Ana səhifə »  KİVDF »  Regionlarda yazlıq bitkilərin əkininə başlanılıb
A+   Yenilə  A-
Regionlarda yazlıq bitkilərin əkininə başlanılıb

Kənd təsərrüfatında innovativ metodların və qabaqcıl təcrübənin tətbiqi məhsuldarlığın əsaslı şəkildə artmasını təmin edib
Kənd təsərrüfatının inkişafı istiqamətində görülən kompleks tədbirlər son illərdə sahələrdə məhsul əkini və yığımının əsaslı şəkildə artmasını təmin edib. Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, eləcə də regionlarda aqrar təsərrüfatların inkişaf etdirilməsi yönündə atılan addımlar bu gün əsas prioritetlərdən sayılır. Kənd təsərrüfatında innovativ metodların, qabaqcıl təcrübənin tətbiqi, ixracyönümlü məhsul istehsalının təşviq edilməsi, azad sahibkarlığın hərtərəfli şəkildə dəstəklənməsi, fermerlərə subsidiyalar, güzəştli kreditlər verilməsi, texnika və gübrələrlə təminatın gücləndirilməsi, bölgələrdə dövlət vəsaiti hesabına müasir infrastrukturun yaradılması, həmçinin regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi son nəticədə respublikamızda aqrar sektorun keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxmasını təmin edib.
Xatırladaq ki, Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda çıxış edən Prezident İlham Əliyev bildirib ki, biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Ölkə başçısı vurğulayıb ki, kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir: “Kənd təsərrüfatı məhsulları ilə bağlı bəzi rəqəmləri gətirmək istərdim. Misal üçün, taxılçılıqda 2004-cü ildə 2 milyon ton məhsul yığılmışdı, keçən il 3 milyon 200 min ton. Yəni artım yaxşıdır. Xüsusilə iri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq hektardan 50 sentnerə bərabərdir. Bəzi yerlərdə daha çoxdur. Çox gözəl göstəricidir. Bu, Avropanın inkişaf etmiş ölkələrinin səviyyəsində olan göstəricidir. Ancaq hektardan orta məhsuldarlıq təxminən 29-30 sentnerdir”.
Yeri gəlmişkən, ötən ilin payızında bu ilin məhsulu üçün əkilmiş dənli bitkilərin (buğda, arpa) toxumluq əkin sahələrinin qeydiyyatı da artıq başa çatıb. Qeydiyyatın aparılmasında əsas məqsəd toxumluq əkinlərin uçotunun dəqiqləşdirilməsi, aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün tövsiyələrin verilməsi, həmçinin aprobasiya aparılacaq sahələrin əvvəlcədən müəyyən edilməsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin yaydığı məlumata görə, bölgələrdə toxumluq əkin sahələrinin qeydiyyatı ötən il dekabrın 30-dan başlayaraq Regional Toxum Sertifikatlaşdırma mərkəzlərinin (RTSM) müvafiq rayonlar üzrə baş aqronomları tərəfindən aparılıb, qəbul edilmiş sənədlər Dövlət Xidmətinə təqdim edilib. Ümumilikdə, respublika üzrə 61 min hektardan artıq toxumluq əkin qeydiyyata alınıb.
Qeyd edək ki, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən ilk dəfə olaraq toxumluq və tinglik əkin sahələrinin uçotunun dəqiq və müəyyən edilmiş müddətdə aparılması məqsədilə yeni qeydiyyat kitabçaları hazırlanıb, Dövlət Xidməti tərəfindən möhürlənərək RTSM-nin rayonlar üzrə baş aqronomlarına verilib, həmçinin toxumluq əkinlərin elektron qaydada qeydiyyatının aparılmasına başlanılıb. Bu istiqamətdə işlər yaxın zamanlarda yekunlaşacaq. Bu da toxumluq və ting əkinlərinin uçotunun dəqiq aparılmasında şəffaflığın tam təmin olunmasına zəmin yaradacaq.
Ümumiyyətlə, hazırda tarlalarda, meyvə bağlarında və üzümlüklərdə əkin işləri davam etdirilir, eyni zamanda, yazlıq bitkilərin əkini üçün hazırlıq tədbirləri görülür. Payızlıq taxıl sahələrində isə aqrotexniki tədbirlərin aparılması davam etdirilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin məhsulu üzrə 999,9 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib ki, bunun da 668,5 min hektarını (66,9 faizi) buğda, 331,2 min hektarını (33,1 faizi) arpa və 0,2 min hektarını (0,02 faizi) çovdar təşkil edib.
Bu arada, 2018-ci ildə “Ulu Aqro” MMC-nin Qax Aqroparkında 1203 hektar buğda sahəsindən 3839,5 ton, 115 hektar arpa sahəsindən 425,7 ton, 169 hektar qarğıdalı sahəsindən 1690 ton, 65 hektar soya sahəsindən isə 200 ton məhsul tədarük olunub. Payızlıq dənlilərin hər hektarının orta məhsuldarlığı suvarılan sahələrdə 55 sentner təşkil edilib.
Ötən ilin payızında aqroparkın ərazisində 2019-cu ilin məhsulu üçün 1100 hektar sahədə buğda əkini aparılıb. Hazırda sahələrə aqrotexniki qulluq tədbirləri davam etdirilir, yemləmə gübrəsi verilir.
Qeyd edək ki, ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan aqroparkın ümumi ərazisi 2094 hektardır. Suvarılan sahə 1268 hektarı əhatə edir. Ərazinin 863 hektarında 28 pivot qurğusu qurulub, 405 hektarında isə damcı ilə suvarma sistemi yaradılıb. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatı üçün aqroparka dövlət investisiyaları hesabına 4,6 kilometr uzunluğunda su xətti çəkilib, tutumu 50 min kubmetr olan beton su hovuzu tikilib, bütün zəruri meliorativ tədbirlər görülüb. Buraya 15 kilometr məsafədən 10 kV-luq elektrik xətti çəkilib, transformatorlar quraşdırılıb. Həmçinin aqroparkın yaxınlığından keçən Qax-Qıpçaq-Ağyazı avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.
Bölgələrimizdə isə yazlıq əkin işləri davam etdirilir. Belə ki, Neftçalada cari ilin məhsulu üçün ötən illə müqayisədə 5 dəfə çox sahədə yazlıq bitkilər əkilib. Əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 1810,3 hektarda yazlıq bitkilər əkiblər. Bu da ötən illə müqayisədə 1460,9 hektar və ya 5 dəfə çoxdur. Əkin aparılmış sahələrin 1708 hektarını yonca, 62,2 hektarını kartof, 38,1 hektarını tərəvəz, 2 hektarını isə qarğıdalı bitkiləri təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 5 min hektarda pambıq əkilməsi üçün şum aparılıb. Qeyd edək ki, ötən il rayonda 7000 hektar pambıq sahəsindən 10090 ton məhsul götürülüb.
Balakən rayonunun təsərrüfatlarında da yazlıq bitkilərin əkininə başlanılıb. Qısa müddətdə 554 hektar sahədə yazlıq əkin aparılıb. Məhsul istehsalçıları indiyədək 264 hektar sahədə kartof və 203 hektarda tərəvəz bitkiləri əkib, 87 hektar sahəyə yonca səpiblər.
Taxılçılıq Füzuli rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda bu sahənin inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində mühüm addımlar atılıb. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı və 500 hektar ərazidə isə toxumçuluq təsərrüfatı yaradılıb. Artıq yeddi ildir ki, Füzuli rayonu respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasındadır.
2018-ci ildə rayonda əkilmiş 36 min 300 hektar taxıl sahəsindən 108 min 217 ton məhsul, o cümlədən 82 min 938 ton buğda, 25 min 279 ton arpa əldə edilib. İri taxılçılıq təsərrüfatlarında məhsuldarlıq xüsusilə yüksək olub.
Bu il üçün rayonda 36 min 700 hektarda taxıl səpini həyata keçirilib ki, onun da 28 min 25 hektarı buğda, 8675 hektarı arpadır. Cari ildə rayonda 110 min tondan çox taxıl istehsalı proqnozlaşdırılır.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Beyləqan rayonunun Qəhrəmanlı kəndi ərazisindəki əkin sahələrində taxıl bitkilərinin tirə əkini üsulu ilə yetişdirilməsi texnologiyasının nümayişi keçirilib.
Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin sahəsində keçirilən nümayişdə nazirliyin əməkdaşları, fermerlər, sahibkarlar iştirak ediblər. Türkiyədən gətirilmiş səpin aqreqatı vasitəsilə aparılan tirəli səpinin iqtisadi üstünlükləri fermerlərə əyani göstərilib.
Aqrar Elm və İnnovasiya Mərkəzinin eksperti Nicat Nəsirli, regional mərkəzin direktoru Mirağa Kazımov və digər mütəxəssislər bildiriblər ki, bu intensiv əkin üsulu ənənəvi əkindən xeyli fərqlənir. Sahə şumlandıqdan və əkinə hazır vəziyyətə gətirildikdən sonra xüsusi hazırlanmış toxumsəpənlə bir gedişlə həm 20-30 santimetr hündürlükdə tirələr yaradılır, həm də səpin həyata keçirilir. Seçilmiş bitkidən asılı olaraq şırımarası məsafə 70-90 santimetr, hazırlanmış tirələrin səthinin eni 30-45 santimetr arasında dəyişir. Tirənin səthinə iki, yaxud üç cərgədə toxum səpilir. Əgər tirənin səthində iki cərgə toxum səpilərsə tirə səthinin eni 30-35 santimetr, üç cərgə toxum səpilərsə tirə səthinin eni 45 santimetr olur. Hazırda Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əkin sahəsində arpanın tirə əkin üsulu ilə nümayiş sahəsi yaradılır.
Diqqətə çatdırılıb ki, tirə əkin üsulunda ən vacib məsələ sahənin lazer mala ilə hazırlanmasıdır. Sahə elə hamarlanmalıdır ki, suvarma zamanı şırımlarda su yığılıb qalmasın və sahəyə bərabər paylansın.
Tirə əkin üsulu ilə becərmə zamanı toxum səpini normasına 40-50 faiz, suvarma suyuna 30 faiz qənaət edilir, mineral gübrələrin istifadə səmərəliliyi artır, alaqlara qarşı mexaniki mübarizəyə imkan yaranır və pestisidlərdən az istifadə edilir, bitki daha yaxşı kollanır və məhsuldarlıq yüksəlir, torpağın aqrofiziki vəziyyəti yaxşılaşır, bitkilərin yatmaya meyilliliyi azalır.
Taxıl bitkilərinin tirə əkin üsulu ilə yetişdirilməsi əkin sahəsinin idarəetməsini yaxşılaşdırır, tirələrdə nəmliyin daha çox saxlanmasına, eləcə də hətta dəndolma ərəfəsində yemləmə gübrəsinin verilməsinə imkan yaradır. Tirə əkin üsulu ilə yetişdirilən taxıl xüsusilə şoranlaşmış torpaqlarda bitkilərin duz stresinə məruzqalma riskini azaldır.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  7710  |  
  • Tarix:  07-03-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir

24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Yanvar 14:38
YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü
23 Yanvar 14:09
Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir
23 Yanvar 13:57
Elçin Babayev: Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır
23 Yanvar 13:52
AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
23 Yanvar 13:02
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23 Yanvar 12:50
Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23 Yanvar 12:43
“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər"
23 Yanvar 12:41
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
23 Yanvar 12:37
Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
23 Yanvar 12:34
AVCİYA seçkidən əvvəl media monitorinqinin nəticələrini açıqlayıb
23 Yanvar 12:32
Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
23 Yanvar 11:14
Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
23 Yanvar 10:48
AŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür
23 Yanvar 10:33
Oleq Kuznetsov: "Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir"
23 Yanvar 10:25
Hazırda deputatlığa namizədlərin sayı açıqlanıb
23 Yanvar 09:58
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2020” üçün mahnı qəbulunu elan edib
23 Yanvar 09:49
Azərbaycan Prezidenti: Bizim milli maraqlarımız həmişə birinci yerdədir
22 Yanvar 18:59
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb
22 Yanvar 18:37
Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram
22 Yanvar 18:35
Deputatlığa namizəd Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb
22 Yanvar 18:28
Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub
22 Yanvar 18:23
Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb
22 Yanvar 18:20
“Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin açılışı keçirilib
22 Yanvar 18:10
Vilayət Eyvazov: Ötən il bağlı qalmış 329 cinayətin üstü açılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +4
gecə0