Ana səhifə »  KİVDF »  Regionlarda barama istehsalı gündən-günə genişlənir
A+   Yenilə  A-
Regionlarda barama istehsalı gündən-günə genişlənir

“Azəripək” MMC tərəfindən respublikanın baramaçılıqla məşğul olan rayonlarında barama tədarükü mütəşəkkil qaydada davam etdirilir
Qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan uğurlu fəaliyyət aqrar sahədə daha yüksək nəticələrin əldə olunmasına yol açıb. Xüsusilə ixracyönümlü məhsulların yetişdirilməsi istiqamətində atılan addımlar, eləcə də 2004-cü ildən başlayaraq uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bu gün ölkəmizdə aqrar sahənin yeni mərhələyə qədəm qoymasını şərtləndirib. Ölkə Prezidentinin tövsiyə və göstərişlərinə əsasən kənd təsərrüfatının bu gəlirli sahəsi olan baramaçılığın inkişafını təmin etmək üçün bölgələrdə əsaslı tədbirlər görülür, kümçülərin yetişdirdikləri barama yüksək qiymətə alınır. Yeri gəlmişkən, “Azəripək” MMC tərəfindən respublikanın baramaçılıqla məşğul olan rayonlarında barama tədarükü mütəşəkkil qaydada davam etdirilir. Bu günədək kümçülərdən 450 tondan yuxarı yaş barama qəbul olunub. Vurğulayaq ki, barama tədarükündə Zərdab rayonu öndə gedir. Rayonun kümçüləri indiyədək müəssisəyə 55 tona yaxın yaş barama təhvil veriblər. Zaqatala rayonunda 40 tondan yuxarı, Füzuli və Ağcabədi rayonlarında 38 tona yaxın, Şəkidə isə 32 tondan çox yaş barama tədarük olunub.
Qeyd edək ki, 2018-ci ildə Çindən müqavilə əsasında 13 min qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) alınıb və iqlim şəraiti nəzərə alınaraq iki mərhələdə ölkəmizə gətirilib. Toxumlar aprelin 17-də və 24-də Kənd Təsərrüfatı Nazirliyinin Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub.
Bu il Ağstafa rayonunda 104 qutu ipəkqurdu bəslənilib. Qırx nəfər kümçü tərəfindən yetişdirilən barama hazırda “Azəripək” MMC-yə təhvil verilir. İlk gündə kümçülər tərəfindən 50 kiloqram barama tədarük olunub. Mövsümün sonuna qədər daha 4 ton baramanın təhvil veriləcəyi gözlənilir. Qeyd edək ki, baramanın hər kiloqramına görə 5 manat subsidiya verilir. Bundan başqa, məhsulu qəbul edən “Azəripək” MMC tərəfindən vətəndaşlara 4 manat ödənilir.
Füzuli kümçüləri də barama tədarükünə görə nəzərdə tutulan planı birinci yerinə yetiriblər. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da diqqət mərkəzində saxlanılır. Rayon mərkəzinin və ərazisinin xeyli hissəsinin işğal altında olmasına, yaşayış məntəqələrinin çoxunun təmas xəttində yerləşməsinə baxmayaraq, baramaçılığın keçmiş şöhrətinin qaytarılmasını, barama istehsalına görə ölkədə ön sırada olmağı hədəfləyən füzulililər istəklərinə nail olublar. Belə ki, Füzuli kümçüləri barama tədarükünə görə nəzərdə tutulan planı respublikada birinci olaraq yerinə yetiriblər. İndiyə qədər 33 ton plana qarşı 38 tona yaxın barama tədarük edilərək, “Azəripək” MMC-yə təhvil verilib. Cari ildə 832 qutu ipəkqurdu toxumu yetişdirən rayon kümçüləri hazırda barama tədarükünü davam etdirirlər.
Qeyd edək ki, baramaçılıq 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3,3 ton, 2017-ci ildə 25 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 79 min ədəddən çox tut tingi əkilib.
Dövlətin baramaçılığın inkişafına diqqət göstərməsi, bir kiloqram baramanın qiymətinin subsidiya ilə birgə 9 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb. Çünki baramaçılığın inkişafı iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir. Rayon kümçüləri ötən il barama istehsalından 230 min manata yaxın gəlir əldə etmişdilərsə, bu il 350 min manat gəlir götürülməsi nəzərdə tutulur. Rayon ərazisindəki yeni tut ağaclarının əkilməsini, əhalinin baramaçılıq sahəsindəki təcrübəsini və kümçülərin baramaçılıqdan gəlir əldə etməsinin bu sahəyə marağı artırmasını nəzərə alaraq, növbəti illərdə rayonda barama istehsalının daha da artacağını proqnozlaşdırmaq olar.
Qazax rayonunda da barama tədarükü davam edir. Kümçülər artıq “Azəripək” MMC-yə 1568 kiloqram barama təhvil veriblər. Bu il rayonda 130 qutu ipəkqurdu toxumu bəslənilib. Cari mövsümdə Qazax rayonunda 5 ton barama tədarük ediləcəyi gözlənilir.
Ölkəmizdə peşə təhsili müəssisələri arasında ilk dəfə olaraq Lənkəran Peşə Liseyində barama istehsal olunub. Liseydə istehsal olunan 170 kiloqram yaş barama “Azəripək” MMC-yə təhvil verilib. Vurğulayaq ki, ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq, bu il Lənkəran Peşə Liseyində baramaçılıq ixtisasının açılması ilə bağlı təhsil müəssisəsində barama istehsalına başlanılıb. Liseyin əməkdaşları növbəti illərdə baramaçılıq sahəsində yeni nailiyyətlər qazanmaq niyyətindədirlər.
Bərdəli kümçülər isə nəzərdə tutulandan 2,4 ton çox barama tədarük ediblər. Rayonunun kümçüləri 23 tondan çox barama tədarük edərək, “Azəripək” MMC-nin nümayəndələrinə təhvil veriblər. Bu göstərici cari ilə nəzərdə tutulan plandan 2,4 ton, 2017-ci ilin barama tədarükündən isə 10,6 ton çoxdur. Qeyd edək ki, bu il Bərdə rayonunda 219 ailə tərəfindən 520 qutu ipəkqurdu toxumu bəslənilib. Hazırda rayonda barama tədarükü davam edir.
Astaralı kümçülər ilkin mərhələdə tədarük məntəqəsinə 197 kiloqram barama təhvil veriblər. Qeyd edək ki, uzun illik fasilədən sonra Astara rayonunda bu il ilk dəfə olaraq barama istehsalına başlanılıb. Bu il rayon üçün ayrılmış 52 qutu ipəkqurdu 10 yaşayış məntəqəsində bu sahədə təcrübəsi olan insanlara paylanılıb. Astaralı kümçülərin bir ay ərzində çəkdikləri zəhmət, gördükləri aqrotexniki tədbirlər öz bəhrəsini verib. Tədarük edilən baramanı “Azəripək” MMC təhvil götürür. Vurğulayaq ki, bu il Astara rayonunda 2 ton barama istehsalı nəzərdə tutulub.
Laçınlı məcburi köçkünlər də 1 tondan çox barama təhvil veriblər. Bu il ilk dəfə olaraq ipəkqurdu bəsləyən Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər barama tədarükünü başa çatdırıblar. Laçınlı məcburi köçkün ailələr Taxtakörpü ərazisindəki obalarda bu il 26 qutu (494 qram) ipəkqurdu toxumu bəsləyiblər. Tədarük edilən 1 ton 67 kiloqram barama “Azəripək” MMC-yə təhvil verilib. Vurğulayaq ki, baramaçılığın inkişafının regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət etdiyi nəzərə alınaraq ipəkqurdunun yem bazasını təmin etmək məqsədilə Taxtakörpü ərazisində 11 min ədəd tut tingi əkilib.
Balakən rayonunda isə 29 ton yaş barama istehsal olunub. Qeyd edək ki, rayonda barama tədarükü yekunlaşmaq üzrədir. Cari mövsümdə rayonda yaş barama istehsalının 30 tona çatdırılması proqnozlaşdırılır. İstehsalçılar qəbul məntəqəsinə 29 ton yaş barama təhvil veriblər. Vurğulanmalıdır ki, cari mövsümdə Balakən rayonunda barama yetişdirmək üçün 227 kümçü ailəsi ilə müqavilə bağlanılıb və onlara 572 qutu, yəni 10 kiloqram 868 qram ipəkqurdu paylanılıb.
Cəbhə xəttində yerləşən Ağdam rayonunda isə 14 tondan artıq barama tədarük edilib. Kümçülərin yetişdirdikləri məhsul artıq “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul olunub. Bu il rayon üzrə 120-dən çox ailə tərəfindən 520 qutu (9 min 880 qram) ipəkqurdu toxumu yetişdirilib. Cari mövsümdə rayonda 20,4 ton barama istehsalı nəzərdə tutulub.
Qeyd edək ki, uzun fasilədən sonra 2016-cı ildə Ağdam rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpasına başlanılıb. Həmin il rayonda 2,4 ton, 2017-ci ildə 13 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-cı ildən başlayaraq rayon ərazisində 110 mindən çox tut tingi əkilib.
Kürdəmir kümçüləri də “Azəripək” MMC-yə 20 tondan çox barama təhvil veriblər. Cari mövsümdə rayon üzrə 25 yaşayış məntəqəsi olmaqla, 195 ailəyə 520 qutu (9880 qram) ipəkqurdu toxumu paylanılıb. Qaramahmudlu, Carlı, Yenikənd, Köhünlü, Sovla, Qarasaqqal, Qocalı və digər kəndlərdən olan kümçülər yüksək peşəkarlıqla bol məhsul yetişdiriblər.
Qeyd edək ki, son illər bölgədə vaxtilə ənənəvi sahə olan, bir aydan bir qədər çox müddətə yaxşı gəlir gətirən baramaçılığa maraq getdikcə artır. Təsadüfi deyildir ki, indiyədək istehsal edilən barama ötən il ümumilikdə satılan məhsuldan 8 min 544 kiloqram çoxdur.
Sabirabadda isə 14 tondan çox barama istehsal olunub. Qeyd edək ki, bu mövsüm Sabirabadda 15 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə rayonda 168 ailəyə 338 qutu ipəkqurdu toxumu paylanıb. Artıq xeyli vaxtdır ki, baramaçılar bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulun tədarükünə başlayıblar. Qısa müddətdə “Şəki-ipək” ASC-yə 14 tondan çox barama təhvil verilib ki, bu da nəzərdə tutulan məhsulun 93,4 faizini təşkil edir. Hələ kümxanalarda toplanmamış məhsul çoxdur. Təxmini hesablamalara görə, bundan sonra daha 1500 kiloqram barama tədarük etmək mümkün olacaq. Barama tədarükündə rayonun Nizami, Şıxsalahlı, Şəhriyar və Qaralar kəndlərinin kümçüləri fərqlənirlər. Qeyd edək ki, ötən il rayonda 56 ailə barama istehsalı ilə məşğul olub və tədarük məntəqəsinə 5 ton 34 kiloqram məhsul təhvil verilib.
Ağsuda ötən ildəkindən iki dəfə çox barama istehsal olunub. Belə ki, kümçülər hələlik 10 min 836,3 kiloqram məhsul təhvil veriblər. İstehsal olunan barama ötən ildəki göstəricidən 5 min 344,3 kiloqram çoxdur. Cari ildə bölgədə 91 nəfər kümçü tərəfindən 260 qutu (4940 qram) inkubasiya olunan ipəkqurdu toxumu bəslənilib. Rayonun əksər yaşayış məntəqəsində, xüsusilə Qaraqoyunlu, Ərəbmehdibəy, Bozavand, Ərəbuşağı və bir sıra digər kəndlərdə kümçülər yüksək nəticələr əldə ediblər. İstehsal olunan məhsul rayon kənd təsərrüfatı idarəsinin həyətində “Şəki-ipək” ASC-nin nümayəndələri tərəfindən qəbul olunub.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  5220  |  
  • Tarix:  22-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA