Ana səhifə »  Mədəniyyət »  Gənc Tamaşaçılar Teatrı ötən il 14 ölkədə qastrol və beynəlxalq festivallarda çıxış edib
A+   Yenilə  A-
Gənc Tamaşaçılar Teatrı ötən il 14 ölkədə qastrol və beynəlxalq festivallarda çıxış edib

Ötən il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti üçün məhsuldar, unudulmaz səfərlər və premyeralarla əlamətdar il kimi yadda qalıb. İl ərzində teatr yeni səhnə əsərləri, premyeralarla tamaşaçıların görüşünə gəlib.
AZƏRTAC-a teatrın mətbuat xidmətindən verilən məlumata görə, görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn “Çipollino”, Əməkdar artist Lətifə Əliyevanın anadan olmasının 70 illik yubileyi münasibətilə hazırlanan “Vurğuna vurğun gəlin”, Məhəmməd Füzulinin məşhur “Leyli və Məcnun” poeması əsasında ilk dəfə olaraq dramatik janrda hazırlanan eyniadlı səhnə əsəri, “Məlikməmməd” nağılı əsasında hazırlanan eyniadlı tamaşa, İsveçin ölkəmizdəki səfirliyi və “Azərcell” şirkətinin birgə layihəsi əsasında hazırlanan “Uzuncorab Pippi”, Əli Əmirlinin “Ünvansız qatar”, teatrın iki qocaman sənətkarı, Xalq artistləri Ağaxan Salmanlının 75, Yasin Qarayevin anadan olmasının 70 illik yubileylərinə hazırlanan “Açarını itirənlər”, Aprel döyüşlərində şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş “Yarımçıq qalmış...”, yazıçı-dramaturq T.Vəliyevanın “Xəyanət” povesti əsasında “Cəza” adlı mono-tamaşa, Bakı Yunus Əmrə İnstitutu ilə birgə layihə “Eşqi-Nigar” (“Koroğlu” dastanı əsasında), Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsəri əsasında eyniadlı tamaşa, R.Hovardın “Qrinç”, H.Andersenin “Qar kraliçası” və Sten Linin “Hörümçək adam” tamaşaları teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Teatrın kollektivi aprelin 19-dan 30-dək Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar və Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərində olub. Səfər çərçivəsində gənc yazar Pərvinin “Dəcəl keçi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. Qastrol çərçivəsində teatrın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov Gürcüstan və Rusiya ASSİTEJ Milli mərkəzlərinin rəhbərləri ilə görüşüb. Qarşılıqlı səfərlərin şərtlərinə əsasən cari ilin mayın 5-dən 7-dək Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrı A.Axmatovanın “Skazka o zolotom skakune”, 19-dan 21-dək isə Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının kollektivi L.Titova və A.Starotorjskiyin “Korolevskaə korova” tamaşası ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olaraq Bakı tamaşaçılarını sevindiriblər. Bundan əlavə, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov mayın 26-dan 31-dək Moskvada Teatr Rejissorları Gildiyasının II Assambleyasında iştirak edib. Yaradıcı heyət iyunun 27-dən iyulun 3-dək Belarusun Bobruysk şəhərində keçirilən XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edib. Aprelin 20-dən 27-dək Kineşmada keçirilən “Hərarətli ürək” II Beynəlxalq teatr festivalı, iyunun 12-dən 18-dək Astanada “Səhnədən salam” V Beynəlxalq teatr festivalı, sentyabrın 7-dən 14-dək Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq teatr festivalı, oktyabrın 1-dən 5-dək Rusiyanın Elista şəhərində (Kalmıkiya Respublikası) “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq teatr festivalında, oktyabrın 3-dən 9-dək Ukraynada “Mariya” adlı Beynəlxalq mono-tamaşalar və oktyabrın 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq teatr festivalında uğurla iştirak edərək Azərbaycan teatrını layiqincə təmsil və təbliğ ediblər. Ümumilikdə, teatrın kollektivi ötən il 14 ölkədə qastrol və beynəlxalq festivallarda çıxış edib.

 
  • Oxunub:  5400  |  
  • Tarix:  09-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm

18:57
19 Aprel
“Azərbaycan reytinqlərdə bir çox inkişaf etmiş ölkələrini geridə qoyur” – Fikrət Yusifov
18:56
19 Aprel
“Ermənistan cəmiyyətində Sarkisyan hakimiyyətinə nifrət böyükdür” – Elçin Mirzəbəyli
18:48
19 Aprel
Şəhid və itkin düşənlərin vərəsələri kimlər sayılır –EKSPERT RƏYİ
18:46
19 Aprel
“Prezidentin bu fərmanı bizi çox sevindirdi” – Qarabağ qazisi
18:09
19 Aprel
Səlim Müslümov: Fərmana əsasən birdəfəlik ödəmələr hərbi qulluqçuların vərəsəlik hüququ olan ailə üzvlərinə veriləcək
18:08
19 Aprel
Vüqar Rəhimzadə: Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi
18:04
19 Aprel
YAP Nəsimi rayon təşkilatının fəalları 5 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər
18:03
19 Aprel
Sevinc Fətəliyeva: Gələcəkdə Azərbaycanı daha böyük nailiyyətlər gözləyir
17:56
19 Aprel
“Dəniz Kuboku-2018” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş olub
17:55
19 Aprel
Polkovnik Əzizağa Qəni-zadə: Ermənilərin bu vəhşi əməlləri onlara baha başa gələcək
17:52
19 Aprel
Elman Məmmədov: Beynəlxlaq qurumlar Ermənistanda baş verən proseslərə ikili standartlar mövqeyindən yanaşırlar
17:46
19 Aprel
Cəlil Xəlilov: Azərbaycan Prezidenti bir daha təsdiq etdi ki, Vətən naminə canlarından keçən insanlar heç vaxt unudulmayacaq
17:41
19 Aprel
Memarlıq və İnşaat Universiteti Yıldız Texniki Universiteti ilə əməkdaşlıq edəcək
17:39
19 Aprel
Hikmət Babaoğlu “Xalq müstəqil dövlətimizi yalnız prezident İlham Əliyevin irəli apara biləcəyinə inanır”
17:20
19 Aprel
İsmayıllıda ümumi məhsul istehsalı 36 milyon 29 min manat təşkil edib
17:10
19 Aprel
“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Tərtər şəhərində keçirilib
16:36
19 Aprel
Küveyt qəzetində Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub
16:34
19 Aprel
Elçin Mirzəbəyli: Serj Sarkisyan rejimi etiraz aksiyalarından ciddi narahatlıq keçirir
16:21
19 Aprel
Aydın Hüseynov: Azərbaycan Prezidentinin son 15 ildə yürütdüyü siyasət milli maraqlarımızı tam təmin edir
16:07
19 Aprel
Bakı Ali Neft Məktəbi Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
16:03
19 Aprel
Milli ideya – keçmişin dərk edilməsi və gələcəyə istiqamətlənmə
15:33
19 Aprel
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
15:31
19 Aprel
Formula 1 İspaniya Qran Prisi cədvəl üzrə keçiriləcək
15:28
19 Aprel
Fransanın “Radio Courtoisie” radiosunda Azərbaycanda keçirilmiş prezident seçkilərinin şəffaflığından danışılıb
14:59
19 Aprel
Pekində Azərbaycanın turizm imkanlarına dair təqdimat keçirilib
14:49
19 Aprel
İordaniya Dövlət Televiziyası: “Azərbaycan heç zaman sönməyəcək odlar ölkəsidir”
14:44
19 Aprel
Tahir Kərimli: Prezident İlham Əliyev çıxışında radikal müxalifətə tutarlı cavab verdi və onlara olmayan yerlərini göstərdi
14:41
19 Aprel
Mübariz Qurbanlı: Yad ünsürlərin təsirinin qarşısını birgə almalıyıq
14:35
19 Aprel
PA rəsmisi: Tarixən Azərbaycanda dini vəziyyəti gərginləşdirmək üçün kənardan cəhdlər olub
14:32
19 Aprel
Azərbaycan ikinci Beynəlxalq həmrəylik tennis çempionatına ev sahibliyi edəcək
14:30
19 Aprel
Musa Quliyev: Son illərdə Azərbaycanda aparılan islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin edib
14:26
19 Aprel
Fövqəladə Hallar Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14:22
19 Aprel
Azərbaycan Milli Elmlər Akademiyası Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığı genişləndirir
14:19
19 Aprel
Azərbaycanın nümayəndə heyəti Beşinci Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində forumda iştirak edir
14:17
19 Aprel
Qırğızıstanlı diplomat UNEC-in tələbələrinin intellektual səviyyəsini yüksək qiymətləndirib
14:10
19 Aprel
Mevlüt Uysal: Seçkilərdəki inamlı qələbə Azərbaycan xalqı ilə Prezident İlham Əliyev arasında möhkəm birliyin təzahürüdür
14:08
19 Aprel
Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehranda fars dilində nəşr olunub
14:06
19 Aprel
Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda 516 milyon manatlıq məhsul istehsal edilib
14:04
19 Aprel
Prezident İlham Əliyev NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14:03
19 Aprel
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
14:01
19 Aprel
TAP qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutunun 80 faizi tamamlanıb
13:58
19 Aprel
Hikmət Babaoğlu: İrəvan erməniləri "Qarabağ klanı"ndan yaxa qurtarmaq istəyir
13:57
19 Aprel
Azərbaycan ilə İordaniya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı yolları müzakirə olunub
13:55
19 Aprel
Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
13:51
19 Aprel
Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib
13:48
19 Aprel
Xətai rayonunda 81 minə yaxın sakin tibbi müayinədən keçib
13:46
19 Aprel
Lev Spivak: Azərbaycanda sabit iqtisadi və siyasi mühit gələcəkdə də davam edəcək
13:43
19 Aprel
Bakıda “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib
12:14
19 Aprel
Mübariz Qurbanlı: "Din xadimlərinə maddi dəstək veriləcək"
12:04
19 Aprel
Günəş elektrik stansiyalarında 7,7 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub
11:58
19 Aprel
Azərbaycanda propilen istehsalı 11,5 faiz artıb
11:54
19 Aprel
“700 min ağac əkək!” kampaniyası çərçivəsində Bərdədə növbəti aksiya keçirilib
11:46
19 Aprel
Vətən uğrunda şəhid olmuş hərbçilərimizin xatirəsinə həsr olunan beynəlxalq cüdo turniri keçirilir
11:42
19 Aprel
Azərbaycan gimnastları II Avropa Oyunlarına lisenziyalar qazanıblar
11:26
19 Aprel
ABŞ-ın yəhudi və xristian din xadimləri Azərbaycanın tolerantlığını alqışlayıblar
11:23
19 Aprel
İRƏVANDA SAXLANILANLARIN SAYI 91-Ə ÇATDI
11:21
19 Aprel
Ermənistan əhalisi Serj Sarkisyanın baş nazir postunu mənimsəməsinə etiraz edir
11:17
19 Aprel
Bu il Bakı–Tbilisi–Ceyhan kəməri ilə 8,2 milyon ton neft göndərilib
11:15
19 Aprel
Birinci rübdə Azərbaycanda 4,4 milyard kubmetr əmtəəlik təbii qaz istehsal edilib
11:07
19 Aprel
Dini radikalizmlə və ekstremizmlə mübarizədə gənclərin üzərinə böyük məsuliyyət düşür
10:52
19 Aprel
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi yaxşılaşdırılır
10:43
19 Aprel
Azərbaycan OPEC+ Monitorinq Komitəsinin iclasında təmsil olunacaq
10:40
19 Aprel
Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransı və sərgisi Bakıda keçiriləcək
10:30
19 Aprel
Moskvada ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə dair “dəyirmi masa” keçirilib
10:27
19 Aprel
İstanbulda Azərbaycan, Türkiyə və Yunanıstan incəsənət ustalarının birgə konserti olub
10:22
19 Aprel
Ermənistan silahlı bölmələri snayper tüfənglərindən və minaatanlardan istifadə etməklə atəşkəs rejimini 102 dəfə pozub
10:20
19 Aprel
İsveçrə Prezidenti Alain Berset: İsveçrə ilə Azərbaycan arasında yaxşı və geniş əlaqələr mövcuddur
10:15
19 Aprel
Tahir Rzayev: Ölkədə qeyri-neft sektorunun inkişafının təmin edilməsi üçün dövlət tərəfindən qətiyyətli siyasi iradə nümayiş etdirilir
10:11
19 Aprel
Romada ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
10:08
19 Aprel
Yaponiyanın Baş naziri: Azərbaycan, Qafqaz regionunun sabit inkişaf açarının sahibi olmaqla, beynəlxalq enerji təhlükəsizliyi üçün böyük rola malik ölkədir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+15 +19
gecə+7 +9