Ana səhifə »  Mədəniyyət »  Bakıda “4 isti gün”: “Jara-2017” Qriqori Lepsin yaradıcılıq gecəsi ilə yekunlaşıb
A+   Yenilə  A-
Bakıda “4 isti gün”: “Jara-2017” Qriqori Lepsin yaradıcılıq gecəsi ilə yekunlaşıb

Musiqi gecəsinin fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub
“Jara-2017” Beynəlxalq Musiqi Festivalının dördüncü - sonuncu günü Rusiyanın Əməkdar artisti Qriqori Lepsin yaradıcılığına həsr edilib.
AZƏRTAC xəbər verir ki, musiqi gecəsinin fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.
Konsert zamanı Leyla Əliyeva “Jara”nın aparıcıları Yana Çurokovanın və Maksim Qalkinin suallarını cavablandırıb.
Aparıcı Leyla Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük işlər gördüyünü xatırladıb, bu festivalın əhəmiyyəti barədə onun fikirlərini soruşub.
Leyla Əliyeva deyib: “Bu, çox gözəl festivaldır. Burada o qədər sevgi, o qədər mehribanlıq və şənlik, o qədər gözəl artist və qonaq var ki... Çox böyük sevincdir. Əlbəttə ki, bütün gənclərimizə və qonaqlarımıza təşəkkür etmək istəyirəm. Çünki belə ab-havanı birlikdə yaradırıq. Hamıya təşəkkür edirəm. Qoy hər günümüz belə səadət dolu olsun.
Aparıcı: Düşünürəm ki, barəsində danışdığın bütün bu keyfiyyətlər həm də festivalın ideya ruhlandırıcısı kimi sizdən gəlir.
Leyla Əliyeva: Hamımızdan.
Aparıcı: Bəli, tamamilə doğrudur. Təşəkkür edirəm.
Gecədə əvvəlcə səhnəni Lev Leşşenko və Jasmin bölüşüblər. Daha sonra Nikolay Baskov səhnəyə çıxaraq festival günlərində Alla Puqaçovanın və Sofiya Rotarunun yaradıcılıq gecələrinin keçirildiyini xatırladıb və onların repertuarlarından mahnılar səsləndirib.
Lolita və Nərgizin ifalarından sonra EMİN-in Aleksandr Marşalla, Sergey Lazarevin isə Dima Bilanla oxuduğu duetlər gecəyə xüsusi hərarət qatıb. “Jara”da iştirak etməkdən çox xoşbəxt olduğunu deyən Sergey Lazarev növbəti festivalın da möhtəşəm keçəcəyinə əminliyini bildirib.
Sonra səhnəyə LOBODA çıxıb. O, Bakıda olmasından, “Jara”nın səhnəsində çıxış etməsindən böyük şərəf hissi duyduğunu bildirib. “Bu dörd gün çox möhtəşəm oldu. Qonaqpərvərliyə görə çox sağ olun”, - deyə LOBODA qeyd edib.
Sevilən mahnılarını səsləndirən Vaxtanq Kikabidze keçmiş Sovet İttifaqında Bakı kimi ikinci gözəl şəhərin olmadığını deyib.
Konsertdə Stas Mixaylov, IOWA və MBAND qrupları, Diana Arbenina, Soso Pavliaşvili, Slava da öz mahnılarını oxuyublar. Stas Mixaylov “Jara” festivalında görüşməyin bir ənənəyə çevriləcəyinə ümidvar olduğunu bildirib.
Miri Yusiflə Röyanın duetindən sonra gecənin səbəbkarı Qriqori Leps tamaşaçıların sürəkli alqışları ilə səhnəyə çıxıb və məşhur hitlərini ifa edib. O, həmçinin Aleksandr Marşal, Soso Pavliaşvili, Diana Arbenina, Dima Bilan, Vladimir Presnyakov, EMİN, Valeri Meladze, Sergey Lazarev ilə duetlər oxuyub.
Konsertin sonunda “Jara” festivalının təşkilatçıları EMİN, Qriqori Leps və Sergey Kojevnikov səhnəyə çıxıblar.
EMİN festivalın təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya bir daha minnətdarlığını bildirib.
Gecə atəşfəşanlıqla yekunlaşıb.
Bununla da dörd gün ərzində tamaşaçılara unudulmaz anlar bəxş edən “Jara-2017” Beynəlxalq Musiqi Festivalı başa çatıb. Ötən dörd gündə onlar, sözün əsl mənasında, “Jara”nın hərarətini hiss etdilər, bu musiqi bayramının həyəcanını yaşadılar. Builki festival “Jara”ya təkcə paytaxtımızın sakinlərinin deyil, dünyanın müxtəlif guşələrindən musiqi həvəskarlarının da böyük maraq göstərdiklərini sübut etdi.
Müğənni və bəstəkar EMIN-in, Əməkdar artist Qriqori Lepsin, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovun birgə təşkilatçılığı ilə ərsəyə gələn festivalın iştirakçılarının sayının artması “Jara”ya marağın yüksək olmasından xəbər verir. Belə ki, əgər keçən il Bakıya artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlmişdisə, bu il bu rəqəm 800-ü keçdi.
Festival çərçivəsində Alla Puqaçovanın, Sofiya Rotarunun, Qriqori Lepsin yaradıcılıq gecələri keçirildi. Filip Kirkorov, A’Studio, LOBODA, Valeri Meladze, EMİN, Ani Lorak, Dima Bilan, Nikolay Baskov, Layma Vaykule, Kristina Orbakayte, Oleq Qazmanov, Diana Arbenina, Aleksandr Panayotov, Slava, Soso Pavliaşvili, Lolita və rus estradasının digər məşhur simaları sevilən mahnılarını səsləndirdilər.

 
  • Oxunub:  2520  |  
  • Tarix:  01-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisin növbəti iclası keçirilib

17:53
21 Oktyabr
Arye Qut : Azərbaycanın multikultural dəyərləri bütün dünya üçün nümunədir
17:45
21 Oktyabr
RAGB Soçidə keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalında iştirak edir
17:32
21 Oktyabr
YAP Nəsimi rayon təşkilatında veteran qadınlarla görüş keçirilib
15:43
21 Oktyabr
İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib
15:40
21 Oktyabr
“The Jerusalem Post”: “Ermənistan-Azərbaycan danışıqları: bu yol sülhə, yoxsa müharibəyə aparır?”
15:00
21 Oktyabr
Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib
13:52
21 Oktyabr
Jalə Əliyeva: Bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi yanaşır
13:36
21 Oktyabr
Düşmən təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar qoşunlara tapşırıq verilib
13:33
21 Oktyabr
Akif Əlizadə: Azərbaycanda milli mənəvi dəyərlərə dərin ehtiram bəslənilir
13:30
21 Oktyabr
Misirli diplomat: Bakı Şopinq Festivalının gedişində alış- veriş mərkəzlərinə böyük axın var
12:03
21 Oktyabr
Kestutis Yankauskas: Bakı tolerantlıq paytaxtı olduğunu bir daha sübut etdi
11:58
21 Oktyabr
Elman Nəsirov: Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllini dəstəkləyir
11:47
21 Oktyabr
ATƏT-in iclasında Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə bağlı məsələ qaldırılıb
11:42
21 Oktyabr
Stepan Kubiv: AŞPA-da antiazərbaycan qətnaməsinə səs vermiş Ukrayna deputatlarının mövqeyi Kiyevin rəsmi mövqeyini əks etdirmir
11:38
21 Oktyabr
Aydın Hüseynov: Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib
11:35
21 Oktyabr
Azərbaycanın İtaliyadakı səfiri: İpək yolunun bərpasında Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır
10:26
21 Oktyabr
“Haffinqton Post”: Azərbaycanın coğrafi mövqeyi onu regionun sütununa çevirib
10:20
21 Oktyabr
Litva Seyminin sədr müavini: Azərbaycan qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır
09:59
21 Oktyabr
Ermənistan ordusu atəşkəsi 126 dəfə pozub
17:53
20 Oktyabr
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayı keçirilib
17:50
20 Oktyabr
Ziyafət Əsgərov: Cinayət Məcəlləsi Azərbaycanın cəza siyasətinə uyğunlaşdırılıb
17:48
20 Oktyabr
Azərbaycan ilə Meksika arasında əməkdaşlığa dair hökumətlərarası Saziş imzalanıb
17:43
20 Oktyabr
Əli Hüsyenli: Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklər çox əhəmiyyətlidir
17:38
20 Oktyabr
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
17:34
20 Oktyabr
Tiranada QDİƏT-in komitə iclası keçirilib
17:31
20 Oktyabr
Energetiklər peşə bayramlarını qeyd ediblər
17:26
20 Oktyabr
Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq
17:23
20 Oktyabr
BSU-da keçirilən intellektual oyunda beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi lider olub
17:20
20 Oktyabr
Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi” dünyanın ən böyük infrastruktur layihələrindən biridir
17:01
20 Oktyabr
Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edib
16:45
20 Oktyabr
Yaxın zamanda Ukraynada Azərbaycan Ticarət Evinin açılması istiqamətdə işlər yekunlaşacaq
16:43
20 Oktyabr
Milli Məclisin plenar iclasında bir sıra sənədlərə dəyişikliklər edilib
16:01
20 Oktyabr
Mədəniyyət və turizm naziri Biləsuvarda vətəndaşları qəbul edib
15:56
20 Oktyabr
Prezident İlham Əliyev: Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz
15:00
20 Oktyabr
Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib
14:45
20 Oktyabr
Tahir Rzayev: Bələdiyyələrin sosial-iqtisadi inkişaf prosesində iştirakını artırmaq baxımından böyük potensial var
14:39
20 Oktyabr
Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul edib
14:33
20 Oktyabr
2018-ci ildə Azərbaycanda 1,5 faizlik iqtisadi artım olacaq
14:29
20 Oktyabr
Xam neft Azərbaycanın ümumi ixracının 72, təbii qaz isə 11 faizini təşkil edib
14:17
20 Oktyabr
İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü keçirilib
14:15
20 Oktyabr
Səməd Seyidov: AŞ PA-da Azərbaycanla bağlı qətnamələrin qəbulunda bəziləri təsir altına düşərək səs veriblər
12:42
20 Oktyabr
Pərviz Şahbazov: Azərbaycan OPEC-in noyabrdakı iclasında iştirak edə bilər
12:35
20 Oktyabr
Azər Badamov: 2017-ci ilin doqquz ayının nəticələri ölkəmiz üçün uğurlu oldu
12:28
20 Oktyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:00
20 Oktyabr
Bakıda Körfəz ərəb ölkələri məhsullarının sərgisi keçirilə bilər
11:41
20 Oktyabr
Anna Maria Rozek: Şopin festivalı kiçik və orta sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır
11:23
20 Oktyabr
Xalça Simpoziumu çərçivəsində növbəti sessiya - "Təsir və müqayisələr"
11:19
20 Oktyabr
İqtisadiyyat naziri: Səkkiz ayda Azərbaycan ilə Körfəz ərəb dövlətləri arasında ticarət dövriyyəsi 40 milyon dollar olub
11:14
20 Oktyabr
Azərbaycan səfiri etimadnaməsini Fransa Prezidentinə təqdim edib
11:04
20 Oktyabr
Azərbaycan ilə Körfəz ərəb dövlətləri arasında 3 anlaşma memorandumu imzalanıb
11:00
20 Oktyabr
Baş nazirin müavini Tərtərdə məcburi köçkünlər üçün salınan məhəllədə tikinti işlərinin gedişi ilə tanış olub
10:57
20 Oktyabr
İrena Şiauliene: Litva ilə Azərbaycan arasında yaxın münasibətlər mövcuddur
10:48
20 Oktyabr
Şahin Mustafayev: Azərbaycan və Ukrayna arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr genişlənir
10:31
20 Oktyabr
Bakıda İranın mədəniyyət günləri keçiriləcək
10:27
20 Oktyabr
“Qarabağ” klubu UEFA-nın reytinq cədvəlində irəliləyib
10:25
20 Oktyabr
Şavkat Mirziyayev: Özbəkistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir
10:21
20 Oktyabr
Milli Məclisin plenar iclasında 20 məsələyə baxılacaq
10:18
20 Oktyabr
Cari ilin 9 ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 567 milyon dollar olub
10:14
20 Oktyabr
ABŞ-ın Torrens şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib
10:06
20 Oktyabr
Qazaxıstanda 7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb
10:04
20 Oktyabr
Ermənistan ordusu sutka ərzində atəşkəsi 143 dəfə pozub
17:54
19 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
17:50
19 Oktyabr
YAP Qəbələ rayon təşkilatının IX konfransı keçirilib
17:49
19 Oktyabr
Rövşən Rzayev: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bəllidir
17:31
19 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir
17:23
19 Oktyabr
YAP Gənclər Birliyinin nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən 19-cu Dünya Gənclər və Tələbələr Festivalında istirak edir
17:02
19 Oktyabr
Azərbaycan-Litva münasibətlərinin daha da inkişafı üçün yaxşı perspektivlər var
16:41
19 Oktyabr
Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar keçirilir
16:06
19 Oktyabr
Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb
15:33
19 Oktyabr
Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclası keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA