Ana səhifə »  Mədəniyyət »  Londonda Y.Bertelsin ilk dəfə ingilis dilinə tərcümə edilən
A+   Yenilə  A-
Londonda Y.Bertelsin ilk dəfə ingilis dilinə tərcümə edilən

“Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı keçirilib
İyunun 5-də Londonda XIX əsr Kraliça Viktoriya dövründə təsviri incəsənətin əsaslarını qoyan məşhur rəssam Lord Leytonun (1830-1896) ev muzeyində (www.rbkc.gov.uk/subsites/museums/leightonhousemuseum1.aspx) Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin (www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home) şərqşünas-alim Yevgeni Bertelsin (1890-1957) “Böyük Azərbaycan şairi Nizami” (“The Great Azerbaijani Poet, Nizami”) kitabının ingilis dilinə ilk akademik tərcüməsinin təqdimat mərasimi keçirilib. Qərbdə böyük nüfuza malik olan məşhur şərqşünas alim, professor Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı ilk dəfə 1940-cı ildə rus dilində çapdan çıxıb. Həmin vaxtdan etibarən kitab nəinki ingilis dilində, ümumiyyətlə, təkrar nəşr olunmayıb. Bertelsin bu əsəri Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, irsinə, akademik nüfuzuna, eləcə də milli maraqlarına böyük töhfədir. Kitabda Nizami Gəncəvinin həyat və yaradıcılığı araşdırılır, onun yalnız şair yox, dünya şöhrətli filosof, mütəfəkkir olduğu bildirilir. Kitab bir daha sübut edir ki, Nizami Gəncəvinin əsərləri 900 ildən sonra da aktuallığını itirməyib.
Lakin indiyədək kitabın ingilis dilində tərcüməsi olmadığından əcnəbi alimlər bu əsərdə yer alan məlumatları əldə etməkdən məhrum olublar. Məhz Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bu akademik elmi əsərin dünya elm adamlarının ixtiyarına verilməsi mümkün olub.
Lord Leytonun rəsm və heykəltəraşlıq əsərləri ilə bəzədilmiş, Birləşmiş Krallıqda XIX əsrin ən möhtəşəm binalarından hesab edilən bu məkanda keçirilən tədbirdə Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin rəhbəri akademik Nərgiz Paşayeva və Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun iranşünaslıq üzrə aparıcı professoru, kitabın redaktoru Edmund Herziq ilə yanaşı, Azərbaycan Respublikasının Baş nazirinin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, dilçi alim, Milli Məclisin deputatı Nizami Cəfərov, Oksford Universitetinin İnkişaf Departamentinin rəhbəri xanım Liesl Elder və həmin qurumun rəhbərinin müavini Antoni Qrin, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, ərəb dili üzrə mütəxəssis Julia Bray, ABŞ-ın Tulane Universitetinin professoru Elia Brankaforte, Kembric Universitetinin doktoru Razia Sultanova, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili müəllimi Julian Faultless, Britaniya Kitabxanasının (British Library) türk kolleksiyaları üzrə rəhbəri Maykl Erdmann, “Gilgamesh” nəşriyyat evinin rəhbəri Maks Skott, Britaniya Parlamentinin Lordlar Palatasının üzvləri, Birləşmiş Krallığın elmi akademik dairələrinin üzvləri, tələbələr, Londonda akkreditə olunmuş diplomatik korpusun və ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak ediblər.
Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun iranşünaslıq üzrə aparıcı professoru, kitabın redaktoru Edmund Herziq tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. O qeyd edib ki, belə gözəl və möhtəşəm məkanda tədbirə qatılmaq hər insana nəsib olmur. “Bizim məqsədimiz Azərbaycan və ya rus dilində onilliklərlə çap edilmiş, lakin ingilis auditoriyasına məlum olmayan əsərləri ingilisdilli auditoriyaya tanıtmaqdan ibarətdir. Mərkəzin fəaliyyət dairəsi sırf elmi əsərlərin tərcüməsindən daha genişdir. Mərkəz tədqiqatçı tələbələrə dəstək göstərir. Nizami Elmi Mərkəzi tərəfindən Azərbaycanda maraqlı arxeoloji qazıntılar aparılır, mütəmadi olaraq Britaniyada müxtəlif “dəyirmi masa”lar, elmi konfranslar və digər tədbirlər keçirilir. Ümidvaram ki, gələcəkdə Oksfordda keçiriləcək bu cür tədbirlərdə də sizlər fəal iştirak edəcəksiniz. Nəyə görə məhz bu kitab bizim ilk nəşr etdiyimiz kitab olub? Nizami Gəncəvinin adını daşıyan və həmin böyük şəxsiyyətə həsr edilmiş kitabın tərcüməsi sözsüz ki, məqsədəuyğun bir seçimdir. Nizami dünyanın ən məşhur və ən tanınmış şairlərindən biridir. Şərq aləmində əsrlər boyu bu ad böyük bir rəmzə çevrilib. Nizami, həmçinin Qərb aləminə də tanış idi. Bu da seçimimizin doğruluğunu təsdiqləyən amillərdən biridir. Digər əsərlərin seçimi də bizim bu məqsədimizə xidmət edəcəkdir”, - deyə E.Herziq bildirdi.
Kitab haqqında məlumat verən professor Herziq dedi ki, bu kitabın maraqlı cəhəti odur ki, nəinki Nizami haqqında, kitabda onun zamanı və dövrü haqqında da məlumat verilir: “Bu isə Nizaminin yenidən dərk edilməsinə, ona lazımi qiymətin verilməsinə səbəb olub. Düşünürəm ki, kitabın başqa bir maraqlı cəhəti var və - bəlkə də Bertels bu haqda heç düşünməyib, - bu, ondan ibarətdir ki, kitabın adı “Böyük Azərbaycan şairi Nizami” sonradan İran alimlərinin arasında bu günə qədər də davam edən bir müzakirəyə, qarşıdurmaya gətirib çıxarıb. Məhz buna görə kitabın ingilisdilli auditoriya üçün hazırlanmasında məqsədlərdən biri də ondan ibarətdir ki, kitabı oxuyanlar buradakı fikirlərin milliyyətçilikdən irəli gəlmədiyini dərk edəcəklər”.
O, inandığını bildirdi ki, bu kitabdan sonra rusdilli auditoriyada olduğu kimi, ingilisdilli auditoriyada da Nizaminin pərəstişkarları artacaqdır: “Bu layihə üzərində çalışanların sayı heç də az deyil. Kitabı rus dilindən tərcümə edən Maroussia Bednarkieviçdir. Fars dilində olan sitatları Ceyms Vayt, kitabın ön sözünün müəllifi mənimlə Elçin müəllimdir. Eyni zamanda, bu kitabı nəşr edən “Gilgamesh” nəşriyyat evinə (http://www.gilgamesh-publishing.co.uk/index.html) təşəkkür etməyi özümə borc bilirəm. Nəhayət, Nizami Gəncəvi Mərkəzinin bütün işlərində olduğu kimi, bu işdə də bizə ən böyük köməyi göstərən akademik Nərgiz xanım Paşayevaya öz dərin təşəkkürümü bildirirəm. Bizim gördüyümüz işlərin heç biri onun dəstəyi və hərtərəfli köməyi olmadan həyata keçə bilməzdi. Əgər tərcümə etdiyimiz kitabın seçimi bizlərə verilsəydi, çox güman ki, biz belə vacib və aktual olan əsər seçməyə də bilərdik. Bir daha Nərgiz xanıma təşəkkür edirəm”.
Daha sonra Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz Paşayeva qonaqları salamlayaraq, onlara tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirərək dedi ki, bugünkü təqdimat Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Proqramının nəşrə hazırlanan kitablar silsiləsindən ilk elmi kitab, ilk akademik tərcümədir: “Belə görünür ki, 77 il çox olsa da, bu qədər gözləməyə dəyərdi.
Nizami haqqında hələ XIII əsrdən etibarən məlumatlar yazılmağa başlanmışdır. XIII əsr müəlliflərindən Məhəmməd Övfi, Zəkəriyyə Qəzvini və başqaları Nizami haqqında yazmış, onun Gəncədən olduğunu qeyd etmişlər. Əmir Xosrov Pəhləvi, Əlişir Nəvai kimi klassiklər də Nizamini özlərinə ustad bilmişlər, irsini yüksək qiymətləndirmişlər. O dövrdən bu günə qədər Nizamişünaslıq inkişaf etmiş və böyük bir elmi sahəyə çevrilmişdir. Bunun nəticəsi olaraq, Nizamişünaslığın Avropa, Yaxın Şərq, Rusiya və Azərbaycan elmi məktəbləri yarana bilmişdir.
Maraqlıdır ki, Oksford Universitetində 1985-2002-ci illərdə fars-ərəb ədəbiyyatı üzrə çalışmış professor Culiya Skott Meysami 1995-ci ildə “Yeddi gözəl”i ingilis dilinə çevirib çap etdirmişdir. Həmin kitabın ön sözündə ingilis alimi Nizami poeziyasında azəri dilinin ritorik incəliyini və cazibədarlığını özündə əks etdirdiyini və Nizami poeziyasının üslubunu ənənəvi fars Xorasani üslubundan fərqləndiyini qeyd etmişdir. Onun yazdığı fikirlərlə Bertelsin kitabındakı fikirlər arasında bir bağlantı olduğu aydın nəzərə çarpır.
Rus-Peterburq Şərqşünaslıq Məktəbinin Boldırev, Krımski, Bartold, Marr, Levkiyevskaya kimi görkəmli nümayəndələri Nizami yaradıcılığını məhz bu elmi aspektdən təqdim və təbliğ etmişlər.
Azərbaycanda da Nizamişünaslıq aparıcı elmi sahəyə çevrilmiş, dəyərli elmi kitablar və tədqiqatçılar dəstəsi yaranmışdır. Amma əfsuslar olsun ki, bu əsərlərdən bir-iki müəllifi çıxmaq şərti ilə heç biri Avropa dillərinə tərcümə edilməmişdir.
Burada bir məqama da toxunmalıyıq. Bəli, Nizami irsinin Azərbaycan elmi məktəbi XX əsrin 30-cu illərindən sonra öz kulminasiya nöqtəsinə çatdı. Bu səbəbdən Nizami irsinin Azərbaycanda, sovetlərdə öyrənilmə prosesinə yanaşmada bir ideoloji məzmun, bir ideoloji sifariş fərziyyəsi ehtimalı da yarana bildi. Amma Azərbaycan Nizamişünaslığının əksər qiymətli elmi əsərləri və dəyərli müəllifləri - Həmid Araslı, Mikayıl Rəfili, Rüstəm Əliyev, Azadə Rüstəmova, Əliyar Səfərli, Nüşabə Araslı, Məmməd Cəfər, Teymur Kərimli və başqaları sovet dönəmində yaşayıb yaratsalar da, Azərbaycan Nizamişünaslığı hələ sovet dönəmindən əvvəl və sovet dönəmi ilə əsla bağlı olmayan müəlliflərin adı ilə bağlıdır.
Hələ XIX əsrdə Azərbaycan müəllifləri Abbasqulu ağa Bakıxanov, M.F.Axundzadə, daha sonra M.S.Ordubadi, Firudin bəy Köçərli Nizami yaradıcılığına öz əsərlərində toxunmuşlar, bioqrafik məlumatlar vermişlər.
Amma sırada iki ad, iki kitab dəyərli, tutarlı və inkaredilməzdir. Belə ki, 1951-ci ildə görkəmli şəxsiyyət və dövlət xadimi, AXC-nin yaradıcılarından biri, eyni zamanda, alim, publisist, dramaturq M.Ə.Rəsulzadə Ankarada “Azərbaycan şairi Nizami” monoqrafiyasını çap etdirir. Özünün yazdığına görə, bu əsər 1951-ci ildən çox əvvəl hazır idi və onun çapının gecikməsi həyatının çətinlikləri və II Dünya müharibəsinin başlanması səbəbindən oldu. M.Ə.Rəsulzadənin Nizami haqqında qələmə aldığı monoqrafiya Azərbaycan Nizamişünaslığının ən parlaq elmi əsərlərinin ön sırasındadır. Bu əsər heç zaman sovet ideologiyası və ideoloji sifarişlə bağlı ola bilməz.
İkinci kitabın adı “Şeyx Nizami”dir. Kitabın müəllifi XX əsrin əvvəllərinin Gəncə maarifçi-ziyalılar çevrəsinin tanınmış nümayəndəsi, Gəncə Seminariyasının məzunu və sonralar müəllimi Mirzə Məhəmməd Axundzadədir. Kitab 1909-cu ildə Gəncədə Hacı Həsənzadə mətbəəsində Azərbaycan dilində ərəb əlifbası ilə çap edilmişdi.
Bu misallar Azərbaycan Nizamişünaslığının sırf 30-cu illərdən sonra, sovet ideologiyasının, hətta Stalinin mədəni planının bir hissəsi kimi deyil, obyektiv və müstəqil elmi tarixinin olduğunun göstəricisi və sübutudur.
Əlbəttə, Nizamişünaslığın dəyərli hissəsinin böyük qismini fars alimlərinin əsərləri təşkil edir. İranda Vəhid Dəstgerdi, Səid Nəfisi, Əli Əkbər Şəhabi və bir çox başqaları Nizami haqqında dəyərli əsərlər yazmışlar. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu gün təqdim etdiyimiz kitab 1957-ci ildə Tehranda fars dilində “Nizami, şaere-bozorge-Azərbaycan” adı ilə çap edilmişdir. Fars dilinə Hoseyn Məmməd-zadə Sədiq tərəfindən çevrilmişdi. Bu işə görə fars alimlərinə öz təşəkkürümüzü bildiririk. Həmçinin türk alimlərindən Əhməd Atəş, Nihad Banarlı, Əhməd Kabaklı və başqaları da Nizami irsini tədqiq etmişlər.
Avropa şərqşünaslığında Nizami yaradıcılığına maraq əsasən XVIII-XIX əsrlərdən qaynaqlanmağa başlamışdır. 1871-ci ildə macar alimi Vilhelm Baxer Leypsiqdə “Nizami və əsərləri” monoqrafiyasını alman dilində çap etdirir. 1836-cı ildə ingilis alimi Ceyms Atkinson “Leyli və Məcnun” poemasını ingilis dilinə çevirir. Edvard Braun XIX əsrin sonlarında öz əsərlərində “İsgəndərnamə”yə aid fikirlər yazır. Məşhur şərqşünas Hammer “İsgəndərnamə”dən 100-ə qədər beyti alman dilinə tərcümə edir.
Beləliklə, Nizami milli kimlik və etnik mənsubiyyət çərçivəsini yaran universal fiqur və universal bəşəri dəyərli ədəbiyyatın möhtəşəm nümayəndəsidir. O, öz “Xəmsə”si ilə Şərqin qədim vəhdəti-vücud fəlsəfəsinin, bu gün dəbdə olan multikulturalizm termininin mahiyyətinin hələ o dövrdə “Yeddi gözəl”in nümunəsində bədii əksini yaratmış oldu.
Onun sənəti və bədii sözü ilahi enerjisinin transformasiyası kimi insanı, məhəbbəti, ədəbiliyi, daxili aləmin kamilliyini bəşəriyyətin əsas qoruyucu çətiri və səddi kimi bədii obrazlarla təqdim və təsvir etdi.
Bizim məqsədimiz Nizamini, məhz onun dahi yaradıcılığının etik-estetik qayəsinə uyğun olaraq təqdim və təsdiq etməkdir. Şeyx Nizami heç zaman parçalayıcı, ixtilaf yaradan fiqur olmayıb və ola da bilməz. Çünki onun yaradıcılığı insanları və məmləkətləri birləşdirici qüvvəyə malikdir. Nizamiyə görə, müxtəliflik qaçılmaz və obyektivdirsə, deməli, bir araya gəlmək bacarığı və istəyi də, vəhdətə can atmaq arzusu da inkarsız, labüd və mütləqdir”.
Xalq Yazıçısı Elçin Əfəndiyev çıxışında deyib: “Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaranması və artıq 5 ilə yaxın bir dövrdə fəaliyyəti son dərəcə böyük ədəbi, elmi, ictimai, siyasi əhəmiyyətə malik bir hadisədir. Nizami Gəncəvi Azərbaycanın Gəncə şəhərində anadan olub, lakin onun yaradıcılıq diapazonu o qədər geniş idi, onun fikirləri, humanizmi, tolerantlıq və ədalətə çağırış ideyaları o dərəcədə idi ki, o, milli çərçivələrə sığmadı. Akademik Nərgiz Paşayevanın dediyi kimi, bu gün Nizami nə dərəcədə Azərbaycan sənətkarıdırsa, o dərəcədə də böyük ingilis şairidir, böyük bəşəri sənətkardır.
Əziz dostlar, bir məqama da diqqət çəkmək istərdim. Nizami Gəncəvi Mərkəzi kimi bir Mərkəzin Oksford Universitetində yaranmasının, həmçinin siyasi əhəmiyyət daşıdığını qeyd etmək istəyirəm. Nəyi nəzərdə tuturam? İlk növbədə, bu gün böyük bir bəla bəşəriyyətin başı üzərindən asılıb - bu, terrorizmdir. Bu, elə bir qüvvədir ki, bütün bəşəriyyəti məhv etmək istəyir. Terrorizmin milliyyəti və coğrafi məkanı yoxdur. Təəssüflər olsun ki, terroru bəzən Şərq və İslam dünyası ilə bağlayırlar, bəzən eyniləşdirirlər. Belə hesab edirəm ki, bu gözəl aurada keçən məclis həmin iddialara gözəl bir cavabdır. Şərqin, belə deyək, Nizaminin humanizmi heç vaxt terror yarada bilməz. Çünki terrorçunun dini, milliyyəti, valideynləri yoxdur. Mən bir daha Oksford Universitetinin rəhbərliyinə, akademik Nərgiz Paşayevaya təşəkkür edirəm. Əminəm ki, bu Mərkəz zaman keçdikcə daha müsbət nailiyyətlər əldə edib yeni töhfələr verəcək”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə öz çıxışında vurğulayıb: “Bertelsin kitabının burada təqdimatı, akademikimiz Nərgiz Paşayevanın bir alim, bir istedad sahibi kimi Oksford Universitetində təmsil olunmağı böyük bir qələbədir. Nizami Gəncəvini 850 ildən artıqdır bütün dünyadaki alimlər, şairlər, akademiklər öyrənirlər, təhlil edirlər. Nizami Gəncəvi bu gün Avropaya böyük pəncərə açır. Nərgiz Paşayeva öz çıxışında Nizami Gəncəvi haqqında hərtərəfli danışdı və mən dahi şairimiz haqqında danışmağı özümə rəva bilmirəm. Amma bir şeyi qeyd etmək istəyirəm ki, Nərgiz Paşayeva bu böyük addımı ataraq özünəməxsus bir uğura imza atmışdır. Nərgiz xanım bu gün Azərbaycan təhsilini yenidən quran, yaradan bir mütəxəssis kimi fəaliyyət göstərir. Mən hər il Nərgiz xanımın rəhbərlik etdiyi universitetin “Məzun günü” tədbirində iştirak edirəm və hər il məndə belə bir təəssürat yaranır ki, Azərbaycan təhsilinin, elminin gələcəyi parlaqdır. Mən əminliklə deyə bilərəm ki, Mərkəz fəaliyyətini uğurla davam etdirəcək və bir müddət sonra Avropanın başqa şəhərlərində Nizami haqqında kitablar nəşr olunacaqdır”.
Daha sonra akademik A.Əlizadə diqqətə çatdırdı ki, Azərbaycan Milli Elmlər Akademiyasında dahi Nizami adına qızıl medal təsis edilib. “İldə bir Azərbaycan aliminə və bir xarici alimə həmin medal təqdim edilir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti belə qərara gəlib ki, bu il qızıl medala Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin rəhbərləri Nərgiz Paşayeva və professor Robert Hoyland layiq görülsünlər. Qeyd etmək istəyirəm ki, Nərgiz xanımın elmi fəaliyyəti nəzərə alınaraq, bu il may ayının 2-də o, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib”, - deyə akademik A.Əlizadə bildirib.
Sonra AMEA-nın prezidenti Akif Əlizadə Nərgiz Paşayevaya akademik diplomunu təqdim edib.
Tədbirdə, həmçinin qonaqlara muğam ustası, xanəndə Fərqanə Qasımovanın ifasında konsert proqramı da təqdim olunub.

 
  • Oxunub:  4680  |  
  • Tarix:  09-06-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İstanbulda “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilib

18:16
26 Sentyabr
Azərbaycan ilə ATƏT PA arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
17:52
26 Sentyabr
Dünya Turizm Günündə muzeylərə giriş ödənişsiz olacaq
17:51
26 Sentyabr
Türkiyənin müdafiə naziri Azərbaycanda hərbi təlimlərin bağlanışında iştirak edəcək
17:42
26 Sentyabr
Luka Şipati: TAP İtaliya və Avropa üçün strateji əhəmiyyət daşıyır
17:24
26 Sentyabr
Məlahət İbrahimqızı: Ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılır
16:39
26 Sentyabr
“The Jerusalem Post”: “Dünya birliyi Ermənistan prezidentinin nazı ilə oynamamalıdır”
16:28
26 Sentyabr
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi NATO-nun müvafiq qurumları ilə əməkdaşlığı inkişaf etdirir
16:15
26 Sentyabr
ATƏT PA-nın xüsusi nümayəndəsi: Minsk qrupunun tərkibinə yenidən baxıla bilər
15:26
26 Sentyabr
Azərbaycan nümayəndə heyəti İnterpolun Baş Assambleyasının sessiyasında iştirak edir
15:24
26 Sentyabr
Bu gün qadın voleybolçular arasında Avropa çempionatında pley-off mərhələsinə start veriləcək
15:15
26 Sentyabr
Səfir: İtaliya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir
14:28
26 Sentyabr
Milli Məclisdə ATƏT PA-nın xüsusi nümayəndəsi ilə görüş keçirilib
14:26
26 Sentyabr
Kristian Vigenin: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun davam etməsinə razı ola bilmərik
14:17
26 Sentyabr
“Azərbaycan multikulturalizmi” fənni daha iki nüfuzlu xarici ölkə universitetində tədris olunacaq
14:12
26 Sentyabr
Akademik Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru seçilib
14:05
26 Sentyabr
İçərişəhərdə Beynəlxalq Turizm Günü münasibətilə festival təşkil olunacaq
14:03
26 Sentyabr
Robert Sekuta: ABŞ Dağlıq Qarabağ münaqiəsinin sülh yolu ilə həllinə sadiqdir
13:56
26 Sentyabr
XİN: Beynəlxalq sərgidə qondarma rejimin siyasi təbliğat meydanına çevrilməsinin qarşısı alınıb
12:46
26 Sentyabr
Polina Rəhimova: Avropa çempionatının Bakıda keçirilməsi ölkəmiz üçün çox gözəl bayramdır
12:39
26 Sentyabr
Bu gün Ümumdünya Ətraf Mühitin Sağlamlığı Günüdür
12:38
26 Sentyabr
Vahid Novruzov: Yeni mərhələdə ölkəmizin müasirləşməsinə və zənginləşməsinə yönəldilən strateji yol xəritəsi uğurlu nəticələr verəcək
12:30
26 Sentyabr
Vyetnamın sabiq Prezidenti: Heydər Əliyev Vyetnam xalqının böyük dostu olub
12:20
26 Sentyabr
"Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib
12:08
26 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib
12:03
26 Sentyabr
Ceyms Appaturay: NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir
11:42
26 Sentyabr
Azərbaycan Prezidenti parlament seçkilərində qələbə münasibətilə Almaniya Kanslerini təbrik edib
11:36
26 Sentyabr
Bakı Ali Neft Məktəbində SPM-in sertifikatları təqdim olunub
11:30
26 Sentyabr
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start veriləcək
11:21
26 Sentyabr
Ceyrançöl layihəsinin üçüncü mərhələsində 21 milyon 395 min kvadratmetrdən çox ərazi təmizlənəcək
11:15
26 Sentyabr
Abid Şərifov: Mina və partlamamış hərbi sursatların partlaması nəticəsində 532 nəfər həlak olub, 2491 nəfər yaralanıb
10:51
26 Sentyabr
ABŞ-ın ticarət missiyası Azərbaycana səfər edəcək
10:42
26 Sentyabr
Prezident İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
10:35
26 Sentyabr
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
10:34
26 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 152 dəfə pozub
15:48
25 Sentyabr
Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin birgə təlimləri başlayıb
15:42
25 Sentyabr
Matteo Renzi: TAP qaz boru kəməri İtaliya üçün zəruri infrastrukturdur
15:37
25 Sentyabr
“Azərbaycan dili” kurslarının dinləyicilərinə sertifikatlar verilib
14:56
25 Sentyabr
ATƏT PA-nın xüsusi nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni edəcəyik
14:35
25 Sentyabr
Baş nazirin müavini: Türkiyə-Azərbaycan münasibətləri İslam dünyası üçün nümunədir
14:03
25 Sentyabr
Bu gün qadınlar arasında voleybol üzrə Avropa çempionatının qrup mərhələsinə yekun vurulacaq
13:24
25 Sentyabr
Rövşən Rzayev: Beynəlxalq təşkilatlar hazırki vəziyyətdən nəticə çıxarmalıdırlar
12:34
25 Sentyabr
Səyyar “ASAN xidmət” Şirvan və Xırdalanda
11:50
25 Sentyabr
Prezident İlham Əliyev: Gələn ilin iqtisadi göstəriciləri daha da yaxşı olacaq
11:44
25 Sentyabr
Azərbaycan və Gürcüstan sərhədlərinin mühafizəsinin əlaqələndirilməsinə dair layihənin icrası başa çatıb
11:20
25 Sentyabr
İstanbulda “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilir
11:14
25 Sentyabr
Ziyad Səmədzadə: Azərbaycanda iqtisadi islahatların yeni mərhələsinin başlanması ilə əlaqədar mühüm işlər parılır
10:53
25 Sentyabr
Azərbaycanın qadın voleybolçuları Avropa çempionatında növbəti qələbə qazanıblar
10:49
25 Sentyabr
Prezident İlham Əliyev Salyanın Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub
10:46
25 Sentyabr
Litvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra kitablar nəşr edilib
10:39
25 Sentyabr
Prezident İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında iştirak edib
10:28
25 Sentyabr
Salyanda Bayraq Muzeyi açılıb
10:26
25 Sentyabr
Azərbaycan Tbilisidə keçiriləcək üçüncü İpək Yolu Beynəlxalq Forumuna dəvət olunub
10:23
25 Sentyabr
Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib
10:17
25 Sentyabr
Prezident İlham Əliyev Salyanda “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib
10:15
25 Sentyabr
Prezident İlham Əliyev Salyan rayonuna səfərə gəlib
10:11
25 Sentyabr
Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 148 dəfə pozub
10:00
25 Sentyabr
Prezident İlham Əliyev Neftçala rayonunda pambıq sahəsi ilə tanış olub
09:57
25 Sentyabr
Prezident İlham Əliyev Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib
09:50
25 Sentyabr
Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlıq
09:48
25 Sentyabr
Elmar Məmmədyarov BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri ilə görüşüb
09:40
25 Sentyabr
Prezident İlham Əliyev “Neftçala” yarımstansiyasının açılışında iştirak edib
09:34
25 Sentyabr
Bakıda “Klassik Yoqa Məktəbi”nin açılışı olub
09:26
25 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib
09:18
25 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Neftçala rayonuna səfərə gəlib
16:21
23 Sentyabr
Tokioda keçirilən “JATA-2017” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur
16:10
23 Sentyabr
Bakıda beynəlxalq ayaqqabı və dəri malları sərgisi açılıb
16:04
23 Sentyabr
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda belçikalı və malayziyalı həmkarları ilə görüşüb
15:52
23 Sentyabr
Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə görüşüb
13:10
23 Sentyabr
“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir
12:51
23 Sentyabr
Azərbaycan və Vanuatu arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunike imzalanıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+17 +20