Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,4% və 5,8% artıb. Sərnişinlərin 96,6%-i avtobus, 3,4%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Avtomobil nəqliyyatı ilə yük dövriyyəsi 7,3%, sərnişin dövriyyəsi isə 7,5% artıb.
Hesabat dövründə metronun xidmətlərindən istifadə edən əhalinin sayı da artıb. Belə ki, bu ilin beş ayı ərzində metro ilə 85 mln. sərnişin və ya 14,9% çox sərnişin daşınıb.
- Oxunub: 22410 |
- Tarix: 21-06-2008 |
-
Çap et |