Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Sonsuz Dəhliz” filmi “Global Film Awards” mükafatına layiq görülüb

“Sonsuz Dəhliz” filmi “Global Film Awards” mükafatına layiq görülüb

05.02.2016 [09:30]

Müstəqil litvalı rejissor Aleksandras Brokasın çəkdiyi “Sonsuz Dəhliz” (“Endless Corridor”) sənədli filmi ABŞ-ın “Accolade Film Competition” adlı nüfuzlu kino nəşrinin “Global Film Awards” müsabiqəsinin “Humanitar mükafat”ına layiq görülüb.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı qətliamının qurbanlarına ithaf olunan və bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminə bu mükafat “Müstəsna nailiyyət” nominasiyası üzrə verilib.
“Global Film Awards” dörd unikal film yarışmasını (Accolade Global Film Competition, Best Shorts Competition, IndieFEST Film Awards and IMPACT DOCS Awards) özündə birləşdirir ki, onun məqsədi film, televiziya, video və yeni media sahəsində müstəsna nailiyyətləri qiymətləndirməkdir. Bu beynəlxalq müsabiqəyə dünyanın istənilən ölkəsini təmsil edən tanınmış kinorejissorlarla yanaşı, karyera pilləsinin başlanğıcında olan rejissorların filmləri də təqdim edilir və film sənayesində öz sözünü demiş peşəkar və müstəqil münsiflər heyəti tərəfindən seçilir. Builki qaliblər arasında Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Kanada, Litva, Almaniya, İspaniya, Tayvan, Hollandiya, Hindistan, İrlandiya və Avstraliya istehsalı olan filmlər yer alıb.
“Global Film Awards” tərəfindən təqdim olunan “Humanitar mükafat”ın məqsədi öz filmlərində siyasi, sosial ədalət, ekoloji, sağlamlıq, vəhşi təbiət və mənəvi mövzuların vacibliyinə toxunan kinorejissorların peşəkarlığının qiymətləndirilməsidir. Qaliblər jürilər tərəfindən il ərzində daxil olan yüzlərlə filmin içərisindən diqqətlə seçilir.
Sözügedən müsabiqə artıq 11 ildir keçirilir. 2015-ci ildə “Humanitar mükafat”a layiq görülmüş filmlərin siyahısı aşağıdakı keçiddə verilib: http://globalfilmawards.com/about-global-film-awards
“Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində ötən ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, rus, türk, fransız, italyan, alman və ərəb dillərinə tərcümə olunub.
Film Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında və İsrailin “Channel 1” televiziya kanalında nümayiş etdirilib.
Qeyd edək ki, filmin premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak edib. “Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Ekran əsəri britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.
Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Ekran əsərində Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

Paylaş:
Baxılıb: 921 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31