Ana səhifə »  Mədəniyyət »  Heydər Əliyev Mərkəzində tanınmış rəssam Alfons Muxanın sərgisi açılıb
A+   Yenilə  A-
Heydər Əliyev Mərkəzində tanınmış rəssam Alfons Muxanın sərgisi açılıb

Fevralın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində “Alfons Muxa: gözəllik axtarışında” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.
Muxa Fondu ilə qarşılıqlı əməkdaşlıq şəraitində təşkil edilən sərginin açılış mərasimində bu fondun prezidenti, Alfons Muxanın nəvəsi Con Muxa sərginin bu möhtəşəm binada təşkil olunmasından məmnunluğunu vurğulayaraq deyib: “Mən sizin gözəl ölkənizə və şəhərinizə səfər etməkdən məmnunam. Ümidvaram ki, bundan sonra ölkənizə daha çox səfər edəcəyəm”.
Con Muxa qeyd edib ki, 2018-ci il Çexiya, istərsə də Azərbaycan üçün mühüm ildir. Belə ki, bu il Çexiya dövlətinin qurulmasının 100 illiyi qeyd edilir. Eləcə də bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi qeyd olunacaq.
“Siz sərgidə babamın əsərləri ilə ölkəniz arasında bir sıra bağlantını duyacaq və müşahidə edəcəksiniz”, - deyən Con Muxa dünya şöhrətli rəssamın əsərləri sırasında Sibirdə bir qadının əks olunduğunu, həmin qadının məhz şal ilə təsvir olunduğunu qeyd edib.
Rəssamın nəvəsi diqqətə çatdırıb ki, kəşməkəşli vaxtlarda, böhranların hökm sürdüyü zəmanədə yaşamış babasının yaratdığı əsərlərin əsas məqsədi insanlar arasında körpülər salmaq, münaqişələrə yol verməmək olub.
Sərginin kuratoru Tomako Sato Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Alfons Muxanın sənətinə bu cür qayğı ilə yanaşmasını, bu layihənin gerçəkləşdirilməsində göstərdiyi dəstəyi vurğulayaraq ona dərin təşəkkürünü bildirib. O deyib: “Bu sərgidə rəssama məhz dünya şöhrəti gətirən əsərləri nümayiş etdirilir. O, əsərlərində adi təbii hüdudları aşaraq, ümumiyyətlə, bəşəriyyətə aid ideyalar arasında bağlantı yaradıb, ideyaların əsasında duran mənanı öz əsərləri ilə canlandırıb. O, əsərlərini Çexiya torpağında yaratsa da, ismarıcını bütün dünyaya ünvanlayırdı”.
Sərgilənən əsərlərdə rəssam ilə Azərbaycan arasında bağlantı olduğunu diqqətə çatdıran kurator deyib: “Ötən ilin oktyabr ayında sizin gözəl şəhərinizdə oldum. Muxanın həndəsi elementlərini, onun çəkdiyi xətləri Azərbaycanın ən mühüm memarlıq nümunələrində gördüm. Rəssamın yaratdığı əsərlərdə Azərbaycanın birləşdirici rolunu, xüsusən ölkənizin Şərq ilə Qərbin qovuşuğunda yerləşməsindən irəli gələn birləşdirici rolunu özündə ehtiva edən motivlər və nümunələr var. Bu sərgi həm də yeni dialoq formasıdır ki, bu da Şərq ilə Qərb arasında daha çox yaxınlaşmağa xidmət edəcək”.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə tanınmış rəssam, illüstrator və dizayner Alfons Muxanın bədii fəlsəfəsinin əsasını təşkil edən gözəllik mövzusunda əsərləri təqdim edilir.
Sərgidə Alfons Muxanın 80-dən çox əsəri - rəsmləri, fotoları, afişa və plakatları nümayiş olunur.
“Art Nuvo” (Yeni incəsənət) üslubunun məşhur nümayəndələrindən olan Alfons Muxa (1860-1939) Cənubi Moraviyada (Çexiya) doğulub, 1890-cı illərin sonlarında Parisdə teatr və reklam afişaları, dekorativ lövhələrin dizaynı ilə məşhurlaşıb.
Alfons Muxa 1894-cü ildə tanınmış aktrisa Sara Bernarın rol aldığı “Jismonda” tamaşası üçün afişa dizayn edib və bu iş ona uğur gətirib. Altı il Sara Bernarla səhnə, kostyum, afişa tərtibatı sahəsində əməkdaşlıq edən rəssam Fransanın “Şampenua” nəşriyyatı ilə eksklüziv müqavilə bağlayıb, müxtəlif məhsulların etiket və reklamlarının müəllifi, həmçinin interyer, zərgərlik məmulatları dizayneri, dekorator kimi şöhrət qazanıb.
1906-1910-cu illərdə ABŞ-da yaşamış rəssam orada da görkəmli rəssam-tərtibatçı kimi qəbul olunub, Çikaqo İncəsənət İnstitutunda dərs deyib, Nyu-Yorkda teatrda dekorator kimi fəaliyyət göstərib.
Alfons Muxa 1910-cu ildə, təxminən 25 illik ayrılıqdan sonra vətəni Çexiyaya dönüb. 17 il ərzində çex və slavyan tarixlərini əks etdirən 20 rəsmdən ibarət “Slavyan dastanı” əsərini yaradıb.
Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgidə rəssamın Parisdə ərsəyə gətirdiyi, “Art Nuvo” hərəkatına töhfə verən əsərləri, eləcə də Çexiyaya dönəndən sonrakı yaradıcılığı təqdim olunur.
Ekspozisiyada Alfons Muxanın Sara Bernar üçün hazırladığı və ona şöhrət gətirən “Jismonda” afişası da var.
Sərginin maraqlı eksponatlarından biri isə rəssamın həyat yoldaşı Mariyanın (Maruska) kəlağayıda əks olunan fotosudur. Qeyd edək ki, rəssam məşhur “Səhrada qadın” əsərini həmin şəkil əsasında yaradıb. Rəngli çəkilən əsərdə əsas diqqət kəlağayıya yönləndirilib və baş örtüyünün naxışları çox dəqiq təsvir edilib.
Sərgi Heydər Əliyev Mərkəzində mayın 16-dək nümayiş olunacaq.

 
  • Oxunub:  8130  |  
  • Tarix:  17-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq...

20:50
13 Dekabr
Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb
20:47
13 Dekabr
Rumıniyada keçirilən anım mərasimində Ulu Öndərin diaspor quruculuğuna böyük töhfələrindən danışılıb
20:21
13 Dekabr
Belarusda ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub
20:15
13 Dekabr
Sabah Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçiriləcək
20:10
13 Dekabr
“Əbədi ezamiyyət” filmi Afinada nümayiş etdirilib
20:05
13 Dekabr
Türkiyə KİV-lərində ulu öndər Heydər Əliyevlə bağlı məlumatlar yayılıb
19:57
13 Dekabr
Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan 237 tələbənin təhsil xərclərini ödəyəcək
19:50
13 Dekabr
Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib
19:40
13 Dekabr
Zaqatalanın Lahıc kəndi qazlaşdırılıb
19:05
13 Dekabr
Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri müzakirə olunub
18:46
13 Dekabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:44
13 Dekabr
Sərəncam: 19 yaşayış məntəqəsini birləşdirən Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb
18:36
13 Dekabr
Xalq artisti Həsən Məmmədova həsr olunmuş növbəti tədbir -“Ömür keçdi, gün keçdi”
18:13
13 Dekabr
Tbilisidə Azərbaycan və Gürcüstanın gənc iqtisadçı alimlərinin görüşü olub
18:08
13 Dekabr
Azərbaycanın və Moldovanın xarici işlər nazirlərinin görüşü olub
17:45
13 Dekabr
Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
17:40
13 Dekabr
Hikmət Babaoğlu: Biz bundan sonra da Ermənistanda daha ciddi qarşıdurmaları müşahidə edəcəyik
17:38
13 Dekabr
Xəzər İsayev: 2018-ci il Azərbaycan idman ictimaiyyəti üçün yüksək nailiyyətlərlə yadda qaldı
17:37
13 Dekabr
Lapis-Lazuli marşrutu ilə yükdaşımalarına start verilib
17:32
13 Dekabr
Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
17:27
13 Dekabr
Azərbaycan ilə NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb
17:01
13 Dekabr
İordaniya mətbuatında ulu öndər Heydər Əliyevə həsr olunan məqalələr verilib
16:55
13 Dekabr
“Birinci Sahibkarlıq Blokçeyn Platforması”nın açılış mərasimi keçirilir
16:50
13 Dekabr
Prezident İlham Əliyev paytaxtın Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib
16:19
13 Dekabr
Mariya Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində müsbət dinamikaya fəal kömək edəcək
16:02
13 Dekabr
Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
15:43
13 Dekabr
Prezident İlham Əliyev: Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur
15:40
13 Dekabr
Dövlət İdarəçilik Akademiyası ilə Gənclər və İdman Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
15:36
13 Dekabr
Prezident: Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik
15:35
13 Dekabr
RF XİN: Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ATƏT-in Minsk qrupunun köməyi ilə konkret tədbirlər hazırlamalıdırlar
15:29
13 Dekabr
İstanbul valisi: Heydər Əliyevin şəxsiyyətinə ehtiram mənəvi borcumuzdur
15:27
13 Dekabr
İvanov vilayəti Azərbaycandan pambıq idxal etmək istəyir
15:18
13 Dekabr
AQTA-nın mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüb
15:07
13 Dekabr
Dubayda daha bir ünvanda Azərbaycan bayrağı ucaldılıb
14:56
13 Dekabr
Ukraynada Azərbaycanla bağlı beyin mərkəzi yaradılır
14:37
13 Dekabr
Avropa Parlamentinin yeni qətnaməsi Azərbaycanın maraqlarına cavab verir
14:29
13 Dekabr
Gennadi Şmal: Dünya Heydər Əliyev, Fərman Salmanov, Sabit Orucov kimi insanların üzərində dayanır
14:27
13 Dekabr
Akkan Suver: Heydər Əliyev siyasi hakimiyyətə qayıdan vaxtlarda Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi
14:25
13 Dekabr
Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr edilmiş film çəkib
14:17
13 Dekabr
YAP İdarə Heyətinin iclası keçirilmişdir
14:14
13 Dekabr
Özbəkistan portallarında Ulu Öndərin anım günü ilə bağlı yazılar yerləşdirilib
14:12
13 Dekabr
Rauf Əliyev: Seçici fəallığının daha aşağı olması erməni xalqının nə müxalif, nə də iqtidara etibar etmədiyini bir daha göstərdi
14:11
13 Dekabr
Elman Məmmədov: Ermənistanda keçirilən növbədənkənar seçkilər kütləvi saxtakarlıqla yadda qaldı
12:54
13 Dekabr
TAP: Yunanıstan və Albaniya marşrutunun 87 faizində torpaq örtüyü bərpa olunub
12:37
13 Dekabr
Ulu Öndərin əziz xatirəsi İzmir şəhərində də ehtiramla yad edilib
12:24
13 Dekabr
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir
12:16
13 Dekabr
Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans başlayıb
11:59
13 Dekabr
Abşeron rayonunun Məmmədli kəndində 145 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib
11:56
13 Dekabr
İsmayıllıda qışa hazırlıqla əlaqədar görülən işlər müzakirə olunub
11:52
13 Dekabr
Los-Ancelesdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib
11:50
13 Dekabr
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
11:49
13 Dekabr
Artıq 2338 şəhidin 3038 vərəsəsinə birdəfəlik ödəniş verilir
11:42
13 Dekabr
Əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə Beynəlxalq Əmək Təşkilatı ilə birgə təlim kursu keçirilib
11:40
13 Dekabr
Asiya İnkişaf Bankı ilə bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
10:58
13 Dekabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq
10:58
13 Dekabr
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
10:43
13 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
10:41
13 Dekabr
Zurab Qumberidze: “Gənc diplomatlar Heydər Əliyevdən çox şey öyrənirdilər”
10:40
13 Dekabr
Michele Elia: TAP təbii qazın qiymətinə müsbət təsir göstərə bilər
10:39
13 Dekabr
Rusiyanın XİN rəhbəri bu gün Azərbaycana səfər edəcək
10:27
13 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Strasburqda da yad edilib
10:25
13 Dekabr
Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
10:24
13 Dekabr
Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər
10:20
13 Dekabr
Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
22:24
12 Dekabr
İsveçrədə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
22:06
12 Dekabr
Tbilisidə “Heydər Əliyev: Tale yolları” kitabının gürcü dilində təqdimatı olub
22:00
12 Dekabr
Niderlandda Ümummilli Liderin xatirəsinə həsr edilən anım mərasimi təşkil olunub
21:49
12 Dekabr
Berlində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının ilk iclası keçirilib
21:40
12 Dekabr
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
21:33
12 Dekabr
Xalqımız Ümummilli Liderin əvəzsiz xidmətlərini heç zaman unutmur

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA