Ana səhifə »  KİVDF »  2018-ci ilin birinci yarısında da ölkənin regionlarında bütün sahələrdə uğurlar qazanılıb
A+   Yenilə  A-
2018-ci ilin birinci yarısında da ölkənin regionlarında bütün sahələrdə uğurlar qazanılıb

Cənub bölgəsinə daxil olan ayrı-ayrı rayonların timsalında əldə edilən nəticələr də deyilənləri təsdiqləyir
Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə tərəqqi əldə edilib. Heç şübhəsiz, son 15 ildə həyata keçirilən düşünülmüş siyasət və regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının reallaşdırılması bu uğurların əsasını təşkil edir. Vurğulamaq yerinə düşər ki, bu ilin ilk yarısında da regionların sürətli inkişafını təmin edən Dövlət proqramlarında nəzərdə tutulan tədbir davam etdirilib.
Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı nitqində dövlət başçısının da bəyan etdiyi kimi, bu ilin göstəriciləri onu deyir ki, əvvəlki illərdə apardığımız islahatlar və bu il aparılan islahatlar gözəl nəticələr verir: “Beləliklə, altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz 2 faiz artmışdır. Sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir”.
Vurğulamaq yerinə düşər ki, bəhs edilən müddətdə eyni zamanda kənd təsərrüfatı 7,6 faiz artıb. Xüsusilə bitkiçilik 14 faizdən çox artıb. İlin birinci yarısında ölkəmizdə 67 min yeni iş yeri yaradılıb ki, onlardan 58 mini daimi iş yeridir. Həmçinin ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub. İnflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirləri 9,3 faiz artıb. İnflyasiyanın aşağı səviyyədə olması onu göstərir ki, ölkəmizdə makroiqtisadi sabitlik tam təmin edilir.
Dövlət başçısı yuxarıda bəhs edilən nitqində əlavə edib ki, xarici ticarət dövriyyəsi 35 faiz artıb. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır, əlbəttə ki, ilin sonuna qədər daha da artacaq. Bu, çox böyük rəqəmdir, bir daha onu göstərir ki, makroiqtisadi sabitlik tam təmin edilir.
Heç şübhəsiz ki, bütün bu uğurlar ümumilikdə ölkəmizin inkişafını sürətləndirməklə yanaşı, ayrı-ayrı rayonların sosial-iqtisadi inkişafında da mühüm rol oynayır. Elə 2018-ci ilin birinci yarısında regionların, o cümlədən cənub bölgəsinə daxil olan ayrı-ayrı rayonların timsalında əldə edilən nəticələr də deyilənləri təsdiqləyir.
Belə ki, 2018-ci ilin birinci yarısında bu bölgəyə daxil olan Astara rayonunda da bütün sahələrdə uğurlu nəticələr qazanılıb. Astara rayon İcra Hakimiyyətində keçirilən 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda vurğulandığı kimi, bəhs edilən dövrdə tikinti-quruculuq işləri davam etdirilib. Belə ki, rayonda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11,4 milyon manat məbləğində vəsait yönəldilib ki, onun 96 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Astara şəhərindəki park-bulvar kompleksinin genişləndirilməsi işləri müvəffəqiyyətlə davam etdirilib, hazırlanmış layihəyə əsasən nəzərdə tutulan işlər başa çatmaq üzrədir. Məlumata əsasən burada AAAF tərəfindən inşa edilmiş kotteclərin tikintisinin başa çatdırılması, hoteldə tamamlanma işlərinin aparılması sürətləndirilib. Eyni zamanda bulvar ərazisində atçılıq idman klubu üçün meydança və binanın tikintisi, sürət maşınlarının “world carting” yarış meydançasının salınması işi davam etdirilir.
2018-ci ildə mənzil fonduna daxil olan Astara şəhərində 3, Kijəbə qəsəbəsində 4 ictimai-yaşayış binasında təmir-tikinti işləri də davam etdirilir.
Bundan əvvəliki dövrlərdə olduğu kimi, bu ilin birinci yarısında da rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işləri davam edib. Belə ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi sayılan respublika əhəmiyyətli Ələt-Astara-İran sərhədi avtomobil yolunda yol çiyinləri hamarlanıb, 4400 kv.metr asfalt-beton qarışığından çala təmir işləri görülüb.
Hesabat dövründə rayon sakinləri üçün ən yaddaqalan hadisələrdən biri də Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisinə başlanması olub. 9 min nəfər əhalinin yaşadığı, üç yaşayış məntəqəsini birləşdirən 11 km uzunluğunda olan dairəvi yolun böyük hissəsinə yüksək keyfiyyətli asfalt döşənib, bu istiqamətdə işlər davam etdirilir.
Hesabat dövründə rayonda əhalinin içməli su, fasiləsiz elektrik enerjisi və təbii qazla təminatı da diqqət mərkəzində olub. Belə ki, rayon Su Kanal İdarəsi tərəfindən şəhər ərazisində ictimai yaşayış binalarının içməli su təminatının yaxşılaşdırılmasından ötrü mənbədə olan su quyuları lildən təmizlənib, Qapıçıməhəllə-Astara magistral su xəttində diametri 327 mm olan su borusunda təmir-bərpa işləri görülüb. Astara şəhəri və ətraf qəsəbələrin su təchizatının yaxşılaşdırılması ilə əlaqədar layihənin icrası davam etdirilərək, 23750 m məsafədə diametri 710 mm olan boru quraşdırılıb.
Lənkəran Regional Qaz İstismar İdarəsinin Astara Xidmət Sahəsi tərəfindən rayonun qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə 2018-ci ilin birinci yarısında 201 evin qazlaşdırılması həyata keçirilib. 6200 p/m müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılıb, 75 ədəd qaz tənzimləyici şkaf təmir olunub. Əhali abunəçiləri üçün 201 ədəd qaz sayğacı quraşdırılaraq istifadəyə verilib, rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 17 min 49 ədədə çatdırılıb.
Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün10 kv-luq və 0,4 kv-luq hava xətlərində 235 ədəd yeni dayaq basdırılmış, 1600 metr naqil yenisi ilə əvəz olunub, 256 ədəd izolyator dəyişdirilib.
Hesabat dövründa təhsil sahəsi də diqqət mərkəzində olub. Verilən məlumata görə, rayonun ümumtəhsil məktəblərinin təmiri və texniki təchizatı ilə əlaqədar olaraq 96 şagird yerlik Bala Şahağac orta məktəbi üçün inşa edilmiş modul tipli məktəb binası istifadəyə verilib, 56 şagird yerlik Siyətük kənd modul tipli ibtidai məktəbin tikintisi yekunlaşıb.
Rayonda aqrar sahənin inkişafına da diqqət artırılıb. İnzibati ərazi nümayəndəlikləri üzrə kənd təsərrüfatı bitkilərinin əkini üçün 2018-ci ildə 2 min hektar şum aparılıb. Rayon ərazisində əkilmiş 252 hektar taxılın 182 hektarı buğda, 70 hektarı arpa olub.
Prezident İlham Əliyevin sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şərait Astara rayonunda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmaq məqsədilə əməli tədbirlər həyata keçirilməsinə kömək olur. Belə ki, son illər rayonda sitrus meyvələrinin istehsalına diqqət artıb. 2017-2018-ci illər ərzində 1280 hektar yeni sitrus bağları salınaraq rayon üzrə sitrus bağlarının ümumi sahəsi 3625 hektara çatdırılıb.
Rayon ərazisində mövcud 345 hektar çay sahəsində may ayında çay yarpağı yığımına başlanılıb, birinci yığımda 235 ton çay yarpağı yığılaraq fabriklərə təhvil verilib. Hazırda ikinci yığıma başlanıb.
Rayonda baramaçılığın inkişafı ilə əlaqədar bu il ilk dəfə olaraq 52 qutu barama qurdu gətirilərək kümçülərə paylanıb, 769 kq barama tədarük olunaraq Şəki İpək Kombinatına təhvil verilib.
Rayon üzrə 1330 hektar yonca sahəsi mövcuddur. Bu il 370 hektar sahədə yonca, 200 hektar sahədə qarğıdalı və 1170 hektar sahədə kartof əkilib. Rayon ərazisində fərdi, dövlət və fermer təsərrüfatlarında 41 min baş iri, 24 min baş xırdabuynuzlu, 1000 baş təkdırnaqlı, 200 mindən çox ev quşları, 11630 arı ailəsi var. 2780 ton diri çəkidə ət, 22 min 630 ton süd istehsal olunub.
Rayon Baytarlıq İdarəsi tərəfindən cari il üçün təsdiq edilmiş epizootik tədbirlər planına əsasən həssas kənd təsərrüfatı heyvanları və quşlar arasında profilaktik peyvənd aparılmasından ötrü müxtəlif xəstəliklərə qarşı 535 min doza peyvənd materialı gətirilərək təyinatı üzrə istifadəsinə göstəriş verilib.
Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlar cənub regionuna daxil olan Lerik rayonunun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bu rayonda da uğurla icra olunur. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirəsi zamanı bildirilib.
Qeyd edilib ki, yüksək dağlıq ərazidə yerləşən Lerik rayonunda havaların yağmurlu keçməsi səbəbindən və qış aylarında rayonda tikinti-abadlıq işlərinin aparılması mümkün olmadığından 2018-ci il üçün nəzərdə tutulmuş işlərin icrasına əsasən aprel ayından başlanılıb. Şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı qazılmış küçə və meydanların asfaltlanması, kommunal binaların təmiri, xiyaban və parklarda bərpa işləri, istinad divarlarının qurulması, işıqlandırma sisteminin yenilənməsi işləri davam etdirilir.
Diqqətə çatdırılıb ki, rayonda kənd təsərrüfatı sahəsində də qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Hazırda Lerikdə taxıl biçini kampaniyası davam edir. İclasda rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovun hesabat məruzəsi dinlənilib.
Müzakirələrdə çıxış edənlər bu ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı fikir və təkliflərini bildiriblər.
Nadir AZƏRİ

 
  • Oxunub:  15390  |  
  • Tarix:  09-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24