Ana səhifə »  KİVDF »  Regionlarda yeni su layihələrinin icrası uğurla tamamlanıb
A+   Yenilə  A-
Regionlarda yeni su layihələrinin icrası uğurla tamamlanıb

Xızı şəhərində və Altıağac qəsəbəsində reallaşdırılan layihə Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb
Son 15 ildə Azərbaycanın mənzərəsi bütün ölkə boyu yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə səciyyələnib. Nəticədə, respublikamız infrastruktur təminatı baxımından qısa müddətdə dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Yeni yaradılan müasir infrastruktur bölgələrdə həm iqtisadi aktivliyin artmasına güclü təkan verir, həm də insanların kommunal xidmətlərlə təzhizatının yaxşılaşmasında, bütövlükdə həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynayır.
Bəhs olunan dövrdə regionlarda müasir infrastruktur quruculuğu çərçivəsində həmçinin çoxlu sayda su və kanalizasiya layihələri həyata keçirilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) verilən məlumata əsasən, ötən dövrdə su və kanalizasiya layihələrinin icrasına başlanan 50 şəhərin 25-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkəsinin tikintisi yekunlaşıb. Müxtəlif layihələr üzrə ölkə miqyasında 9230 km içməli su xətti çəkilib, ümumi məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, ümumi həcmi 530 min kubmetr olan 230 su anbarı tikilib, 308 artezian və subartezian quyusu qazılaraq istismara verilib. Bundan başqa, son 15 ildə 3540 km kanalizasiya və yağış suları xətləri çəkilib, emal gücü sutkada 126 min kubmetr olan 3 tullantı sutəmizləyici qurğu tikilib, eyni zamanda, 2 qurğuda əsaslı yenidənqurma işləri aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində bütün ölkə üzrə əhalinin su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda 116 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 132 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib.
Hazırda respublikanın müxtəlif bölgələrində yeni su layihələri həyata keçirilir. Bu isə o deməkdir ki, perspektivdə ölkə üzrə fasiləsiz rejimdə keyfiyyətli su alan əhalinin xüsusi çəkisi daha da artacaq.
Xızı şəhərində və Altıağac qəsəbəsində yeni su layihəsinin yekunlaşması sakinlərin böyük sevincinə səbəb olub
Cari il mayın 4-də Xızı şəhərinin və Altıağac qəsəbəsinin sakinləri sevincli anlar yaşayıblar. Belə ki, qeyd olunan tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı mərasim keçirilib. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun məlumatına əsasən, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən Xızı şəhəri və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 3 kəndi də daxil olmaqla layihədən 6,3 min nəfər faydalanacaq. Xızı rayonunda yüksək məhsuldarlığa malik su mənbələri olmadığından yaşayış məntəqələrinin su təchizatının müxtəlif mənbələr hesabına təmin olunması layihələndirilib. Layihəyə əsasən Xızı şəhərinin və Altıağac qəsəbəsinin əsas su mənbəyi sayılan Dahardibidə məhsuldarlığı gündə 864 kubmetr, Qarsda məhsuldarlığı gündə 430 kubmetr, Şəfada məhsuldarlığı gündə 240 kubmetr və Yeddibulaqda məhsuldarlığı gündə 40 kubmetr olan sugötürücü qurğular inşa olunub. Ümumi tutumu 1400 kubmetr olan 4 anbar tikilib, mənbələrdən götürülən suyun anbar kompleksinə nəqli məqsədilə ümumilikdə 18 kilometr magistral su xətti çəkilib. Layihə çərçivəsində Xızı şəhərində və Altıağac qəsəbəsində 52,4 kilometr içməli su və 32,4 kilometr kanalizasiya şəbəkələrinin, həmçinin şəbəkə üzərində 1513 baxış quyusunun inşası başa çatdırılıb, hər bir evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib.
Q.Hüseynov bildirib ki, hazırda Xızı şəhərində məhsuldarlığı sutkada 1500 kubmetr, Altıağac qəsəbəsində isə məhsuldarlığı sutkada 350 kubmetr olan tullantı sutəmizləyici qurğuların tikintisi üzrə tender prosesi yekunlaşmaq üzrədir. Yeni layihənin icrasına qədər Xızı şəhərində 1985-1991-ci illərdə yaradılmış su təchizatı sistemləri istismar edilirdi. Şəhərdə mövcud 29 kilometr su şəbəkəsi istismara yararsız vəziyyətə düşdüyündən su təchizatı normal həyata keçirilmirdi. Altıağac qəsəbəsində 1980-ci illərin əvvəllərində yaradılmış içməli su təchizatı sistemi də istismar tələblərinə cavab vermirdi. Qəsəbə sakinlərinin 60 faizi mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilirdi. Xızı şəhərində və Altıağac qəsəbələrində kanalizasiya sistemləri isə, ümumiyyətlə, mövcud olmayıb.
Yeni yaradılan infrastruktur barədə bütün məlumatlar rəqəmsal xəritədə öz əksini tapıb
“Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrası zamanı bir sıra müasir tətbiqlərə geniş yer verilib. Bu barədə danışan Q.Hüseynov deyib ki, layihənin icrası zamanı yeni yaradılmış infrastruktur mənbədən tutmuş sonuncu istifadəçiyə qədər “Azərsu” ASC-nin Coğrafi İnformasiya Sisteminə işlənilib və bu məlumatlar rəqəmsal xəritədə öz əksini tapıb. Coğrafi İnformasiya Sisteminin bir elementi olan Bina-kimlik layihəsi isə abonent haqqında bütün məlumatların xəritə üzərindən alınmasına və çeşidli təhlillərin aparılmasına imkan verir. Buraya abonentin yaşadığı ünvan, əlaqə vasitələri, istifadə etdiyi suyun həcmi, ödənişləri və təhlil üçün lazım olan digər informasiyalar daxildir. Layihə baş vermiş qəza yerinə vaxtında müdaxilə etmək imkanı yaradır ki, bu da istismar prosesini asanlaşdırmaqla su itkilərinin minimuma endirilməsinə gətirib çıxarır. Eyni zamanda, baş verə biləcək fasilələr barədə abonentləri əvvəlcədən məlumatlandırmaq imkanları yaradır.
Xaçmazda icrası tamamlanan yeni su layihəsindən 58 min nəfər faydalanacaq
Respublikamızın mühüm aqrar-sənaye və turizm potensialına malik rayonlarından sayılan Xaçmazda əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2012-ci ildə başlanmış “Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası artıq başa çatıb. Prezident İlham Əliyev cari il mayın 4-də regionlara növbəti səfəri çərçivəsində Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.
Layihə barədə danışan “Azərsu” ASC-nin sədri Q.Hüseynov bildirib ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşən “Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 5 kəndi də daxil olmaqla, layihədən 58 min nəfər faydalanacaq.
Xaçmaz şəhərini, həmçinin ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün şəhərin mövcud su mənbəyi olan Uçqun bulağı seçilib. Bu su mənbəyində aparılan laboratoriya analizləri suyun keyfiyyətinin mövcud standartlara uyğunluğunu təsdiqləyib. Araşdırma zamanı məlum olub ki, mənbənin məhsuldarlığı da optimal səviyyədədir. Suqəbuledici qurğularda əsaslı yenidənqurma işləri aparılaraq mənbənin məhsuldarlığı saniyədə 229 litrə və ya sutkada 19,8 min kubmetrə çatdırılıb, hər birinin həcmi 3 min kubmetr olan 2 anbar inşa olunub və su mənbəyindən götürülən suyun anbar kompleksinə nəqli məqsədilə 1,9 kilometr magistral su xətti çəkilib. Anbarlarda toplanan su ehtiyatının həcminə, eləcə də suyun bulanıqlıq səviyyəsinə SCADA sistemi vasitəsilə onlayn rejimdə nəzarət edilir.
Layihə çərçivəsində Xaçmaz şəhərində 148 kilometr içməli su şəbəkəsinin, şəhərin relyef baxımından ən yüksək hissəsində yeni salınmış yaşayış massivinin dayanıqlı su təminatı məqsədilə nasos stansiyasının, 136 kilometr kanalizasiya şəbəkəsinin və şəbəkə üzərində 10 min 390 baxış quyusunun inşası, hər evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib. Eyni zamanda, tullantı suların təmizləyici qurğuya ötürülməsi məqsədilə 1,2 kilometr uzunluğunda əsas daşıyıcı kollektor tikilib.
Yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender prosesi yekunlaşmaq üzrədir
“Azərsu” ASC-nin rəsmisi onu da əlavə edib ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” Xaçmaz şəhəri ilə yanaşı, Qusar, Naftalan, Qobustan və Xızı şəhərlərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. Artıq bu şəhərlərdə su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb. Layihənin sonuncu mərhələsində tullantı sutəmizləyici qurğuların inşası həyata keçiriləcək.
“Hazırda sutkalıq məhsuldarlığı 20 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender prosesi yekunlaşmaq üzrədir. Qurğuda Xaçmaz şəhəri ilə yanaşı, Quba, Qusar şəhərlərinin, həmçinin Şahdağ Qış-Yay Turizm Kompleksinin də tullantı suları təmizlənib kənarlaşdırılacaq”, - deyə Q.Hüseynov bildirib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5760  |  
  • Tarix:  17-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA