Ana səhifə »  KİVDF »  Gəncə-Qazax iqtisadi rayonu üzrə abadlıq-quruculuq işləri uğurla davam etdirilir
A+   Yenilə  A-
Gəncə-Qazax iqtisadi rayonu üzrə abadlıq-quruculuq işləri uğurla davam etdirilir

Həyata keçirilən yeni layihələr sayəsində iqtisadi rayona daxil olan Daşkəsən şəhərinin 90,7 faizi fasiləsiz rejimdə ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunub
Son illərdə Azərbaycanın bütün bölgələrində müasir infrastruktur obyektlərinin yaradılması, abadlıq-quruculuq işləri geniş vüsət alıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkə miqyasında bəhs olunan istiqamətlərdə yeni layihələr reallaşdırılır. Nəticədə, paytaxt Bakı, digər iri şəhərlərlə yanaşı, bölgələrin də elektrik enerjisi, “mavi yanacaq”, içməli su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Regionlarda magistral, eləcə də kənd və qəsəbələri birləşdirən yolların yüksək səviyyədə yenidən qurulması, yeni səhiyyə, təhsil müəssisələrinin istifadəyə verilməsi, genişmiqyaslı quruculuq-abadlıq işlərinin həyata keçirilməsi insanlarda böyük məmnunluq hissi yaradır.
Ölkə üzrə infrastrukturun yenilənməsi, abadlıq-quruculuq işləri bu ilin 9 ayında da uğurla davam etdirilib. Yeri gəlmişkən, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan bölgələrdə əldə olunmuş nəticələr bunu təsdiqləyir.
Bu ilin 9 ayında Gəncə-Qazax iqtisadi rayonuna daxil olan Daşkəsən rayonunda da tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri uğurla davam etdirilib. Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin həyata keçirilməsində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhərinin çox hissəsi (90,7%) ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur. Bundan başqa, rayonun Xoşbulaq kənd həkim məntəqəsində təmir işləri aparılıb. Güneykənd kənd tam və Şahvələdli kənd ümumi orta məktəblərində yeni modul tipli məktəb binalarının quraşdırılmasında isə son tamamlama işləri aparılır. Eyni zamanda, Daşkəsən qəsəbə, Almalı və Gurbulaq kənd ümumi orta məktəblərində modul tipli məktəb binalarının quraşdırılması işləri davam etdirilir. Bu ilin sentyabrından isə Mərkəzləşdirilmiş Kitabxana Sistemində cari təmir işlərinə başlanılıb.
Cari ilin hesabat dövründə Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binasının təmiri, eyni zamanda, Daşkəsən şəhərində tikinti-təmir, abadlıq işləri, o cümlədən istinad divarlarının təmir işlərinə başlanılıb və hazırda həmin işlər davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə və Dəvrallı kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılıb.
Adıçəkilən iqtisadi regiona daxil olan Goranboy rayonunda da bu ilin 9 ayında tikinti-abadlıq və quruculuq işləri davam etdirilib. Belə ki, rayonda müasir memarlıq üslubunda Bayraq Muzeyi tikilib, 72 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılıb. Bayraq Meydanında 930 kv.metr tamet düzülüb, yeni gül kolları əkilib, yaşıllıq salınıb, ərazidə 18 ədəd yeni işıqlandırma dirəyi quraşdırılıb. Eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binasında tikinti işləri sona çatmaq üzrədir.
Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına rayon Mərkəzi Xəstəxanası üçün 130 çarpayılıq müasir xəstəxana binasında son tamamlama işləri aparılır. Xəstəxananın müasir tibbi aparatlarla və avadanlıqlarla təmin edilməsi də nəzərdə tutulur. Eyni zamanda, ölkə Prezidentinin tapşırığı ilə rayonda Olimpiya İdman Kompleksinin tikintisi üçün 3 milyon manat vəsait ayrılıb, hazırda tikinti aparılır.
Bununla yanaşı, rayonun şəhər və qəsəbələrində yaşayış binalarının müasir görkəmə salınması istiqamətində uğurlu fəaliyyət nümayiş etdirilir. Goranboy şəhəri M.Məhərrəmov küçəsi 22 saylı yaşayış binasının dam örtüyü, fasad və həyətyanı sahələrində təmir işləri görülür, binanın taxta pəncərə bloklarının plastik pəncərə blokları ilə dəyişdirilməsi, fasad hissəsinin yenidən rənglənməsi nəzərdə tutulur. Goran qəsəbəsi 2, 4, 6 saylı binaların fasad hissələri suvanıb, dam örtükləri dəyişdirilib, həyətlərə səki yan daşları düzülüb. Eyni zamanda, Dəliməmmədli şəhərində 20-dək kommunal evlərin dam örtükləri dəyişdirilib, fasad hissələri təmir edilərək rənglənib.
Goranboy şəhərinin İsmət Qayıbov, Səməd Vurğun, İlham İsmayılov, Səlahəddin Civəzadə küçələrində 2500 metr səki yan daşları düzülüb, yaşıllıq zolaqlarına torpaq qatı verilib. Vüqar Bayramov küçəsi və Heydər Əliyev prospektində 1200 kv.metr səki bərpa edilib. Hazırda Heydər Əliyev prospektində yeni səki daşları düzülür, yaşıllıq zolağı salınır. Bundan başqa, Vüqar Bayramov və Rövşən Mustafayev küçələrində hasarlara vurulmuş aqlay tavalar bərpa edilib. Səlahəddin Civəzadə küçəsində səkilərə asfalt örtük salınıb. Şəhər mərkəzində yerləşən Heydər Bulağının ərazisində təmir işləri aparılıb.
Goran istiqamətindən şəhərə giriş hissədə İrəvanlı kəndi ərazisində 1600 kv.metr hasar təmir edilib, rənglənib. Şəhərin mənzərələrini əks etdirən fotolar yeniləri ilə əvəz edilmişdir. Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında fontanlar təmir olunub. Rövşən Mustafayev və Cəfər Cabbarlı küçələrində 3200 kv.metr hasarda təmir işləri aparılıb, yöndəmsiz darvazalar rənglənib. Eləcə də C.Cabbarlı küçəsində hasara dekorativ daşlarla üzlük vurulur. Vurğulamaq gərəkdir ki, küçələrdə 1000 ədəd yeni dekorativ ağac və gül kolları əkilib. Şəhərin Mirqalib Nağıyev, Məmməd Məhərrəmov, Cəfər Cabbarlı, Nizami, Nəriman Nərimanov küçələrinə asfalt-beton örtük salınıb.
Rayonun yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri diqqətdə saxlanılıb. Dağlıq ərazidə yerləşən Rus Borisi, Todan, Mənəşli və Erkəc kəndlərinə gedən yol cari təmir edilib, bu kəndlərə gedən yola asfalt örtük salınması, sonuncu üç kəndin qazlaşdırılması üçün aidiyyəti üzrə müraciətlər edilib. Eləcə də Xoylu kənd tam orta məktəbin əlavə korpusu əsaslı təmir edilib. Səfikürd və Balakürd kəndlərində mini stadionlar quraşdırılıb.
Gəncə-Qazax iqtisadi rayonuna daxil olan Göygöl rayonunda da bu ilin 9 ayında təmir-tikinti, yenidənqurma işləri davam etdirilib. Belə ki, Göygöl şəhərinin Fərman Kərimzadə küçəsində 1 və Qızılqaya qəsəbəsində yerləşən 5 çoxmənzilli binanın dam örtüyü dəyişib və həmin binalarda, o cümlədən 21-ci məhəllədə və M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 mərtəbəli binaların fasad hissələri suvanaraq rənglənib. Binaların giriş qapıları və blok pəncərələri dəyişdirilib. Dövlət Mənzil Fonduna aid olan 7 mənzil təmir olunub. Zurnabad kənd uşaq bağçasında əsaslı təmir aparılıb.
Göygöl şəhərinin Ordubadi, Mikayıl Müşfiq və İsrafil Məmmədov küçələrinə asfalt örtük salınması üçün işlərə başlanılıb, hazırda 1000 kv.m səkilərə, yol hissəsinə isə 10240 kv.m asfalt örtük salınıb, 1571 p/m suötürücü arxlar çəkilib. 3 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən 18 km uzunluğunda Bakı-Qazax magistral avtomobil yolunun 353 km-dən - Çaylı-Pənahlılar-Dozular kəndarası avtomobil yolunda əsaslı təmir işləri aparılaraq yola asfalt örtük salınıb.
Əhalinin təbii qaz təchizatını yaxşılaşdırmaq məqsədilə hesabat dövründə 90 ədəd qaz tənzimləyici şkaflar və 245 ədəd siyirtmələr əsaslı təmir edilib. Rayonun Şəhriyar və Kərəmli kəndlərinə yeni qaz xətləri çəkilərək abonentlər təbii qazla təmin edilib, Qızılca, Yeni Qızılca, Sərkar, Haçaqaya kəndləri və Bəhrəmbağ qəsəbəsində isə işlər tamamlanmaq üzrədir. Çaykənd kəndində ümumilikdə 20900 p/m qaz xətti çəkilib və hazırda işlər davam etdirilir.
Gəncə-Qazax iqtisadi rayonunun Samux rayonunda isə Burunqovaq kəndində inşa edilmiş modul tipli məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Samux şəhərinin Heydər Əliyev və Kolayır prospektlərində, Nəriman Nərimanov, Elçin Məmmədov, Arif Nəbiyev küçələrində, Kür yolunda aparılan yenidənqurma və bərpa işləri başa çatdırılıb. Yararsız bort daşları və tavalar sökülərək yenilənib, keyfiyyətsiz hasarlar yenidən hörülüb, suvaq və rəngləmə işləri həyata keçirilib. Heydər Əliyev prospektində və Arif Nəbiyev küçəsində hasarların aqlay tava daşları ilə üzlənməsi və bərpa işləri aparılıb. Kolayır prospektində 54, Elçin Məmmədov küçəsində 27, Kür küçəsində 27, Nəriman Nərimanov küçəsində 8 ədəd olmaqla, ümumilikdə 116 ədəd, eyni zamanda, Qarayeri qəsəbəsində 14 ədəd müasir işıqlandırıcı quraşdırılıb və abadlıq işləri həyata keçirilib. Şəhərin Heydər Əliyev prospektinin 300 metrlik hissəsi, Göygöl, Qalalı küçələrində əsaslı təmir işləri aparılıb. Misginli küçəsində isə yenidənqurma işlərinə başlanıb, 6 ədəd dəmir boru ilə su keçidi quraşdırılıb, küçəyə balans verilərək hamarlanıb. İsmət Qayıbov küçəsində yerləşən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 8 mənzilli binanın ətrafında abadlıq işləri aparılıb.
Qarayeri qəsəbəsində ümumi sahəsi 1,5 hektar olan istirahət parkında təmir-bərpa işlərinə başlanıb. Parkın ətrafında 390 metr uzunluğunda hasarlama işləri aparılıb, gəzinti yollarının kənarına 450 p.metr bardür düzülüb, 500 kv.m üzlük daşları döşənib. Parkda 2 ədəd fəvvarə quraşdırılıb.
Rayonun Çobanabdallı kəndində yataqxana tipli, ikimərtəbəli birbloklu, hər biri 16 mənzilli, ümumi sahəsi 2020 kv.m olan iki binada blokların təmiri, qapı və pəncərələrin quraşdırılması işləri tam başa çatdırılıb, hər iki binada son tamamlama işləri həyata keçirilir. İstixana kəndində ikimərtəbəli, ikibloklu, hər biri 12 mənzilli, sahələri 1445 kv.m olan iki binada isə təmir-bərpa işlərinə başlanıb.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  7980  |  
  • Tarix:  03-11-2018  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır

20 Fevral 20:38
Azərbaycan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədi ilə Avstraliyaya humanitar yardım edib
20 Fevral 20:28
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20 Fevral 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 Fevral 20:00
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb
20 Fevral 17:46
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub
20 Fevral 17:39
Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
20 Fevral 17:36
Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir
20 Fevral 16:36
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20 Fevral 16:31
Azərbaycan Milli Elmlər Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
20 Fevral 16:06
X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb
20 Fevral 16:01
AZAL Daşkənddə keçirilən Beynəlxalq Aviasiya Forumunda təmsil olunub
20 Fevral 15:58
Üzüm bağlarında yaz hazırlıqlarına başlanıb: məqsəd məhsuldarlığı artırmaqdır
20 Fevral 15:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20 Fevral 15:25
Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
20 Fevral 15:20
Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib
20 Fevral 15:14
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20 Fevral 15:06
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü
20 Fevral 14:57
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub
20 Fevral 14:35
Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub
20 Fevral 14:24
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqətindədir
20 Fevral 13:32
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
20 Fevral 13:21
Vyanada ATƏT Parlament Assambleyasının 19-cu qış sessiyası işə başlayıb
20 Fevral 13:17
YAP İcra Katibliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib
20 Fevral 13:10
ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında “ASAN xidmət”in fəaliyyətindən bəhs olunub
20 Fevral 13:04
Zaur Əliyev: Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir
20 Fevral 12:47
Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub
20 Fevral 12:43
İranın İRNA agentliyi Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən yazır
20 Fevral 12:22
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub
20 Fevral 12:19
İsveçrə saytında Azərbaycanda aparılan islahatlar barədə məqalə dərc olunub
20 Fevral 12:10
Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib
20 Fevral 11:53
İcbari tibbi sığortanın tətbiq edildiyi 23 rayondakı tibb müəssisələrinə 381 mindən artıq insan müraciət edib
20 Fevral 11:50
DOST Agentliyi könüllülüklə əlaqədar keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
20 Fevral 11:47
Məqsədimiz məzunlarımıza karyeralarını qurmaqda yardımçı olmaqdır
20 Fevral 11:33
İndoneziyada Xocalı soyqırımına həsr olunmuş poçt markaları buraxılıb
20 Fevral 11:29
Azərbaycan Respublikası Antiqua və Barbudaya yardım edib
20 Fevral 11:23
Naxçıvanda Azərbaycan əsgərinin keçirdiyi taktiki-xüsusi təlimlər erməniləri təşvişə salıb
20 Fevral 11:20
ABŞ-ın San-Dieqo Ştat Universitetində Azərbaycana dair mühazirə keçirilib
20 Fevral 11:16
Sumqayıtda ötən əsrdə tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək
20 Fevral 10:40
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq və abadlıq işləri aparılır
20 Fevral 10:28
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verilir
20 Fevral 10:16
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20 Fevral 10:05
Tokioda “Imegine One World-Kimono Project” layihəsi çərçivəsində Azərbaycan kimonosunun təqdimatı keçirilib
20 Fevral 09:57
BMT-də keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb
20 Fevral 09:52
Münxendə Azərbaycanın alternativ enerji sektorunun inkişafı istiqamətində atdığı addımlar yüksək dəyərləndirilib
20 Fevral 09:50
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 23 dəfə pozub
20 Fevral 09:48
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
20 Fevral 09:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20 Fevral 09:34
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə işbirliyi davam etdirilir
20 Fevral 09:33
Tarixçi alim Həsən Həsənov Atropatena/Adorbaygan/ Azərbaycan adlı dövlətin yaranması haqqında
20 Fevral 09:30
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
20 Fevral 09:24
Əsas vəzifəmiz yüksək peşəkar musiqiçi kadrlar yetişdirməkdir
20 Fevral 09:12
Ermənistan ordusundakı acınacaqlı vəziyyət sadə erməniləri qəzəbləndirib
20 Fevral 09:09
Xocalı soyqırımı qurbanlarının xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
20 Fevral 08:59
Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır
19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA