Ana səhifə »  KİVDF »  Bölgələrdə yeni iş yerlərinin açılması dövlət siyasətinin mühüm prioritetlərindəndir
A+   Yenilə  A-
Bölgələrdə yeni iş yerlərinin açılması dövlət siyasətinin mühüm prioritetlərindəndir

Azərbaycanın regionlarında yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin səmərəli məşğulluğunu təmin edib
Bu gün ölkəmizin iqtisadi inkişaf sahəsində təcrübəsi mütərəqqi nümunə kimi səciyyələndirilir. İnkişaf milli modelini formalaşdıran Azərbaycan təcrübəsinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, həyata keçirilən çoxşaxəli və məqsədyönlü islahatlar sayəsində bütün sahələrin paralel inkişafı təmin olunub, gələcək tərəqqi üçün etibarlı zəmin formalaşdırılıb. Ümumiyyətlə, uzunmüddətli perspektivdə müstəqil Azərbaycanın strateji inkişaf paradiqmalarının əsasını dayanıqlı inkişafı təmin etmək üçün siyasi və iqtisadi islahatların mütəmadi surətdə paralel aparılması təşkil edir. Bütövlükdə isə, ölkəmizin inkişafını əks etdirən statistik göstəricilər iqtisadi siyasətin olduqca səmərəli olduğunu təsdiqləyir.
Qeyd etmək lazımdır ki, son 14 ildə Azərbaycan dünya miqyasında dinamik inkişaf edən ölkələr sırasında yer alıb. Milli iqtisadiyyatımız 3 dəfədən çox artıb, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə genişlənib. 2004-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatları cəmi 1,8 milyard dollar həcmində idisə, hazırda bu göstərici 42 milyard dollara çatıb. Yəni respublikanın valyuta ehtiyatları 14 il ərzində 23 dəfə artıb və bu, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə dünya miqyasında avanqard göstəricidir. Ayrıca, iqtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsi sayəsində son 14 ildə respublikamızda maaşlar beş, pensiyalar səkkiz dəfədən çox artıb. On dörd il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı qeyd edib ki, iqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır: “Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır”.
Bütün bunlara paralel olaraq son 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimidir. 2017-ci ildə isə 177 min daimi iş yeri açılıb. Yeni iş yerlərinin açılması regionları da əhatə edir. Daha dəqiq desək, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində bölgələrdə əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin açılması istiqamətində mühüm nailiyyətlər əldə edilib.
Yeri gəlmişkən, ölkədə əldə edilən uğurlardan Naxçıvan Muxtar Respublikasına da pay düşüb. Belə ki, Muxtar Respublikada 2007-ci illə müqayisədə 2017-ci ildə ümumi daxili məhsul istehsalı 5 dəfə, sənaye məhsulu 7,9 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 4,5 dəfə, kənd təsərrüfatı məhsulu 3,7 dəfə, nəqliyyat sektorunda yük daşınması 2 dəfə, informasiya və rabitə xidmətləri 3,1 dəfə, pərakəndə əmtəə dövriyyəsi 6,4 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlər 4,7 dəfə artıb. Əhalinin məşğulluğunun təmin olunması ilə əlaqədar 2007-ci ildən 2018-ci il yanvarın 1-dək Muxtar Respublikada 46 min 717 yeni iş yeri açılıb. Bunun da 84,7 faizi daimi iş yerləridir. Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq bu gün Muxtar Respublikada məşğul əhalinin sayı 2007-ci ilin sonu ilə müqayisədə 1,3 dəfə artaraq 235,5 min nəfərə çatıb. Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin səmərəli məşğulluğunu təmin edib, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 416 manatı ötüb. 2007-ci ildə bu göstərici 153,9 manat səviyyəsində olub.
Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan uğurlar, yeni iş yerlərinin açılması, səmərəli məşğulluğun təmin edilməsi əhalinin rifah halını yaxşılaşdırıb, alıcılıq qabiliyyətini yüksəldib. Bunun nəticəsində 2017-ci ildə Muxtar Respublikanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 2007-ci illə müqayisədə 6,3 dəfə artaraq 1 milyard 596 milyon manatı ötüb. İstehlak malları üzrə satışın 9,2 faizi ticarət təşkilatlarının, 19,6 faizi kənd təsərrüfatı məhsulları bazarlarının, 17,2 faizi ərzaq, qeyri-ərzaq və qarışıq mallar satışı ilə məşğul olan yarmarkaların və 54 faizi fiziki şəxslərin payına düşüb. Satılmış məhsulların 50,5 faizini ərzaq, 49,5 faizini isə qeyri-ərzaq məhsulları təşkil edib.
Respublikanın digər bölgələrinə gəlincə, 2017-ci ildə Qazax rayonunda iqtisadiyyatın müxtəlif sahələrinə ümumilikdə 43,8 milyon manat, o cümlədən sənayeyə 26,5 milyon manat özəl sərmayə qoyulub. Əsasən yerli xammaldan səmərəli istifadə etməklə, sənaye müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilib. Rayonda, eyni zamanda, konserv zavodu, tikinti materialları müəssisəsi də istifadəyə verilib. Hazırda isə elektrod zavodunun inşası davam edir və 2018-ci ildə başa çatdırılacaq. Ümumilikdə ötən il istifadəyə verilmiş müəssisələrdə 1177 yeni iş yeri yaradılıb.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Qax rayonu üzrə həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası nəticəsində son 4 ildə rayonda 1960 yeni iş yeri açılıb. Açılan iş yerlərinin 1947-si daimidir. Əhalinin məşğulluğunun təmin edilməsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, kənd təsərrüfatının ənənəvi sahələrinin, həmçinin turizmin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin böyük rolu olub. Ümumiyyətlə, regionların inkişafı sahəsində qəbul edilmiş Dövlət proqramlarında, həmçinin regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası nəticəsində 2004-2017-ci illərdə Qax rayonunda 6149-u daimi olmaqla, 8101 yeni iş yeri açılıb.
Beləliklə, yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması bu gün dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Yola saldığımız 2017-ci ildə Şamaxı rayonunda da bu istiqamətdə xeyli iş görülüb. Belə ki, keçən il Şamaxıda hamısı daimi olmaqla 2194 yeni iş yeri açılıb. Yeni iş yerləri sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, fermerlər üçün yaradılan əlverişli şərait, müxtəlif istiqamətli, əsasən də aqrar, xidmət, nəqliyyat və digər təyinatlı MMC-lərin fəaliyyətə başlaması nəticəsində yaradılıb. O cümlədən mövcud idarə, müəssisə və təşkilatların fəaliyyətinin bərpası və ya genişləndirilməsi, habelə yeni müəssisələrin açılması nəticəsində 180 nəfər daimi iş yeri ilə təmin olunub. Qeyd edək ki, rayonda təkcə 2017-ci ildə 30 məhdud məsuliyyətli cəmiyyət fəaliyyətə başlayıb.
Kürdəmir rayonunda isə ötən il 2038-i daimi olmaqla 2083 yeni iş yeri açılıb. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında bölgə üçün görüləcək işlərin həyata keçirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi bölgədə təzə iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradır. Yola saldığımız ildə daimi iş yerlərinin 126-sı fəaliyyəti bərpa edilən müəssisə və təşkilatlarda, 92-si mövcud müəssisə və təşkilatlarda, 41-i yeni yaradılan müəssisələrdə açılıb, 1779-u isə fiziki şəxslər tərəfindən yaradılıb. Qeyd edək ki, təkcə keçən il rayonda 4 aqropark yaradılıb ki, bu yerlərdə 200 nəfərdən çox işçi çalışır. Ötən il qurulan 2 hektar istixana təsərrüfatında da 60 nəfərədək insan işləyir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası, sahibkarlara göstərilən dövlət dəstəyi Ağsu rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan yaradır. 2017-ci ildə Ağsuda 1850 daimi iş yeri açılıb. Həmin iş yerlərinin 16-sı yeni yaradılan müəssisələrdə, 233-ü mövcud müəssisə və təşkilatlarda, 1601-i isə fiziki şəxslərdədir. Qeyd edək ki, aqrar sektorda aparılan islahatların, pambıqçılıq, baramaçılıq kimi ənənəvi sahələrin dirçəldilməsinin nəticəsi olaraq rayonda minlərlə mövsümi iş yerləri də yaranır. Təkcə pambıqçılıq sahəsində ötən il 1600 nəfər işçi çalışıb.
Ötən il Samuxda isə 1022-si daimi olmaqla 3 min 934 yeni iş yeri açılıb. Rayonda həyata keçirilən abadlıq-quruculuq işləri və kənd təsərrüfatı məhsullarının əkilməsi, becərilməsi və yığılması ilə əlaqədar olaraq 2 min 912 nəfər mövsümi işlə təmin edilib. Açılmış daimi iş yerlərinin 59-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 963-ü isə fiziki şəxslərin fəaliyyəti hesabına mümkün olub. Bununla yanaşı, ötən il rayonda 7 yeni müəssisə və təşkilat yaradılıb ki, onların da 3-ü kənd təsərrüfatı müəssisəsi, 2-si istehsal sahəsi, 2-si isə körpələr evi-uşaq bağçasıdır. Rayon üzrə məşğul əhalinin sayı ötən il ərzində 28 min 780 nəfərə çatıb. Məşğul əhalinin 7 min 511 nəfəri dövlət idarə, müəssisə və təşkilatlarında, 412 nəfəri qeyri-dövlət idarə, müəssisə və təşkilatlarda çalışanlar, 91 nəfəri hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, 20 min 766 nəfəri isə fərdi əmək fəaliyyəti ilə məşğul olanlar olub.
Göründüyü kimi, bölgələrdə yeni iş yerlərinin açılması dövlət siyasətinin mühüm prioritetlərindəndir. Bu istiqamətdə görülən tədbirlər və mütəmadi olaraq yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin məşğulluğunu təmin edib.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  6690  |  
  • Tarix:  08-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+32 +37
gecə+20 +24