Ana səhifə »  Mədəniyyət »  Günay Əfəndiyeva: Türk dünyası, onun mədəniyyəti və irsi dünya sivilizasiyasının ayrılmaz parçasıdır
A+   Yenilə  A-
Günay Əfəndiyeva: Türk dünyası, onun mədəniyyəti və irsi dünya sivilizasiyasının ayrılmaz parçasıdır

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi mədəni, dini, sosial, siyasi və digər sahələr üzrə əməkdaşlığın təşviq edilməsindən, mədəniyyətlərin bir-birinə daha da yaxınlaşdırılmasından ibarətdir. Xüsusilə dünyanın müxtəlif münaqişələr, terrorizm, islamofobiya ilə üzləşdiyi bir zamanda Forumun keçirilməsinin əhəmiyyəti çox böyükdür. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə irəli sürülən və o vaxtdan etibarən səmərəli şəkildə davam etdirilən “Bakı prosesi” təşəbbüsü müasir qlobal çağırışlara cavab vermək üçün uğurlu bir mexanizmə çevrilib. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, dövlət xadimlərini, hökumət nümayəndələrini, siyasətçiləri, alim və mütəxəssisləri, mədəniyyət və incəsənət adamlarını bir araya gətirərək müxtəlif mövzular üzrə fikir mübadiləsi vasitəsilə mədəniyyətlərarası dialoq mühitində bir körpü rolunu oynamaqdadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 6-da “Türk dünyası mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində” mövzusunda keçirilən “dəyirmi masa”da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva səsləndirib. O qeyd edib ki, “dəyirmi masa”nın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilməsi təsadüfi deyil, çünki türk dünyası, onun mədəniyyəti və irsi dünya sivilizasiyasının ayrılmaz parçasıdır. Türkdilli xalqlar dünya tarixi və mədəniyyətində əhəmiyyətli rol oynayıblar. Türkdilli dövlətlər və xalqlar ümumi tarixi köklər, ortaq zəngin irs, dil, incəsənət, ədəbiyyat, adət-ənənələr, milli-mənəvi dəyərlər ilə bir-birinə zəncirvari şəkildə bağlıdır. Bu xalqlar geniş coğrafiyada yayılmaqla əksəriyyəti İslam, bir qismi isə digər dinlərə sitayiş edirlər və bu müxtəliflik, əslində, türk dünyasının mənsub olduğu mədəni zənginlikdən xəbər verir. Ümumtürk mədəniyyəti dünya mədəniyyətinə böyük töhfələr verib, türkdilli xalqların dahi şəxsiyyətləri - mütəfəkkirləri, yazıçıları və şairləri, alimləri bəşəri nailiyyətlər qazanıblar. Bu baxımdan, Nizami Gəncəvi, Yunus Əmrə, Nəsimi, Füzuli, Məhtumqulu, Abay Kunanbayev, Çingiz Aytmatov kimi türk dahilərinin əsərləri dünya inciləri sırasındadır. “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manas” dastanları bütün türk dünyasının sərvətidir. 2000-ci ildə türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyevin təşəbbüsü ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin təntənəli şəkildə qeyd olunması tarixdə mühüm bir hadisə kimi iz qoyub.
G.Əfəndiyeva bildirib ki, türk dünyasının digər ortaq sərvətlərindən biri də ənənəvi İpək Yoludur. Türkdilli xalqlar Böyük İpək Yolunun formalaşmasında və fəaliyyət göstərməsində əhəmiyyətli rol oynayıblar. Eyni zamanda, üzərindən keçən ticarət karvanları vasitəsilə İpək Yolu bu xalqların iqtisadi, ticari və mədəni cəhətdən yaxınlaşmasına, mədəniyyət və incəsənət nümunələrinin bir-birinə tanıdılmasına və ənənələrinin ötürülməsinə, türk dünyasının mədəni-irsinin zənginləşməsinə dərin təsir göstərib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verən G.Əfəndiyeva qeyd edib ki, Fondun “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində türkdilli xalqlara məxsus ortaq qadın əl sənətləri, o cümlədən xalçaçılıq, toxuculuq, ipəkçilik geniş şəkildə tədqiq olunub. İlkin mərhələdə Azərbaycanda və Türkiyədə yaşayan qadınların həyat tərzi və fəaliyyəti araşdırıb. Layihənin Qazaxıstan və Qırğızıstanda da davam etdirilməsi planlaşdırılır. Bu layihənin hər bir türkdilli ölkədə həyata keçirilməsi özünəməxsus yerli cəhətlərin, milli xüsusiyyət və dəyərlərin ortaya çıxarılmasına imkan verir və bu baxımdan, mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, türkdilli xalqların ortaq əlifbası, ortaq ədəbi dili, ortaq terminologiyasının formalaşdırılması öz aktuallığını saxlayır. Fond gələcək fəaliyyətində müxtəlif ölkələrdə türkologiya sahəsində kadr hazırlığının həyata keçirilməsində aktiv rol oynamaq və o ölkələrin universitetlərində fərqlənən tələbələrə təqaüdlərin ayrılmasını nəzərdə tutur. Təşkilat dünyanın ayrı-ayrı ölkələrində türk dünyasına məxsus ədəbiyyatın, incəsənətin və mədəniyyətin təbliği məqsədilə müxtəlif nəşrlərin çap olunması, tədbirlərin, konfransların, sərgilərin, proqramların, tamaşaların təşkil edilməsini də planlaşdırır. Azərbaycanın və bütövlükdə türk dünyasının görkəmli şair və dramaturqu, əsərlərində hər zaman türk xalqlarının birliyini dəstəkləyən Hüseyn Cavidin “İblis” əsərinin İstanbul şəhərində tamaşaya qoyulmasına dair razılığın əldə edilməsini və artıq məşqlərin başlamasını buna misal göstərmək olar.
Qeyd olunub ki, Fondun digər fəaliyyət istiqamətlərindən biri məhv edilmiş və mənimsənilmiş mədəni irsin mühafizəsi ilə əlaqədardır. Fondun dəstəyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş abidələrin tədqiqi və həqiqətlərin dünyaya çatdırılması məqsədilə “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı kitab nəşrə hazırlanır.
“Dəyirmi masa”da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, TÜRKSOY-un baş katibi Dusen Kaseinov və TürkPA-nın baş katibi Jandos Hasanovun türkdilli ölkələrin müxtəlif sahələr üzrə əməkdaşlığının təşviq edilməsi, sülh və təhlükəsizlik, davamlı inkişaf, mədəni irsin qorunması ilə bağlı çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, türkdilli xalqların tarixi-mədəni irsi birgə səylərlə qorunmalı, türkdilli dövlətlərin mədəni sahədə əməkdaşlığı gücləndirilməli, türk dünyasının mədəniyyətlərarası dialoqa verdiyi töhfələr daha da artırılmalıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev diqqətə çatdırıb ki, türk xalqlarının mədəniyyətinin ortaq cəhətlərindən biri onların tarixən Böyük İpək Yolu gerçəkliyi ilə sıx şəkildə bağlı olmasıdır. Nəhəng türk imperiyaları məhz İpək Yolunun böyük bir hissəsinə nəzarət etdiyi dövrlərdə cahanşümul mahiyyət qazanıblar.
“Bizim etnomədəni dəyərlərimizin, dilimizin geniş coğrafi məkanda yayılması və inkişafında İpək Yolunun müstəsna yeri və rolu var. Bu baxımdan, İpək Yolu hamımızın ortaq mədəni mirasımızdır. Bu mirasın öyrənilməsi yeni nəsillərə çatdırılması müştərək işimiz və vəzifəmizdir. TÜRKSOY öz fəaliyyətində İpək Yolu məsələsinə diqqət yetirir. Ancaq bu sahədə potensial çox genişdir. Digər beynəlxalq təşkilatların da bu məsələyə diqqət yetirməsi vacibdir”, - deyə Ş.Mustafayev vurğulayıb.
“Dəyirmi masa”da Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevanın “Mədəniyyətlərarası dialoq milli-etnik identikliyin formalaşması prosesi kimi” mövzusunda məruzəsi dinlənilib. O qeyd edib ki, hazırkı qloballaşma dövründə, dünyanın müxtəlif qarşıdurmalar, münaqişələr, iqtisadi və siyasi böhranlarla üzləşdiyi bir zamanda milli dəyərlərin qorunması çox çətindir. Yalnız mədəniyyətlərarası dialoq milli dəyərlərimizi qoruyub saxlamağa imkan verir. Türkdilli xalqları ortaq adət-ənənələr, qəhrəmanlar, maddi və mənəvi dəyərlər birləşdirir. Bununla belə, mədəniyyətlərarası dialoq mədəni özünəməxsusluğu qorumaq və yeni dəyərləri formalaşdırmaq üçün zəmin yaradır.
Tədbirə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, UNESCO-nun eksperti Nizami Məmmədovun “Türk dünyasının mədəniyyəti: birlik və müxtəliflik” mövzusunda məruzəsi ilə yekun vurulub.
Qeyd edək ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində eyni zamanda, “Sülh qurarkən: BMT-nin preventiv tədbirlər mədəniyyəti formalaşdırmaq naminə 70 illik fəaliyyəti”, “İnklüziv cəmiyyətlərin və dinc birgəyaşayışın qurulması: “ASEAN” təşkilatının perspektivi”, “Generation What?” gənclər layihəsi: Bir transmedia kampaniyası qlobal dialoqu necə stimullaşdıra bilər”, “Zorakı ekstremizmin qarşısını təhsil vasitəsilə almaq üçün gənclərin hüquq və səlahiyyətlərinin artırılması”, “Mədəniyyətlərarası dialoq üçün Avropa Şurasının mədəni marşrutlar şəbəkəsi” mövzularında sessiyalar, UNESCO-nun dəstəyi ilə “Mədəniyyətlərarası dialoq və sülh naminə idman” mövzusunda plenar sessiya və ISESCO-nun təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqun təbliğində şəhər siyasətinin rolu” mövzusunda sessiya keçirilib.
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində həmçinin UNESCO tərəfindən nəşr edilən “İslam mədəniyyətinin fərqli aspektləri” kitabının təqdimatı olub və ərəb mədəniyyəti üçün UNESCO-Şarjah mükafatının təqdimat mərasimi keçirilib.
“Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda təşkil olunan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna mayın 6-da yekun vurulub.

 
  • Oxunub:  1920  |  
  • Tarix:  10-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Qarabağ həqiqətləri professor Əli Həsənovun yeni təqdimatında

17:56
24 May
Millət vəkili: Azərbaycan özünü stabillik adası kimi təqdim etməyi bacardı
17:46
24 May
Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti ÜAK-ın ləğvi qərarı ilə bağlı Rusiya Federal Məclisinə müraciət edib
17:34
24 May
Sevinc Fətəliyeva: Həmsədrlərin son bəyanatı bilavasitə işğalçı Ermənistanın maraqlarına uğyundur
17:33
24 May
Avstraliya İttifaqının General-qubernatoru: Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləməkdə davam edir
17:31
24 May
Tbilisidə Formula-1 Azərbaycan Qran-Prisinin təqdimatı olub
16:51
24 May
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının IX konfransı keçirilib
16:48
24 May
“Bakı-2017”: dünyaya idman dili ilə ötürülən sülh, tolerantlıq və həmrəylik mesajları
16:42
24 May
Müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir
16:34
24 May
Abşeron rayon YAP təşkilatı sıralarında 122 ərazi ilk partiya təşkilatını birləşdirir
16:32
24 May
“Şərqin ilk parlamentli respublikası: Azərbaycan Xalq Cümhuriyyəti” adlı tədbir keçirilib
16:23
24 May
Britaniya nəşri: Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti İslam dünyası üçün yeni modeldir
16:18
24 May
YAP Xəzər rayon təşkilatında “Müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir” mövzusunda tədbir keçirilib
15:39
24 May
Bakı Şopinq Festivalının ümumi dövriyyəsi 18 milyondan çox olub
15:29
24 May
Sədaqət Vəliyeva: Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub
15:16
24 May
AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib
15:12
24 May
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən qazaxıstanlı qonaqlar Naftalanla tanış olublar
14:50
24 May
Mahmud Vaezi: İran-Azərbaycan münasibətləri qonşu dövlətlər üçün nümunədir
14:37
24 May
Cavid Osmanov: «Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında» qanun bu sahədə nizam-intizamı, bütövlükdə iş keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq
14:31
24 May
Azərbaycan dialoq, tolerantlıq və xalqlararası anlaşma ilə bağlı təcrübəsini bölüşməyə hazırdır
14:29
24 May
Qiqel Paraşiv: Azərbaycan və Rumıniya universitetləri arasında yeni əlaqələr yaranır
14:23
24 May
"Huffington Post": Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi sayəsində ölkədəki tədbirlərin böyük uğuru təmin olunub
12:56
24 May
Mübariz Qurbanlı: Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışırlar
12:37
24 May
Əliəşrəf Şəbüstəri: Azərbaycan dünyaya göstərdi ki, sülh və həmrəylik içində yaşamaq mümkünündür
12:23
24 May
Bakı Şopinq Festivalı çərçivəsində dövlət büdcəsinə 5 milyondan artıq vəsait daxil olub
12:09
24 May
Ramazan ayının başlanması ilə əlaqədar fətva verilib
11:52
24 May
AMEA-nın 41 yeni üzvünə diplomlar təqdim olunub
11:41
24 May
Londonda İngiltərə-Azərbaycan Cəmiyyəti ilə birgə BP-nin Azərbaycanda fəaliyyətinin 25 illik yubileyi qeyd edilib
11:34
24 May
Bakıda Azərbaycan-Rumıniya Təhsil Forumu keçirilir
11:27
24 May
Aprel ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana gələn turistlərin sayında 23 faiz artım olub
11:24
24 May
Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək
11:06
24 May
Vüqar Rəhimzadə: Bu gün Azərbaycanda mətbuata kifayət qədər diqqət və qayğı göstərilir
10:47
24 May
Milli Məclisin komitə sədri Düşənbədə beynəlxalq konfransda iştirak edib
10:37
24 May
Azərbaycanın xarici işlər naziri Nyu-Yorka yola düşüb
10:33
24 May
Parisdə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib
10:31
24 May
Dövlət müstəqilliyimizin 99-cu ildönümü Vyanada qeyd edilib
10:27
24 May
Tehranda Azərbaycanın Respublika Günü şərəfinə rəsmi qəbul keçirilib
10:25
24 May
28 May – Respublika Günü Kanadada qeyd ediləcək
10:24
24 May
Natiq Əliyev: Neft hasilatının azaldılmasına dair qərar dünya bazarlarına müsbət təsir göstərib
10:17
24 May
Taleh Ziyadov: Qarşıdakı 20 ildə ÜDM-də 57 milyard dollarlıq artım gözlənilir
10:09
24 May
Almaniya Prezidenti: Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini yeni bünövrə üzərində qurmağa hazır olmağını alqışlayıram
17:43
23 May
Ağacan Abiyev: Azərbaycan Yay Olimpiya Oyunlarını keçirməyə də qadirdir
17:34
23 May
Azad Rəhimov: İslamiada Azərbaycanın mötəbər tədbirləri yüksək səviyyədə keçirməyə qadir olduğunu göstərdi
17:19
23 May
Zakir Həsənov: Müdafiə sahəsində birgə əməkdaşlığımız təhlükəsizliyə, sülhə xidmət edir
17:12
23 May
İslam ölkələri arasında birlik, həmrəylik dünyada sülhə böyük töhfə verə bilər
16:32
23 May
İslamiadanın sonuncu günündə medal qazanan idmançılarımızın şərəfinə “Zəfər günləri” təşkil edilib
16:10
23 May
Zakir Həsənov: Azərbaycan dövləti dünyada separatizmə və terrora qarşı çox sərt mövqe nümayiş etdirir
15:47
23 May
Prezident İlham Əliyev: IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb
15:40
23 May
Rauf Əliyev: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında tarixi qələbəyə imza atdı
15:20
23 May
Azərbaycan Prezidenti: Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq
15:09
23 May
Qaçqınlıq və məcburi köçkünlük faciəsinin yeganə həll yolu bu insanların öz yurdlarına qaytarılmasıdır
15:04
23 May
Federika Mogerini: Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda siyasi yolla həll olunmalıdır
14:48
23 May
Hüseyn Bağırov: Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcək
14:42
23 May
Birinci rübdə Azərbaycan ərazisindən 7500 TIR keçib
14:29
23 May
Prezident İlham Əliyev: “İslamiadadakı qələbə müstəqilliyimizin möhkəmləndirilməsinə növbəti töhfədir”
14:25
23 May
Rikard Skufias: TAP layihəsi Avropa üçün daha davamlı enerjinin gələcəyini təmin edəcək
14:18
23 May
Bakı limanının birinci fazası yekunlaşdıqdan sonra yükaşırmanın həcmi 5 dəfə artacaq
14:14
23 May
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşları qəbul edib
14:11
23 May
Avropa Parlamentinin nümayəndə heyəti məcburi köçkünlərlə görüşüb
13:02
23 May
Oqtay Əsədov: Ermənistan beynəlxalq hüququn aliliyini qəti surətdə inkar edir
12:53
23 May
IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilir
12:41
23 May
Mehriban Əliyeva: Biz dünyanı Bakıda salamlamaqda davam edəcəyik
11:48
23 May
İran saytları IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimindən yazıb
11:35
23 May
Batumidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb
11:29
23 May
TAP konsorsiumu İtaliyanın Salento bölgəsində 8 layihəni maliyyələşdirəcək
11:16
23 May
XİN: Britaniyadakı partlayışda ölən və yaralananlar arasında azərbaycanlıların olması araşdırılır
10:59
23 May
"Cocuq Mərcanlı" yarımstansiyasının inşası başa çatır
10:51
23 May
Kubanın “Bohemia” jurnalı: “Zirvəyə doğru yüksələn ölkədə daha bir böyük idman hadisəsi”
10:33
23 May
BMT ilə Gənclər və İdman Nazirliyi arasında niyyət məktubu imzalanıb
10:26
23 May
ANAMA mütəxəssisləri Cocuq Mərcanlıda əməliyyatları davam etdirir
10:20
23 May
Siyavuş Novruzov: Azərbaycan İslam Həmrəyliyi Oyunlarının keçirilməsində yeni standartları müəyyən etdi

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA