Ana səhifə »  İqtisadiyyat »  Azərbaycan-Türkiyə işgüzar dəyirmi masası keçirilib
A+   Yenilə  A-
Azərbaycan-Türkiyə işgüzar dəyirmi masası keçirilib

Azərbaycan-Türkiyə işgüzar dəyirmi masası keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.

Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. Türkiyə nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksi və "Türk şəhidliyi" abidəsini ziyarət edib.

Sonra Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında hər iki ölkənin sahibkarlıq təşkilatlarının iştirakı ilə işgüzar dəyirmi masa keçirilib.

Dəyirmi masada qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin ötən dövrdə yüksələn xətlə inkişaf etdiyi, dövlət başçılarının siyasi iradəsi və verdikləri tapşırıqlar ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvə olduğu vurğulanıb.

Mikayıl Cabbarov Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu, ölkəmizin haqlı mövqeyinə qəti və birmənalı dəstək göstərdiyini, daim sevincimizi və kədərimizi bölüşdüyünü qeyd edib. Bildirilib ki, Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli siyasi əlaqələr iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əlverişli şərait yaradır. İki ölkə arasında keçirilən işgüzar tədbirlər çoxşaxəli biznes əməkdaşlığını genişləndirməklə, yeni layihələrin həyata keçirilməsinə təkan verir. Bu baxımdan, 2021-ci ilin fevralında Ankarada keçirilmiş biznes-forum xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrini uğurla həyata keçirən Azərbaycan və Türkiyə mühüm nəqliyyat-logistika mərkəzlərinə çevrilib.

İqtisadiyyat naziri Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu, bu ilin martından qüvvəyə minən Preferensial Ticarət Sazişinin ikitərəfli ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacağını diqqətə çatdırıb. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda təsis edilməsi planlaşdırılan Ticarət Nümayəndəliyi də qarşılıqlı ticarətin artmasına töhfə verəcək.

Bildirilib ki, Azərbaycandakı əlverişli biznes mühitindən yararlanan sənaye, tikinti, ticarət, xidmət, nəqliyyat, kənd təsərrüfatı və rabitə sahələrində fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır. Hazırda Azərbaycanda qardaş ölkənin 4200-dən çox şirkəti fəaliyyət göstərir. Türkiyə Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkədir. Azərbaycanın ən çox investisiya yatırdığı ölkə də məhz qardaş Türkiyədir. Bununla belə, Azərbaycanın investisiya imkanlarının daha geniş tanıdılması məqsədilə Türkiyənin müxtəlif şəhərlərində “Road Show” tədbirinin təşkil edilməsi planlaşdırılır.

Azərbaycan və Türkiyə arasında əməkdaşlığın inkişaf imkanları barədə fikirlərini bölüşən Mikayıl Cabbarov investisiya, sənaye, nəqliyyat-logistika, İKT, rəqəmsal ticarət, kiçik və orta sahibkarlıq, turizm və s. sahələrdə əlaqələrin inkişafı perspektivlərini qeyd edib.

İşğaldan azad olunmuş ərazilərimizin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, xarici investorlar üçün xüsusi təşviq proqramlarının nəzərdə tutulduğunu diqqətə çatdıran iqtisadiyyat naziri bu sahədə Türkiyə şirkətlərinin iştirak imkanlarının geniş olduğunu vurğulayıb.

Türkiyə Respublikasının ticarət naziri xanım Ruhsar Pekcan bütün dünyanın pandemiya səbəbindən çətin günlər yaşadığı bir dövrdə Azərbaycanın güclü iradə nümayiş etdirərək Qarabağı işğaldan azad etməsinin Türkiyədə böyük ruh yüksəkliyi və sevinclə qarşılandığını vurğulayıb. Bildirilib ki, Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək quruculuq layihələrində iştirakda, investisiya yatırmaqda maraqlıdır. Türkiyənin ticarət naziri, həmçinin qeyd edib ki, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür, bu potensialın reallaşdırılması üçün birgə səylərimizi daha da artıracağıq.

Dəyirmi masada iqtisadiyyat nazirinin müşaviri Səməd Bəşirli, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Ülvi Mansurov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Tamerlan Tağıyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlu, Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akat və digərləri çıxışlarında Qarabağın bərpası istiqamətində görüləcək işlər, eləcə də, sahibkarlıq, investisiya, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Rəqəmsal Ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ruhsar Pekcan imzalayıblar.

Tədbirdə eləcə də, Türkiyə Əsnaf və Sənətkarları Konfederasiyası ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının arasında Anlaşma Memorandumu da imzalanıb. Sənədi qurumların rəhbərləri Bendevi Palandökən və Məmməd Musayev imzalayıblar.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  02-04-2021  |  
  •    Çap et   |  
“Yeni Azərbaycan” qəzeti 28 yaşında

12 Aprel 22:32
Polkovnik Babək Ələkbərov: Qürurluyam ki, qalib Ali Baş Komandanın, qalib dövlətin, qalib xalqın zabitiyəm
12 Aprel 22:29
Liviya Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib
12 Aprel 22:26
Kapitan Ramazan Hudulov: Azərbaycanda yaşayan xalqların birliyi, qardaşlığı Qələbəyə gedən yolda daha da möhkəmləndi
12 Aprel 22:21
Kapitan Nurlan Məmmədov: Vətən müharibəsində qazanılmış Qələbədə iştirakımla şərəf və qürur duyuram
12 Aprel 21:18
Azərbaycanla Əfqanıstan arasında siyasi, iqtisadi, mədəni və dini-mənəvi əlaqələr önəm kəsb edir
12 Aprel 21:16
Mayor Gündüz Səfərli: Bu gün mən və döyüşçü yoldaşlarım həyatımızın ən xoşbəxt, qürurlu anlarını yaşayırıq
12 Aprel 21:09
Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun güc-qüdrəti ilə bərabər, işğalçının faşist xislətini də göstərir
12 Aprel 21:06
Nüfuzlu siyasi Lider, Müzəffər Ali Baş Komandan, mahir diplomat
12 Aprel 21:02
Prezident: İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək
12 Aprel 20:58
Erkan Özoral: Əminəm ki, Azərbaycan Böyük qayıdış zamanı da dünyaya nümunə göstərəcək
12 Aprel 20:54
Deputat: Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb
12 Aprel 20:54
Əhliman Əmiraslanov: Türkiyə ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir
12 Aprel 20:49
Prezident İlham Əliyev: 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi
12 Aprel 20:48
Könül Nurullayeva: Hərbi Qənimətlər Parkı Böyük Qələbəmizi əbədiləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir
12 Aprel 20:45
Azərbaycan ilə Türkiyə arasında dini-mənəvi əlaqələr hər zaman yüksək səviyyədə olub
12 Aprel 19:39
Prezident İlham Əliyev: İqtisadi müstəqillik əsas məsələlərdən biri idi, ona da nail olduq
12 Aprel 19:37
Azərbaycan-Avstriya parlamentlərarası əlaqələri və əməkdaşlıq imkanları müzakirə olunub
12 Aprel 19:33
Ölkəmizdən 96 müəssisəyə Rusiyaya pomidor ixracına icazə verilib
12 Aprel 19:19
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsinə hazırlaşmalı idik və hazırlaşdıq
12 Aprel 19:16
Azərbaycan və Maldiv respublikalarının xarici işlər nazirləri arasında telefon danışığı olub
12 Aprel 18:54
Azərbaycan Prezidenti: Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq
12 Aprel 18:52
AFFA və Türkiyə Futbol Federasiyası arasında VAR sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb
12 Aprel 18:40
Prezidenti İlham Əliyev: 2003-cü ildə hakimiyyətə gələrək söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim
12 Aprel 18:37
Deputat: Prezident İlham Əliyevin hakimiyyəti illəri Azərbaycan tarixinin inkişaf, rifah və zəfər dövrüdür
12 Aprel 18:35
BDU-da Ümumdünya Aviasiya və Kosmonavtika Gününə həsr edilmiş tədbir keçirilib
12 Aprel 18:24
Prezidenti İlham Əliyev: Bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil
12 Aprel 18:20
Prezident: 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və bu fürsətdən istifadə etdilər
12 Aprel 18:19
Qənirə Paşayeva Türkiyənin tanınmış kinorejissoru ilə görüşüb
12 Aprel 18:17
Bakı Metropolitenində qatarların baxış-təmir sahələrində növbəti texniki yenilik tətbiq edilir
12 Aprel 18:15
Prezidenti İlham Əliyev: Hərbi Qənimətlər Parkına gələn hər bir insan ordumuzun gücünü, iradəmizi görəcək
12 Aprel 18:00
Prezidenti İlham Əliyev: Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik
12 Aprel 17:56
İtaliya Senatının nümayəndə heyəti Milli Məclisdə olub
12 Aprel 17:37
Azərbaycan ilə İtaliya arasında iqtisadi, enerji, humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub
12 Aprel 17:27
Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri ilə görüşüb
12 Aprel 17:24
Günəş şüası koronavirusdan ölümlərin qarşısını almaq üçün faydalıdırmı?
12 Aprel 17:22
Meyvə ağaclarına qulluq: Yaz aylarında “Bağ məlhəmi”ndən istifadənin faydaları
12 Aprel 17:14
Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
12 Aprel 17:06
Azərbaycanda koronavirus əleyhinə vurulan vaksin dozalarının sayı 1,2 milyona yaxınlaşır
12 Aprel 16:56
Azərbaycanda koronavirusa 1151 yeni yoluxma faktı qeydə alınıb
12 Aprel 16:55
Aprel döyüşlərinin əfsanəsi şəhid Pəncəli Teymurovun büstü açılıb
12 Aprel 16:46
Mikayıl Cabbarov: Üç ayda qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 milyon dolları ötüb
12 Aprel 16:36
Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy və Ağdam rayonlarında şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb
12 Aprel 16:07
Heydər Əliyev Beynəlxalq Aeroportu koronavirusa qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
12 Aprel 16:05
Türkiyə Gürcüstana növbəti hərbi yardım edib
12 Aprel 15:59
İtaliyada yay turizm mövsümünün açılacağı tarix bəlli olub
12 Aprel 15:31
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
12 Aprel 15:23
Birinci rübdə elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması üçün 37 texniki yoxlama aparılıb
12 Aprel 15:15
Balaxanı Sənaye Parkının ərazisində tullantıların emalı və xidmət müəssisələri yaradılır – Sərəncam
12 Aprel 15:01
Kəskin dəyişkən hava şəraitinin meteohəssas insanlara təsiri
12 Aprel 14:56
Türk Şurasının informasiya və media üzrə yüksək rəsmilərinin Ağdam və Gəncəyə səfəri Türkiyə mediasının diqqət mərkəzində olub
12 Aprel 14:53
Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş videokonfrans keçirib
12 Aprel 14:24
Azərbaycan Ordusunda raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb
12 Aprel 14:21
Kamilə Əliyeva: Şəhidlərimiz və qazilərimiz daima dövlətin diqqətindədir
12 Aprel 14:20
Şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir
12 Aprel 14:10
Fəsli Nəbiyev: Azərbaycanın gələcək inkişafını uğurlu şəkildə təmin etmək üçün cəmiyyətin əsas aparıcı qüvvəsi olan gənclər əvəzolunmaz rola malikdir
12 Aprel 14:08
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Respublika Veteranlar Təşkilatının qonağı olub
12 Aprel 14:06
Türkiyədə koronavirus səbəbindən iftar mərasimlərinə qadağalar qoyulub
12 Aprel 13:39
İtaliya Senatının nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib
12 Aprel 13:25
Naxçıvan nümayəndəliyinin rəhbəri Fransa səfiri ilə görüşüb
12 Aprel 13:23
Sevinc Qasımova: YAP Gənclər Birliyinin qarşısında duran əsas vəzifələrdən biri gənclərin potensialını doğru şəkildə dəyərləndirib daha uğurlu nəticələr əldə etməsi üçün onlara dəstək olmaqdır
12 Aprel 12:11
Misirin daha bir universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı
12 Aprel 12:09
Əhaliyə xidmət üzrə nağd pul ofisi təşkil edilib
12 Aprel 11:34
YAP Samux rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
12 Aprel 11:15
Deputat: Əgər pandemiya qaydalarına riayət etməsək, qapanma qaçılmaz ola bilər
12 Aprel 11:13
Özbəkistanda dövlət xidmətləri “ASAN xidmət” modeli əsasında təkmilləşdirilir
12 Aprel 09:33
Xalid Taimur Akram: Pakistan Qarabağ münaqişəsi başlandığı andan Azərbaycanı dəstəkləyib
12 Aprel 09:31
Deputat: Son üç ildə əldə edilən uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi kadr və struktur islahatları dayanır
12 Aprel 09:30
Deputat: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq
12 Aprel 09:27
Maltepe Universitetinin professoru: Azərbaycan həm iqtisadi, həm də hərbi güc baxımından bölgənin lider ölkəsidir
11 Aprel 19:51
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinə Ermənistanın törətdiyi genişmiqyaslı dağıntılar barədə məlumat verilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA