Ana səhifə »  KİVDF »  Regionlarda turizmin inkişafı məqsədilə həyata keçirilən tədbirlər öz bəhrəsini verir
A+   Yenilə  A-
Regionlarda turizmin inkişafı məqsədilə həyata keçirilən tədbirlər öz bəhrəsini verir

2018-ci ilin 9 ayında Azərbaycana dünyanın 193 ölkəsindən 2 milyon 208,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib


(əvvəli ötən sayımızda)

Qoruğun turistlər üçün əlverişli məkanlardan biri olduğunu deyən V. İsayev vurğulayıb: “Qobustanın UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsindən və dövlət başçımızın Qobustanla bağlı sərəncamlarından sonra keçən 10 ildə qoruğa gələn turistlərin sayı hər il artmaqdadır. Bu il də bu tendensiya təkrarlanmaqdadır. Ənənəvi olaraq ABŞ, Avropa və qonşu ölkələrdən - Rusiya, Türkiyə və İrandan gələn turistlərlə yanaşı, bu il Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İsrail, Pakistan, Çin kimi ölkələrdən gələn turistlərin sayında ciddi artım müşahidə olunur. Bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi”.
“Yanardağ” 2019-cu ilin yazında - Novruz bayramı ərəfəsində yeni görkəmdə turistlərin istifadəsinə veriləcək
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bəhs olunan müsahibəsində “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma işləri barədə də məlumat verib. Qurum rəsmisinin sözlərinə görə, Dövlət Turizm Agentliyinin tabeliyinə 7 qoruq - “Yanardağ” qoruğundan başqa, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqları daxildir. Fikirlərinə davam edən F.Nağıyev deyib: “2018-ci ilin iyulunda “Yanardağ”ın rekonstruksiyası üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Məqsəd “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun beynəlxalq standartlara uyğunlaşdırılması və qoruq ərazisində müasir turizm infrastrukturunun yaradılmasıdır. Artıq işlərə start verilib. İşlərin yekunlaşdırılması 2019-cu ilin yazına - Novruz bayramına planlaşdırılır”.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu beynəlxalq standartlara uyğunlaşdırılacaq
Azərbaycanın dünyada məşhur olan turizm obyektlərindən biri də “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğudur. Prezident İlham Əliyev “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Sərəncam imzalayıb. Sərəncamda Dövlət Turizm Agentliyinə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yaranmış vəziyyətin araşdırılmasının nəticələri haqqında ətraflı arayış hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Bundan başqa, agentlik “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrini hazırlayıb dövlət başçısına təqdim etməlidir. Həmçinin qoruğun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun qurulması ilə bağlı təkliflər Prezidentə təqdim olunacaq.
Sərəncamda bildirilir iki, Azərbaycanın zəngin tarixə və bənzərsiz təbiətə malik qədim yaşayış məskənlərindən biri olan İsmayıllı rayonunun Basqal qəsəbəsi özünün memarlıq xüsusiyyətləri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini müasir dövrümüzə qədər çatdırmış unikal yaşayış məskənlərindən biridir. Burada salınmış Qoşabulaq, Dərəməhəllə, Dəmirçibazar və digər qədim məhəllələr, IX-XIX əsrlərə aid istehkamlar, məscidlər, su və kanalizasiya şəbəkələri, hamam, bulaqlar, mülklər və 300 ildən artıq yaşı olan çinar ağacı kimi tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.
Basqalda ipəkçilik, dəmirçilik kimi sənətlər əhalinin əsas məşğuliyyəti olmuşdur. Burada hazırlanan kəlağayılar XII-XIII əsrlərdə Qafqazda, Şərq və Avropa ölkələrində böyük maraq doğurub.
1989-cu ildə yaradılmış “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı ilə bağlı son dövrdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən qəsəbə təbii qazla təmin olunub, Basqal çayı üzərində yeni körpü tikilib, abadlıq işləri görülüb, qədim küçələr qismən çay daşı ilə döşənib, bulaqlarda müəyyən bərpa işləri aparılıb.
Bununla belə, hazırda qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına, mühəndis-kommunikasiya təminatı sistemlərinin və xətlərinin, yol-nəqliyyat infrastrukturunun təmiri və yenidən qurulmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına xüsusi diqqətin yetirilməsi zərurəti yaranıb.
Respublikanın turizm potensialı beynəlxalq miqyasda geniş təbliğ olunur
Son vaxtlarda ölkəmizin turizm potensialının beynəlxalq miqyasda təbliği istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Məsələn, Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilk dəfə olaraq Sinqapurun Marina Bay Sands sərgi mərkəzində keçirilən 11-ci Asiya bazarları üçün beynəlxalq səyahət - “ITB-ASIA-2018” sərgisində iştirak edib. Sərgidə assosiasiyanın dəstəyi ilə 10 yerli şirkət iştirak edib və ölkəmizin turizm potensialı böyük maraqla qarşılanıb.
Assosiasiya üzvləri sərgi iştirakçılarına ölkəmizdə mövcud olan turizm məhsulları və istiqamətləri, o cümlədən yay və qış turizmi, ekoturizm, işgüzar turizm, müalicə turizmi haqqında geniş məlumat veriblər. Azərbaycan haqqında müxtəlif təbliğat materialları sərgi iştirakçıları arasında paylanılıb.
Ölkəmizin turizm potensialı və mədəniyyəti Bolqarıstanın Varna şəhərində keçirilən Qara Dəniz Turizm Forumunda da geniş təbliğ edilib. Bolqarıstanın Turizm Nazirliyi, Varna Bələdiyyəsi və Varna Turizm Palatasının təşkilatçılığı ilə təşkil olunan “Qara dəniz - davamlı yerli və transmilli turizm məhsullarının məskəni” adlı forumda Azərbaycan milli stendlə təmsil olunub. Ölkəmizlə yanaşı, tədbirə Bolqarıstanın 14 bələdiyyəsi, 2 ali təhsil ocağı və bir sıra xarici ölkə qoşulub.
Forum çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizin turizm potensialı haqqında təqdimat keçirilib. Təqdimat zamanı Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, mətbəxi, keçirilmiş mötəbər beynəlxalq tədbirlər haqqında bəhs edilib, ölkəmizin turizm infrastrukturu, mövcud turizm marşrutları və turistlər üçün yaradılmış şərait barədə tədbir iştirakçılarına məlumat verilib. Ölkə stendi Azərbaycan xalçaları və sənətkarlıq nümunələri ilə bəzədilib, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Tədbir zamanı həmçinin Azərbaycanın istehsalı olan şərab, nar şirəsi və milli şirniyyatların təqdimatı keçirilib.
Azərbaycanın turizm brendi Londonda təqdim edilib
Londonun “Excel London” arenasında “World travel market-2018” beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycanın Turizm Bürosu ölkənin yeni turizm brendi olan “Take another look” (“Yenidən fərqli baxışla bax”) marketinq kampaniyasının təqdimatını keçirib. Müxtəlif ölkələrdən dövlət nümayəndələri, dünyanın aparıcı turizm şirkətləri və mütəxəssislərinin, eləcə də media nümayəndələrinin iştirak etdiyi təqdimat xüsusi maraqla qarşılanıb.
Təqdimatda Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid çıxış edərək yeni turizm brendi haqqında ətraflı məlumat verib. O bildirib ki, beynəlxalq bazara daha çox turizm təklifləri çıxarmaq, dünyanın məşhur destinasiya brendi olmaq, əsrarəngiz maddi və mənəvi irsimizi dünya ilə bölüşmək əsas məqsədlər sırasındadır.
Büronun brend və marketinq üzrə direktoru Fidan Əliyeva Azərbaycanın mədəniyyətindən və tarixindən bəhs edərək bildirib ki, ölkəmiz bir çox imkanlara malikdir: “Mədəniyyətimiz, insanlarımız, qədim tarixi keçmişimiz, təbii gözəlliklərimiz turistləri hər zaman özünə cəlb edir. Bizim yeni brendi yaratmaqda məqsədimiz Azərbaycanın daha bir gözəlliyini üzə çıxarmaqdır”.
Təqdimatdan sonra Azərbaycanın turizm brendi və potensialı haqqında beynəlxalq media üçün mətbuat konfransı təşkil olunub. Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov media və turizm şirkətləri nümayəndələrinə Azərbaycanın Şəki, Şamaxı və digər turizm şəhərləri, ölkədə keçirilən beynəlxalq yarışlar haqqında məlumat verib.
Küveytdə Azərbaycan turizmi ilə bağlı yeni bələdçi kataloqu hazırlanıb
Oktyabr ayında Küveytdə Azərbaycan turizmi ilə bağlı yeni bələdçi kataloqu təqdim edilib. 40 səhifəlik rəngli illüstrasiyalı bələdçi kataloqunu Ərəb Turizm Təşkilatının elektron turizm üzrə eksperti, küveytli bloqqer Xalid Əl-Vəsmi hazırlayıb. Xalid Əl-Vəsmi ölkəmizə gələn turistlər üçün zəngin informasiya mənbəyi olan və müasir tərtibatda nəşr edilən bu kataloqda Bakı, Şəki, Quba, Qusar, Qəbələ və Gəncə şəhərlərinin məşhur turizm istiqamətləri, küçə, prospekt, meydanları, şəhər və şəhər ətrafında yerləşən görməli yerləri, tarixi məkanları, mədəniyyət ocaqları, mehmanxanalar, restoranlar, ticarət və əyləncə məkanları, muzeylər, teatr və konsert müəssisələri, idman və sərgi kompleksləri haqqında məlumatların yer aldığını bildirib.
Xalid Əl-Vəsmi, həmçinin özünün hazırladığı “Azərbaycanın interaktiv turizm xəritəsi-2018” adlı yeni banneri də təqdim edib. Küveytli ekspert Azərbaycanın interaktiv xəritəsində ölkənin ən mühüm turistik məkanları, mehmanxanalar, restoranlar, ticarət və əyləncə mərkəzləri, eləcə də ölkəmiz haqqında PDF formatında bütün məlumatların yer aldığını söyləyib. O, xəritənin ingilisdilli variantının 150 min, ərəb dilində olan versiyasının isə 400 mindən çox izləyicisinin olduğunu bildirib, xəritənin üzərində əks olunan barkodların mobil telefonun kamerası və yaxud snəpçat vasitəsilə açılmasının mümkün olduğunu deyib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  8460  |  
  • Tarix:  15-11-2018  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb
24 Fevral 20:00
YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
24 Fevral 17:49
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 17:47
“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb
24 Fevral 17:36
Küveytdə Xocalı qurbanlarının xatirəsi yad edilib
24 Fevral 17:15
Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib
24 Fevral 16:56
Ədəbiyyat Muzeyində elmi sessiya: Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı
24 Fevral 16:49
Qara şəhəri tarixə çevirən Ağ şəhər
24 Fevral 16:42
Dünyaya çağırış: Soyqırımılarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir
24 Fevral 16:25
Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb
24 Fevral 16:09
“AzerGold” ötən ilin nəticələrini və 2020-ci il üçün hədəflərini açıqlayıb
24 Fevral 15:35
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
24 Fevral 15:25
Sevinc Fətəliyeva: Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir
24 Fevral 15:19
Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı ortamüddətli xərclər çərçivəsinin tətbiqinə dair seminar keçirib
24 Fevral 15:04
BSU-nun tələbələri pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi qaydaları haqqında məlumatlandırılıb
24 Fevral 15:01
Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu
24 Fevral 15:00
Ankarada “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib
24 Fevral 14:28
Təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
24 Fevral 14:16
AHİK-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
24 Fevral 14:09
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
24 Fevral 13:19
“AzerGold”: Gələn il “Ağyoxuş” və “Mərəh” sahələri istismara veriləcək
24 Fevral 13:17
Los-Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb
24 Fevral 12:59
Azərbaycan Prezidenti idmançılarımızın Olimpiya və Paralimpiya oyunlarına hazırlığına və iştirakına dair Sərəncam imzalayıb
24 Fevral 12:27
Koreya Respublikasının Prezidenti Administrasiyasının saytındakı Xocalı soyqırımına aid petisiya kifayət qədər dəstək toplayıb
24 Fevral 12:18
Futbol üzrə Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir
24 Fevral 12:15
DSX: Təmas xəttində Ermənistan ordusunun diversiya cəhdinin qarşısı alınıb
24 Fevral 11:51
Prezidentin köməkçisi: Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir
24 Fevral 11:36
Əli Əhmədov: İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək
24 Fevral 11:30
Mübariz Qurbanlı: Azərbaycan tolerantlığına, multikultural dəyərlərinə görə dünyada nümunəvi bir ölkə kimi tanınır
24 Fevral 11:24
ADA Universitetinin əlaçı tələbələri “Akademik Mükəmməllik Günü”ndə təltif ediliblər
24 Fevral 11:13
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır
24 Fevral 11:02
Ukrayna telekanalında Xocalı soyqırımına həsr edilmiş veriliş yayımlanıb
24 Fevral 10:58
Qarabağın azərbaycanlı icmasının qadın üzvləri ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar
24 Fevral 10:53
Bakıda məcburi köçkün qadınların ədalət çağırışı mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilir
24 Fevral 09:20
Hikmət Hacıyev: Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik
24 Fevral 09:12
Xocalı qurbanlarının xatirəsi Sidneydə də anılıb
24 Fevral 09:03
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 08:56
Berlində soydaşlarımızla görüş olub
22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA