Ana səhifə »  KİVDF »  Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri qlobal əhəmiyyət daşıyır
A+   Yenilə  A-
Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri qlobal əhəmiyyət daşıyır

Qardaş ölkələrin çoxşaxəli əməkdaşlığı hər iki dövlətin qətiyyətli siyasi iradəsi əsasında inkişaf edərək daha da möhkəmlənir
Çox doğru olaraq bu gün Azərbaycanla Türkiyənin qarşılıqlı münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi səciyyələndirilir. Dünya miqyasında elə iki dövlət tapmaq mümkün deyil ki, onlar bizim ölkələrimiz kimi bir-birinə yaxın olsunlar. Hazırda daim yüksələn xətlə inkişaf edən əlaqələrimizin kökləri tarixin dərin qatlarından, dil və din eyniliyindən, ortaq ənənələrdən, milli mədəniyyətlərimizdən, xalqlarımızın həyat tərzindən və bu kimi digər amillərdən qaynaqlanır.
Eyni zamanda, geostrateji planda meydana çıxan yeni çağırışlar Azərbaycan-Türkiyə müttəfiqliyinin möhkəmləndirilməsinin zəruriliyi həqiqətini ortaya qoyur. Bir sıra ekspertlərin də vurğuladığı kimi, bu gün regional əməkdaşlığı və təhlükəsizliyi iki dövlətin müttəfiqliyindən kənarda təsəvvür etmək mümkün deyil. Bütövlükdə, Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli olmaqla böyük regional və qlobal əhəmiyyət daşıyır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın Türkiyə ilə münasibətlərinin möhkəmlənməsinə böyük önəm verirdi
Səciyyəvi haldır ki, Azərbaycanla Türkiyə arasında müxtəlif istiqamətlərdə əlaqələrin dərinləşməsinə yönələn təşəbbüslər davamlı şəkildə hər iki tərəfdən gəlir. Başqa sözlə desək, Azərbaycan-Türkiyə müttəfiqliyi hər iki dövlətin qətiyyətli siyasi iradəsi əsasında inkişaf edərək daha da möhkəmlənir. Bu münasibətlərin mahiyyəti hələ XX əsrin əvvəllərində Türkiyənin böyük dövlət xadimi Mustafa Kamal Atatürkün ifadə etdiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, XX əsrin sonlarında isə dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dilə gətirdiyi “Bir millət, iki dövlət” kəlamında ifadə olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci ildə müstəqilliyini elan etməsi ilə başlayan Türkiyə-Azərbaycan siyasi əlaqələri respublikamız 1991-ci ildə XX yüzillikdə ikinci dəfə müstəqillik qazandıqdan sonra yenidən bərpa olunub. Qardaş ölkə dünyada ilk dövlət olaraq 9 noyabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Həmin ilin yanvar ayında Türkiyə Respublikasının Azərbaycan Respublikasında səfirliyi açılıb. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi isə 1992-ci ilin avqust ayında açılıb. 1993-cü ilin yanvar ayında Azərbaycanın İstanbulda, 2004-cü ilin aprelində isə Qarsda Baş Konsulluqları təsis edilib. Türkiyənin 1992-ci ildə Naxçıvan MR-da, 2010-cu ildə Gəncədə Baş Konsulluqları yaradılıb. 2012-ci ilin 8 sentyabr tarixində isə Azərbaycanın Lənkəran şəhərində qardaş ölkənin Fəxri Konsulluğu təsis edilib.
Biz yuxarıda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanla Türkiyənin möhkəm dostluq və qardaşlıq münasibətlərini özündə ehtiva edən “Bir millət, iki dövlət” kəlamını xatırlatdıq. Obrazlı şəkildə ifadə olunan bu kəlam Ulu Öndərimizin Azərbaycanın Türkiyə ilə münasibətlərinin möhkəmlənməsinə böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən respublikamızın siyasi rəhbərliyinə qayıtdıqdan sonra iki qardaş ölkənin yaxınlaşmasına yönələn səylərini daha da gücləndirdi.
Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi, on beş işgüzar səfər etməsi Ümummilli Liderin xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi önəmin və ölkələrimiz arasındakı strateji əməkdaşlığın tamam fərqli olduğunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 8-dən 11-dək davam edən ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi. Səfər çərçivəsində Türkiyənin Prezidenti, Baş naziri və parlamentin rəhbəri ilə görüşən Heydər Əliyev Türkiyə Böyük Millət Məclisində çıxış edərək iki ölkənin əlaqələri və bu əlaqələrin genişlənməsi üçün Azərbaycan tərəfinin planları haqqında məlumat verib. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş, eləcə də digər mühüm sənədlər imzalanıb.
5-8 may 1997-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə ikinci rəsmi səfəri zamanı keçirilən görüşlər, aparılan danışıqlar nəticəsində imzalanmış səkkiz sənəd, xüsusilə strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin yeni bir mərhələyə daxil olmasının təzahürü idi.
12-17 mart 2001-ci ildə isə Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyəyə növbəti dəfə rəsmi səfər edib. Türkiyənin dövlət və hökumət rəhbərləri ilə görüşlərdə iki dövlət arasında münasibətlərin vəziyyəti və inkişaf perspektivləri müzakirə mövzusu olub. Səfər zamanı imzalanan Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsinə dair saziş və digər sənədlər qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin davam etdirilməsinə daha yaxşı şərait yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci ildə Türkiyənin “Dövlət nişanı”na, 1999-cu ildə isə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi, dəfələrlə Türkiyənin müxtəlif media qurumları tərəfindən “İlin adamı” seçilməsi, bu ölkənin bir çox universitetinin Fəxri doktoru adına layiq görülməsi Ulu Öndərin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinə verilən layiqli qiymətdir.
İki qardaş ölkə arasında siyasi münasibətlər ən yüksək səviyyədədir
Müstəqil Azərbaycanın bütün istiqamətlərdə apardığı siyasətin varisliyini təmin edən Prezident İlham Əliyev, həmçinin Ulu Öndərimizin qardaş Türkiyə ilə yaratdığı strateji əməkdaşlıq münasibətlərini yeni əsaslarla davam etdirib daha da möhkəmləndirməyə böyük səy göstərir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında formalaşan səmimi münasibətlər, onların bir-birilərini “qardaşım” deyə çağırmaları ölkələrimiz arasında siyasi dialoqun daim yüksələn xətlə inkişafına çox güclü impuls verir. Bu gün Azərbaycanla Türkiyə arasında siyasi dialoqun ən yüksək səviyyəyə yüksəlməsinin ifadəsi olaraq Azərbaycan Prezidentinin dövlət başçısı seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi, eləcə də Türkiyə Prezidentinin dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırması gözəl bir ənənəyə çevrilib. İki qardaş ölkənin rəhbərləri müntəzəm qaydada qarşılıqlı səfərlər edirlər, ikitərəfli və digər platformalarda davamlı olaraq görüşürlər. Bu görüşlərdə regional və qlobal əməkdaşlıqla, təhlükəsizliklə bağlı ciddi müzakirələr aparılır. Qardaş ölkələr beynəlxalq müstəvidə fəaliyyətlərini daim əlaqələndirirlər və müxtəlif məsələlərə münasibətdə bir-birilərini dəstəkləyirlər. Aşağıdakı nümunə Azərbaycanla Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birilərini qətiyyətlə dəstəkləmələrinə yaxşı nümunədir. Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”, - deyə bildirmişdi. Azərbaycan Prezidentinin bu cavabı Türkiyədə böyük coşquya səbəb oldu. Təsadüfi deyil ki, qardaş ölkənin mediası, bütün cəmiyyəti bunu Ermənistanın sabiq prezidentinin sifətinə vurulan tərs sillə kimi dəyərləndirdi.
Bütövlükdə, ötən dövrdə Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 15 sentyabr 2010-cu ildə İstanbulda imzalanmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə ilə təsbit olunmuş YSSƏŞ-in mütəmadi keçirilən iclasları iki ölkə arasındakı bütün sahələrdə əlaqələrin daha da genişlənməsi və dərinləşməsinə öz müsbət təsirini göstərir.
İqtisadi sahədə əməkdaşlıq Azərbaycan və Türkiyənin münasibətlərində xüsusi yer tutur
Azərbaycanla Türkiyə arasında getdikcə dərinləşən münasibətlərdən söhbət açarkən iqtisadi sahədə əməkdaşlığın önəmini xüsusi qeyd edə bilərik. Bir-birinə qarşılıqlı inam bəsləyən iki qardaş ölkə investisiya qoyuluşunu getdikcə genişləndirir. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 33 faiz artaraq 4,5 milyard dollara çatıb. Ölkələrimiz arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdirilib və bu, tamamilə real məqsəddir. Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görmüşlər və bu parametrlərə görə Türkiyə birinci yerdədir. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Belə böyük ölçüdə sərmayələrin qoyuluşu bir daha iki ölkə arasındakı qardaşlığı təsdiqləyir. Çünki ancaq qardaş ölkələr bir-birilərinin iqtisadiyyatına bu qədər vəsait - yatırım qoya bilərlər. Azərbaycanın SOCAR şirkəti qardaş Türkiyədə 6,3 milyard dollar həcmində sərmayə yatırmaqla “Star” neft emalı zavodunun yaradılmasına nail olub.

(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  1530  |  
  • Tarix:  13-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

16 Yanvar 18:15
Daha bir Səfər, daha bir Zəfər, daha bir Qalibiyyət…
16 Yanvar 17:56
Əli Əhmədov: Dünya birliyi Cənubi Qafqazda yeni reallıqların yarandığını qəbul edir
16 Yanvar 17:53
Müdafiə Nazirliyi Ağdam rayonunun Şelli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 17:49
Rəcəb Tayyib Ərdoğan: Ötən 18 il Türkiyə tarixinin ən uğurlu dövrüdür
16 Yanvar 17:28
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videoformatda ümumrespublika müşavirəsi keçirilib
16 Yanvar 17:20
Azərbaycanda koronavirus infeksiyasından 650 nəfər sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb
16 Yanvar 16:26
Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
16 Yanvar 16:25
Ali Məhkəmə koronavirusla əlaqədar məhkəmələrdə həyata keçirilməli olan tədbirlərə dair məlumat yayıb
16 Yanvar 16:21
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
16 Yanvar 16:11
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib
16 Yanvar 15:21
Ermənistanda Qarabağ məğlubiyyətindən doğan gərginlik gündən-günə artır, ziddiyyətlər dərinləşir
16 Yanvar 15:13
Misir kitabxanalarında Nizami Gəncəvi irsi ilə bağlı əlyazmalar tədqiq ediləcək
16 Yanvar 15:11
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb
16 Yanvar 14:58
“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” mövzusunda tədbir keçirilib
16 Yanvar 14:56
Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir
16 Yanvar 14:20
Prezidentin müsəlman və xristian dünyasına Şuşadan verdiyi mesaj
16 Yanvar 14:18
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq
16 Yanvar 14:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Mirzəcamallı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 14:12
Azərbaycanın timsalında bütün dünya gördü ki, birliyi, həmrəyliyi, iradəli, qətiyyətli lideri olan ölkələr, xalqlar hər zaman qalib olurlar
16 Yanvar 14:10
Qələbəni yalnız qətiyyətli və milli maraqları hər şeydən üstün tutmağı bacaran liderlər qazana bilir
16 Yanvar 14:05
AzTV-də 20 Yanvar hadisələrindən bəhs edən yeni sənədli filmin çəkilişlərinə başlanılıb
16 Yanvar 14:03
Yaqut Qarayeva: Peyvəndi vurdurandan sonra özümüzü qorumağa davam etməliyik
16 Yanvar 14:00
Onlar bizə əmanət ! - VİDEO
16 Yanvar 13:52
Ulu öndər Heydər Əliyev: Şuşa əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir
16 Yanvar 12:28
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
16 Yanvar 12:25
Fevralın 1-dən Azərbaycanda vaksinasiyanın ikinci mərhələsinə başlanacaq
16 Yanvar 12:24
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Hacıkənd kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 12:15
Ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayır
16 Yanvar 11:39
Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib
16 Yanvar 11:33
Xüsusi karantin rejiminin sonunadək şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq olunacaq
16 Yanvar 11:27
Yanvarın 18-dən 25-dək bir sıra şəhər və rayonlara giriş-çıxışa müəyyən şərtlərlə icazə veriləcək
16 Yanvar 11:22
Fevralın 1-dən ictimai iaşə obyektləri müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət göstərə biləcək
16 Yanvar 11:18
Yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək
16 Yanvar 11:06
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
16 Yanvar 11:03
Sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılır
16 Yanvar 11:01
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub, göstərilən xidmətlər nəzərdən keçirilib
16 Yanvar 10:37
Operativ Qərargah: Xüsusi karantin rejiminin müddətinin aprelin 1-dək uzadılmasına qərar verilib
16 Yanvar 09:41
TƏBİB: İnsanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiq edilməsi nəticəsində xilas olublar
16 Yanvar 09:36
ANAMA: Şuşa şəhəri ərazisində təcili təxirəsalınmaz əməliyyatlar keçirilib
16 Yanvar 09:34
ÜST-ün fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır
16 Yanvar 09:25
Paytaxt Bakının küçələri yenidən dezinfeksiya edilib
16 Yanvar 09:21
Prezident İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
15 Yanvar 21:32
Leyla Abdullayeva: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib
15 Yanvar 21:22
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA