Ana səhifə »  KİVDF »  Azərbaycanın regionlarında payızlıq taxıl əkini uğurla davam edir
A+   Yenilə  A-
Azərbaycanın regionlarında payızlıq taxıl əkini uğurla davam edir

Əkin sahələrində keyfiyyətli şum aparılır, fermerlər yüksək reproduksiyalı məhsuldar toxum sortları ilə təmin olunurlar
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda bütün sahələrə diqqət və qayğının göstərilməsi dayanıqlı inkişafı təmin edib. Dinamik tərəqqidən bəhs edərkən, heç şübhəsiz, iqtisadi inkişafa xidmət edən ardıcıl və məqsədyönlü tədbirlərin səmərəli nəticələrini də xüsusi vurğulamaq lazımdır. Bu kontekstdə aqrar sektorda əldə olunan müsbət göstəriciləri də vurğulamaq yerinə düşər.
Qeyd etmək lazımdır ki, kənd təsərrüfatının müxtəlif istiqamətlərini özündə ehtiva edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasının uğurla davam etdirilməsi, islahat xarakterli tədbirlərin həyata keçirilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirib, fermerlərin gəlirləri artıb, aqrar fəaliyyət insanlar üçün əməktutumlu və gəlirli sahəyə çevrilib. Aqrar sektorun ən strateji sahələrindən sayılan taxılçılığın inkişafı isə ildən-ilə daha yüksək vüsət alır. Belə ki, göstərilən diqqət və qayğının, sahibkarların stimullaşdırılmsının nəticəsidir ki, taxıl əkini sahələrinin artması ilə yanaşı, artıq yerli fermerlər innovativ üsullar vasitəsilə taxıl əkini ilə bağlı addımlar atır.
Yeri gəlmişkən, artıq rayonlarımızda payızlıq taxıl əkini start götürüb. Məsələn, verilən məlumata əsasən, Masallı rayonunda payızlıq taxıl əkini uğurla davam edir. Noyabrın 8-nə olan məlumata görə, 6450 hektar sahədə səpin aparılıb. Bunun 4708 hektarı buğda, 1742 hektarı isə arpa sahələridir. Qeyd edilməlidir ki, taxıl əkini xüsusilə rayonun Çaxırlı, Qarğalıq, Təklə və bir sıra digər ərazilərdə daha mütəşəkkil aparılır. Rayonda taxılçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri əkin zamanı daha çox yerli şəraitə uyğun reproduksiyalı toxumlardan istifadə edirlər.
Mərkəzi Aran regionunda yerləşən Hacıqabul rayonunda da təsərrüfatın digər sahələri ilə yanaşı, taxılçılığın inkişafına xüsusi diqqət yetirilir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiyaların verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını daha da artırıb. Bunun nəticəsində də rayonda taxıl istehsalı ilbəil artır, məhsuldarlıq yüksəlir. Növbəti təsərrüfat ilində taxılçılıq sahəsində yüksək məhsuldarlığa nail olmaq üçün rayonda səpin kampaniyasına ciddi hazırlıq işləri görülüb. Bu məqsədlə 28 min hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı məhsuldar toxum sortları ilə təmin edilib. Səpin kampaniyasının optimal müddətdə başa çatdırılması üçün lazım olan müxtəlif maşın-mexanizm, səpin aqreqatları sahibkarların ixtiyarına verilib. Məhsul istehsalçıları noyabrın 6-na kimi 5 min 830 hektar sahədə səpin aparıblar ki, bunun da 3 min 300 hektarı buğda, 2 min 330 hektarını isə arpa sahələri təşkil edib. İşin yaxşı təşkili nəticəsində əkinçilər hər gün 150-200 hektar sahəyə toxum səpirlər. Əkinçilər, həmçinin 250 hektar sahədə yaşıl yem üçün xəsil əkini də aparıblar.
Qobustan rayonunun taxılçıları isə payızlıq əkin kampaniyasını müvəffəqiyyətlə başa çatdırıblar. Vurğulayaq ki, rayon taxılçıları gələn ilin məhsulu üçün 29 min hektarda səpin aparıblar. Bu göstərici proqnozlaşdırılan həcmdədir. Əkin sahələrinin 19 min hektarı buğda, 10 min hektarı isə arpadır. Səpində yerli şərait üçün daha çox sərfəli olan “Qobustan”, “Bezosiya” buğda, “Cəlilabad”, “Dəyanətli” arpa sortlarından istifadə olunub. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Xilimlli, Qurbancı, Ərəbşahverdi, Təklə, Sündü kənd, Qobustan şəhər icra nümayəndəliklərində bu mühüm kampaniya daha mütəşəkkil aparılıb. Əkin sahələrinin 70 faizində, xüsusilə daha tez səpin aparılan ərazilərdə normal çıxış alınıb.
Ağsu rayonunda da payızlıq taxıl əkini sürətlə davam edir və bu mühüm kampaniyaya 200-ə yaxın traktor, 90-dək səpin aqreqatı cəlb olunub. Noyabrın 5-nə olan məlumata görə, rayonda 10,8 min hektarda səpin aparılıb. Əkin rayonun bütün təsərrüfatlarında, xüsusilə daha çox taxıl əkilən Gəgəli, Ərəbsarvan, Növcü və bir sıra digər ərazilərdə daha mütəşəkkil aparılır. Hər yerdə torpağın hazırlanması və səpinin aqrotexniki qaydada həyata keçirilməsi diqqət mərkəzindədir. Fermerlər, torpaq mülkiyyətçiləri əkində yerli şəraitə uyğun yüksək reproduksiyalı toxumlardan istifadə edirlər. Qeyd edək ki, taxılçılıq Ağsu rayonunda kənd təsərrüfatının aparıcı sahəsidir. Builki mövsümdə bölgədə 35,4 min hektarda payızlıq taxıl əkini gözlənilir.
Neftçala rayonunda isə gələn ilin məhsulu üçün payızlıq taxıl səpininə başlanılıb. Əkinçilər ilk olaraq arpa səpini aparıblar. Qeyd edək ki, cari ildə zəmilərdən 123 min 661 ton taxıl yığan əkinçilər növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 40 min 50 hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin üçün lazım olan müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar. İşin yaxşı təşkili nəticəsində məhsul istehsalçıları noyabrın 4-nə qədər 6 min 240 hektar sahəyə toxum səpiblər. Rayonun Xolqaraqaşlı, Xolqarabucaq və Xəzərkənd kəndlərində səpin kampaniyası daha nümunəvi təşkil olunub. Bu kəndlərdə fəaliyyət göstərən fermerlər gün ərzində 110-120 hektar sahədə səpin aparırlar. Torpaq mülkiyyətçiləri səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər edirlər.
Ölkəmizin əsas taxılçılıq rayonlarından sayılan Salyan rayonunda da fermerlərin təsərrüfatın bu sahəsinə böyük maraq göstərmələri rayonda taxıl istehsalının ilbəil artmasına səbəb olur. Qeyd edək ki, salyanlı taxılçılar ötən ilin payızında 16 min 802 hektar sahədə taxıl əkiblər. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 41 min 999, buğda zəmilərindən isə 24 min 142 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən, ümumilikdə, 65 min 214 ton taxıl əldə edərək, hər hektarın məhsuldarlığını 39 sentnerə çatdırıblar. Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər noyabrın 3-nə kimi 2 min 279 hektar sahədə səpin aparıblar ki, bunun da 1946 hektarı arpa, 333 hektarı isə buğdadır.
Ölkəmizin şımalında yerləşən Quba rayonunda isə bu il 12 min 50 hektar sahədə payızlıq taxıl əkiləcək. Noyabrın 3-nə kimi artıq 3 min 500 hektar sahədə səpin başa çatdırılıb. Taxıl əkiləcək sahələrdə keyfiyyətli şum aparılıb, gübrə verilib. Eyni zamanda, əkinçilər yüksək reproduksiyalı rayonlaşdırılmış toxum sortları və səpin aqreqatları ilə təmin olunurlar. Təsərrüfatçı Müzəffər Musayev KİV-ə açıqlamasında bildirib ki, bu il havaların quraq keçməsi səpinə mənfi təsir etsə də, taxılçılar kampaniyanın müvəffəqiyyətlə başa çatması üçün bütün qüvvələrini səfərbər ediblər. Qubalı təsərrüfatçılar əsasən buğdanın “Qobustan”, “Bezos”, “Fatimə”, “Əzəmətli-95”, arpanın isə “Qarabağ 22” və “Cəlilabad” sortlarına üstünlük verirlər. Bu növlər rayonun iqlim şəraitinə uyğundur və məhsuldarlığı ilə fərqlənir. Fermer İslam Əlisultanov Kənd Təsərrüfatı Nazirliyinin taxılçılara hər cür dəstək göstərdiyini, yeni texnikalarla, minerallarla təmin edildiklərini bildirib. “Yüksək məhsuldarlıq əldə etmək üçün yeni texnologiyalara əməl olunmalıdır. Müasir texnologiya və metodlardan istifadə etsək, ölkəmizdə taxıla olan tələbatı yerli istehsalın hesabına ödəyə bilərik”, - deyə fermer vurğulayıb. Qeyd edək ki, ötən mövsüm Quba rayonu üzrə 33 min 600 ton taxıl əldə edilib.
Saatlı rayonunda da taxılçılıq əsas təsərrüfat sahələrindən sayılır. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda məhsul istehsalı ilbəil artır. Belə ki, saatlılı taxılçıları ötən ilin payızında 22 min 986 hektar sahədə taxıl əkiblər. Bunun da 5 min 254 hektarını arpa, 17 min 732 hektarını isə buğda sahələri təşkil edib. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 19 min 127, buğda zəmilərindən isə 76 min 421 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən ümumilikdə 95 min 548 ton taxıl götürərək, hər hektarın məhsuldarlığını 41,6 sentnerə çatdırıblar. Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər noyabrın ilk günlərinə qədər 2 min 538 hektar sahədə səpin aparıblar ki, bunun da 2 min 188 hektarı arpa, 380 hektarı isə buğdadır. Sahibkarlar səpin zamanı daha çox rayonlaşdırılmış məhsuldar toxum sortlarının əkininə üstünlük verirlər. Əkinçilər gün ərzində 150-200 hektar sahəyə toxum səpirlər. Qeyd edək ki, saatlılı taxılçılar bu il 23 min hektardan çox sahədə payızlıq taxıl əkməyi planlaşdırıblar.
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz, Mərəlik və Türkeş kəndlərinin ərazilərində də payızlıq taxıl səpini işlərinə başlanılıb. Noyabrın 3-nə kimi 450 hektar sahədə şum qaldırılıb, 70 hektara yaxın sahədə səpin aparılıb. Ümumilikdə, 15 hektar sahə isə suvarılıb. Vurğulayaq ki, ərazidə torpağın münbitliyinin artırılması məqsədilə meliorativ tədbirlər həyata keçirilib, şoranlaşmanın və eroziyanın qarşısı alınıb. Əkin zamanı yerli iqlim şəraitinə uyğun yüksək reproduksiyalı toxum sortundan istifadə edilir. Əkinə “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasının texnikaları cəlb olunub. Taxılçılar səpini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  1500  |  
  • Tarix:  17-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

16 Yanvar 20:27
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
16 Yanvar 19:26
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16 Yanvar 19:02
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib
16 Yanvar 18:23
Pərvin Kərimzadə: Ölkə Prezidentinin Şuşa səfəri tarixi ədalətin bərpası, qalibiyyətin təntənəsidir
16 Yanvar 18:18
Qalib Liderin Qələbə yolu -Şuşa ucalığı
16 Yanvar 18:15
Daha bir Səfər, daha bir Zəfər, daha bir Qalibiyyət…
16 Yanvar 17:56
Əli Əhmədov: Dünya birliyi Cənubi Qafqazda yeni reallıqların yarandığını qəbul edir
16 Yanvar 17:53
Müdafiə Nazirliyi Ağdam rayonunun Şelli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 17:49
Rəcəb Tayyib Ərdoğan: Ötən 18 il Türkiyə tarixinin ən uğurlu dövrüdür
16 Yanvar 17:28
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videoformatda ümumrespublika müşavirəsi keçirilib
16 Yanvar 17:20
Azərbaycanda koronavirus infeksiyasından 650 nəfər sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb
16 Yanvar 16:26
Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
16 Yanvar 16:25
Ali Məhkəmə koronavirusla əlaqədar məhkəmələrdə həyata keçirilməli olan tədbirlərə dair məlumat yayıb
16 Yanvar 16:21
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
16 Yanvar 16:11
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib
16 Yanvar 15:21
Ermənistanda Qarabağ məğlubiyyətindən doğan gərginlik gündən-günə artır, ziddiyyətlər dərinləşir
16 Yanvar 15:13
Misir kitabxanalarında Nizami Gəncəvi irsi ilə bağlı əlyazmalar tədqiq ediləcək
16 Yanvar 15:11
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb
16 Yanvar 14:58
“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” mövzusunda tədbir keçirilib
16 Yanvar 14:56
Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir
16 Yanvar 14:20
Prezidentin müsəlman və xristian dünyasına Şuşadan verdiyi mesaj
16 Yanvar 14:18
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq
16 Yanvar 14:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Mirzəcamallı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 14:12
Azərbaycanın timsalında bütün dünya gördü ki, birliyi, həmrəyliyi, iradəli, qətiyyətli lideri olan ölkələr, xalqlar hər zaman qalib olurlar
16 Yanvar 14:10
Qələbəni yalnız qətiyyətli və milli maraqları hər şeydən üstün tutmağı bacaran liderlər qazana bilir
16 Yanvar 14:05
AzTV-də 20 Yanvar hadisələrindən bəhs edən yeni sənədli filmin çəkilişlərinə başlanılıb
16 Yanvar 14:03
Yaqut Qarayeva: Peyvəndi vurdurandan sonra özümüzü qorumağa davam etməliyik
16 Yanvar 14:00
Onlar bizə əmanət ! - VİDEO
16 Yanvar 13:52
Ulu öndər Heydər Əliyev: Şuşa əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir
16 Yanvar 12:28
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
16 Yanvar 12:25
Fevralın 1-dən Azərbaycanda vaksinasiyanın ikinci mərhələsinə başlanacaq
16 Yanvar 12:24
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Hacıkənd kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 12:15
Ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayır
16 Yanvar 11:39
Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib
16 Yanvar 11:33
Xüsusi karantin rejiminin sonunadək şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq olunacaq
16 Yanvar 11:27
Yanvarın 18-dən 25-dək bir sıra şəhər və rayonlara giriş-çıxışa müəyyən şərtlərlə icazə veriləcək
16 Yanvar 11:22
Fevralın 1-dən ictimai iaşə obyektləri müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət göstərə biləcək
16 Yanvar 11:18
Yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək
16 Yanvar 11:06
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
16 Yanvar 11:03
Sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılır
16 Yanvar 11:01
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub, göstərilən xidmətlər nəzərdən keçirilib
16 Yanvar 10:37
Operativ Qərargah: Xüsusi karantin rejiminin müddətinin aprelin 1-dək uzadılmasına qərar verilib
16 Yanvar 09:41
TƏBİB: İnsanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiq edilməsi nəticəsində xilas olublar
16 Yanvar 09:36
ANAMA: Şuşa şəhəri ərazisində təcili təxirəsalınmaz əməliyyatlar keçirilib
16 Yanvar 09:34
ÜST-ün fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır
16 Yanvar 09:25
Paytaxt Bakının küçələri yenidən dezinfeksiya edilib
16 Yanvar 09:21
Prezident İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
15 Yanvar 21:32
Leyla Abdullayeva: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib
15 Yanvar 21:22
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA