Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində seminar keçirilib

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində seminar keçirilib

04.02.2014 [09:09]

Fevralın 3-də Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində (AMİHİRK) seminar keçirilib.
AzərTAc xəbər verir ki, seminarda çıxış edən AMİHİRK-nin sədri Cəmilə Səttarova hər bir ölkənin perspektiv inkişafının, müstəqilliyinin möhkəmləndirilməsinin və dövlətçiliyinin gücləndirilməsinin gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və kreativ qüvvəyə, cəmiyyətin aparıcı üzvlərinə çevrilməsindən asılı olduğunu diqqətə çatdırıb. Bildirib ki, gənclər böyük yaradıcı gücə malik olduğundan, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətin və cəmiyyətin gələcəyi sığorta altına alınmış olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqisinin göstəricisinə çevrilir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə gənclərin sosial müdafiəsinə də ehtiyac artır. Gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən əhəmiyyətli addımlar atılıb.
AMİHİRK-nin sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq olunub. Bu proqrama əsasən, gənclərin təhsil, iş, asudə vaxt problemləri həllini tapıb.
Bildirilib ki, mədəniyyət müəssisələrində fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin gənclərlə iş üzrə komissiyaları mütəmadi olaraq tədbirlər təşkil etməli, gənc işçilərin problemləri ilə maraqlanaraq onlara kömək göstərməlidirlər.
Sonra gənclərlə iş üzrə komissiyaların sədrləri ötən il həyata keçirdikləri tədbirlər və gördükləri işlər haqqında məlumat veriblər.
Seminarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gənclər şurasının sədri Tural Süleymanov çıxış edərək qarşıda duran vəzifələrdən danışıb.

Paylaş:
Baxılıb: 1027 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30