Ana səhifə »  İqtisadiyyat »  Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
A+   Yenilə  A-
Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

Prezident İlham Əliyev: İşğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranmışdır
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sərəncamda vurğulanır ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir. Sənədə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioritet müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetləridir. Sonuncu prioritet üzrə yeni strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının yaradılması kimi iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulub.
Beləliklə, respublikamızda “yaşıl iqtisadiyyat” quruculuğunun və bunun mühüm tərkib hissəsi olan bərpa olunan enerji sektorunun yeni inkişaf mərhələsi başlayıb. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında bərpa olunan enerji sektorunun inkişaf etdirilməsi ilə bağlı ölkəmizin niyyətini ifadə edərək bildirib: “Hesab edirəm ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Biz məhz bununla məşğuluq”.
Azərbaycanın bərpa olunan mənbələrdən enerji istehsalının artırılması ilə bağlı böyük planları var
Hazırda “yaşıl iqtisadiyyat”a keçid bütün dünyada böyük aktuallıq daşıyan çağırışlardan biridir. Öz siyasətini dünya trendlərinə uyğun quran Azərbaycan da son illərdə bu istiqamətdə bir sıra önəmli addımlar atıb. Məlumdur ki, indiyədək respublikamız ənənəvi resurslardan - neft və qazdan istifadə etməklə özünün enerji müstəqilliyini yüksək səviyyədə təmin edib. Azərbaycanın qısa müddətdə elektrik enerjisi idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi qürurverici haldır.
Azərbaycan, həmçinin özünün zəngin resurslarına istinad etməklə elektrik enerjisi istehsalı mənbələrini şaxələndirmək yolu tutub. Belə ki, respublikamızda enerji müstəqilliyinin bərpa olunan enerji mənbələri hesabına möhkəmləndirilməsinə güclü siyasi iradə göstərilir, eyni zamanda, bu istiqamətdə praktiki müstəvidə zəruri tədbirlər görülür. Prezident İlham Əliyev bəhs edilən çıxışında ölkəmizin bərpa olunan enerji ilə bağlı planlarına diqqət çəkib. “Biz hazırda dünyanın aparıcı enerji şirkətləri ilə danışıqlar mərhələsindəyik. Biz artıq onların ikisi ilə inşaat üçün zəruri sənədləri imzalamışıq. Bunların biri günəş, digəri isə külək enerjisi stansiyalarıdır ki, onların toplam gücü 440 meqavatdır. Bu layihələr 100 faiz xarici sərmayə hesabına icra olunacaq. Azərbaycanın sərmayə mühiti olduqca münbitdir. Dünya Bankının hesabatına görə, Azərbaycan biznes fəaliyyəti üçün imkanlar baxımından 30 aparıcı dövlət sırasındadır. Bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi bizim bərpa olunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur”, - deyə dövlətimizin başçısı bildirib.
Qeyd etdiyimiz kimi, Azərbaycan bərpa olunan enerji sektorunu inkişaf etdirməyi hədəfləyərkən, ilk növbədə, ölkənin geniş imkanlarını əsas götürüb. Respublikamızın əlverişli coğrafi iqlim xüsusiyyətləri alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istifadəyə münbit zəmin yaradır. Hesablamalara görə, Azərbaycan illik 800 meqavata yaxın külək enerjisi ehtiyatına malikdir və bu, ildə təxmini 2,4 milyard kilovat-saat elektrik enerjisi deməkdir. Qeyd olunan göstərici ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət edilməsinə, ən əsası isə külli miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınmasına imkan verir.
İndiyədək respublikamızda alternativ və bərpa olunan enerji sektorunda bir sıra təşəbbüslər uğurla reallaşdırılıb. Məsələn, Pirallahı rayonunun gələcək inkişafı baxımından burada 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə “Pirallahı” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi böyük aktuallıq daşıyır. Haqqında bəhs olunan layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir. Stansiyada ümumilikdə 4400 günəş paneli quraşdırılıb.
Alternativ və bərpa olunan enerji sahəsində səmərəli layihələrdən biri də Samux Aqroenerji Yaşayış Kompleksidir. Alternativ və bərpa olunan enerji mənbələri hesabına hibrid tipli günəş, külək, geotermal enerji və bioenerji istehsalı stansiyasından, enerji təminatlı kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, satışı sahələrindən ibarət olan Samux Aqroenerji Yaşayış Kompleksi özündə yüksək texnologiyaları, müasir idarəetmə sistemlərini birləşdirir. Respublikamızda 2018-ci ildə dövlət xətti ilə yaradılmış Yaşma Külək Elektrik Stansiyası Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki Yeni Yaşma Külək Elektrik Stansiyasının gücü 50 meqavata bərabərdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında bəhs etdiyi sənədlər 2020-ci ilin yanvarında Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında imzalanıb. Bu şirkətlər bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına cəlb olunublar. “ACWA Power” şirkəti 240 meqavat gücündə külək, “Masdar” şirkəti isə 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihələr icra edəcəklər. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə təxminən illik 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Xatırlatmaq yerinə düşər ki, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu ildə imzaladığı Sərəncama uyğun olaraq, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq intensiv müzakirələr aparılıb. “ACWA Power” və “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən edilib.
İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən istifadə edilməsinə dair master-plan üzərində ciddi iş aparılır
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində üç onillik ərzində işğal altında qalan torpaqların geri qaytarılması ilə Azərbaycanın alternativ və bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalını artırmaq imkanları daha da genişlənib. Bu da onunla bağlıdır ki, işğaldan azad edilən ərazilərdə elektrik enerjisi istehsalı üçün mənbələr kifayət qədər çoxdur. İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonası elan edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev “Bununla yanaşı, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranmışdır. Bu baxımdan mən ölkələrinizdən olan şirkətləri bizim tərəfdaşlarımız olmağa dəvət edirəm. Mən artıq rəsmi olaraq azad edilmiş əraziləri “yaşıl enerji” ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş və külək potensialından istifadə edərək həmin layihələri icra edəcəyik”, - deyə vurğulayıb.
Qeyd edək ki, Vətən müharibəsində işğaldan azad edilən ərazilərimizdə vaxtilə bir sıra su elektrik stansiyaları fəaliyyət göstərib. Mənfur düşmən torpaqlarımızı işğal altında saxladığı üç onillik ərzində bu stansiyalardan istifadə edib. Ancaq işğalçı Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində, demək olar ki, bütün bu su elektrik stansiyalarını dağıdıb, avadanlığı buradan çıxarıb, stansiyaların binalarına da ciddi ziyan vurub. Məsələn, təkcə Laçın rayonunun ərazisində 5 su elektrik stansiyası sıradan çıxarılıb. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyasının yenidən qurulmasına ehtiyac var. Azərbaycan işğaldan təmizlənən ərazilərə Böyük Qayıdış planına uyğun olaraq düşmən tərəfindən dağıdılmış stansiyaları yenidən qurmaq niyyətindədir. Artıq bu istiqamətdə ilk addımlar atılıb. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərə son səfəri çərçivəsində Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
İşğaldan azad olunan ərazilərdə düşmən tərəfindən dağıdılmış stansiyaların bərpası və yenilərinin tikilməsi hesabına ölkəmizdə bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı artacaq. İlkin hesablamalara görə, yalnız Kəlbəcər və Laçın rayonlarında düşmən tərəfindən sıradan çıxarılmış stansiyaları bərpa etməklə 120 meqavat generasiya gücü əldə etmək mümkündür. Azərbaycan, həmçinin “Xudafərin” və “Qız Qalası” Su Elektrik Stansiyalarının tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlib və layihənin icrası yaxın vaxtlarda təmin ediləcək. Bu stansiyaların fəaliyyətindən respublikamızın payına 120 meqavat generasiya gücü düşəcək. Beləliklə, respublikamız işğaldan azad edilmiş ərazilərdəki bərpa olunan enerji mənbələrindən istifadə etməklə özünün generasiya gücünü daha 240 meqavat artıracaq ki, bu da kifayət qədər böyük həcmdir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5400  |  
  • Tarix:  20-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 12:42
Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb
03 Mart 12:27
Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb
03 Mart 12:27
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 12:14
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur
03 Mart 11:03
Cari ildə Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 3,5 milyon dollar gəlir əldə edib
03 Mart 11:01
Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır
03 Mart 10:47
Dövlət qulluğu vəzifələri üzrə imtahan vermiş namizədlər haqqında statistik məlumatlar açıqlanıb
03 Mart 10:39
“Azeri Light” neftinin bir barreli 64,25 dollara satılır
03 Mart 10:38
Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək səviyyəsindədir
03 Mart 10:34
Pakistan hərbi nümayəndə heyəti ölkəmizdə səfərdədir
03 Mart 08:45
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
03 Mart 08:43
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
03 Mart 08:36
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb
03 Mart 08:30
“Peyvənd vurdur və xəstəlikdən uzaq ol”
03 Mart 08:29
Məğlub Ermənistanda siyasi qarşıdurma şiddətlənir
03 Mart 08:28
Gültəkin Hacıyevanın sosial şəbəkədə cılız qara piar kampaniyası
02 Mart 19:52
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir
02 Mart 18:55
Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndinin videogörüntülərini paylaşıb - VİDEO
02 Mart 18:54
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İnsan Haqları Fəaliyyət Proqramını beynəlxalq ictimaiyyətə elan edib
02 Mart 18:52
Mikayıl Cabbarov: Dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb
02 Mart 18:50
“Sabahın alimləri” X respublika müsabiqəsi yekunlaşıb
02 Mart 18:48
Menecerlərin ixtisasının artırılması sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı möhkəmlənir
02 Mart 18:42
“Eurovision-2021” qısaldılmış formatda keçiriləcək
02 Mart 18:41
Antarktida nəhəng aysberq təhlükəsi yaranıb
02 Mart 18:23
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
02 Mart 18:21
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə İdman Akademiyasında görüş olub
02 Mart 18:19
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir
02 Mart 18:17
Hansı dərmanlar insanlar üçün ölümcül təhlükə daşıya bilər?
02 Mart 18:12
Parisdə Van Qoqun əsəri 8 milyon avroya satılacaq
02 Mart 17:51
Müdafiə Nazirliyi hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələrlə bağlı açıqlama yayıb
02 Mart 17:49
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
02 Mart 17:45
Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan dövləti hər zaman bölgədə sülhün, dinc qonşuluğun, iqtisadi əməkdaşlığın tərəfdarı olub
02 Mart 17:40
Azərbaycan –Türkiyə münasibətləri dünyada bənzəri olmayan tarixi epopeyadır...
02 Mart 17:35
Xalq öz Lideri ilə tanınar
02 Mart 17:34
Energetika sahəsində Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
02 Mart 17:30
İnformasıya müharibəsinin növbəti mərhələsi...
02 Mart 17:21
Orqanizmin şəkərə olan tələbatının səbəbi nədir?
02 Mart 17:19
Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf etməyə davam edəcək
02 Mart 17:03
Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılar ilə görüş keçirilib
02 Mart 16:51
Hesablama Palatasının Türkiyənin Sayıştay Başkanlığı ilə əməkdaşlığı genişlənir
02 Mart 16:42
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
02 Mart 16:16
Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
02 Mart 16:10
Mərkəzi Bank: Pul bazası artıb
02 Mart 16:06
Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır
02 Mart 16:04
BDU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
02 Mart 16:00
Nazir: Yanvar-fevral aylarında vergi daxilolmaları 118,7 faiz icra olunub
02 Mart 15:58
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir
02 Mart 15:52
Milli Məclisin deputatı Ağalar Vəliyev: Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu
02 Mart 15:49
Abbas Müsəvi: Azərbaycan ilə əlaqələrin inkişafı İran üçün prioritet siyasi xətt təşkil edir
02 Mart 15:07
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub
02 Mart 15:02
Qaxda səyyar “ASAN xidmət”ə bir gündə 130-dək müraciət qeydə alınıb
02 Mart 14:52
Azərbaycanda koronavirusdan 143 nəfər sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb
02 Mart 14:51
Təmraz Tağıyev: Azərbaycanda şəhid ailələrinə və Qarabağ qazilərinə yüksək dövlət qayğısı mövcuddur
02 Mart 14:43
Naxçıvan nümayəndəliyinin rəhbəri "Huawei Technologies Azərbaycan" MMC-nin baş direktoru ilə görüşüb
02 Mart 14:40
Ankarada dahi Nizami Gəncəvi yaradıcılığına həsr olunan mərasim keçirilib
02 Mart 14:38
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+3 +5