Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Bu ilin doqquz ayı ərzində sahibkarlara 130 milyon manat güzəştli kredit verilib

Bu ilin doqquz ayı ərzində sahibkarlara 130 milyon manat güzəştli kredit verilib

23.10.2019 [09:10]

Güzəştli kreditlərin 66 faizi regionların payına düşür və bu kreditlərin hesabına bölgələrin sosial-iqtisadi inkişafı üçün müxtəlif layihələr həyata keçirilib
Məlum olduğu kimi, son 16 ildə ölkəmiz böyük inkişaf yolu keçib və cari ilin doqquz ayında da müxtəlif sahələrdə uğurlar əldə edilib. Belə ki, oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlətimizin başçısı 2019-cu ilin 9 ayının sosial-iqtisadi göstəricilərini müsbət qiymətləndirib. Ölkə Prezidenti bildirib: “Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik.
Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.
Dövlət başçısı onu da deyib ki, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulub: “Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir. Mən, eyni zamanda, əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır”.
Ümumiyyətlə, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər və köklü islahatlar nəticəsində bəhs edilən dövrdə ÜDM 2,5 faiz, qeyri-neft ÜDM-i 3,5 faiz artıb. ÜDM-də qeyri-neft sektorunun payı 60,7 faiz təşkil edib. Sənayedə 1,7 faiz, qeyri-neft sənayesində 15,6 faizlik məhsul istehsalının artımına nail olunub. Toxuculuq sənayesi 39,2 faiz, kimya sənayesi 20,6 faiz, tütün məmulatları istehsalı 78,5 faiz, qida məhsulları istehsalı 15,1 faiz, içki istehsalı 40,4 faiz, ağac emalı və istehsalı 99 faiz, mebel istehsalı 29,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2 faiz, kənd təsərrüfatı 7,1 faiz, rabitə xidmətləri 16,4 faiz artıb.
Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 10,1 milyard manat sərmayə yönəldilib ki, onun da 6,3 milyard manatı qeyri-neft sektoruna, o cümlədən 1,2 milyard manatı qeyri-neft sənayesinə yatırılıb. İnflyasiya 2,6 faiz təşkil edib, ərzaq məhsulları 3,5 faiz, qeyri-ərzaq məhsulları 1,3 faiz, xidmətlər 2,4 faiz bahalaşıb. Əhalinin gəlirləri 6,7 faiz artıb və inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir.
2019-cu ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8 faiz artaraq 25,3 milyard ABŞ dolları, xarici ticarət saldosu müsbət 4,5 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft ixracı 15,5 faiz artmaqla 1,4 milyard ABŞ dollarına çatıb, sənaye məhsullarının ixracında 13,1 faiz, kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6 faiz artıma nail olunub. Bu dövrdə 186 ölkə ilə ticarət əlaqələri aparılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çoxdur. Xarici iqtisadi fəaliyyətlə məşğul olanların sayında 81,4 faiz artım müşahidə olunub, ixrac məhsul çeşidlərinin sayı artaraq 2780-ə çatıb. 2020-ci ildə qeyri-neft ixracının 20 faiz artımı proqnozlaşdırılır.
Onu da qeyd edək ki, bu ilin 9 ayında da özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib. Bu dövrdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 milyon manat olan layihələrə geri qaytarılan vəsaitlər hesabına 130 milyon manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74 faizi aqrar sektorun, 26 faizi sənaye istehsalı və digər sahələrin, 66 faizi regionların, 34 faizi isə Bakı qəsəbələrinin payına düşür. 2019-cu ilin 9 ayı ərzində Fondun güzəştli kreditlərindən istifadə etməklə yaradılan 19 müəssisə istifadəyə verilib.
Əlavə iqtisadi artım mənbələrinin yaradılmasında və ixracın genişləndirilməsində stimullaşdırıcı tədbirlərdən olan güzəştli kreditləşdirmə, logistik mərkəzlərin yaradılması işlərinin davamı olaraq, son illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 400 hektardan çox ərazidə müasir istixana və 9,6 min hektar ərazidə intensiv bağçılıq təsərrüfatlarının yaradılmasına 313 milyon manat, ümumi tutumu 353 min ton olan logistik mərkəzlərin təşkilinə 180 milyon güzəştli kredit verilib. Bu isə ixracda kənd təsərrüfatı məhsullarının ixrac həcminin artmasına müsbət təsir göstərir. Belə ki, 2018-ci ildə 177,4 milyon ABŞ dolları dəyərində 172 min ton pomidor, 325,6 milyon ABŞ dolları dəyərində 319,2 min ton meyvə ixrac olunub. Bu da göstərilən sahəyə güzəştli kreditlərin verilməsinə başlanan illərlə müqayisədə pomidor ixracının 4,3 dəfə (dəyər ifadəsində 9,9 dəfə), meyvə ixracının 70 faiz (dəyər ifadəsində 2,9 dəfə) artması deməkdir.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə maarifləndirmə, maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində tədbirləri davam etdirir. Fondun sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu oktyabrın 16-da Zaqatala rayonunda keçirilib. Forum çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq təşkil edilib, Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi, tütünçülük, bağçılıq, arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbar kompleksinin, fındıq emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, özəl sektorun davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini vurğulayıb. Sahibkarların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran Sahib Məmmədov İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, 2019-cu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin reallaşdırılması 4000-dən çox iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, bu dövrdə verilən güzəştli kreditlərin 66 faiz-i ölkə regionlarının, 34 faiz-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür.
İşgüzar forum çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda heyvandarlıq, bağçılıq və s. sahələr üzrə 39 investisiya layihəsinin maliyyələşdirilməsinə 491 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 50-dək yeni iş yeri açılacaq.
Ümumilikdə, bu tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,7 milyon manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi forumda sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.
Onu da qeyd edək ki, İqtisadiyyat Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb. Bununla bağlı bu günlərdə Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı Səfirliyinin, Cəbrayıl Rayon İcra Hakimiyyətinin və sahibkarların iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkə regionlarının davamlı və tarazlı sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən uğurlu siyasət, reallaşdırılan müasir infrastruktur layihələri, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə görülən işlər, özəl sektorun inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Dövlət başçısının yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən birgə layihələrin kəndin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğulayan Sahib Məmmədov inkubator məntəqəsinin istifadəyə verilməsinin kənd sakinlərinin quşçuluq sahəsində fəaliyyətinin genişlənməsinə şərait yaradacağını diqqətə çatdırıb.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlıda reallaşdırılan layihələrin kəndin inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə töhfə oluğunu qeyd edib.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Maykl Heninq “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində regionlarda, o cümlədən Cocuq Mərcanlıda icra olunan icma əsaslı iqtisadi layihələr barədə məlumat verərək, Azərbaycan Hökuməti ilə bu sahədə uğurlu əməkdaşlığı vurğulayıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Faiq Abbasov çıxışında kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin gördüyü işlərdən danışıb. Qeyd olunub ki, Cocuq Mərcanlı sakinlərinin mikro və kiçik bizneslə məşğul olmalarının təşviqi və onlara dəstək məqsədilə KOBİA-nın sifarişi ilə hazırlanmış bal emalı üzrə mobil emalatxana bu ilin martında istifadəyə verilib. Arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların emalı və qablaşdırılması üçün nəzərdə tutulan mobil emalatxana Cocuq Mərcanlı və yaxın kəndlərdəki arıçılıq təsərrüfatlarına xidmət edir.

(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30