Ana səhifə »  Mədəniyyət »  Ölkə ziyalıları prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında bəyanat qəbul ediblər
A+   Yenilə  A-
Ölkə ziyalıları prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında bəyanat qəbul ediblər

Fevralın 9-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ölkədəki yaradıcılıq təşkilatlarının rəhbərləri və üzvləri qarşıdan gələn prezident seçkiləri ilə bağlı toplantı keçiriblər.
AZƏRTAC xəbər verir ki, ölkə ziyalıları 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında bəyanat qəbul ediblər.
Toplantıda ziyalılar ölkə həyatında son illərdə görülən işlərdən danışıb, yaradıcı insanlar üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar ölkə ziyalılarının aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini deyib.
Dövlətimizin başçısı İlham Əliyevin Prezidentliyi dövründə ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni inkişafı ilə bağlı gördüyü işlərdən danışan Xalq yazıçısı Prezidentin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Sərəncamının əhəmiyyətini xüsusi vurğulayıb.
Prezident İlham Əliyevin mədəniyyətimizə, incəsənətimizə sonsuz qayğısından, gənc və yaşlı yazıçılara diqqətindən, AYB-in 80 illik yubileyinin yüksək səviyyədə keçirilməsinə yaradılan şəraitdən danışan yazıçı Anar deyib ki, bütün bunlar ölkəmizin inkişafı, xalqımızın uğurlu gələcəyi naminə qarşıdakı seçkilərdə Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə səs verməyə əsas yaradır. İnanırıq ki, qarşıdakı illərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtidarı bütün problemlərin öhdəsindən gələcək və ölkəmizi daha da irəliyə aparacaq.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 1979-cu ildə Bəstəkarlar İttifaqının V qurultayında Ulu öndər Heydər Əliyevin nitqində səsləndirdiyi müdrik fikirləri bu gün də həyata keçirməyə çalışdıqlarını bildirərək vurğulayıb ki, Ümummilli liderin siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir, yaradıcı insanlara dəstək verir.
Qürurverici faktdır ki, Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, Novruz bayramı, xalça, tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəni irsinin qorunmasına göstərdiyi yüksək diqqət və qayğının, həmçinin ölkəmizin qeyri-maddi mədəni sərvətlərinin beynəlxalq səviyyədə təşviqi məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub.
İl ərzində keçiriləcək tədbirlərdən danışan Firəngiz Əlizadə deyib: “Müstəqil Azərbaycanı artıq hamı tanıyır. Biz bu gün ruh yüksəkliyi ilə tədbirlərə hazırlaşırıq. Bunlar sabit ölkədə yaşadığımıza görə mümkün olur. Bu şəraiti bizə yaradan dövlətimizin başçısıdır. Biz qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyirik”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov illər ərzində dövlətimizin başçısının ölkəmizin inkişafı, təbliği, Azərbaycanın dünya siyasi sistemində layiqli yer tutması, xalqımızın firavan, sabitlik şəraitində yaşaması üçün gördüyü işlərdən danışıb, bu gün təkcə Bakının deyil, regionlarımızın da sürətlə inkişaf etdiyini, gözəlləşdiyini, ölkəmizin beynəlxalq idman və mədəniyyət tədbirlərinin keçirildiyi mərkəzə çevrildiyini vurğulayıb.
“Bu gün Azərbaycan təkcə sənət yox, həm də idman, sənaye mərkəzinə çevrilib. Dünyanın hər yerindən insanlar buraya gəlir və buradakı inkişafdan zövq alırlar. Hazırda 50-dən çox rəssam Prezident təqaüdü alır. Belə dövlət qayğısı, belə sürətli inkişaf harada var?! Bütün bunlar deməyə əsas verir ki, rəssamlar Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər və Onun namizədliyinə səs verəcəklər”, - deyə Fərhad Xəlilov vurğulayıb.
Ölkəmizdə memarlıq sənətinin yüksəliş dövrünü yaşadığını bildirən Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri, professor Elbay Qasımzadə deyib ki, bu gün müasir Bakının siması xarici qonaqlarda müsbət mənada həm təəccüb, həm də heyrət hissi doğurur. Bakıya gələn memarlar buradakı inkişafı xüsusi qeyd edirlər. Ölkəmizin iqtisadi və maliyyə durumu memarlığın inkişafına zəmin yaradır. Kasıb ölkədə memarlıq inkişaf edə bilməz. Ona görə ki, memarlıq çox böyük vəsait tələb edən sahədir. Görülən işlər, yeni üslubda inşa edilən binalar ölkəmizdə bu sahənin sürətli inkişafından xəbər verir. “Biz yaradıcı insanlar qarşıdan gələn prezident seçkilərində bu inkişafın memarı olan İlham Əliyevə səs verəcəyik. Xahiş edirəm, toplantının qərarında yazılsın ki, memarlar da İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirlər”, - deyə E.Qasımzadə əlavə edib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova 1969-cu ildə Ulu öndərin ilk dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycan kinosunun inkişaf dövrünə qədəm qoyduğunu söyləyib. Bildirib ki, bu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Görülən işlər, qəbul olunan Dövlət proqramları bütün sahələrdə olduğu kimi, kinematoqrafiya sahəsində də böyük dönüş yaradıb. Məhz bunun nəticəsidir ki, gənc rejissorlar yeni-yeni ekran əsərləri çəkir, filmlərimiz beynəlxalq festivallarda uğurla nümayiş olunur. Hər il ölkəmizdə 2 avqust - Milli Kino Günü kimi qeyd edilir. Hazırda kino haqqında yeni qanun hazırlanır.
Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə qeyd ediləcək Azərbaycan kinosunun 120 illiyi ilə bağlı görüləcək işlərdən söz açan Xalq artisti bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin ölkəmizdə kino sənətinin inkişafına verdiyi dəyərin bariz nümunəsidir: “Bu gün kinematoqrafların bir namizədi var, o da İlham Əliyevdir. Biz yekdilliklə Ona səs verəcəyik, Ona sadiqik və hər zaman da Onunlayıq”.
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov ölkəmizdə teatr sənətinin inkişafı naminə dövlətimizin başçısının gördüyü işləri xüsusi qeyd edib. Bildirib ki, bu il Azərbaycan teatrı yaranmasının 145-ci ildönümünü qeyd edəcək. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlətimizin başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
Dövlət Proqramı çərçivəsində görülən işlərdən, yenidən qurulan və təmir olunaraq istifadəyə verilən teatr binalarından və yüzlərlə sənət adamına verilən fəxri adlardan, təqaüdlərdən söz açan Teatr Xadimləri İttifaqının sədri deyib: “Bizim də bir namizədimiz var, o da İlham Əliyevdir”.
Bu gün Azərbaycan ziyalılarının toplaşdıqları Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi mədəniyyət xadimlərinin ruhunun olduğunu deyən Musiqi Xadimləri İttifaqının sədri, Xalq artisti Fərhad Bədəlbəyli Ulu öndər Heydər Əliyevin də bu zalda konsertləri izlədiyini, mədəniyyət xadimləri ilə görüşdüyünü, onlara hər zaman qayğı ilə yanaşdığını diqqətə çatdırıb. Fərhad Bədəlbəyli Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin də bu ənənəyə sadiq qaldığını vurğulayıb.
Musiqi Xadimləri İttifaqının sədri deyib ki, Azərbaycanın güclü ordusu var, amma mədəniyyətimiz də böyük bir ordudur. Bu ordudan heç zaman diqqət və qayğısını əsirgəməyən Prezidentimizlə həmişə fəxr etmişik. Bütün bunlara görə prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik.
Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki nüfuzundan danışıb, Onun türk dünyasının mövqeyini qətiyyətlə müdafiə edən bir siyasi xadim olduğunu vurğulayıb, bu gün aşıq sənətinin inkişafına göstərilən xüsusi diqqəti qeyd edərək deyib: “Azərbaycan dövlətinin böyük sənət ordusu var. Bu ordunun daxilində olan aşıqlar da İlham Əliyevin namizədliyini dəstəkləyir”.
Tədbirdə Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Ulu öndərin yazıçılara münasibətini xatırladıb, bu gün Prezident İlham Əliyevin yazıçılar üçün ölkədə yaratdığı şəraiti yüksək qiymətləndirib.
Toplantıda Xalq artistləri Amaliya Pənahova, Hacı İsmayılov, Afaq Bəşirqızı apreldə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinə səs verəcəklərini bildiriblər.
Sonra Yazıçılar İttifaqının sədri Anar yaradıcılıq təşkilatlarının bəyanatını səsləndirib. Bəyanat toplantıda iştirak edən təşkilatların nümayəndələri tərəfindən imzalanıb.
Bəyanatda vurğulanır ki, Azərbaycan ziyalıları Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin namizədliyini bu seçkilərdə də dəstəkləyəcəklər. Bildirilir ki, Onun rəhbərliyi ilə Azərbaycan Respublikası qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq.

 
  • Oxunub:  5730  |  
  • Tarix:  10-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

13:09
23 İyun
Tahir Rzayev: Ölkəmizdə sənaye istehsalı əhəmiyyətli dərəcədə artıb
13:08
23 İyun
MM-in deputatı: Bu gün qeyri-hökumət təşkilatları ictimai proseslərdə fəal iştirak edirlər
13:00
23 İyun
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yeni həmsədri təyin edilib
12:48
23 İyun
Flora Qasımova: Minsk qrupu tərəfindən görülən işlərin heç bir nəticəsi yoxdur
12:22
23 İyun
Bu gün Vyanada OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclası keçiriləcək
12:20
23 İyun
Bakıda Azərbaycan Uroloq və Androloqlarının XXII konqresi işə başlayıb
12:08
23 İyun
Səfir: Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər
12:06
23 İyun
Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına start verildi
11:28
23 İyun
23 iyun dövlət qulluqçularının peşə bayramıdır
11:24
23 İyun
Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:00
23 İyun
“İrəli" İctimai Birliyinin üzvləri beynəlxalq layihədə ölkəmizi təmsil edirlər
09:59
23 İyun
İctimai Nəzarət Şurasının üzvləri Tibb Universitetində imtahanın gedişini izləyiblər
09:56
23 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 87 dəfə pozub
18:02
22 İyun
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:51
22 İyun
Konvensiya layihəsində Xəzəryanı ölkələrin sualtı boru kəmərləri çəkmək hüququ əksini tapıb
17:37
22 İyun
Səyyar “ASAN xidmət” Lerikdə
17:20
22 İyun
“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatı olub
17:15
22 İyun
Memarlıq və İnşaat Universitetində açılan laboratoriya inşaatçı kadrların hazırlığına yeni istiqamət verəcək
17:02
22 İyun
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib
16:57
22 İyun
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
16:56
22 İyun
Vyanada OPEC Nazirlər Şurasının 174-cü iclası işə başlayıb
16:54
22 İyun
Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək
16:23
22 İyun
BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib
16:19
22 İyun
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
16:16
22 İyun
TAP-ın Yunanıstan marşrutunun demək olar ki hamısı təmizlənib
16:11
22 İyun
Veteranlar ordumuza inanır və həmişə onun yanındadır
16:09
22 İyun
“EaPConnect” layihəsinin rəhbəri Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib
16:07
22 İyun
Professor İradə Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
16:00
22 İyun
Kənd təsərrüfatı naziri Şəkidə bölgə vətəndaşlarının müraciətlərini dinləyib
15:40
22 İyun
"Azərbaycan Ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib"
15:34
22 İyun
Gələn il Bakıda OPEC-in iki iclası keçiriləcək
15:30
22 İyun
Azərbaycan Silahlı Qüvvələri Günü Londonda qeyd olunub
15:28
22 İyun
ABŞ-da keçirilən beynəlxalq konfransda Qarabağ xalçalarından danışılıb
15:20
22 İyun
İsrailin Doqquzuncu televiziya kanalında İsrail-Azərbaycan strateji tərəfdaşlığı şərh edilib
15:11
22 İyun
"ASAN xidmət"in nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir
15:07
22 İyun
Ərəstun Mehdiyev: Azərbaycan Ordusu torpaqlarımızın işğalından azad olunmasına tam zəmanət verir
15:03
22 İyun
Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib
14:44
22 İyun
Azərbaycan çox mühüm qlobal layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir
14:26
22 İyun
Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
14:10
22 İyun
ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri Milli Məclisdə olublar
13:36
22 İyun
Dövlət İdarəçilik Akademiyasında “Dovlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib
13:31
22 İyun
Elmar Məmmədyarov: İşğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır
13:15
22 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir
13:10
22 İyun
Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq
12:58
22 İyun
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
12:51
22 İyun
Neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir
12:23
22 İyun
Bakıda “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” adlı konfrans keçirilir
12:21
22 İyun
Bakı Slavyan Universitetində məzun günü qeyd olunub
12:09
22 İyun
Səhiyyə naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib
12:09
22 İyun
Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır
11:51
22 İyun
Heydər Əliyev Mərkəzinin parkında Beynəlxalq Yoqa Günü ilə bağlı məşğələ keçirilib
11:48
22 İyun
“E-Manat” terminalları “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulub
11:30
22 İyun
Bu gün Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə start veriləcək
11:17
22 İyun
Novruz Məmmədov: "Azərbaycana münasibətdə ədalət görmürəm"
11:12
22 İyun
Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
11:02
22 İyun
Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub
10:59
22 İyun
Baş nazir: "Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq yolunu seçib"
10:39
22 İyun
ABŞ Konqresinin daha bir nüfuzlu üzvü Azərbaycanı Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib
10:30
22 İyun
Bakıda CAMCA Regional Forumu keçirilir
10:12
22 İyun
Anna Bossman: Üzv dövlətlər Azərbaycanın ən yaxşı təcrübəsindən yararlanacaq
10:08
22 İyun
UNESCO-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uğurlu layihələrinin təqdimatı keçirilib
10:08
22 İyun
Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək
10:00
22 İyun
Şafika Haddad: Hökumətlərarası şuranın üzvləri Azərbaycanın nailiyyətlərini ən yaxşı təcrübə kimi qiymətləndirib
09:57
22 İyun
İndrajit Banerje: Azərbaycan informasiya və kommunikasiya texnologiyalarına dair layihələri ilə digər dövlətlərə nümunədir
09:50
22 İyun
Azərbaycan BMT-də keçirilən üzv dövlətlərin polis rəhbərlərinin ikinci zirvə görüşündə təmsil olunub
09:49
22 İyun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı beynəlxalq konfransının bir qrup iştirakçısı ilə görüş olub
09:41
22 İyun
Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir
17:55
21 İyun
Növbəti ixrac missiyası İsveçrəyə gedir
17:49
21 İyun
İsa Həbibbəyli: Görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcək
17:35
21 İyun
Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafı yolları müzakirə edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA