Ana səhifə »  Mədəniyyət »  Heydər Əliyev Mərkəzində klassik avtomobillərin yürüşü və möhtəşəm əyləncə tədbirləri keçirilib
A+   Yenilə  A-
Heydər Əliyev Mərkəzində klassik avtomobillərin yürüşü və möhtəşəm əyləncə tədbirləri keçirilib

Avqustun 26-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 1980-ci ilədək istehsal olunmuş 150-dən çox klassik avtomobil iştirak edib. Bunlar yürüş üçün qeydiyyatdan keçən şəxsi avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilən Klassik avtomobil sərgisinin eksponatlarından ibarət nəqliyyat vasitələri olub.
Yürüşdə Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, təhsil naziri Mikayıl Cabbarov, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Yürüşdə iştirak edən ən qədim avtomobil 1937-ci ildə istehsal edilən “Opel Olimp” avtomobili olub. Onun sahibi Azad Kərimov AZƏRTAC-a müsahibəsində deyib: “Klassik avtomobillərin yürüşü və sərgisi çox gözəl tədbirdir. Sanki maşınlara ikinci həyat bağışlayıblar. Bu, böyük bir bayramdır. Bu tədbirə nəvələrimlə gəlmişəm. Bu cür tədbirlər tez-tez keçirilsə, daha yaxşı olar. Çünki gələcək nəsillər bu cür maşınları görməlidirlər”.
Sərgidə iştirak edən şəhər sakini Fuad Məmmədovun avtomobilinin isə, necə deyərlər, “42 yaşı” var. Avtomobili 2002-ci ildə Rusiyadan gətirən F.Məmmədovun sözlərinə görə, bu nəqliyyat vasitəsi həmin vaxtdan işləyir, yəni xarab olmayıb. Hətta avtomobil 2014-cü ildə Vyanaya uzaq səyahət edib. Bakıda təşkil edilən klassik avtomobil yürüşündə ilk dəfə iştirak etdiyini deyən şəhər sakini tədbirin onda xoş təəssürat oyatdığını vurğulayıb.
Müxtəlif illərin istehsalı olan ayrı-ayrı markalı avtomobillər Bakı küçələrində nostalji hisslər yaradaraq yürüş ediblər.
Klassik avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb və şəhərin mərkəzi küçələri ilə yürüş etdikdən sonra Mərkəzin parkında sərgilənib.
Klassik avtomobillərin yürüşü və sərgisi paytaxtımızın sakinləri ilə yanaşı, şəhərimizin qonaqlarında da unudulmaz təəssüratlar yaradıb. Rusiyadan gəlmiş Natalya Zelnurova deyib: “Bakıya qonaq gəlmişəm və gözlənilmədən bu tədbirə qatıldım. Yürüş, eləcə də burada iştirak edən avtomobillər çox xoşumuza gəldi. Əhval-ruhiyyə yüksəkdir. İnsanlar çox mehribandırlar. Həm bu tədbirdə, həm də ümumiyyətlə, şəhərdə çox səmimi münasibət görürük”.
Yürüşdən sona Heydər Əliyev Mərkəzinin parkında, həmçinin müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunub.
“Küləyin rəqsi” Beynəlxalq Çərpələng Festivalı
“Küləyin rəqsi” Beynəlxalq Çərpələng Festivalı Bakıda ilk dəfə təşkil olunub. Saat 18:00-da başlayan tədbirdə 7 ölkədən 10 rəssam iştirak edib: Nərmin Abdullayeva (Azərbaycan), Fərəc Rəhmanov (Azərbaycan), Sami Maalas (Finlandiya), Marius Abramaviçus (Litva), İlona Yanuliene (Litva), Ritums İvanovs (Latviya), Andris Vitolins (Latviya), Fedir Aleksandroviç (Ukrayna), Yesper Boysen (Danimarka), Dolqor Ser-Od (Monqolustan).
Rəssamların üzərinə müxtəlif rəsmlər çəkdiyi, fərqli ölçü və formalı 50 çərpələng “küləklər şəhəri” Bakının səmasını bəzəyib və rəngarəng palitra yaradaraq tamaşaçılara unudulmaz təəssürat bəxş edib.
Festival çərçivəsində həvəskar uşaqlar da səmaya 200-dək çərpələng uçurublar.
Binəqədi rayon 3 nömrəli məktəbin şagirdi Günel Hüseynli çərpələng uçurmaqdan çox xoşu gəldiyini söyləyib. “Çərpələng çox uçururam, amma bu cür böyük məkanda ilk dəfədir iştirak edirəm. Həm sevinirəm, həm də həyəcanlanıram”, - deyə G.Hüseynli festivala həvəslə qatıldığını bildirib. Hüseynlilər ailəsindən Günay xanım belə bir festivalın keçirilməsindən çox məmnun qaldıqlarını vurğulayaraq deyib: “Bu cür tədbirlərdə uşaqlar çox sevinir. Onlar sevinirsə, biz də sevinirik. Festivalı təşkil edənlərə çox təşəkkür edirik”.
Əyləncə proqramları
Tədbir çərçivəsində saat 17:00-dan başlayaraq Heydər Əliyev Mərkəzinin parkında azyaşlılar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.
“Sevimli bala” uşaq klubunun dəstəyi ilə qurulan oyun zonasında balacalar şar və köpük şouları, batut, sürüşkənlər, böyük ölçüdə yumşaq konstruktorlar və plastmas şahmatlar ilə çox maraqlı anlar yaşayıblar.
Şəhər sakini Aytən Qasımova bu tədbir barədə elanı “Facebook”da gördüyünü qeyd edib. “Burada ab-hava çox gözəldir. İnsanın zehnini sakitləşdirən bir havadır. Uşaqlarım da çox sevindilər. Onların müxtəlif əyləncələrdə iştirakının şəklini də çəkirəm. Uşaqlara nə lazımdır? Sevinc. Bugünkü tədbir uşaqlara böyük sevinc bağışladı”.
“The Entertainer” oyuncaq mağazasının iştirakı ilə hazırlanan əyləncə zonasında isə futbol, basketbol və digər oyun meydançaları qurulmuşdu. Burada uşaqlar, həmçinin masaüstü oyunlarda iştirak ediblər.
“Bolşoy prazdnik” şirkəti isə balacalar üçün sehrbazın fokus və illüziyalarını, müxtəlif şoular təqdim edib.
Uşaqlar Mərkəzin parkında, həmçinin müxtəlif nağıl personajları ilə şənlənib, üzlərini arzu etdikləri rəsmlərlə boyatdırıb, karikaturalar çəkdiriblər. Onların sırasında dörd yaşlı Ruslana Şərifzadə buradan çox xoşu gəldiyini, burada özünə kəpənək rəsmini boyatdıracağını söylədi. Burada cizgi filmi qəhrəmanlarından Maşanı və Ayını gördüyünü, onlardan xoşu gəldiyini, hər ikisini çox istədiyini dedi.
Bu əyləncə növləri ilə yanaşı, saat 18:00-dan saat 20:00-dək “Azəri inciləri” qrupunun və balaca ifaçı Nuray Rəhmanovanın konserti olub. Rəqs qrupunun üzvü Aysel Eminzadə bu konsertdə həvəslə və sevinclə iştirak etdiklərini söyləyib. “Bura çox əyləncəlidir, hər şey çox maraqlıdır. Rəqsə getməyi hər kəsə tövsiyə edirəm”, - deyə Aysel Eminzadə bildirib.
Əyləncə proqramında Bakının müxtəlif uşaq evlərində məskunlaşan valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar da iştirak ediblər. Heydər Əliyev Fondunun daimi qayğısı ilə əhatə edilən uşaqlar fərqli əyləncələrdə asudə vaxtlarını keçirib, birlikdə rəqs ediblər. Nizami rayonundakı 1 saylı uşaq evinin sakini Maralın ad günü münasibətilə tortun kəsilməsi isə uşaqların bayram əhvalını ikiqat artırıb.
Röya və Miri Yusifin konserti
Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında Əməkdar artist Röya Ayxanın və Miri Yusifin konserti olub. Saat 20:00-da başlanan konsertdə müğənnilər tamaşaçılara maraqlı repertuar təqdim ediblər.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzi həftəsonları müxtəlif əyləncə proqramları təşkil edir. Şəhər sakinləri və qonaqların iştirak etdiyi budəfəki tədbir klassik avtomobil yürüşü və açıq havadakı sərgi, bir-birindən rəngarəng əyləncələrlə yadda qalıb.

 
  • Oxunub:  2400  |  
  • Tarix:  29-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan müasir, sabit və demokratik ölkə kimi uğurla inkişaf edir

17:46
22 Sentyabr
Azərbaycan Milli Məclisi ilə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında protokol imzalanıb
17:42
22 Sentyabr
Mübariz Qurbanlı: Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir
17:33
22 Sentyabr
Sankt-Peterburq Qanunvericilik Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
17:26
22 Sentyabr
“TurAz Qartalı-2017” təlimlərinə döyüş helikopterləri də qoşulub
17:04
22 Sentyabr
Sahibə Qafarova: Terrorçu Sarkisyanın yeri BMT tribunası deyil, beynəlxalq tribunaldır
16:32
22 Sentyabr
Əhliman Əmiraslanov: Ailə dövlətin əsas özəyi kimi dövlət tərəfindən qorunur
16:19
22 Sentyabr
Azad Rəhimov: İdmançılarımızın Rio-2016-da 18 medal qazanmasında Avropa Oyunlarının böyük dəstəyi oldu
16:07
22 Sentyabr
Ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” kitabının təqdimatı olub
15:52
22 Sentyabr
Qadın voleybolçular arasında Avropa çempionatının ilk oyununda Ukrayna və Rusiya milliləri qarşılaşır
15:35
22 Sentyabr
Auditorlar Palatası ilə Rusiya Auditorlar İttifaqı və Estoniya Auditorlar Assosiasiyası arasında əməkdaşlığa dair sənədlər imzalanıb
15:12
22 Sentyabr
Qulam İshaqzai: Azərbaycan Prezidentinin dayanıqlı inkişaf üçün göstərdiyi səylər alqışa layiqdir
14:29
22 Sentyabr
Beynəlxalq elmi-praktik konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14:22
22 Sentyabr
Göygöl Olimpiya İdman Kompleksi voleybol üzrə Avropa çempionatının oyunlarına hazırdır
14:16
22 Sentyabr
Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaşlarla görüşüb
14:11
22 Sentyabr
Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
14:02
22 Sentyabr
Belqradda Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası keçirilib
12:25
22 Sentyabr
Parisdə növbəti erməni təxribatının qarşısı alınıb
12:22
22 Sentyabr
Səhra komanda məntəqəsi parkının açılışı olub
12:17
22 Sentyabr
Robert Sekuta: Qlobal enerji təhlükəsizliyi baxımından Azərbaycanın əhəmiyyəti ABŞ tərəfindən yüksək qiymətləndirilir
12:12
22 Sentyabr
"Şəhadət" sənədli filminin təqdimatı olub
12:05
22 Sentyabr
Nazir müavini: "Aİ ilə enerji sahəsində əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"
12:00
22 Sentyabr
Gürcüstanın baş naziri BMT-də çıxışı zamanı Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyətindən danışıb
11:52
22 Sentyabr
Bahar Muradova: Əməkdaşlıq etdiyimiz qurumlar arasında Avropa təşkilatlarına xüsusi önəm veririk
11:47
22 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində bir sıra görüşlər keçirib
11:46
22 Sentyabr
Qulam İsakzai: Dayanlıqlı inkişaf üçün Azərbaycan Prezidentinin səylərini alqışlayıram
11:43
22 Sentyabr
Milli Məclisdə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair beynəlxalq konfrans keçirilir
11:35
22 Sentyabr
Что может сделать ООН для правосудия над преступлениями против Азербайджана?
11:32
22 Sentyabr
GUAM-ABŞ Birgə Bəyannaməsi qəbul edilib
11:26
22 Sentyabr
“Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir
11:22
22 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib
11:19
22 Sentyabr
Yusuf Məmmədəliyev: Prezident İlham Əliyev gənclərimizi daha vətənpərvər, sağlam, savadlı, işgüzar və müasir dövrlə ayaqlaşan görmək istəyir
11:08
22 Sentyabr
Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə start verilir
10:46
22 Sentyabr
Bakıda Çex Respublikasının Dövlətçilik Günü qeyd edilib
10:45
22 Sentyabr
Mübariz Qurbanlı: Müasir Azərbaycan Respublikasının din və siyasətin qarşılıqlı münasibətlərində üstünlük verdiyi model onların yanaşı yaşamasını nəzərdə tutur
10:23
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub
10:18
22 Sentyabr
“The Jerusalem Post”: “Nəyə görə Azərbaycan Amerika yəhudi lobbisi üçün zəruridir?”
18:03
21 Sentyabr
MM-in deputatı: Aqroparkların yaradılması qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir
18:01
21 Sentyabr
Musa Quliyev: Görülən sistemli işlər nəticəsində ölkəmizin qeyri-neft sektorunda ixrac potensialı əhəmiyyətli dərəcədə artırılacaq
17:57
21 Sentyabr
Fuad Muradov: “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” dövlətimizin gənclərə və gənclər siyasətinə verdiyi önəmin bariz nümunəsidir
17:55
21 Sentyabr
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin BMT sessiyasında çıxışı erməni yalanlarının ifşa edilməsi baxımından səciyyəvi oldu
17:45
21 Sentyabr
Bəhruz Quliyev: Prezident İlham Əliyev Sarkisyanı tutarlı cavabları və arqumentləri ilə susdurdu
17:30
21 Sentyabr
Elman Məmmədov: Prezident İlham Əliyevin BMT tribunasındakı çıxışı Ermənistana ciddi xəbərdarlıq idi
17:22
21 Sentyabr
Sədaqət Vəliyeva: Prezident İlham Əliyev BMT-də ölkəmizin və xalqımızın mənafeyini qorudu
17:10
21 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə konfrans keçirilib
16:46
21 Sentyabr
Cocuq Mərcanlıdan bəhs edən kitabın və filmin təqdimatı olub
16:41
21 Sentyabr
Müdafiə naziri: Ali Baş Komandanın BMT-də səsləndirdiyi fikirlər ordumuz üçün əmrdir
16:09
21 Sentyabr
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev BMT Baş Assambleyasında milli maraqlarımızın müdafiəsi baxımından parlaq çıxış etdi
15:40
21 Sentyabr
Siyavuş Novruzov: Prezident BMT tribunasından Azərbaycan reallıqlarını dünyanın diqqətinə çatdırdı
15:37
21 Sentyabr
BMT-də zavallı təlxəyin şousu: Sarkisyan qarabağlı erməniləri yoxa çıxardı
15:27
21 Sentyabr
Qafqaz Müsəlmanları sədri İstanbulda beynəlxalq konfransda iştirak edəcək
15:16
21 Sentyabr
Azərbaycan ilə BMT-nin Əhali Fondu arasında münasibətlər yüksək səviyyədədir
14:38
21 Sentyabr
Sarkisyan pis vəziyyətə düşdü - O, unutmuşdu ki...
14:17
21 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın komitə iclaslarında iştirak edib
14:09
21 Sentyabr
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib
13:34
21 Sentyabr
Van Veyquan: Azərbaycan-Çin əlaqələri beynəlxalq arenada hər iki ölkəni strateji tərəfdaşa çevirib
12:57
21 Sentyabr
Akademik İsa Həbibbəyli: Bakı-Tbilisi-Qars XXI əsrin dəmir İpək Yoludur
12:30
21 Sentyabr
“ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin nəticələri açıqlanıb
12:24
21 Sentyabr
21 sentyabr - Beynəlxalq Sülh Günüdür
12:20
21 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət yetirir
12:12
21 Sentyabr
Əli Həsənov: Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı ermənilərin 200 illik yalanı üzərində böyük qələbə idi
12:10
21 Sentyabr
AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir
11:55
21 Sentyabr
Baş nazirin müavini: Sarkisyan özünü bütün dünya qarşısında biabır etdi
11:49
21 Sentyabr
Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti görüşü gələn ay Tehranda keçiriləcək
11:48
21 Sentyabr
Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası ilk dəfə Rusiyada nümayiş olunacaq
11:38
21 Sentyabr
Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərinin döyüş atışlı mərhələsi icra olunub
11:31
21 Sentyabr
Bakıda Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair konfrans keçirilir
11:30
21 Sentyabr
Mərkəzi Seçki Komissiyasının sədri Rusiya Federasiyasında səfərdədir
11:25
21 Sentyabr
Böyük Qayıdışa – Cocuq Mərcanlının bərpasına həsr olunan kitabın və filmin təqdimatı keçirilir
11:23
21 Sentyabr
Prezident İlham Əliyev: Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, təcavüzkarı yenidən cəzalandıracaq
10:51
21 Sentyabr
Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair beynəlxalq konfransın iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA