Ana səhifə »  İqtisadiyyat »  Prezident İlham Əliyev: Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir

Azərbaycan Cənub Qaz Dəhlizinin yaradılmasında həlledici rol oynayıb
Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Ölkəmiz özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılmasına güclü siyasi iradə göstərir. Bu, həm təchizatçı ölkə kimi Azərbaycanın, həm də istehlakçı dövlətlərin maraqlarına uyğundur. Deyilənlər baxımından Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Yeni dəhliz zaman-zaman enerji amilinin siyasi təzyiq vasitəsinə çevrilməsindən əziyyət çəkən Avropa ölkələri üçün nəql marşrutlarının şaxələndirilməsi deməkdir. Elə bu və digər səbəblərə görə də Cənub Qaz Dəhlizinə maraq kifayət qədər böyükdür. Bunu fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclası bir daha təsdiqlədi. Budəfəki tədbirə əvvəlki iclaslarla müqayisədə daha çox sayda iştirakçının qatılması məmnunluq doğurur. Qeyd edək ki, qlobal pandemiya səbəbindən onlayn formatda baş tutan tədbirə 18 ölkənin, 19 şirkətin və 5 aparıcı beynəlxalq maliyyə təsisatının təmsilçiləri qatılıb. İclasda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir.
Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə işlərin yekunlaşması tarixi nailiyyətdir
Dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə yatağın istismarı dayandırılıb, onun potensial imkanları müəyyən edilməyib. 1996-cı ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olduğunu təsdiqləyib. Yeni kəşfiyyat-dəyərləndirmə işlərinin nəticəsi gözləniləndən daha yaxşı olub. Mütəxəssislər yataqda 1,2 trilyon kubmetr qazın olmasını ehtimal edirlər. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb.
Azərbaycan qazını xarici istehlakçılara çatdırmaq üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın bu kəmərlə ixracına başlanıb. Lakin “Şahdəniz” və digər yataqların zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyükhəcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Beləliklə, respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Yuxarıda bəhs olunan iclasda bildirildiyi kimi, 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc nöqtəsi olub. Ötən 10 il ərzində Azərbaycan Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq edib. Vurğulamaq yerinə düşər ki, Azərbaycan və Avropa Komissiyası Məşvərət Şurasının həmsədrləridir. Avropa Komissiyası ilə Birgə Bəyanat imzalandıqdan bir il sonra Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin inşası ilə əlaqədar müqavilə bağlanıb. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirilib.
Layihə ətrafında tərəfdaş dövlətlərdən, transmilli şirkətlərdən, beynəlxalq maliyyə qurumlarından ibarət güclü komanda formalaşıb. Burada Böyük Britaniyanın, Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi qeyd edə bilərik. Layihənin reallaşdırılmasında, həmçinin Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya yaxından iştirak ediblər. Əlbəttə, transmilli şirkətlər bu layihəyə güclü sadiqlik nümayiş etdirməsəydilər, onun reallaşması mümkünsüz olardı. Layihənin yerinə yetirilməsində Böyük Britaniyanın “BP” şirkətinin töhfələri isə daha böyükdür. Bu şirkət Azərbaycanın strateji tərəfdaşıdır. Ölkəmizlə “BP”nin uğurlu əməkdaşlığı 27 illik bir dövrü əhatə edir. Layihədə, həmçinin aparıcı beynəlxalq maliyyə təsisatları - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı fəal iştirak edərək onun həyata keçirilməsinə mühüm töhfələr veriblər.
Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktur layihəsinin araya-ərsəyə gəlməsində Azərbaycanın rolu isə həlledici olub. Belə ki, respublikamız həm beynəlxalq önəm daşıyan təşəbbüslə çıxış edib, yeni nəql dəhlizinin üstünlüklərini əsaslandırıb, həm də sonrakı mərhələlərdə layihənin uğurla reallaşdırılmasına qətiyyətli siyasi və maliyyə dəstəyi göstərib. Cənub Qaz Dəhlizinin reallaşmasında ölkəmizin rolundan bəhs edən Prezident İlham Əliyev “Azərbaycan layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə töhfəsi vermişdir və biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində - “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak etmişik”, - deyə vurğulayıb.
Təxminən 3500 kilometr uzunluğa malik olan və 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi çox mürəkkəb relyefə malik coğrafi ərazilərdən, o cümlədən hündürlüyü 2500 metr olan dağlardan keçir. Yeni enerji dəhlizinin 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibində quraşdırılıb. Yeni nəql marşrutu mövcud olan ən yüksək ekoloji standartlara cavab verir. İlkin olaraq layihənin yerinə yetirilməsi üçün 44,6 milyard dollar məbləğində vəsait nəzərdə tutulmuşdu. Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində layihənin dəyərini 33 milyard dollara endirmək mümkün olub.
Layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. 2018-ci il 29 may tarixində Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, Avropa İttifaqının, həmçinin layihədə iştirak edən transmilli şirkətlərin yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrlər baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılışı baş tutub. 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP-ın istifadəyə verilməsi, 2019-cu il noyabrın 30-da isə qardaş ölkənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimləri keçirilib. 2020-ci ilin son günlərində isə TAP layihəsi üzrə bütün işlər yekunlaşıb. Prezident İlham Əliyev bunu yüksək dəyərləndirərək “Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir”, - deyə vurğulayıb.
Azərbaycan tərəfdaşları ilə birgə əməkdaşlığı perspektivdə də davam etdirmək niyyətindədir
Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması heç də Azərbaycanın öz tərəfdaşları ilə əməkdaşlığının sonu anlamına gəlmir. Əksinə, respublikamız indiyədək formalaşan misilsiz əməkdaşlıq platformalarını daha da möhkəmlətmək və birgə səylərlə yeni layihələrə başlamaq niyyətindədir. Ölkəmizin bu niyyətini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var”.
Qeyd edək ki, gələcək əməkdaşlıq üçün imkanlar kifayət qədər genişdir. Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz”lə məhdudlaşmır. Respublikamız Xəzərdəki digər yataqlarda da zəngin resurslara malikdir. Prezident İlham Əliyev bildirib ki, hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. Dövlətimizin başçısı “Babək” yatağının perspektivlərini xüsusi vurğulayıb. Bu yataq 400 milyard kubmetr həcmdə təsdiqlənmiş qaz ehtiyatına malikdir. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var. Bu yataq iki mərhələdə işləniləcək. Birinci mərhələ yataqdan 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu həcm Azərbaycanda istehlak olunacaq. Eyni zamanda, ölkəmiz “Abşeron” yatağının işlənməsinin ikinci mərhələsinin başlanmasına da yaxınlaşıb. İkinci mərhələnin işlənməsi təmin edildikdən sonra yataqdan hasilat təxminən 3-4 dəfə artacaq ki, bu da respublikamızın ümumi qaz potensialına müsbət təsir göstərəcək. Gələn il “Abşeron” yatağı üzrə hasilata başlanılması gözlənilir. Digər bir yataq isə “Ümid” adlanır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Xəzərdəki rəmzi “Dostluq” adı verilən yatağın da ehtiyatları kifayət qədər böyükdür. Bu yatağın istismarını Azərbaycan dost Türkmənistanla birlikdə həyata keçirəcək. Azərbaycan geoloqlarının hələ keçmiş sovet dövründə kəşf etdikləri bu yatağın birgə işlənməsinə dair Anlaşma Memorandumu 2021-ci ilin yanvar ayında imzalanıb. “Dostluq” yatağının birgə işlənməsi Xəzər dənizi və onun hüdudlarından kənarda gələcək enerji əməkdaşlığı üçün çox faydalı olacaq.
Bunlar təsdiqlənmiş ehtiyata malik olan yataqlardır. Onların istismarı Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatının genişləndirilməsinə yeni imkanlar açacaq. Bütün bunlar isə ixrac infrastrukturunun coğrafiyasının genişləndirilməsini labüd edir. Biz indiyədək müşahidə etmişik ki, Azərbaycan həmişə öz enerji siyasətini ardıcıllıqla həyata keçirib və reallıqlara adekvat addımlar atıb. Ölkəmiz, həmçinin böyük qaz ixracı ilə bağlı yeni təşəbbüslərlə çıxış edir. Məsələn, TAP üzrə işlərin yekunlaşmasından sonra gələcəkdə İonik-Adriatik boru kəmərinin inşası layihəsi gündəmə gəlib. Bu barədə fikirlərini bildirən Prezident İlham Əliyev “Əlbəttə, TAP-ın başa çatdırılması İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır. Biz Qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarını artıq imzalamışıq. İonik-Adriatik boru kəməri həyata keçirildikdən sonra biz təchizat marşrutlarımızı şaxələndirmək imkanı əldə edəcəyik və Qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradacağıq”, - deyə vurğulayıb.
Eyni zamanda, hazırda respublikamız Xəzərdə bir sıra yataqlar üzrə kəşfiyyat işlərini davam etdirir. Mütəxəssislər nikbindirlər və onlar yeni kəşflərin olacağını bildirirlər. Bundan başqa, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, ölkəmizin “mavi yanacaq” potensialı barədə daha konkret təsəvvür yaranar.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2580  |  
  • Tarix:  13-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

02 Mart 15:07
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub
02 Mart 15:02
Qaxda səyyar “ASAN xidmət”ə bir gündə 130-dək müraciət qeydə alınıb
02 Mart 14:52
Azərbaycanda koronavirusdan 143 nəfər sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb
02 Mart 14:51
Təmraz Tağıyev: Azərbaycanda şəhid ailələrinə və Qarabağ qazilərinə yüksək dövlət qayğısı mövcuddur
02 Mart 14:43
Naxçıvan nümayəndəliyinin rəhbəri "Huawei Technologies Azərbaycan" MMC-nin baş direktoru ilə görüşüb
02 Mart 14:40
Ankarada dahi Nizami Gəncəvi yaradıcılığına həsr olunan mərasim keçirilib
02 Mart 14:38
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
02 Mart 14:36
Prezident İlham Əliyevin mətbuat konfransından alınacaq dərslər
02 Mart 14:27
Strasburqun Kleber meydanında Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
02 Mart 14:17
Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb
02 Mart 14:13
Azərbaycan və Türkiyə hər zaman, ən çətin anlarda belə qardaşlıq nümunəsi ortaya qoyublar
02 Mart 14:08
Ötən gün ölkəmizdə 22 mindən çox vətəndaş koronavirus əleyhinə peyvənd olunub
02 Mart 13:52
Xəzər dənizində zəlzələ olub
02 Mart 13:24
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində mülki müdafiə tədbirləri müzakirə olunub
02 Mart 13:20
ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə əlaqədar səssiz aksiya keçirilib
02 Mart 13:12
Futbol üzrə Azərbaycan millisi Türkiyə seçməsi ilə yoldaşlıq görüşü keçirəcək
02 Mart 13:10
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb
02 Mart 13:09
ÜST: Son yeddi həftə ərzində COVID-19-a yoluxmaların sayı ilk dəfə olaraq yenidən artıb
02 Mart 12:59
Azərbaycanın mədəniyyət naziri Türkiyənin xarici işlər naziri ilə görüşüb
02 Mart 12:56
Prezident İlham Əliyevin mətbuat konfransını İspaniyanın “La Vanguardia” qəzeti də işıqlandırıb
02 Mart 12:50
Xorvatiya portalında ermənilərin Qarabağda törətdikləri vandallıq aktları ilə bağlı məqalə dərc olunub
02 Mart 12:41
Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək
02 Mart 12:39
Azərbaycanla Türkiyə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
02 Mart 12:36
Bu il Formula 1 Azərbaycan Qran-Prisi tamaşaçılar buraxılmayacaq
02 Mart 12:18
Azərbaycan və Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək
02 Mart 12:12
Vüqar Rəhimzadə: Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir
02 Mart 12:11
Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndinin videogörüntülərini yayıb - VİDEO
02 Mart 12:10
Təhsil Nazirliyi: Fevralda Vətən müharibəsi iştirakçılarının ailə üzvlərindən 87 nəfər işə qəbul olunub
02 Mart 12:09
Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağı tikilir
02 Mart 12:06
Türkiyədə ənənəvi təhsil bu gündən bərpa olunur
02 Mart 12:04
Fransa portalında Azərbaycan multikulturalizmindən bəhs olunub
02 Mart 09:45
Qalib Azərbaycan dövləti öz şərtlərini diktə etmək iqtidarındadır
02 Mart 09:42
Hikmət Babaoğlu: Dünyanın heç bir lideri medianın gücündən Azərbaycan Prezidenti kimi istifadə edə bilməyib
02 Mart 09:39
Revanşistlərlə radikalların sinxron hərəkəti
02 Mart 09:35
YAP Lənkəran rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
02 Mart 09:34
David İbramxəlilov: Milli Prioritetlər qarşıdakı 10 il ərzində ölkəmizin sosial-iqtisadi inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəldəcək
02 Mart 09:33
YAP Şəmkir rayon təşkilatının fəalları qazilərlə görüşlərini davam etdirir
02 Mart 09:31
Hafis Bəşirov: Milli Prioritetlər vacib hədəfləri və əsas strateji məqsədləri ehtiva edir
02 Mart 09:29
YAP Salyan rayon təşkilatının hesabat yığıncağı keçirilib
02 Mart 09:28
Turani Əliyev: Milli Prioritetlər ölkənin əsas inkişaf perspektivlərini müəyyənləşdirir
02 Mart 09:27
Əlisahib Hüseynov: Şəhid ailələrinə və qazilərə daim həssaslıqla yanaşılır, onların problemlərinin həll olunması diqqət mərkəzində saxlanılır
02 Mart 09:27
Əsli Kazımova: Dövlətimiz qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq
02 Mart 09:26
Sübut Əsədov: Böyük Qayıdışın həyata keçirilməsi üçün bütün işlər Azərbaycanın öz daxili resursları hesabına görüləcək
02 Mart 09:24
Qabil Hüseynli: Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və Azərbaycan öz ərazi bütövlüyünü təmin edib
02 Mart 09:23
Əli Kərimli sosial şəbəkələrdə ermənipərəst dairələrin təbliğatçısı kimi...
02 Mart 09:11
Ermənistanda siyasi böhranın yeni dalğası müşahidə olunur
02 Mart 09:08
Azərbaycan dilində böyük qazax şairi Abayın “Şeirlər, poemalar, Qara sözlər” kitabı nəşr olunub
02 Mart 09:07
“Peyvəndləmə tədbiri nəticəsində həyat normal məcraya dönəcək”
02 Mart 09:05
Azərbaycançılıq ideologiyasının təbliği milli ədəbiyyatımızın aktual mövzularındandır
01 Mart 21:32
BMT və Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb
01 Mart 21:26
Prezident İlham Əliyev dünya siyasi elitasının nüfuzlu nümayəndələrindən biri olduğunu bir daha sübut etdi
01 Mart 21:25
Mühsin Rezayi: Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq hərbi əməliyyatlar aparıb öz torpaqlarını geri qaytardı
01 Mart 21:21
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib
01 Mart 21:18
Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
01 Mart 20:55
Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır
01 Mart 20:52
Azərbaycan Prezidenti mətbuat konfransında bir çox aktual məsələlərə aydınlıq gətirdi
01 Mart 20:44
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından mühüm önəm kəsb edir
01 Mart 19:26
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
01 Mart 19:25
Şəhid ailələri və müharibə əlilləri ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub
01 Mart 19:20
Azərbaycan nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını ziyarət edib
01 Mart 18:56
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb
01 Mart 18:36
Gürcüstanlı jurnalist: Müharibənin izləri bizi çox təsirləndirdi
01 Mart 18:32
Alimlər ömrü uzatmağın və sağalmaz xəstəliyin qarşısını almağın yollarını tapıblar
01 Mart 18:10
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib
01 Mart 17:59
Azərbaycan Milli Kitabxanasının direktoru Türkiyə Milli Kitabxanasında görüş keçirib
01 Mart 17:54
Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub
01 Mart 17:52
Deputat: Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur
01 Mart 17:52
Prezidentin son mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq
01 Mart 17:50
“Buta Airways” Tbilisiyə uçuşlara başlayır
01 Mart 17:43
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+3 +5