Ana səhifə »  Mədəniyyət »  Birinci “M.A.P.” Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “ÜNS” Yaradıcılıq səhnəsində “Gülməli adam” tamaşası göstərilib
A+   Yenilə  A-
Birinci “M.A.P.” Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “ÜNS” Yaradıcılıq səhnəsində “Gülməli adam” tamaşası göstərilib

Siz teatrı sevirsinizmi? Çoxları bu suala “əlbəttə, sevirəm”, - deyə cavab verəcək. Lakin klassik tamaşalara adət etmiş tamaşaçı müasir teatrın yeni dünyasını, onun eksperimental formalarını, insanın qəlbini ehtizaza gətirən dramaturgiyasını, orijinal rejissor yanaşmasını və aktyorların oyununu çox vaxt özü üçün “kəşf edir”. Bugünkü teatr öz yeni nəfəsi, yeni dili və əvvəllər görünməmiş intellektual səviyyəsi ilə fərqlənir.
Noyabrın 1-dən 6-dək ölkəmizin müxtəlif teatr səhnələrində BAKCELL şirkətinin dəstəyi ilə “YARAT” Müasir İncəsənət Məkanında keçirilən birinci “M.A.P.” Bakı Beynəlxalq İncəsənət Festivalının leytmotivi belədir. YARAT Mərkəzində tam əmindirlər ki, həqiqi teatr olub, var və hələ uzun müddət olacaq, tamaşaçıları heyrətləndirəcək və valeh edəcək. Bu xüsusi festivalın bədii kredosu müasir dramaturgiyanı, musiqini və çoxsaylı maarifləndirici niyyətləri bir layihə şəklində təqdim etməyə imkan verir, ən başlıcası isə öz xarizması və sərhəd bilməyən kurajı ilə həqiqi teatrın mahiyyətini açıqlayan ecazkar sənət insanlarını vəcdlə alqışlamağa sövq edir.
AZƏRTAC xəbər verir ki, “ÜNS” Yaradıcılıq Səhnəsində “Pyotr Fomenkonun emalatxanası” teatrının təqdim etdiyi “Gülməli adam” tamaşası bu festivalın yaddaqalan nümunələrindən biri olub.
Qonaqlar arasında görkəmli ictimai xadimlər, mədəniyyət və elm sahələrinin, diplomatik missiyaların nümayəndələri vardı.
“Pyotr Fomenkonun emalatxanası” teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar İncəsənət xadimi, Rusiya Teatr Sənəti İnstitutunun professoru Yevgeni Kamenkoviç açılış mərasimində çıxış edərək festivalın təşkilatçılarına bu teatrı Bakıya dəvət etdiklərinə və öz incəsənətini nümayiş etdirmək imkanına görə minnətdarlığını bildirib.
Fyodor Dostoyevskinin “Gülməli adamın yuxusu” adlı fantastik hekayəsi əsasında quruluş verilmiş “Gülməli adam” tamaşası gənc artist Fyodor Malışevin və “Besı” musiqi qrupunun birgə işidir. Qeyd edək ki, Fyodor Malışev təkcə ssenari müəllifi və baş rolun ifaçısı deyildi, həm də bu tamaşa onun rejissor debütü idi.
Fyodor Malışev Dostoyevskinin hekayəsini yeni tərzdə mənalandırıb, onu 45 dəqiqəlik monoloqu və xüsusi musiqi müşayiəti olan monotamaşaya çevirib. Bu musiqi heyrətamiz qəhrəmanın bir-birini ani əvəz edən saysız-hesabsız müxtəlif emosiyalarına uyğundur. Böyük rus klassikinin əsəri əsasında hazırlanmış “Gülməli adam” tamaşası əsl fəlsəfi ideyalar xəzinəsinə çevrilir. Həmin ideyalardan biri xristian dininin bu şüarının təkrarıdır: “Yaxın adamlarını özünü sevdiyin kimi sev”. Bu adi həqiqət gülməli insana yuxuda ikən açılır. O, özünü öldürərək müqəddəs torpağa düşür. Cənnətə oxşayan bu məkanda insanlar əzab-əziyyətin nə olduğunu hələ bilmir, onlar hamısı doğulandan ölənə qədər xoşbəxtdirlər, lakin bu qonağın “sayəsində” müasir dünyanın naqislikləri onlara da yoluxur.
Tamaşanın əvvəlində intihar etmək həddində olan bir əsəbi gənc anlaşılmaz məmnunluqla özünə əzab verir, xarakterinin ən naqis cəhətlərini üzə çıxarır, ətrafında nə varsa hamısına nifrət edir. Bu refleksiya eyni vaxtda həm rəhm hissi oyadır, həm də tamaşaçı ondan uzaq olmağa çalışır. Elə təsəvvür yaranır ki, kinli bir varlığın qürur hissi onun səmimi iztirabları ilə savaşır.
Qəhrəmanın düşkünləşməsi və dirçəlməsi, intihar ərəfəsində gördüyü yuxu xəstə sinir təsiri bağışlayır. Qəribə musiqi, işığın tez-tez dəyişməsi, bəzən yarımqaranlıq həddinə çatması, güclə eşidilən mahnı, həm ay işığı, həm də qəhrəmanın yuxulu xəstə şüurunda təsəvvür etdiyi tapança lüləsi boş bir məkan, vakuum, heçliyə gedən yoldur... Qəhrəman özünün tabutda olması barədə danışır, çəkisizlik şəraitinə düşür, öz hisslərinin və emosiyalarının burulğanını tamaşaçılara çatdırır və yalnız Gülməli adamın səsi tamaşaçını gerçəklikdə saxlayır. Dostoyevskinin hekayəsinin ideal vizuallaşması belədir. Ayılma nə gətirəcək? Təmizlənmə, işıqlanma, həqiqi həyat naminə intihardan imtina etməkmi? O, səhnədə şüşə qırıntıları üzərində yalın ayaqla gəzir. Personaj üçün sınmış qədəhin qırıntıları aktyor üçün əsəbilikdir. O, qaranlıqda və öz qəlbinin boşluğunda əməlindən peşman olur. Axı bu sirli torpaqda xoşbəxtliyi “söndürən”, cəmiyyəti ləkələyən, onu özünün istədiyi kimi yaşamağa öyrədən məhz bu insan olub. Finalda tamaşaçının qarşısında xeyir və həqiqətin carçısı dayanır. “Özünü necə sevirsənsə, başqalarını da elə sev. Vəssalam, bundan artıq heç nə lazım deyil” - indi son dərəcə adi olan bu sözlər həmişəkindən daha aktual səslənir. Gülməli adamın sözləri müasir dövrün ağrı-acılarını əks etdirir. Tamaşaçıya elə gəlir ki, əgər biz hamımız bu həqiqəti Malışevin qəhrəmanı kimi qəbul etsəydik, onda nə müharibələr olardı, nə də terror.
Tamaşa birnəfəsə bitir. Bütün bu ruhi dəyişikliklər heyrətamiz dərəcədə səmimi oynanılır. Qəhrəmanın xəstələnməsinə və sonradan sağalmasına əsla şübhə yeri qalmır. Bu, qavranılması asan olmayan, lakin çox səmimi tamaşadır. Bütün zalı gərgin vəziyyətdə saxlayan bu tövbə, gənc aktyorun ustalığı hər cür tərifə layiqdir. Qəhrəman deyir: “Mən həqiqəti dərk etdim”...
Qanunauyğun final isə belə oldu: zaldakı tamaşaçılar ayağa qalxaraq belə bir sənət əsərini təqdim etmiş teatrın yaradıcı kollektivini alqışladı. Əlbəttə, Dostoyevskini üstələmədilər, amma ondan geri də qalmadılar.

 
  • Oxunub:  7740  |  
  • Tarix:  07-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb

17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir
10:45
19 Oktyabr
Bakıda III Avrasiya Konfransı işə başlayıb
09:48
19 Oktyabr
Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib
09:24
19 Oktyabr
Yaponiyalı musiqiçi: Əlliyə yaxın ölkədə olsam da, Bakı kimi özünəməxsus, gözəl şəhər görməmişəm
09:15
19 Oktyabr
Jurnalistlərin dostluq əlaqələri Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafına töhfə verəcək
09:07
19 Oktyabr
Vaşinqtonda Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü qeyd olunub
17:45
18 Oktyabr
Tərtər rayonunun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb
17:43
18 Oktyabr
Dini təhlükəsizlik milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biridir
17:41
18 Oktyabr
Azərbaycanın bir qrup KİV nümayəndəsi Gürcüstanda səfərdədir
17:39
18 Oktyabr
Mikola Kurka: Azərbaycan son 15 ildə hüquqi dövlətin inkişafı istiqamətində fundamental işlər görüb
17:33
18 Oktyabr
AQTA əməkdaşları Malayziyada keçirilən beynəlxalq təlimdə iştirak ediblər
17:29
18 Oktyabr
Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçirilib
17:19
18 Oktyabr
Elman Nəsirov: Müstəqillik illərində ölkəmiz böyük inkişaf yolu keçib
17:14
18 Oktyabr
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib
17:10
18 Oktyabr
İordaniyalı politoloq: Azərbaycan öz müstəqil xarici siyasəti sayəsində beynəlxalq aləmdə çox böyük nüfuz və hörmət qazanıb
17:06
18 Oktyabr
Azərbaycan və Türkmənistan XİN-ləri arasında 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb
16:48
18 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
16:45
18 Oktyabr
Maria Elisabetta Alberti Kasellati: İtaliya Azərbaycanı özünün ən sadiq tərəfdaşlarından biri hesab edir
16:41
18 Oktyabr
YAP rayon təşkilatları ictimai-siyasi həyatda fəallıqları ilə seçilir
16:28
18 Oktyabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərcik açılıb
16:18
18 Oktyabr
Bakı Nəqliyyat Agentliyində Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
16:16
18 Oktyabr
Bilik Fondu “On beş illik Prezidentlik dövrünün şərəfli salnaməsi” mövzusunda “dəyirmi masa” keçirib
16:09
18 Oktyabr
Qubadlı rayonu üzrə doqquz ayın nəticələri müzakirə olunub
16:00
18 Oktyabr
Bakı Olimpiya Stadionunda UEFA-nın seminarı təşkil olunacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+19 +22
gecə+14 +17