Ana səhifə »  Mədəniyyət »  Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının sərgisi açılıb
A+   Yenilə  A-
Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının sərgisi açılıb

Noyabrın 6-da Bakıda, Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının əsərlərindən ibarət “Ulduzlar toplusu” sərgisinin açılışı olub.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir Çindən gəlmiş rəqs qrupunun milli rəqsləri təqdim etməsi ilə başlanıb.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin ənənəvi olaraq layihələr həyata keçirməsindən söhbət açıb, budəfəki layihənin müasir Çin incəsənətinə həsr edildiyini bildirib. Bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə Çinin Azərbaycandakı səfiri Vey Cinhuaya və səfirliyin əməkdaşlarına təşəkkür edən A.Ələkbərov sərgidə 20 rəssamın və heykəltəraşın 40-dək əsərinin təqdim edildiyini bildirib. O deyib: “Sərgidə yer alan əsərlərin hər biri nadirliyi ilə fərqlənir. Biz uzun müddətdir ki, Heydər Əliyev Mərkəzində qonaqlarımızı Çin incəsənəti ilə tanış etməyi arzu edirdik. Nəhayət, bu imkan yarandı”.
Kolleksiyaçı Con Dodelandı və sərginin kuratoru Ami Barakı səhnəyə dəvət edən A.Ələkbərov Heydər Əliyev Mərkəzinin gələcəkdə gənc kolleksiyaçı ilə bir sıra layihələr həyata keçirəcəyini diqqətə çatdırıb.
Con Dodeland Heydər Əliyev Mərkəzində olmaqdan və bu möhtəşəm yerdə çıxış etməkdən məmnun olduğunu bildirərək deyib: “Bu bina nəinki gözəl memarlığı baxımından, həm də burada təşkil edilən sərgilərin keyfiyyəti baxımından bütün dünyada artan nüfuzu ilə seçilir. Artıq bir neçə ildir ki, mən yeni nəsil Çin rəssamlarına dəstək verirəm. Burada olmağımızı, bu sərgini təqdim etmək imkanımızı yüksək dəyərləndirirəm. Həmin rəssamlar öz zəmanəsinin ən istedadlı və yenilikçi rəssamları sırasındadırlar. Onlar əvvəlki nəslə bir növ çağırış olan valehedici sənət üslubu ilə seçilən güclü avanqard əsərləri sahəsinə öz dünyagörüşünü gətirdilər. Bu, olduqca bənzərsiz bir addımdır”.
Sərginin kuratoru Ami Barakla xüsusi əməkdaşlıq etdiyini diqqətə çatdıran kolleksiyaçı onu da vurğulayıb ki, sərhədsiz incəsənətlə bağlı eyni duyğu ətrafında bir çox insanları bir araya gətirmək mümkündür. “İpək Yolunun uzun tarixi baxımından Heydər Əliyev Mərkəzi ilə gənc rəssamlar arasında bu təmas həqiqətən əhəmiyyətlidir. Çünki qədim ənənələrlə müasirliyin qovuşduğu bir yerdə tamamilə yeni İpək Yolu salınmaqdadır. Ümid edirəm ki, siz yeni rəssamların əsərlərinin sərgiləndiyi “Ulduzlar toplusu”nu yüksək dəyərləndirəcəksiniz və burada iştirak edən hər bir rəssam həmin ulduz toplusunun bir hissəsidir. Ulduz toplusu dedikdə, mən məhz incəsənət aləminin sabah böyük ulduzları olacaq bu gəncləri nəzərdə tuturam. Onlar öz gücləri, öz dünyagörüşü ilə qlobal bir hərəkatın bir hissəsinə çevriləcəklər”, - deyə Con Dodeland qeyd edib. O vurğulayıb ki, bu sərgi vasitəsilə Şanxay, Pekin və Bakı arasında bir çox əməkdaşlıq formalarının əsası qoyulacaq. Kolleksiyaçı Azərbaycan rəssamlarının da Çinə dəvət ediləcəyinə ümidvar olduğunu söyləyib və sərginin təşkilində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Layihənin kuratoru Fransada və digər ölkələrdə bir sıra sərgilərin təşkilatçısı olmuş Ami Barak mərasimdə çıxış edərək Heydər Əliyev Mərkəzində olmaqdan məmnunluq hissi duyduğunu bildirib. Sərginin əvvəlcə Tbilisidə nümayiş etdirildiyini qeyd edən kurator deyib: “Bizim arzumuz idi ki, bu sərgini məhz Bakıya gətirək. Nəhayət, bu gün arzumuz reallığa çevrildi. Bu, səyyar sərgidir və o deməkdir ki, biz bu yolla irəliləyərək bu istiqamətdə addımlarımızı davam etdirəcəyik. Əslində bu sərgi bizim böyük layihəmizin bir hissəsidir. Hər hansı ticari münasibətlərə gəldikdə, burada sırf malların və ya əmtəənin ticarətindən söhbət getmir, həmçinin mədəniyyət mübadiləsi də baş verir. Bu sərgi çərçivəsində biz olduqca istedadlı, zəngin biliyi olan bacarıqlı rəssamların əsərlərini təqdim edirik. Onlar öz zəkası ilə seçilən rəssamlardır ki, artıq beynəlxalq məkanda da öz yerlərini tutublar və gündən-günə mövqelərini daha da gücləndirirlər. Biz onların əsərlərini burada sərgiləməkdən şərəf duyuruq”.
“Ulduzlar toplusu” sərgisi müasir Çin incəsənəti, bu ölkənin mədəniyyətindəki yeni çalarlarla yaxından tanışlıq imkanı yaradır.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Ekspozisiya Heydər Əliyev Mərkəzində 2018-ci il fevralın 1-dək davam edəcək.

 
  • Oxunub:  3420  |  
  • Tarix:  07-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
2017-ci ildə Azərbaycanın siyasi, diplomatik, iqtisadi uğurları idman uğurları ilə tamamlandı

17:25
19 Yanvar
İtaliyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib
17:04
19 Yanvar
“Fitur-2018” beynəlxalq turizm sərgisində Ermənistanın planlaşdırdığı təxribatın qarşısı alınıb
17:01
19 Yanvar
Azərbaycanda Olimpiya hərəkatının təbliği uğurla davam etdirilir
16:57
19 Yanvar
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak edəcək
16:50
19 Yanvar
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında birgə tədbirlər planı imzalayıb
16:42
19 Yanvar
20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq və şərəf günüdür
15:59
19 Yanvar
Nizami Cəfərov: İstiqlalımız uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır
15:53
19 Yanvar
Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan toplantı keçirilib
15:50
19 Yanvar
Çili radiosunun saytında 20 Yanvar faciəsi ilə bağlı geniş məqalə yayılıb
15:40
19 Yanvar
Bakıda dünya çempionatı Olimpiya tituluna namizədlərin adlarını açıqlayacaq
14:13
19 Yanvar
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi konfrans keçirilib
14:05
19 Yanvar
YAP İdarə Heyətinin iclası keçirilmişdir
12:54
19 Yanvar
Vergilər naziri ABŞ səfiri ilə görüşüb
12:53
19 Yanvar
20 Yanvar şəhidləri xalqımızın milli azadlığı və müstəqilliyi üçün yol açıblar
12:45
19 Yanvar
20 Yanvar şəhidlərinin adı Azərbaycan tarixinə əbədi həkk olunub
12:42
19 Yanvar
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib
12:40
19 Yanvar
Azərbaycan Prezidenti özbəkistanlı həmkarına başsağlığı verib
12:38
19 Yanvar
20 Yanvar faciəsinin ildönümü Vyetnamda da qeyd olunub
12:33
19 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
12:30
19 Yanvar
“The Washington Times”: Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır
12:11
19 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
12:04
19 Yanvar
20 Yanvar faciəsi ilə əlaqədar Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək
11:53
19 Yanvar
“Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib
11:09
19 Yanvar
Dünya Turizm Təşkilatında sədrlik Azərbaycandan Argentinaya keçib
11:05
19 Yanvar
Seulda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub
10:58
19 Yanvar
Hikmət Babaoğlu: Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların intensivləşməsi Azərbaycanın dünyada nüfuzunun artması ilə bağlıdır
10:47
19 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
10:45
19 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan özünün milli inkişaf modeli ilə digər dövlətlər üçün nümunədir
10:35
19 Yanvar
ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanat yayıblar
10:24
19 Yanvar
Özbəkistanın kun.uz portalı 20 Yanvar faciəsindən yazıb
10:23
19 Yanvar
Azərbaycan neftinin bir barreli 70,85 dollara satılır
10:16
19 Yanvar
Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:13
19 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 116 dəfə pozub
21:54
18 Yanvar
Elmar Məmmədyarov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra kreativ fikirlər irəli sürüblər
21:16
18 Yanvar
Braziliya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub
20:28
18 Yanvar
20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mübarizəsi salnaməsidir
20:03
18 Yanvar
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Avropa Olimpiya Komitəsinin iclasında iştirak edir
19:51
18 Yanvar
İtaliya mətbuatı: İtaliya 2017-ci ildə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub
19:46
18 Yanvar
YAP Səbail rayon təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
19:27
18 Yanvar
Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb
17:49
18 Yanvar
YAP-ın Pirallahı rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümü münasibətilə qanvermə aksiyası keçirildi
17:46
18 Yanvar
MOK Olimpiya hərəkatının təbliğini uğurla davam etdirir
17:40
18 Yanvar
Statistika Komitəsində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
16:54
18 Yanvar
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr barədə müzakirələr aparılıb
16:34
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Azərbaycanın Gürcüstandakı səfirliyində qeyd olunub
16:30
18 Yanvar
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun görüşünün protokolu imzalanıb
15:21
18 Yanvar
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
14:51
18 Yanvar
Krakovda Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir
14:49
18 Yanvar
Son iki ayda dəmir yolu ilə 14 milyon tondan çox yük daşınıb
14:47
18 Yanvar
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
14:27
18 Yanvar
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq tədbirləri yekunlaşıb
14:24
18 Yanvar
“Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 Yanvardan bu günədək” mövzusunda tədbir keçirilib
14:22
18 Yanvar
Milli Kitabxanada 20 Yanvar hadisələri və Aprel döyüşləri ilə bağlı kitabın təqdimatı keçirilib
14:18
18 Yanvar
Builki Dünya İqtisadi Forumuna 70 ölkənin dövlət başçısı və Baş naziri qatılacaq
14:13
18 Yanvar
İƏT Parlament İttifaqı Konfransının sessiyasında Ermənistanın işğalçılıq siyasəti bir daha pislənilib
12:40
18 Yanvar
Şəhidlərin xatirəsi ürəklərdə yaşayır
12:27
18 Yanvar
Türk Dünyası Bələdiyyələr Birliyi və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası arasında protokol imzalanıb
12:18
18 Yanvar
Necdet Ünüvar: 20 Yanvar faciəsi Türkiyə üçün də hüzn günüdür
12:15
18 Yanvar
SOCAR 2017-ci ildə dövlət büdcəsinə ödənişləri artırıb
12:07
18 Yanvar
Bakı Metropolitenində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı hazırlanıb
12:00
18 Yanvar
Azərbaycanın Belarusdakı səfirliyində Minsk Beynəlxalq Qadın Klubunun tədbiri keçirilib
11:52
18 Yanvar
YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib
11:40
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Kaliforniyanın San-Dieqo şəhərində qeyd olunub
11:15
18 Yanvar
Bolqarıstan KİV-ləri: Bakı-Sofiya aviareysinin açılması Azərbaycan-Bolqarıstan münasibətlərinin daha da inkişafına töhfə verəcək
11:09
18 Yanvar
Milli Məclisin deputatları Bolqarıstanda
10:53
18 Yanvar
TAP-ın Yunanıstan və Albaniya marşrutunun 90 faizi təmizlənib
10:37
18 Yanvar
Fransa Milli Assambleyasında Azərbaycana dair konfrans təşkil olunub
10:22
18 Yanvar
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
10:19
18 Yanvar
Düşmən iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə edərək atəşkəs rejimini 126 dəfə pozub
18:02
17 Yanvar
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +12
gecə+1 +3