Ana səhifə »  İqtisadiyyat »  Azərbaycanın milli iqtisadi təhlükəsizliyinə təminat verən mükəmməl ali maliyyə sənədi...
A+   Yenilə  A-
Azərbaycanın milli iqtisadi təhlükəsizliyinə təminat verən mükəmməl ali maliyyə sənədi...
2011-ci ilin büdcə layihəsi ölkəmizin sosial, iqtisadi, investisiya bölmələrində əhatəli və davamlı layihələrin həyata keçirilməsini nəzərdə tutan güclü maliyyə resurslarına söykənir
Məlum olduğu kimi, Nazirlər Kabineti 2011-ci il və sonrakı üç ilin dövlət büdcəsi və icmal büdcənin layihələrini müzakirə edib. Eyni zamanda, hökumət ölkəmizin qarşıdakı 3 ilə dair sosial-iqtisadi inkişaf proqnozları ilə bağlı makroiqtisadi göstəriciləri də nəzərdən keçirib. Büdcə layihəsi ilə bağlı ilkin rəqəmlər onu göstərir ki, gələn ilin dövlət büdcəsi respublikamızın inkişaf strategiyasını əks etdirməklə, mühüm iqtisadi və sosial prioritetlərin reallaşmasına əhəmiyyətli dərəcədə baza yaradır. Büdcə layihəsi ölkəmizin sosial, iqtisadi, investisiya bölmələrində əhatəli və davamlı layihələrin həyata keçirilməsini nəzərdə tutan güclü maliyyə resurslarına söykənir.
Qeyd edək ki, büdcə layihəsinin və sosial-iqtisadi inkişaf göstəricilərinin hazırlanmasında ötən ilin yekunları və sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də, ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək amillər, o cümlədən, inflyasiya meyilləri ehtimalı, neftin dünya qiymətinin gözləntiləri və digər faktorlar nəzərə alınıb. Göründüyü kimi, büdcənin tərtib olunmasında mövcud reallıqların və dünya maliyyə bazarlarında baş verə biləcək gözləntilərin təmkinlə nəzərə alınması hökumətin büdcə siyasətinə praqmatik yanaşmasının əyani təzahürüdür.
2011-ci ilin büdcə zərfinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirir. Respublikamızın ali maliyyə sənədi iqtisadiyyatın sosial məzmununu və investisiyayönümlülüyünü əhatə etməklə sosial-iqtisadi inkişaf, yüksək maddi rifah, ölkəmizin müdafiə potensialının və hərbi qüdrətinin artırılması, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, sahibkarlığın inkişafına dəstək verilməsi, məqsədli dövlət proqramlarının həyata  keçirilməsinə mühüm maliyyə təminatı yaradır.
Maliyyə Nazirliyinin büdcə layihəsi ilə bağlı proqnozlarına əsasən, 2011-ci ildə dövlət büdcəsinin gəlirləri 12 milyard 61 milyon manat təşkil edəcək. Büdcənin xərclər hissəsi isə 12 milyard 748 milyon manat proqnozlaşdırılır. Bu, büdcə vəsaitlərinin ümumi həcminin xarici valyuta ilə 16 milyard dolları ötməsi deməkdir. ümumiyyətlə, büdcə vəsaitləri ümumi daxili məhsulun (üDM) 31,7 faizi nisbətində  formalaşacaq. Qeyd edək ki, gələn il büdcə vəsaitlərinin çoxalmasına üDM-in artımı mühüm təsir göstərəcək. Milli məhsulun artım dinamikası makroiqtisadi inkişafı təmin etməklə büdcə gəlirlərinin formalaşmasına əhəmiyyətli dərəcədə baza yaradacaq. Əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun artımı 2011-ci ildə yüksək inkişaf meyillərinin əldə olunmasına və respublikamızın iqtisadiyyatında pozitivliyin dərinləşməsinə səbəb olacaq, bütün iqtisadi bölmələrdə artım müşayiət olunacaq. Yeni ildə ölkəmizin maliyyə qüdrətinin artmasının müqabilində bütün bölmələrdə pozitivliyin yüksəlməsi gözlənilir.
Gələn ilin icmal büdcəsi, yəni, Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri də daxil olmaqla, ölkəmizin ümumi büdcə-maliyyə ehtiyatları 15 milyard 557,6 milyon manata bərabər olacaq. Bu isə büdcədən sosial müdafiə sahələrinə ayrılan vəsaitlərin davamlı şəkildə artımına stimul vermiş olacaq. ümumiyyətlə, büdcə gəlirlərinin artması həm iqtisadi, həm investisiya, həm də sosial layihələrin miqyasının genişlənməsi üçün əlavə stimul verəcək. Qeyd etdiyimiz kimi, ümumi büdcə xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi cari illə müqayisədə əhəmiyyətli dərəcədə artımla proqnozlaşdırılır. Bu isə pensiya və maaşların, təqaüdlərin, müavinətlərin yenidən artımına zəmin yaradır. Büdcədəki maliyyə resursları sosial təminat, sosial müdafiə və digər sahələr ilə yanaşı, eyni zamanda, elm, təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı və digər bölmələrdə də artım üçün mühüm təminat verir.
Qarşıdakı ilin ali maliyyə sənədində investisiya  layihələri ilə bağlı xərclərin həcmi də əhəmiyyətli dərəcədə artırılacaq. Yəni, büdcə həm də daha çox investisiyayönümlü olacaq. 2011-ci ildə ən azı 500-dən artıq investisiya layihəsinin maliyyələşdirilməsi nəzərdə tutulur. Məktəb və xəstəxanaların, mədəniyyət, turizm, istirahət və idman komplekslərinin tikintisi, abadlıq və təmir-bərpa işlərinin davam etdirilməsi, yol-nəqliyyat, infrastruktur obyektlərinin inşası, elektrik enerjisi, qaz təsərrüfatı və digər kommunal xidmət sektorlarında islahatların həyata keçirilməsi investisiya proqramlarının əsas prioritetlərini təşkil edəcək.
2011-ci ildə hərbi xərclərin artırılması da büdcə vəsaitlərinin ümumi həcmində xüsusi yer tutacaq. Yeni ildə hərbi xərclərin əhəmiyyətli dərəcədə artması güclü müdafiə qabiliyyətinə və hərbi sənaye qüdrətinə malik olan respublikamızın bölgədə nüfuzunun daha da möhkəmlənməsinə imkan verəcək. ümumiyyətlə, yeni büdcə paketi Azərbaycanın milli iqtisadi təhlükəsizliyinə təminat verən mükəmməl ali maliyyə sənədi hesab oluna bilər. Büdcənin real maliyyə imkanları hesabına ölkəmizdə iqtisadi, sosial və investisiya sektorlarında ən mühüm layihələrin həyata keçirilməsini, inkişaf tendensiyasının davamlılığını, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini, enerji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, sahibkarlığın inkişafını, qeyri-neft sektorunun inkişafının təşviqini, eləcə də, ölkənin müdafiə potensialının möhkəmləndirilməsini nəzərdə tutan kompleks tədbirləri reallaşdırmaq mümkün olacaq.
Elbrus CƏFƏRLİ

 
  • Oxunub:  16860  |  
  • Tarix:  24-09-2010  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA