Ana səhifə »  KİVDF »  Regionların turizm potensialının tanıdılması istiqamətində davamlı işlər görülür
A+   Yenilə  A-
Regionların turizm potensialının tanıdılması istiqamətində davamlı işlər görülür

Son illər turizm infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər regionlarda turizmin inkişafına öz töhfəsini verir
(əvvəli ötən sayımızda)

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Xınalıq kəndində “Dağların başı” layihəsi çərçivəsində keçirilən musiqi festivalında deyib ki, məqsəd Azərbaycanın bölgələrində turizmi inkişaf etdirməkdir: “Burada iki məqama toxunmaq istərdim. Əsas məqsədimiz yerli əhalini maarifləndirməkdir. Çünki onlar turistlərlə təmasda olaraq təcrübə qazanırlar. İkincisi, onu da əlavə etmək istərdim ki, Qubanın Xınalıq kəndi ilə bağlı agentliyimiz tərəfindən böyük bir konsepsiya hazırlanır. Konsepsiya ölkə başçısına təqdim olunduqdan sonra Xınalıq böyük layihələrin bir tərkib hissəsinə çevriləcək. Bu, eyni zamanda, kənddə iş yerlərinin açılmasına da təkan verəcəkdir”, -deyə F.Nağıyev əlavə edib.
Quba Destinasiya Menecmenti Təşkilatının direktoru Heybət Vəliyev isə, ümumiyyətlə, Qubanın Azərbaycanın ən mühüm turizm istiqamətlərindən biri olduğunu və Bakıya yaxınlığı səbəbindən turistlərin bura axınının son zamanlar artdığını bildirib: “Quba özünün maddi və qeyri-maddi məhsulları ilə dünyada tanınır. Bunlar Quba paxlavası, buranın qastronomiyasıdır. Tarixi mədəni abidələrinə gəldikdə, Cümə məscidi, Səkinə xanım məscidi, Hündür günbəzli hamam, Baba Rüstəm türbəsi və digər abidələri misal çəkmək olar. Bu rayonun Afurca, Qəçrəş, Xınalıq kəndləri də turistlərin ən çox ziyarət etdikləri məkanlardan biridir. Xınalıqdan ayrıca danışdıqda bu kənd coğrafi mövqeyinə görə Azərbaycanın turizm məhsulu hesab olunur. Xınalıq Qubanın ən çox ziyarət olunan beş marşrutundan biri sayılır. Buna səbəb onun tarixidir. Burada “Dağların başı” layihəsi çərçivəsində keçirilən musiqi festivalı da bu kəndin turizm potensialının artmasına kömək edəcək. Bu cür tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur”.
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov regionun turizm potensialını tanıtmaq üçün bu il agentlik tərəfindən Quba Destinasiya Menecmenti Təşkilatının yaradıldığını qeyd edib. Bildirib ki, regionda turizmin davamlı inkişaf etdirilməsi üçün müxtəlif formatlı festivallar, silsilə tədbirlər keçirilir.
Qubanın qədim yaşayış məntəqələrindən olan Qonaqkənd qəsəbəsinin sakinləri üçün bu il sosial infrastruktur layihələrinin icrası ilə əlamətdardır. Rayon mərkəzindən 46 kilometr məsafədə yerləşən yaşayış məntəqəsinə müasir yol çəkilməsinin ardınca, Qonaqkənd qəsəbəsinin qazlaşdırılması işləri həyata keçirilir. 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 kilometr uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun tikintisi işləri də artıq yekunlaşmaq üzrədir. Qonaqkənd, Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, bölgədə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Şabran rayonunun ərazisində, dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşən dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsi “Çıraqqala”da möhkəmləndirmə, bərpa-konservasiya işləri aparılır. Məlum olduğu kimi, “Çıraqqala” Tarixi Qoruğunun ərazisində qalayadək yalnız piyada və ya atla getmək mümkün olurdu. 500 metr uzunluğundakı dağlıq və meşəlik ərazidən keçən həmin dar çığırın eni ərazidən aslı olaraq 1,5-2,5 metrədək genişləndirilib. Bundan sonra yolda turistlər qrup halında rahat hərəkət edə biləcəklər. Yol genişləndirilərkən ərazidəki ağaclara ziyan dəyməməsi üçün qabaqlayıcı tədbirlər görülüb.
Daha bir yenilik ondan ibarətdir ki, bu yolla qalaya gələn turistlər “Çıraqqala”nın baş bürcünə çatmaq üçün ərazidə tikiləcək yeni körpüdən istifadə edəcəklər. “Çıraqqala”ya gedən yolun abadlaşdırılması ilə yanaşı, ərazidə tikinti meydançasının qurulmasına, qalanın bərpasını həyata keçirəcək işçi heyət üçün ofis binasının tikintisinə hazırlıq işləri görülür. Həmçinin elektrik və su xətlərinin çəkilişi də planlaşdırılır.
Şabran və Siyəzən rayonlarından “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə kimi yeni yol çəkilib. Buradan “Çıraqqala” abidəsinin yerləşdiyi qayanın ətəyinə kimi dağlıq relyefli ərazidən keçən 3 kilometrlik yolda hazırda xüsusi yolsuzluq avtomobilləri ilə hərəkət etmək mümkündür.
Böyük İpək Yolunun qorunması məqsədi daşıyan Gilgilçay müdafiə səddinin ən yüksək nöqtəsi olan “Çıraqqala” dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Alimlərin araşdırmalarına görə, qala Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilib və Gilgilçay səddinin baş qarovulxanası olub. O, Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biridir. İki qala və səddin böyük bir hissəsi uçub dağılsa da, “Çıraqqala” müasir dövrümüzədək gəlib çatıb.
“Çıraqqala”, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən 4-ü salamat qalıb. Hündürlüyü 120 metr olan sıldırım qaya üzərində ucalan baş qüllə uzaqdan daha əzəmətli və möhtəşəm görünür. Bu qüllə müşahidə və işarəvermə məqsədilə tikilib. Burada dayanan keşikçilər Dərbənddən Beşbarmaq səddinədək dəniz sahili boyu təxminən 100 kilometrə qədər ərazini nəzarətdə saxlaya biliblər. Düşmənin hücumları zamanı qalada tonqallar qalanar və həyəcan siqnalı digər qala və məntəqələrə çatdırılardı.
“Çıraqqala”nın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır.
Qeyd edək ki, Azərbaycanın tarixi irsinin memarlıq ənənələrinin mühüm nümunələrindən olan “Çıraqqala” tarixi abidələr kompleksinin gələcək nəsillər üçün saxlanılmasının, bərpasının və mühafizəsinin təmin edilməsi məqsədilə 2003-cü il iyunun 23-də Ümummilli Lider Heydər Əliyev tərəfindən Sərəncam imzalanıb. Sərəncama əsasən “Çıraqqala” tarixi kompleksi tarixi qoruq elan edilib və onun qorunması və bərpası üçün tədbirlər müəyyənləşdirilib.
Ölkəmizin qədim tarixi-mədəniyyət abidələrindən olan “Çıraqqala”nı növbəti illərdə daha çox turistin ziyarət edəcəyi gözlənilir. Bunu şərtləndirən əsas səbəb qalanın yaxınlığında, sıldırım qayanın altında yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin yerləşməsidir. 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan müasir müalicə-istirahət kompleksi regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Kompleksdə 354 nəfəri qəbul edə biləcək hotel, villa və kotteclər var.
Xatırladaq ki, möhkəmləndirmə, bərpa-konservasiya işləri başa çatdıqdan sonra “Çıraqqala” Tarixi Qoruğunu ziyarət edən həm yerli, həm də xarici turistlərin sayının dəfələrlə artacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı istiqamətində atılan addımlar, öz növbəsində, turistlərin sayının artmasına, sənətkarlıq nümunələri və suvenirlər bazarının canlanmasına səbəb olub. Bu barədə Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sənətkarlarla keçirilən görüşdə ətraflı danışılıb.
“2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində görülən işlərin müzakirə olunduğu tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək bildirib ki, Naxçıvanda özəl sektorun əsas istiqamətlərindən biri olan turizmin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ötən dövrdə sənətkarlar tərəfindən muxtar respublikanın tarixi-memarlıq abidələrini, milli arqumentləri özündə əks etdirən sənət sahələri üzrə 13 min manat dəyərində 722 əl işi və sənət əsəri hazırlanıb, satış üçün Naxçıvan Biznes Mərkəzinin satış obyektlərinə yönəldilib.
“Ötən müddətdə bir sıra xarici ölkələrin nümayəndələri ilə keçirilmiş 48 beynəlxalq tədbirdə muxtar respublikadan 256 sahibkarlıq subyektinin 263 nümayəndəsinin iştirakı təmin edilib və muxtar respublikanın turizm potensialı haqqında xarici iş adamlarına və həmin ölkələrin rəsmilərinə məlumat verilib, turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparılıb”, - deyən T.Əliyev vurğulayıb ki, kənd turizminin inkişaf etdirilməsində, kənd yerlərində kiçik sahibkarlığın inkişafında ailə təsərrüfatlarının mühüm rolu var. Ötən dövrdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 46 ailə təsərrüfatına 710 min manatdan çox dövlət maliyyə dəstəyinin göstərilməsi təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə stimul olub, ailə təsərrüfatlarından bir hissəsinin kiçik sahibkarlıq subyektinə çevrilməsinə şərait yaradıb. Digər tərəfdən “Ailə təsərrüfatı məhsulları” festivallarının keçirilməsi belə təsərrüfatların fəaliyyətlərinin stimullaşdırılması ilə yanaşı, muxtar respublikamızda turizm imkanlarının təbliğində də mühüm rol oynayıb.
Qeyd olunub ki, sənətkarlar hazırladıqları əl işlərində marketinq sahəsində müasir, innovativ üsulların istifadəsinə xüsusi fikir verməlidirlər. Belə ki, əl işləri turistlər üçün cəlbedici, qiymətləri münasib olmalı, toxunan xalçaların incə və kənarlarının düz olmasına xüsusi diqqət yetirməli, xalçaların üzərində Naxçıvanı tanıdan çeşidli milli ornamentlərdən və digər təsvirlərdən istifadə edilməli, bir sözlə, əl işləri keyfiyyəti və cəlbediciliyi ilə seçilməlidir. Həmin əl işlərinin daha asan hazırlanması məqsədilə sənətkarlar Naxçıvan Biznes Mərkəzinin imkanlarından istifadə edə bilərlər.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov isə bildirib ki, “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinə əsasən müxtəlif sənətkarlıq nümunələrinin təşviqi üçün turistlərin məlumatlılığının artırılması ilkin prioritetlərdəndir. Əl işlərinin sərgi-satışının təşkili isə sənətkarlığın inkişafına mühüm töhfədir.
Qaşqay ZİYƏDDİNOĞLU

 
  • Oxunub:  1800  |  
  • Tarix:  15-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA