Ana səhifə »  Mədəniyyət »  Heydər Əliyev Mərkəzində Xalq Artisti Tofiq Quliyevin 100 illik yubiley gecəsi keçirilib
A+   Yenilə  A-
Heydər Əliyev Mərkəzində Xalq Artisti Tofiq Quliyevin 100 illik yubiley gecəsi keçirilib

Noyabrın 7-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubiley gecəsi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yubiley gecəsində iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.
Mərasimdən əvvəl Xalq Artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə Tofiq Quliyevin Azərbaycan musiqi mədəniyyətinə töhfələri barədə fikirlərini jurnalistlərlə bölüşüblər. Vurğulanıb ki, Tofiq Quliyevin mahnıları hər gün səslənir və onları eşidəndə, adama elə gəlir ki, bəstəkarla söhbət edirik. Onun əsərləri həm Rəşid Behbudov, Şövkət Ələkbərova kimi korifey sənətkarların, həm də bu gün gənc müğənnilərin ifasında gözəl səslənir. Nə qədər ki, Azərbaycan var, Tofiq Quliyevin əsərləri də bir o qədər yaşayacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondu yubileylə əlaqədar Xalq Artisti Tofiq Quliyevin yaradıcılığına həsr olunan “Musiqidə döyünən ürək” adlı multimedia toplusu hazırlayıb.
Yubiley gecəsindən əvvəl Heydər Əliyev Mərkəzinin foyesində multimedia toplusunun təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov topluda Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyevin yaradıcılığının geniş təhlil edildiyini və bəstəkar haqqında görkəmli şəxsiyyətlərin fikirlərinin, xatirələrinin yer aldığını bildirib. “Biz artıq iki ilə yaxındır ki, Tofiq Quliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşırdıq və nəticə etibarilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə çox gözəl bir layihə ərsəyə gəldi”, - deyən Anar Ələkbərov layihənin reallaşması üçün böyük işçi qrupunun yaradıldığını diqqətə çatdırıb.
Layihənin rəhbəri A.Ələkbərov göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Təqdimat mərasimində məlumat verilib ki, şəxsi və dövlət arxivlərinin materialları əsasında hazırlanan toplu Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında kitab-albomdan, bəstəkarın bədii filmlər üçün mahnıları, fortepiano üçün əsərləri, indiyədək səslənməmiş simfonik orkestr üçün əsərlərindən ibarət dörd cildlik not kitabları, 212 əsəri özündə cəmləşdirən fleş-kart dəstindən ibarətdir.
Vurğulanıb ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında əvəzsiz xidmətləri olan, milli musiqi tariximizdə xüsusi yer tutan bəstəkar, Azərbaycan estrada və cazının klassiki, Xalq Artisti Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Heydər Əliyev Fondu tərəfindən çoxsaylı işlər görülüb. İlk növbədə, Bakı şəhərinin bütün arxivlərindən və bəstəkarın şəxsi arxivindən bütün not əlyazmaları toplanıb, köhnə babin lentlərdəki musiqi yazılarının elektron versiyası hazırlanıb və ilk dəfə olaraq toplu şəkildə buraxılıb. Multimedia toplusuna bəstəkarın müxtəlif dövrlərdə və müxtəlif mövzularda bəstələdiyi mahnılar, simfonik orkestr, fortepiano üçün əsərləri, kinofilmlərə yazdığı mahnılar, o cümlədən bəstəkarın ifasında müəllif əsərləri daxil edilib. Topluda Tofiq Quliyevin həyat və yaradıcılığının müxtəlif mərhələlərinə aid fotolar, görkəmli şəxsiyyətlərin, tanınmış söz adamlarının bəstəkar haqqında söylədiyi fikirlər, xatirələr, habelə ilk dəfə olaraq, onun indiyədək səslənməmiş, simfonik orkestr və kamera-instrumental əsərləri, bu günədək nota alınmamış 30-dan çox mahnısının audioyazısı yer alıb. Eləcə də kinofilmlərdə olan mahnıların not yazıları da topluda öz əksini tapıb. Elektron daşıyıcılarda Tofiq Quliyevin müxtəlif əsərləri 10 tematik mövzu üzrə qruplaşdırılıb. Bu sıraya Vətən, məhəbbət haqqında mahnılar, həmçinin kinofilmlərə yazılmış mahnılar, instrumental əsərlər, caz improvizasiyaları, bəstəkarın royalda olan ifaları və estrada miniatürləri, rəqs ritmləri və s. daxildir.
Bu toplu Tofiq Quliyevin zəngin irsinin öyrənilməsi, milli mədəni dəyərlərimizin qorunub saxlanması, təbliği və gələcək nəsillərə ötürülməsi işinə töhfə olacaq.
Daha sonra Heydər Əliyev Mərkəzinin Auditorium zalında təntənəli mərasim başlayıb. Əvvəlcə bəstəkarın oğlu, kinorejissor və ssenarist, Xalq Artisti Eldar Quliyev və qızı, yubiley konsertinin bədii rəhbəri Lalə Quliyeva çıxış edib.
Eldar Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya tədbirin təşkilinə görə minnətdarlığını bildirib. O, Ulu öndər Heydər Əliyevin Tofiq Quliyevin yaradıcılıq gecəsində söylədiyi “Biz hamımız gedəcəyik, heç kəs qalmayacaq. Lakin illər keçəcək, yüzillər keçəcək, Tofiq Quliyevin musiqisi yaşayacaq” sözlərini xatırladıb.
Lalə Quliyeva layihənin ərsəyə gəlməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edərək deyib: “Layihə Heydər Əliyev Fondunun dəqiq və savadlı işi nəticəsində möhtəşəm alınıb”. O, həmçinin layihənin rəhbəri Anar Ələkbərova ideya yaranandan başlayaraq son məşqlərə qədər bütün işlərə diqqətlə yanaşmasına görə təşəkkürünü bildirib.
Çıxışlardan sonra Xalq Artisti Tofiq Quliyevin ömür yolundan və yaradıcılığından bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilib.
Filmdə Tofiq Quliyevin Azərbaycan musiqisindəki əvəzolunmaz rolundan, 200-dən çox bir-birindən gözəl və yaddaqalan mahnıların müəllifi olmasından, 40-dan çox kinofilmə musiqi bəstələməsindən bəhs edilir. Onun geniş yaradıcılığının yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmadığı, eyni zamanda, gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycan estrada və caz musiqisinin banilərindən biri olduğu qeyd edilir. Sənədli filmdə Ümummilli lider Heydər Əliyevin, bəstəkarın sənət dostlarının, görkəmli musiqiçilərin Tofiq Quliyev haqqında fikirləri yer alıb.
Konsert proqramında bəstəkarın müəllifi olduğu mahnılar, kinofimlərə yazdığı instrumental musiqilər, caz musiqiləri, simfonik orkestr üçün əsərləri ifa olunub. Yubiley gecəsində Tofiq Quliyevin məşhur, dillər əzbəri olan mahnıları ilə yanaşı, uzun müddətdir səslənməyən kompozisiyaları da təqdim edilib.
Konsertdə Xalq artistləri Fidan və Xuraman Qasımovalar, Azər Zeynalov, Samir Cəfərov, Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Əməkdar artistlər Aygün Bəylər, Azərin, Tünzalə Ağayeva, Sərxan Sərxan, İlqar Muradov, Emil Əfrasiyab, Elçin Əzizov, İsfar Sarabski, rusiyalı vokalçı Yana Melikayeva, tarzənlər - Əməkdar Artist Sahib Paşazadə, Şəhriyar İmanov, nağara ifaçısı Emin Cəbrayılov, skripkaçılar Elvin Qəniyev, Ceyla Seyidova, həmçinin Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, “Qaya” ansamblı, “Natiq” ritm qrupu və “Qaytağı” qrupu çıxış ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bəstəkarın oğlu, Xalq Artisti Eldar Quliyev və qızı Lalə Quliyeva ilə görüşüb. Leyla Əliyeva yubiley gecəsinin yüksək səviyyədə təşkil edildiyini, gecədə səslənən əsərlərin Tofiq Quliyevin yaradıcılığının parlaq nümunələri olduğunu, bu əsərlərin hamı tərəfindən sevildiyini deyib. Leyla Əliyeva bildirib ki, yubiley gecəsindəki ab-havadan həm babası, Ulu öndər Heydər Əliyev, həm də bəstəkarın özü məmnun qalardı. Tofiq Quliyevin övladları yubiley gecəsinin təşkilində Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyini yüksək qiymətləndiriblər və minnətdarlıqlarını ifadə ediblər.

 
  • Oxunub:  9870  |  
  • Tarix:  08-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb

17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir
10:45
19 Oktyabr
Bakıda III Avrasiya Konfransı işə başlayıb
09:48
19 Oktyabr
Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib
09:24
19 Oktyabr
Yaponiyalı musiqiçi: Əlliyə yaxın ölkədə olsam da, Bakı kimi özünəməxsus, gözəl şəhər görməmişəm
09:15
19 Oktyabr
Jurnalistlərin dostluq əlaqələri Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafına töhfə verəcək
09:07
19 Oktyabr
Vaşinqtonda Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü qeyd olunub
17:45
18 Oktyabr
Tərtər rayonunun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb
17:43
18 Oktyabr
Dini təhlükəsizlik milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biridir
17:41
18 Oktyabr
Azərbaycanın bir qrup KİV nümayəndəsi Gürcüstanda səfərdədir
17:39
18 Oktyabr
Mikola Kurka: Azərbaycan son 15 ildə hüquqi dövlətin inkişafı istiqamətində fundamental işlər görüb
17:33
18 Oktyabr
AQTA əməkdaşları Malayziyada keçirilən beynəlxalq təlimdə iştirak ediblər
17:29
18 Oktyabr
Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçirilib
17:19
18 Oktyabr
Elman Nəsirov: Müstəqillik illərində ölkəmiz böyük inkişaf yolu keçib
17:14
18 Oktyabr
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib
17:10
18 Oktyabr
İordaniyalı politoloq: Azərbaycan öz müstəqil xarici siyasəti sayəsində beynəlxalq aləmdə çox böyük nüfuz və hörmət qazanıb
17:06
18 Oktyabr
Azərbaycan və Türkmənistan XİN-ləri arasında 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb
16:48
18 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
16:45
18 Oktyabr
Maria Elisabetta Alberti Kasellati: İtaliya Azərbaycanı özünün ən sadiq tərəfdaşlarından biri hesab edir
16:41
18 Oktyabr
YAP rayon təşkilatları ictimai-siyasi həyatda fəallıqları ilə seçilir
16:28
18 Oktyabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb
16:18
18 Oktyabr
Bakı Nəqliyyat Agentliyində Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
16:16
18 Oktyabr
Bilik Fondu “On beş illik Prezidentlik dövrünün şərəfli salnaməsi” mövzusunda “dəyirmi masa” keçirib
16:09
18 Oktyabr
Qubadlı rayonu üzrə doqquz ayın nəticələri müzakirə olunub
16:00
18 Oktyabr
Bakı Olimpiya Stadionunda UEFA-nın seminarı təşkil olunacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+19 +22
gecə+14 +17