Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Müasir İncəsənət Muzeyində Xalq Rəssamı Hüseyn Əliyevin “Mənzərələr” adlı sərgisi açılıb

Müasir İncəsənət Muzeyində Xalq Rəssamı Hüseyn Əliyevin “Mənzərələr” adlı sərgisi açılıb

02.06.2016 [10:02]

İyunun 1-də Müasir İncəsənət Muzeyində 1940-cı ildən Rəssamlar İttifaqının üzvü, Əməkdar Rəssam (1977), Azərbaycanın Xalq Rəssamı Hüseyn Əliyevin “Mənzərələr” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Memarlar İttifaqının sədri, Xalq Rəssamı Elbəy Qasımzadə görkəmli rəssamın həyat və yaradıcılığı haqqında danışıb. Qeyd edilib ki, Hüseyn Əliyev 1911-ci il aprelin 22-də Zəngəzur mahalının Comərdli kəndində anadan olub, 12 yaşında ilk təbiət mənzərəsini çəkib. 1927-1932-ci illərdə Bakıda Rəssamlıq Texnikumunda təhsil alıb. 1922-1931-ci illərdə “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edib, jurnalın səhifələrində bir sıra karikaturaları çap olunub. 1932-1935-ci illərdə Leninqrad Boyakarlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda təhsilini davam etdirib. “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) 50 il əsas rəssam kimi fəaliyyət göstərib.
Böyük Vətən müharibəsinin iştirakçısı olan rəssam “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” medalları və “Xalqlar dostluğu” ordeni ilə təltif edilib.
Rəssamın təbiət gözəlliklərini əks etdirən əsərləri monumentallığı və qeyri-adi koloriti ilə seçilir, onun Vətənə böyük sevgisindən xəbər verir. Milli incəsənət tarixində öz yeri olan Hüseyn Əliyevin əsərləri xaricdə də tanınır, sevilir və yüksək qiymətləndirilir.
Hüseyn Əliyev bu ifadəni tez-tez təkrarlayırdı: “Mənim müəllimim təbiətin özüdür”. Uşaqlığı Zəngəzur və Naxçıvanda keçən rəssam təbiətin rəngarəng qammasının vurğunu idi. Bu vurğunluq onun hər bir əsərində, rənglərin palitrasında, yaradılmış obrazların reallığında hiss olunur.
Ustad rəssam tərəfindən yaradılan bütün əsərlərin əsasında şəxsiyyətin psixoloji dərki və təbiətin fəlsəfəsi dayanır. Rəssam onu əhatə edən təbiətdə başqalarının görə bilmədiklərini görür, onu özünəməxsus, adi baxışa zidd qavrayırdı. Qəhrəmanlarının daxili dünyasını onların üzlərində çox incəliklə əks etdirirdi.
Təsvirin heyranedici reallığı və rənglərə olan qeyri-adi hissiyyatı sayəsində Hüseyn Əliyev lirik və romantik mənzərələrin rəssamı kimi tanınıb. Onun yaradıcılığının əsas istiqaməti də bu idi.
Hüseyn Əliyev mənzərələrinin rəngarəngliyi romantizmə həvəsləndirir, insanın hiss və emosiyalarına güclü təsir edir. Parlaq rəng palitrası onun yaratdığı mənzərələrin xarakterik xüsusiyyətlərindən biridir.
Həyat, sevgi, gözəllik, dinamizm - Hüseyn Əliyev yaradıcılığını bu cür xarakterizə etmək olar.
Xalq Rəssamı 1991-ci il mayın 21-də vəfat edib.

Paylaş:
Baxılıb: 871 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30