Ana səhifə »  KİVDF »  Regionlarda aqrar sektorun dinamik inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
A+   Yenilə  A-
Regionlarda aqrar sektorun dinamik inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

Respublika Komissiyası kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə ödəniləcək yardımın məbləğini açıqlayıb
Son 15 ildə Azərbaycanın dünyaya təqdim etdiyi nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri regional inkişafla bağlıdır. Ölkəmiz paytaxtla regionlar arasında fərqi tamam aradan qaldırmağı, bütün bölgələr üzrə tarazlı inkişafı təmin etməyi hədəfləyib. Qarşıya qoyulan bu strateji məqsədə çatmaq üçün respublikamızda 2004-cü ildən etibarən Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları reallaşdırılır. Ölkənin iqtisadi potensialı, maliyyə imkanları, həmçinin bölgələrin fərqli xüsusiyyətləri, ənənələri, əmək ehtiyatları və bu kimi vacib məqamlar nəzərə alınmaqla hazırlanması öz növbəsində bəhs olunan proqramların böyük uğurla reallaşdırılmasını təmin edir. Şübhəsiz, regional inkişaf proqramlarının uğurla icrasından danışarkən regionlarda aqrar sektorun dinamik inkişafı istiqamətində görülən tədbirləri mütləq şəkildə qeyd etməliyik. Bu istiqamətdə atılan addımlar regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yerli ehtiyatlardan səmərəli istifadə etməklə regionların inkişafına, idxalın əvəzlənməsinə, yerli məhsulun daxili və xarici bazarlara çıxarılmasına geniş imkanlar yaradır. Əlbəttə, aqrar sektorun üstün inkişafında dövlətin ciddi dəstəyi mühüm rol oynayır. Azərbaycanda fermerlərə güzəştli kreditlər ayrılır, “Aqrolizinq” tərəfindən gətirilən texnikalar əlverişli şərtlərlə sahibkarlara icarəyə verilir. Bundan əlavə, aqrar sahədə istehsalçı marağını artırmaq məqsədilə gübrələr və yanacaq da son dərəcə əlverişli şərtlər əsasında paylanılır. Ən başlıcası isə, uzun illərdir ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün digər vergilərdən azaddırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il iyun ayının 4-də “Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında” imzaladığı sərəncam isə bu sahəyə göstərilən dövlət qayğısının daha bir parlaq nümunəsidir. İyulun 31-də isə Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat, barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiya verilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) idarələrindən daxil olmuş sənədlərə baxılıb.
Respublika Komissiyası 29 rayon (şəhər) üzrə 144302 istehsalçıya 379006,01 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 26399889,30 manat məbləğində yardım ödənilməsi və 36 rayon (şəhər) üzrə 4186 istehsalçıya təhvil verdikləri 498100,47 kiloqram yaş baramaya görə 2490502,35 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edib.
“Yalama Aqropark”da yüksək məhsuldarlıq qeydə alınıb
Aqrar sektorun perspektiv inkişafı ilə bağlı müəyyənləşdirilən strategiyaya uyğun olaraq ölkə boyu dəyər zənciri üzrə bir sıra mühüm mərhələləri əhatə edən aqroparkların yaradılması geniş vüsət alıb. Belə ki, hazırda respublikanın 30 rayonunda 191,8 min hektar ərazidə ümumi dəyəri 1,4 milyard manat olan 45 aqroparkın yaradılması işləri davam etdirilir. İndiyə qədər dövlət dəstəyi hesabına aqroparkların yaradılması üçün ümumilikdə 311,8 milyon manat, o cümlədən su, qaz, elektrik və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 207 milyon manat dövlət əsaslı investisiya qoyulub. Ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına 111 milyon manat dövlətin güzəştli kreditləri ayrılıb və 14 aqropark üzrə dəyəri 565,5 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq Xaçmaz, Şəmkir, Cəlilabad və Goranboyda yaradılan aqroparklarda birinci mərhələ üzrə işlər başa çatdırılıb. Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək. Artıq “Yalama Aqropark”da 147 hektar dənlik, 414 hektar sahədə isə silosluq qarğıdalı əkini aparılıb. AZƏRTAC-ın məlumatına görə, avqustun ikinci yarısından silosluq, sentyabrın 15-dən isə dənlik qarğıdalının toplanmasına başlanılacaq. Əldə olunan məhsul aqroparkdakı heyvandarlıq təsərrüfatlarının əsas qaba yem komponenti ilə təmin olunmasında istifadə olunacaq. “Yalama Aqropark”da qarğıdalı üzrə yüksək məhsuldarlıq səviyyəsinə nail olunması üçün istehsal sahələri üzrə innovativ yanaşma və müasir texnologiyadan istifadə olunur. Bu il aqroparkda ilk dəfə olaraq qarğıdalının Serbiyadan gətirilən sortları da əkilib.
“Yalama Aqropark” MMC-nin əkinçilik xidmətinin müdiri Qurban İmanov bildirib ki, qarğıdalı sahələrindən yüksək məhsul əldə etmək üçün bitkilərə aqrotexniki qulluq davam etdirilir. Əkin sahələri ziyanverici və alaq otlarına qarşı 3 dəfə dərmanlanıb, bir dəfə isə herbisid səpilib. Qarğıdalı sahələri ay ərzində müasir suvarma şəbəkəsi vasitəsilə 7-8 dəfə suvarılıb. Aqroparkın ərazisində qarğıdalı ilə yanaşı arpa, yonca, şəkər çuğunduru bitkiləri də becərilir.
Son bir neçə ildə “Yalama Aqropark” MMC-də dənlik qarğıdalı əkini üzrə orta məhsuldarlıq ümumilikdə 15 ton və ondan yuxarı olub. Bu, ölkə üzrə qeydə alınan ən yüksək göstəricidir.
Payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş sahənin 92,9 faizi biçilərək məhsulu yığılıb
Ümumiyyətlə, Azərbaycanın bütün regionlarında müxtəlif məhsullar üzrə yüksək nəticələrin qeydə alınması cari məhsul mövsümü üçün xarakterik haldır. Bunu dənli paxlalı bitkilərin məhsuldarlıq göstəricilərindən də aydın görmək mümkündür. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci il iyulun 23-nə olan məlumata görə, payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılıb. Toplanmış məhsul 2833,4 min ton təşkil edib və məhsuldarlıq 29,1 sentnerə bərabər olub. Yığılmış məhsulun 1895,3 min tonu və ya 66,9 faizi buğda, 913,3 min tonu (32,2 faizi) arpa, 24,8 min tonu (0,9 faizi) digər dənli və dənli paxlalı bitkilərdir. Respublikanın 11 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 32 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, digər rayonlarda isə 90,0 faizdən aşağı olub.
Ölkənin 29 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarıdır. Ən yüksək məhsuldarlıq Bərdə (40,5 sentner), Saatlı (40,3), Sabirabad (39,4), Tərtər (38,2), Ağdam (37,1), Ağcabədi (35,9), İmişli (35,8) və Beyləqan (34,4) rayonlarında olub. Şəki (216,7 min ton), Cəlilabad (156,5 min ton), Kürdəmir (136,4 min ton), Neftçala (121,9 min ton), Füzuli (108,2 min ton), Ağcabədi (107,0 min ton) və Ağsu (98,7 min ton) rayonlarında daha çox taxıl istehsal edilib.
Respublikanın bütün regionlarında mövsümi əkin-biçin işləri uğurla davam etdirilir
Hazırda respublikanın bütün regionlarında mövsümi əkin-biçin işləri uğurla davam etdirilir. İsmayıllı rayonunda isə kütləvi surətdə tütün yarpağının dəriminə başlanılıb. Cari mövsümdə bölgədə 22 hektarda tütün yetişdirilib. Fermerlər yetişdirdikləri məhsulun tez və itkisiz yığılması, xüsusi talvarlarda qurudularaq satılması üçün ciddi səy göstərirlər. Rayonun tütün əkilən bütün ərazilərində, xüsusilə Qurbanəfəndi, Talıstan, Diyallı və Təzəkənd ərazi vahidlərində yarpaq dərimi daha mütəşəkkil təşkil olunub.
Qeyd edək ki, bəzi fermerlər tütün yarpağının dərhal, qurudulmadan satışına üstünlük verirlər. Bir gün əvvəl Diyallı kəndindən təzə yığılan 850 kiloqram yaş tütün yarpağı satan fermer Cahangir Surxayev bildirib ki, yarpağın qurudulması xeyli vaxt və əlavə xərc tələb edir: “Doğrudur, qurudulan yarpaq daha baha satılır. Lakin yaş yarpaqdan dərhal əldə edilən vəsait dərimə əlavə işçi qüvvəsinin cəlb olunması, gələn il üçün torpağın hazırlanması və sair xərclər üçün çox sərfəlidir”.
Cari mövsümdə fermerlər yaxşı məhsul yetişdirməyə nail olublar. Bu il azı 30 ton qurudulmuş tütün yarpağı istehsalı gözlənilir ki, bu, ötən ildəkindən çoxdur.
Qobustan rayonunda isə cari mövsümdə 550 hektarda noxud yetişdirilib və torpaq mülkiyyətçiləri artıq məhsul tədarükünü başa çatdırıblar. Rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, sakinlər burada sovetlər birliyi dövründən noxudçuluqla məşğul olublar. Lakin hər il əkin çox az sahədə aparılıb. Son illər bazarlarda noxuda olan tələbat bu sahəyə marağı artırıb. Təsadüfi deyil ki, rayonda noxud əkini sahələri ötən ilə nisbətən 100 hektar, 2016-cı ilə nisbətən isə 310 hektar artıb.
Qeyd edək ki, cari ildə havaların əlverişsiz keçməsi məhsuldarlığa ciddi təsir göstərib. Belə ki, hər hektardan orta məhsuldarlıq 12-15 sentner təşkil edib. Bir sıra ərazilərdə, o cümlədən daha çox əkin aparılan Xilmilli, Təklə, Sündü, Cəm-Cəmli və bir sıra digər ərazi vahidlərində isə məhsuldarlıq bir qədər yaxşı olub.
Ağsu rayonunda yeni istixanaların istifadəyə verilməsi məhsul istehsalının da artımına imkan yaradıb. Belə ki, cari ilin ötən müddətində istixanalarda 400 tondan çox xiyar və pomidor istehsal olunub. Yığılan məhsulun çoxu xarici bazarlara ixrac edilib. Rayon statistika idarəsindən verilən məlumata görə, ilin əvvəlindən bəri rayonda 5 hektar sahəsi olan yeni istixana təsərrüfatı yaradılıb. Artıq müasir texnologiyalar əsasında fəaliyyət göstərən istixanaların ərazisi 7,2 hektara çatıb.
Aqşin ŞAHİNOĞLU

 
  • Oxunub:  4980  |  
  • Tarix:  02-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA