Ana səhifə »  Mədəniyyət »  Teatrlarımız yanvar ayında tamaşaçılara zəngin repertuar vəd edir
A+   Yenilə  A-
Teatrlarımız yanvar ayında tamaşaçılara zəngin repertuar vəd edir

Teatrsevərləri bir-birindən rəngarəng və maraqlı tamaşalar gözləyir
Ötən illərdə olduğu kimi, bu il də paytaxt Bakıda və bölgələrdə teatrsevərləri maraqlı tamaşalar gözləyir. Hər halda teatrlarımızın bu ilin ilk ayı üçün nəzərdə tutulmuş repertuarları da belə deməyə əsas verir.
Yeni ilin ilk ayında Milli Dram Teatrı tamaşaçılarla görüşə hazırdır
Məsələn, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti şəhərimizin sakinlərinə və qonaqlara bir-birindən maraqlı və zəngin proqram vəd edir. Qurumun mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının sözlərinə görə, yanvarın 13-də sənət ocağının yaradıcı kollektivi iki tamaşa - “Qətibə İnanc” və “Rəqs edən pinqvinlər” sənət əsərləri ilə tamaşaçıların görüşünə gələcək. Eyni zamanda, teatrın səhnəsində yanvarın 14-də “Anamın kitabı” və “Ölülər”, yanvarın 19-da “Cəhənnəm sakinləri”, yanvarın 20-də isə “Qarabağnamə” tamaşaları təqdim olunacaq. Sənət ocağı bu ayın repertuarına yanvarın 21-də “Xəcalət” və “Vəsiyyət” tamaşaları ilə yekun vurmağı planlaşdırır.
Gənc Tamaşaçılar Teatrı yanvarda bir sıra premyeralarla tamaşaçıların görüşünə gələcək
Öz növbəsində, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) 2018-ci ilin ilk ayında bir-birindən maraqlı, mövzu və məzmunca fərqli premyeralarla tamaşaçıların görüşünə gələcək. Belə ki, sözügedən teatr bu günlərdə sənətsevərləri sevimli aktyorları ilə görüşdürməklə bərabər, həm də düşündürücü, dərin, psixoloji məqamlarla dolu tamaşaları təqdim etməyi planlaşdırır.
Qurumun mətbuat xidmətinin rəhbəri Lalə Azərinin verdiyi məlumata görə, bu sənət ocağında yanvarın 9-da Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunacaq. Xatırladaq ki, şair-dramaturq Zaməddin Ziyadoğlunun Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi “Vurğuna vurğun gəlin” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır.
Bundan başqa sözügedən sənət ocağında yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U.Luisin “İstədiyim kimi yaşamışam” adlı tamaşasının premyerası baş tutacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Ağakişi Kazımovdur. Məlumat üçün bildirək ki, tamaşada ruh halı tez-tez dəyişən bir qadının həyatından bəhs edilir. Tamaşaçılar xatirə pəncərəsindən ömür yoluna boylanan gah xoşbəxt, gah da dərin kədər hissinə və ümidlsizliyə qapılan Zeldanın təzadla dolu həyatına şahid olacaqlar.
Əməkdar artist Şövqi Hüseynovun ifasında təqdim olunacaq N.V.Qoqoqlun “Dəlinin qeydləri” əsəri isə yanvarın 11-də nümayiş etdiriləcək. Tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimovadır. Eyni zamanda, yanvarın 12-də rejissor Mehriban Ələkbərzadənin quruluşunda və Əməkdar artist Kəmalə Müzəffərin ifasında T.Vəliyevanın “Cəza” tamaşası sərgilənəcək.
Bu teatrın səhnəsində bu il ilk dəfə tamaşaya qoyulacaq əsərlərdən biri də mərhum dramaturq Rövşən Ağayevin “Sonluğun sonu” adlı əsəri əsasında hazırlanmış eyniadlı monotamaşasıdır. Səhnə əsəri Asiman Ağa Rövşənin quruluşunda yanvarın 16-da teatrsevərlərin ixtiyarına veriləcək. Monotamaşada tənha, qoca və xəstə qadının bir günlük yaşam tərzinin vizual görüntüsü əks etdirilib. Onun acı etirafları aktrisa Küşvər Şərifovanın ifasında tamaşaçıya inandırıcı ştrixlərlə nümayiş etdiriləcək. Həmçinin yanvarın 17-də Əməkdar artist Nofəl Vəliyevin ifasında F.Dostoyevskinin “İdiot” tamaşası ilə baş tutacaq premyera sevilən aktyorları öz tamaşaçıları ilə görüşdürəcək. Bir sözlə, yeni ildə sənət ocağında monotamaşalar paradı baş tutacaq.
Azyaşlı teatrsevərlər də unudulmayıb
Yeri gəlmişkən, Gənc Tamaşaçılar teatrının kollektivi balacaların vaxtının səmərəli və maraqlı keçməsi üçün də maraqlı və rəngarəng repertuar hazırlayıb. Bu barədə verilən məlumatda deyilir ki, 6-7 yanvar tarixlərində “Hörümçək adam” (Sten Li), yanvarın 13 və 14-də “Tıq-Tıq Xanım” (A.Şaiq) və “Dəcəl keçi” (P.Nurəliyeva), 20 və 21 yanvar tarixlərində “Əlincə Qalası” (Dilsuz) və “Çipollino” (C.Rodari), yanvarın 26-29-da isə “Qaraca qız” (S.S.Axundov), “Qırmızı papaq” (Y.Şvarts), “Çirkin ördək balası” (H.X.Andersen) və “Ələddinin sehrli çırağı” (Ərəb xalq nağılı) tamaşaları azyaşlıların ixtiyarına veriləcək.
Opera və Balet Teatrı yanvar repertuarına bir-birindən maraqlı operaları daxil edib
Aparıcı sənət ocaqlarımızdan olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı isə ilin ilk ayının repertuarına klassik əsərlərin ən parlaq nümunələrini daxil edib. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevadan aldığımız məlumata görə, həftəsonlarını səmərəli keçirmək istəyən tamaşaçılar üçün “Çarli və şokolad fabriki” və “Əfsanənin qayıdışı” adlı səhnə əsərləri təqdim olunacaq. Vurğulamaq yerinə düşər ki, 109-cu teatr mövsümünü uğurla davam etdirən mədəniyyət ocağında bu gün də sağlam yaradıcılıq ab-havası hökm sürməkdədir. Belə ki, illərdir teatrın repertuarında özünəməxsus yer almış “Şah İsmayıl”, “Yeddi gözəl”, “Leyli və Məcnun” kimi operalar bu ay da operasevərlərin ixtiyarına veriləcək. Bununla yanaşı, yanvarın 14-də “Kənd namusu”, 19 və 21 yanvar tarixlərində isə “İntizar” və “Traviata” səhnə əsərlərinin tamaşaya qoyulacaq.
Rus Dram Teatrı yanvar repertuarına “Məhəbbətlə zarafat etmirlər” tamaşası ilə start verəcək
Həmçinin Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində həftəsonu “Məhəbbətlə zarafat etmirlər” tamaşası nümayiş etdiriləcək. Yanvarın 12-də isə rus yazıçısı Pyotr Qladilinin “Afina axşamları” pyesi əsasında hazırlanan eyniadlı lirik komediyası təqdim olunacaq. Xatırladaq ki, pyesləri yüzdən çox teatrda oynanmış dramaturqun əsərləri ölkəmizdə ilk dəfə Rus Dram Teatrında səhnələşdirilib. Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovskinin sözlərinə görə, “Afina axşamları” lirik komediyasının adının sirrini öyrənmək istəyənlər yanvarın 12-də teatra üz tuta bilərlər.
Yanvarın 13-də Yuri Polyakovun “Xalam bundu” komediyası, yanvarın 14-də isə Karlo Qoldoninin “Senyor Todero-xuliqan” pyesi əsasında hazırlanmış tamaşaların təqdimatı olacaq. Xatırladaq ki, Azərbaycanın Xalq artisti Məbud Məhərrəmovun 60 illik yubileyinə həsr edilən “Senyor Todero-xuliqan” tamaşasında sənətçinin özü ilə yanaşı, Əməkdar artistlər Natalya Şarovskaya, Fuad Osmanov, Mələk Abaszadə, aktyorlar Mariya Dubovitskaya, Maqsud Məmmədov, Olqa Arsentyeva, Oleq Əmirbəyov və başqaları da çıxış edəcəklər.
Bununla yanaşı, yanvarın 21-də Ceyn Ostinin romanı əsasında səhnələşdirilən “Qürur və qərəz” tamaşası növbəti dəfə təqdim olunacaq. Məlumat üçün bildirək ki, bu günə qədər “İngilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteri ilə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.
Yanvarın 25-də isə Xalq yazıçısı Elçinin “Artistin taleyi” əsərinin tamaşası olacaq. Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinskinin həyatı və sənət yolundan bəhs edən tamaşa ümumilikdə Azərbaycan aktyorlarının həyatına həsr edilib.
N.Nekrasovun eyniadlı əsəri əsasında hazırlanan “Peterburqlu sələmçi” tamaşası isə yanvarın 26-da nümayiş olunacaq. Məlumat üçün bildirək ki, “17 pərdəli qarət” janrında olan tamaşa Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi yanında Rusiya Dövlət Teatr Agentliyinin və Azərbaycan Dövlət Rus Dram Teatrının beynəlxalq layihəsidir.
Yanvarın 27-də rus dramaturqu Viktor Denisovun eyniadlı pyesi əsasında hazırlanan müzikl tərzli “Sanset bulvarı” tamaşası teatrsevərlərin ixtiyarına veriləcək. Xatırladaq ki, əsər Billi Uaylderin məşhur eyniadlı filminin motivləri əsasında qələmə alınıb.
Mədəniyyət ocağı bu ayın repertuarına yanvarın 28-də Ejen İoneskunun pyesi əsasında “Mərasim” tamaşası ilə yekun vurmağı planlaşdırır. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşada Azərbaycanın Xalq artisti Fəxrəddin Manafov və Azərbaycanın Əməkdar artisti Mehriban Zəki rol alacaqlar. Bildirilib ki, tamaşada həmçinin teatrın artistləri - Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Dubovitskaya, Natiq Hüseynov, izdihamlı səhnələrdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri çıxış edəcəklər.
Pantomima Teatrının da yanvar repertuarı zəngindir
Azərbaycan Dövlət Pantomima Teatrı da bu ilin ilk ayında maraqlı tamaşalarla çıxış edəcək. Həftəsonu teatra üz tutan qonaqlara iki nəfərlik səhnə əsəri olan “Dejavü” və sənət ocağının baş rejissoru Xalq artisti Bəxtiyar Xanızadənin quruluşunda “Mənim balığımsan” adlı tamaşaları təqdim olunacaq. Bununla yanaşı, teatrda “Pantomima buketi”, “Ağ bığlılar”, “Underground”, o cümlədən “Fəlakət və İnsan” (uşaq tamaşası) və “Ora-Bura” adlı əsərlər səhnələşdiriləcək.
“Yuğ”un aktyorları səhnədə “Quş dili”ndə danışacaqlar
Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi bu ay da tamaşaçılarının görüşünə maraqlı səhnə əsərləri ilə gəlməyi planlaşdırır. Teatrın mətbuat katibi Könül Cəfərova deyib ki, teatrın 29-cu mövsümündə yaradıcı kollektivinin təqdimatında “Quş dili” və “Medeya. Sekvensiya 001” tamaşaları təqdim olunacaq. Məlumat üçün bildirək ki, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşa Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub. Bundan başqa, “Metomorfoza”, “Sonuncu”, “Məhşər günü”, “Ründi Şeyda”, “Naməlum Axundzadə” və “Səsimi unutma” adlı tamaşalar namyiş etdiriləcək.
Sənətçilərimiz ölkə xaricində də tamaşaçılara xoş anlar yaşadacaqlar
Bu ay yerli sənətçilərimiz, eyni zamanda, ölkə xaricində də tamaşaçıların qarşısına çıxmağı planlaşdırırlar. Belə ki, 6-7 yanvar tarixlərində Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “İolanta” operası nümayiş olunacaq. Yanvarın 6-da səhnə əsərində baş qəhrəman və Mavritaniya həkimi İbn Hakia obrazlarını Azərbaycanın Əməkdar artistləri Dinara Əliyeva (soprano) və Elçin Əzizov canlandıracaqlar.
Xatırladaq ki, Dinara Əliyeva 2009-cu ildən Rusiya Böyük Teatrının solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. 2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov isə P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos” A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.
Bununla yanaşı, yanvarın 24-26-da və 28-də isə Rusiya Dövlət Akademik Böyük Teatrında Cakomo Puççininin “Manon Lesko” dördpərdəli operası nümayiş etdiriləcək. Məlumat üçün bildirək ki, yanvarın 25-də və 28-də baş tutacaq nümayişdə kral qvardiyasının serjantı Leskonun partiyasını Azərbaycanın Əməkdar artisti Elçin Əzizov (bariton), Kavaler de Qriyenin partiyasını Azərbaycanın Əməkdar artisti Yusif Eyvazov (tenor) ifa edəcək. Qeyd edək ki, həmin günlərdə Manon Lesko obrazını Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) canlandıracaq.
Müşfiqə BAYRAMLI

 
  • Oxunub:  5100  |  
  • Tarix:  06-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm

18:57
19 Aprel
“Azərbaycan reytinqlərdə bir çox inkişaf etmiş ölkələrini geridə qoyur” – Fikrət Yusifov
18:56
19 Aprel
“Ermənistan cəmiyyətində Sarkisyan hakimiyyətinə nifrət böyükdür” – Elçin Mirzəbəyli
18:48
19 Aprel
Şəhid və itkin düşənlərin vərəsələri kimlər sayılır –EKSPERT RƏYİ
18:46
19 Aprel
“Prezidentin bu fərmanı bizi çox sevindirdi” – Qarabağ qazisi
18:09
19 Aprel
Səlim Müslümov: Fərmana əsasən birdəfəlik ödəmələr hərbi qulluqçuların vərəsəlik hüququ olan ailə üzvlərinə veriləcək
18:08
19 Aprel
Vüqar Rəhimzadə: Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi
18:04
19 Aprel
YAP Nəsimi rayon təşkilatının fəalları 5 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər
18:03
19 Aprel
Sevinc Fətəliyeva: Gələcəkdə Azərbaycanı daha böyük nailiyyətlər gözləyir
17:56
19 Aprel
“Dəniz Kuboku-2018” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş olub
17:55
19 Aprel
Polkovnik Əzizağa Qəni-zadə: Ermənilərin bu vəhşi əməlləri onlara baha başa gələcək
17:52
19 Aprel
Elman Məmmədov: Beynəlxlaq qurumlar Ermənistanda baş verən proseslərə ikili standartlar mövqeyindən yanaşırlar
17:46
19 Aprel
Cəlil Xəlilov: Azərbaycan Prezidenti bir daha təsdiq etdi ki, Vətən naminə canlarından keçən insanlar heç vaxt unudulmayacaq
17:41
19 Aprel
Memarlıq və İnşaat Universiteti Yıldız Texniki Universiteti ilə əməkdaşlıq edəcək
17:39
19 Aprel
Hikmət Babaoğlu “Xalq müstəqil dövlətimizi yalnız prezident İlham Əliyevin irəli apara biləcəyinə inanır”
17:20
19 Aprel
İsmayıllıda ümumi məhsul istehsalı 36 milyon 29 min manat təşkil edib
17:10
19 Aprel
“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Tərtər şəhərində keçirilib
16:36
19 Aprel
Küveyt qəzetində Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub
16:34
19 Aprel
Elçin Mirzəbəyli: Serj Sarkisyan rejimi etiraz aksiyalarından ciddi narahatlıq keçirir
16:21
19 Aprel
Aydın Hüseynov: Azərbaycan Prezidentinin son 15 ildə yürütdüyü siyasət milli maraqlarımızı tam təmin edir
16:07
19 Aprel
Bakı Ali Neft Məktəbi Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
16:03
19 Aprel
Milli ideya – keçmişin dərk edilməsi və gələcəyə istiqamətlənmə
15:33
19 Aprel
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
15:31
19 Aprel
Formula 1 İspaniya Qran Prisi cədvəl üzrə keçiriləcək
15:28
19 Aprel
Fransanın “Radio Courtoisie” radiosunda Azərbaycanda keçirilmiş prezident seçkilərinin şəffaflığından danışılıb
14:59
19 Aprel
Pekində Azərbaycanın turizm imkanlarına dair təqdimat keçirilib
14:49
19 Aprel
İordaniya Dövlət Televiziyası: “Azərbaycan heç zaman sönməyəcək odlar ölkəsidir”
14:44
19 Aprel
Tahir Kərimli: Prezident İlham Əliyev çıxışında radikal müxalifətə tutarlı cavab verdi və onlara olmayan yerlərini göstərdi
14:41
19 Aprel
Mübariz Qurbanlı: Yad ünsürlərin təsirinin qarşısını birgə almalıyıq
14:35
19 Aprel
PA rəsmisi: Tarixən Azərbaycanda dini vəziyyəti gərginləşdirmək üçün kənardan cəhdlər olub
14:32
19 Aprel
Azərbaycan ikinci Beynəlxalq həmrəylik tennis çempionatına ev sahibliyi edəcək
14:30
19 Aprel
Musa Quliyev: Son illərdə Azərbaycanda aparılan islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin edib
14:26
19 Aprel
Fövqəladə Hallar Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14:22
19 Aprel
Azərbaycan Milli Elmlər Akademiyası Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığı genişləndirir
14:19
19 Aprel
Azərbaycanın nümayəndə heyəti Beşinci Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində forumda iştirak edir
14:17
19 Aprel
Qırğızıstanlı diplomat UNEC-in tələbələrinin intellektual səviyyəsini yüksək qiymətləndirib
14:10
19 Aprel
Mevlüt Uysal: Seçkilərdəki inamlı qələbə Azərbaycan xalqı ilə Prezident İlham Əliyev arasında möhkəm birliyin təzahürüdür
14:08
19 Aprel
Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehranda fars dilində nəşr olunub
14:06
19 Aprel
Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda 516 milyon manatlıq məhsul istehsal edilib
14:04
19 Aprel
Prezident İlham Əliyev NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14:03
19 Aprel
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
14:01
19 Aprel
TAP qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutunun 80 faizi tamamlanıb
13:58
19 Aprel
Hikmət Babaoğlu: İrəvan erməniləri "Qarabağ klanı"ndan yaxa qurtarmaq istəyir
13:57
19 Aprel
Azərbaycan ilə İordaniya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı yolları müzakirə olunub
13:55
19 Aprel
Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
13:51
19 Aprel
Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib
13:48
19 Aprel
Xətai rayonunda 81 minə yaxın sakin tibbi müayinədən keçib
13:46
19 Aprel
Lev Spivak: Azərbaycanda sabit iqtisadi və siyasi mühit gələcəkdə də davam edəcək
13:43
19 Aprel
Bakıda “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib
12:14
19 Aprel
Mübariz Qurbanlı: "Din xadimlərinə maddi dəstək veriləcək"
12:04
19 Aprel
Günəş elektrik stansiyalarında 7,7 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub
11:58
19 Aprel
Azərbaycanda propilen istehsalı 11,5 faiz artıb
11:54
19 Aprel
“700 min ağac əkək!” kampaniyası çərçivəsində Bərdədə növbəti aksiya keçirilib
11:46
19 Aprel
Vətən uğrunda şəhid olmuş hərbçilərimizin xatirəsinə həsr olunan beynəlxalq cüdo turniri keçirilir
11:42
19 Aprel
Azərbaycan gimnastları II Avropa Oyunlarına lisenziyalar qazanıblar
11:26
19 Aprel
ABŞ-ın yəhudi və xristian din xadimləri Azərbaycanın tolerantlığını alqışlayıblar
11:23
19 Aprel
İRƏVANDA SAXLANILANLARIN SAYI 91-Ə ÇATDI
11:21
19 Aprel
Ermənistan əhalisi Serj Sarkisyanın baş nazir postunu mənimsəməsinə etiraz edir
11:17
19 Aprel
Bu il Bakı–Tbilisi–Ceyhan kəməri ilə 8,2 milyon ton neft göndərilib
11:15
19 Aprel
Birinci rübdə Azərbaycanda 4,4 milyard kubmetr əmtəəlik təbii qaz istehsal edilib
11:07
19 Aprel
Dini radikalizmlə və ekstremizmlə mübarizədə gənclərin üzərinə böyük məsuliyyət düşür
10:52
19 Aprel
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi yaxşılaşdırılır
10:43
19 Aprel
Azərbaycan OPEC+ Monitorinq Komitəsinin iclasında təmsil olunacaq
10:40
19 Aprel
Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransı və sərgisi Bakıda keçiriləcək
10:30
19 Aprel
Moskvada ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə dair “dəyirmi masa” keçirilib
10:27
19 Aprel
İstanbulda Azərbaycan, Türkiyə və Yunanıstan incəsənət ustalarının birgə konserti olub
10:22
19 Aprel
Ermənistan silahlı bölmələri snayper tüfənglərindən və minaatanlardan istifadə etməklə atəşkəs rejimini 102 dəfə pozub
10:20
19 Aprel
İsveçrə Prezidenti Alain Berset: İsveçrə ilə Azərbaycan arasında yaxşı və geniş əlaqələr mövcuddur
10:15
19 Aprel
Tahir Rzayev: Ölkədə qeyri-neft sektorunun inkişafının təmin edilməsi üçün dövlət tərəfindən qətiyyətli siyasi iradə nümayiş etdirilir
10:11
19 Aprel
Romada ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
10:08
19 Aprel
Yaponiyanın Baş naziri: Azərbaycan, Qafqaz regionunun sabit inkişaf açarının sahibi olmaqla, beynəlxalq enerji təhlükəsizliyi üçün böyük rola malik ölkədir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+15 +19
gecə+7 +9