Ana səhifə »  Mədəniyyət »  Qürur duymağa haqqın var
A+   Yenilə  A-
Qürur duymağa haqqın var
Azərbaycan müstəqillik qazandıqdan sonra milli düşüncə tərzinin formalaşması, milli varlığımızın dərki, tarixə qayıdışdan qidalanan tarixi əsərlərin meydana çıxması, açılmamış səhifələri açmaq cəhdi, tarixin həqiqətinə, həqiqətin tarixinə ayna tutan kitabların yaranması məni həddindən çox sevindirir. Ona görə həddən çox ifadəsini xüsusi vurğu ilə işlədirəm ki, 70-80 illik bir tarixi mərhələdə tariximiz tərsinə yazılıb, tərsinə tədris olunub, Əzizim Elçin!
Sənin əsərlərini maraqla izləyən, diqqətlə oxuyan oxucularından biri də mənəm. “Don Juan”ı həvəslə oxuyub başa çatdırmışdım. O əsərin məntiqindən hiss edirdim ki, dünyaya yeni bir tarixi roman gəlir. “Don Juan”ı necə həvəslə oxumuşdumsa, “Şah Abbas”ı da eyni həvəslə gözləyirdim.
Açıq və səmimi şəkildə etiraf etmək lazımdır ki, Şeyx Cüneyddən, Şeyx Heydərdən başlamış, sonuncu səfəvi şahlarına və şahzadələrinə qədər tariximizin Səfəvilər dövrü hələ lazımi şəkildə nə tarixi, nə də bədii yaradıcılıq baxımından arzu olunan səviyyədə açılmayıb. Hətta Şah İsmayıl Xətai dühası belə tam təfərrüatı ilə bugünkü nəslə çatdırılmayıb.
İnsaf və ədalət naminə deməliyik ki, Səfəvilər dövrü ilə bağlı məşhur tarixçi alimimiz Oqtay Əfəndiyevin elmi araşdırmaları, Fərman Kərimzadənin, Əzizə Cəfərzadənin, Əlisa Nicatın bədii əsərləri hələ sovetlər dönəmində bu sahədə elmimiz və ədəbiyyatımız üçün xeyli iş gördü. Ancaq bugünkü müstəqillik dövrü bizə imkan verir ki, daha obyektiv, daha aydın şəkildə öz tariximizi işıqlandıraq. Müstəqillik işığında hər şeyi öz rəngində görək, hər kəsi əməllərinə görə qiymətləndirək. Bu baxımdan sizin qələminizdən çıxan “Şah Abbas” tarixi romanı XXI əsrdən XVI-XVII əsrlərə baxış kimi çox maraqlıdır və Səfəvilər dövrünə maraq həmişə güclü olub, bu da, şübhəsiz Şah İsmayıl Xətai kimi bir şəxsiyyətin dünyəvi nüfuzu ilə bağlıdır.
Şah Abbas körpəlik və uşaqlıq illərimin, uzun qış gecələrinin, nağıllı-dastanlı dünyamın ən sevimli obrazı kimi mənə əzizdir. ömrümün dünənində o, mənim nağıllarımın, dastanlarımın qəhrəmanı idi. Bu gün isə artıq tarixi şəxsiyyət kimi, bir roman qəhrəmanı kimi sənin sayəndə mən onu sevdim, ona acıdım, ona ağladım, onunla qürur hissi keçirdim, ağlına, qabiliyyətinə, sərkərdəlik məharətinə heyran qaldım, heyrət elədim.
Şah Abbas bütün uğurlu və qüsurlu cəhətləri ilə, bütün zəif və güclü cəhətləri ilə oxucuya təqdim olunub. Bu obrazın şəxsində az qala 50 illik bir tarixi mərhələ bütöv ağrı-acıları, qələbə və məğlubiyyətləri ilə açılıb, şərh olunub.
Şah Abbas ömrünün son günlərində öz şahlıq taxtını nəvəsi Səfi Mirzəyə etibar edəndə ona belə bir tapşırıq verir: “Mənim canamaz dəm-dəsgahımı, sazımı da özünlə götürərsən, bir də Şeyx Səfi xalısını”.
Canamaz, saz və Şeyx Səfi xalısı. Bütün döyüşlərdə bu üç müqəddəslik ona həmişə qüvvət vermişdi. Ona görə də, tapşırıqla elə bil nəvəsinə demək istəyirdi ki, bu canamazda dinini, sazda ruhunu, xalıda Şeyx Səfi müqəddəsliyini yaşada bilsən sənə zaval yoxdur.
Şah Abbas atası Məhəmməd Xudabəndədən şahlıq tacını alan kimi faciələrlə dolu səhnələr insanı sarsıdır və bu sarsıntılar, saraydaxili didişmələr, sui-qəsdlər əsərin sonuna kimi davam edir. Şah Abbasın anası fars qızı Xeyrənnisənin ustaclı, şamlı, qızılbaş tayfalarına qənim kəsilməsi, Xeyrənnisənin və onun anasının qızılbaşlar tərəfindən qətlə yetirilməsi, Şah Abbasın anasının qisasını almaq üçün 22 qızılbaş əmirinin başını kəsib Qəzvin darvazalarının ucluqlarına sancdırması, Şah Abbasın əmri ilə iki ögey qardaşının - Təhmasib Mirzənin və Əbutalib Mirzənin gözlərinə mil çəkdirib, onları ömürlük kor eləməsi, hətta öz lələsini belə qətlə yetirməkdən çəkinməməsi elə bir ustalıqla təsvir olunur ki, bu məqamları oxucuya sənətkarlıqla çatdırmaq üçün sənin şəxsində yazıçı qələmi tarixçi qələminə, tarixçi istedadı yazıçı ilhamına qüvvət verir. Nəticədə 40 ildən artıq şahlıq edən Şah Abbasın şəxsi keyfiyyətləri bütün çalarları ilə üzə çıxır. Bu zəhərləmələr, kirişlə boğulmalar, başkəsmələrlə bağlı Kərbəla müsibətlərini xatırlatmağın çox dəqiq yerinə düşür. Hakimiyyəti möhkəm və uzunömürlü etmək üçün qəddarlığın son həddi əksər şahlara xas olan keyfiyyətdir. Şah Abbasın bu qəddarlıqlarına baxmayaraq, ardı-arası kəsilməyən müharibələrdə həmişə qalib gəlməsi, yüksək sərkərdəlik məharəti, bütün hərbi manevrlərdən ustalıqla, üzüağ çıxması istər-istəməz insanı - oxucunu heyrətə gətirir. Bütün əsər boyu ürəkləri parçalayan acı bir həqiqəti fani çılpaqlığı ilə açıb bu günün oxucusuna təqdim etdiyin üçün çox sağ ol. Bu əsər, götürmək qabiliyyətimiz olsa, tarixin ən böyük ibrət dərsidir. Biz qardaş qırğınlarından söhbət düşəndə nədənsə həmişə Sultan Səlimlə Şah İsmayılın qarşılaşmasını - çaldıran faciəsini xatırlayırıq. Ancaq bu əsəri oxuduqca hər səhifədə, hər fəsildə təəssüf hissi keçiririk, qəlbimizdən qara qanlar axır.
Faciəmizin böyüklüyünə baxın ki, Şah Abbas Osmanlıları məğlub etmək üçün Avropa ölkələri ilə güclü əlaqələr yaradır, İspaniya kralına elçi göndərir, Osmanlıları zəiflətmək istəyən Venesiya və İtaliya ilə güc birliyi yaratmağa can atır, Fransadan silah almaq üçün alverə girişir, öz qılıncımız özümüzü kəsir, qardaş öz qardaşının qanını tökür, biri Osmanlı kimi, biri də qızılbaş kimi bir-birini məhv edir, avropalıların fitvasına uyur, bu bədbəxt atabir, anabir qardaşlar heç vaxt başa düşmür və başa düşmək istəmir ki, qardaş qırğınından qazanan ancaq Batı ölkələri olur. Nəticədə Osmanlı imperiyasının ölümü yaxınlaşır, Azərbaycanın parça-parça olması üçün gələcəyə zəmin hazırlanır. Bütün türk-müsəlman dünyasını içəridən çökdürmək üçün rusların, ingilislərin əlinə yaxşı fürsət meydanı keçir. Bugünkü bəlalarımızın kökü elə o zamanlardan gəlir. Şiə-sünnü məsələsindən istifadə edənlər bizi bütövlükdə ölümə, məhvə, parçalanmaya aparır. Amansız düşmənə fürsəti həmişə özümüz vermişik. Qırılan da özümüz olmuşuq, qıran da. ölən də özümüz olmuşuq, öldürən də. Bir-birini qıran eyni millətin tapdağı altında Şirvan, Bakı, Təbriz, Gəncə, Dərbənd, Naxçıvan, Qarabağ, çuxursədd, bir sözlə, Azərbaycan adlı bir cənnət məmləkət cəhənnəmə çevrilib bölük-bölük olmasaydı bu gün erməniyə, rusa, gürcüyə yem olmazdıq.
Qalib gələn İran aslanı Şah Abbasla məğlub olan Osmanlı paşanın sual-cavabına fikir verin:
“Şah Abbas ayağa qalxmadan soruşdu: Sən bu qədərmi özündən razıydın, döyüşçüləri evlərinə buraxdın, özünsə ova getdin, məni saymadın?
Əli paşa başını qaldırmadan:
Mən özümdən yox, taleyimdən arxayın idim, o isə sizin üzünüzə güldü - dedi. Bu cavab şahın xoşuna gəldiyinə görə daha bir sual verdi: Ağlınımı qınayırsan, bəxtinimi?
Əli paşa bu sözün də altında qalmadı:
- Bu döyüşdə nə mənim ağlım, nə də bəxtim günahkardı. Anadan xoşbəxt doğulan sənsən. çünki qalib xoşbəxtlikdən şişir, məğlub isə boşalır”.
Bu ürəkağrıdan parçanı ona görə misal çəkirəm ki, bu iki bədbəxtin heç biri bilmir ki, hər ikisi böyük gələcək qarşısında məğlub olub. Sabah Türk dünyasını, böyük Azərbaycanı ruslar, farslar, ermənilər, ingilislər yağlı tikələr kimi udacaq, bahalı parçalar kimi doğram-doğram edəcəklər. XV əsrdə dünyanın yarısı olan Azərbaycanı dağıtmaq üçün “Türkmənçay” və “Gülüstan” müqavilələri bağlanacaq, onun arxasınca Qarabağın, Dərbəndin, Borçalının, Zəngəzurun, Göyçənin faciələri gələcək.
1605-ci ildə Cığaloğlu Sinan Paşa ilə Şah Abbasın savaşında qızılbaşlar 34 türk paşasını əsir almışdılar. Əgər bir savaşda 34 türk paşası əsir alınıbsa, indi görün hər dəfə Osmanlılarla qızılbaşlar qarşılaşanda sayı 50 mindən az olmayan qoşunlar bir-birinin qanını sel kimi axıdanda biz nələri və kimləri itirmişik. Dünyanın heç bir milləti tarixdə bir-birinə bu qədər qənim kəsilməyib. Bu günün gözüylə baxanda Şah Abbasın “böyük köçü”nə tarixin böyük səhvi də demək olar. Əgər o, dünən çuxursəddi, Borçalını, Rəvanı köçürüb farsların içinə doldurmasaydı, bəlkə də Ermənistan və Gürcüstan azərbaycanlılarının daha dəhşətli qaçqınlığı, köçkünlüyü də olmazdı. Şah Abbas o torpaqları boşaltmaqla özündən xəbərsiz erməni kimi kəmfürsət düşmənə dövlət olmaq üçün ərazi hazırlayırmış.
Əzizim Elçin Hüseynbəyli!
Əsərin bir yerində çox qiymətli bir fikir işlətmisən: “Tarix hər zaman ağadır. Ancaq onu ağa kimi də görmək olar, gədə kimi də. Tarixi gədə kimi görənlərin halına yazıq!”
Mənim düşüncəmə görə, bu əsər bizə və bizdən sonra gələnlərə belə deyir: Tarixini yaxşı öyrən, şəxsiyyətlərini dürüst tanı, keçmişinə sahib ol, öz qılıncınla özünü kəsmə, dilinə, dininə, əqidənə, etiqadına sadiqlik hissini itirmə, milliliklə millətçiliyi qarışdırma, gələcəyini düzgün qurmaq üçün tarixin acı həqiqətlərindən, böyük dərslərindən ibrət al. özün ol, özgələşmə. “Mən kimdən” demə, “kim məndən” de. Gücü kökünə ver ki, budaqların tufanlara yem olmasın. Xalqdan millətə, millətdən dövlətə doğru get, millətdən tayfaya enmə, tayfadan millətə doğru get. Getdinsə, getməyi bacardınsa dünya sənindi. Bacarmadınsa nə dünya sənindi, nə də sən dünyanınsan!

 
  • Oxunub:  17070  |  
  • Tarix:  20-05-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

20 May 21:07
ADNSU: Dünya Metrologiya Gününə həsr olunan elmi-praktik seminar
20 May 20:59
Əlyazmalar İnstitutunun jurnalları UNESCO-nun “ROAD” elmi indeksləşdirmə reyestrinə daxil edilib
20 May 20:55
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib
20 May 19:55
Tamara Sinyavskaya: Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi
20 May 19:48
Şəmkirdə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib
20 May 19:44
SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar
20 May 19:32
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20 May 19:29
Milli Məclisdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb
20 May 19:23
Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub
20 May 19:20
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20 May 19:17
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20 May 19:14
Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin siyasətinin əsasında insan amili dayanır
20 May 17:47
Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Milli Qəhrəman Eltun İsgəndərovun adı verildi
20 May 17:43
Əli Əhmədov: Partiyamızın sıralarında 740 min nəfər insan var ki, burada mədəniyyət işçiləri də kifayət qədər geniş şəkildə təmsil olunur
20 May 17:40
Əbülfəs Qarayev: Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyinin birgə fəaliyyət planı yeni dövrün çağırışlarına cavab verə biləcək layihədir
20 May 17:28
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə 20 milyon 145 min manat vəsait ayrılıb
20 May 17:18
Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrasına dair rəyi müzakirə edilib
20 May 17:15
Bu gün Dünya Bal Arısı Günüdür
20 May 17:12
Prezident İlham Əliyev Zurab Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı
20 May 16:56
Bakıda Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası keçirilib
20 May 16:53
Azərbaycanın müharibə veteranları və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədirlər
20 May 16:52
Şəkidə indiyədək 3737 hektarda yazlıq
20 May 16:42
Bakıda Avropa Liqası könüllüləri üçün əyləncə gecəsi təşkil olunub
20 May 16:38
Tahir Mirkişili: Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət həcminin 77 faizi Azərbaycanın payına düşür
20 May 16:18
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək
20 May 16:08
DİM Direktorlar Şurasının sədri Lənkəranda, sədr müavini isə Masallıda vətəndaşları qəbul ediblər
20 May 15:57
Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur
20 May 15:49
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20 May 15:42
İyulda İsveçrəyə ixrac missiyası təşkil ediləcək
20 May 15:37
Yaponiyanın “Himalaya” radiosunda Azərbaycan və Naxçıvan MR barədə xüsusi veriliş yayımlanıb
20 May 15:31
Azərbaycanın milli bayramı ilə bağlı keçirilən tədbir Polşa mətbuatında işıqlandırılıb
20 May 15:22
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub
20 May 15:15
Avropa Liqasının finalı ilə bağlı Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq
20 May 15:11
Azərbaycan təbii qazının Avropaya nəqli prosesi həlledici mərhələdir
20 May 15:07
Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir
20 May 15:05
Sevinc Fətəliyeva: Cənubi Qafqazın güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi dividendlər vəd edir
20 May 14:41
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
20 May 14:37
Elçin Quliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq tərəflərin bərabərhüquqluluğu prinsipinə söykənir
20 May 14:32
Dörd ayda toxuculuq sənayesi 48 faiz artıb
20 May 14:30
İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuraları təsis edilib
20 May 14:26
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 59 faizi fərdi sahibkarların payına düşür
20 May 14:20
AzMİU-da İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılışı olub
20 May 14:18
Milli valyutada olan əmanətlər 20 faizədək artıb
20 May 14:13
UEFA “Avro 2020”nin final mərhələsinə biletlərin qiymətini açıqlayıb
20 May 14:07
Kənd təsərrüfatı naziri Goranboyda fermerlərlə görüşüb
20 May 14:02
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
20 May 13:56
Yeni Azərbycan Partiyası və Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planının təqdimat mərasimi keçirilib
20 May 12:52
Vüsal Qasımlı: Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir
20 May 12:46
Əli Əhmədov: YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır
20 May 12:43
Azərbaycan İlahiyyat İnstitutu kollektivinin maarifləndirici səfərləri davam edir
20 May 12:41
Ziyad Səmədzadə: İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək
20 May 12:18
Ümumdünya Metrologiya Günü qeyd olunub
20 May 12:15
Moskvada Heydər Əliyev Kuboku uğrunda illik minifutbol turniri keçirilib
20 May 12:11
Səfir: Koreya problemli kreditlərin həlli üzrə əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşməyə hazırdır
20 May 12:02
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb
20 May 11:49
Orxan Məmmədov: Ədalət mühakiməsinin keyfiyyətinin artırılması ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcək
20 May 11:36
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib
20 May 11:28
Vüsal İsayev: Prezidentin Fərmanında əsas istiqamətlərdən biri də sahibkarlığın inkişafına şərait yaratmaqdır
20 May 11:21
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Çilidə rəsmi qəbul keçirilib
20 May 11:19
Bakıda “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” Mövzusunda konfrans işə başlayıb
20 May 11:14
MM-in sədri Oqtay Əsədov Ukraynanın altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində iştirak edir
20 May 11:11
Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilir
20 May 11:10
Azərbaycan qida məhsullarının Çinin İvu şəhərinə ixracına dair müzakirələr aparılıb
20 May 10:57
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
20 May 10:27
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
20 May 10:11
BAKIDAN BRÜSSELƏ, BRÜSSELDƏN BAKIYA...
20 May 10:08
Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal mərkəzə çevirməkdədir
20 May 09:55
Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub
20 May 09:52
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib
20 May 09:48
Milli Məclisin sədri Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA