Ana səhifə »  İqtisadiyyat »  Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası Bakıda növbədənkənar iclas keçirib
A+   Yenilə  A-
Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası Bakıda növbədənkənar iclas keçirib

Noyabrın 2-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilati dəstəyi ilə Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TCCI) növbədənkənar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının və Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) prezidenti Mustafa Rifat, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, ASK-ın prezidenti Məmməd Musayev, Qazaxıstan Sahibkarların Milli Palatasının (Atameken) sədri Ablay Mirzahmedov, Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Adham İkramov, Qırğızıstan Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev və digər rəsmi şəxslər iştirak ediblər.
Mustafa Rifat bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Azərbaycan torpaqları işğaldan azad olunur: “Azərbaycana hər sahədə dəstək verməyə hazırıq və torpaqların işğaldan azad olunması ilə bağlı Azərbaycanın apardığı mübarizədən qürur duyuruq”.
O, Azərbaycanın istehsal, ticarət, logistika imkanlarının geniş olduğunu vurğulayaraq türkdilli dövlətlərin iş adamlarını bu potensialdan daha fəal istifadə etməyə çağırıb. Bildirib ki, Türkiyənin türkdilli ölkələrdə 20 milyard dollar həcmində investisiyası mövcuddur və qarşıdakı dövrdə uğurlu birgə layihələrə də başlanacaq.
İqtisadiyyat naziri Mikayıl Cabbarov əvvəlcə Türkiyənin Egey bölgəsində baş verən zəlzələ nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib. Nazir, həmçinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa arzulayıb.
M.Cabbarov bildirib ki, Azərbaycanın regionun davamlı inkişafa nail olunmasında göstərdiyi səylərə və əldə etdiyi mühüm uğurlara baxmayaraq, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçı siyasəti iqtisadi əməkdaşlığın genişləndirilməsinə ciddi maneələr yaradır, iqtisadi potensialın tam istifadə olunmasını məhdudlaşdırır.
Tədbir iştirakçılarına Ermənistanın bu il sentyabrın 27-dən Azərbaycana qarşı növbəti təxribatlara başlaması, günahsız mülki əhalini və mülki obyektləri artilleriya və raket sistemlərindən atəşə tutaraq törətdiyi terror və müharibə cinayətləri, Avropanın enerji təhlükəsizliyində önəmli rola malik boru kəmərlərini zədələmək cəhdləri barədə məlumat verilib.
Nazir deyib: “Müzəffər Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə konvensiyalarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən xeyli uzaqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutmaqda davam edir. Bildirməliyəm ki, Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün apardığı əməliyyatlar beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Azərbaycan bu gün hər hansı dövlətin deyil, öz ərazilərində əməliyyatlar keçirir və yalnız legitim hərbi obyektləri hədəf alır. Bu xüsusda mən Türk Şurasına, cənab Amreyev, sizə Azərbaycanın ədalətli mövqeyinə verdiyiniz davamlı dəstəyə görə dərin təşəkkürümü bildirir, üzv ölkələr tərəfindən göstərilən mənəvi dəstəyə görə dərin minnətdarlığımı ifadə edirəm. Türkiyə dövləti isə bu günlərdə Azərbaycana xüsusi dəstək ifadə edir, həm beynəlxalq platformalarda, həm siyasi və ikitərəfli münasibətlərdə çox ciddi dəstək verir. Fürsətdən istifadə edərək, türk birliyinə, bizim üçün həyati önəmli olan dövrdə qardaşlığımıza verilən yüksək dəyərə görə qardaş Türkiyəyə dərin təşəkkürümü bildirirəm”.
M.Cabbarov vurğulayıb ki, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvü olan Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir, Avrasiyanın mühüm və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu və 25 milyon ton yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyət göstərir. Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi “Qlobal Rəqabətlilik İndeksi”nə görə Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 141 ölkə arasında 11-ci, hava nəqliyyatı xidmətləri üzrə 12-ci, dəniz limanı xidmətləri üzrə 25-ci, yol infrastrukturunun keyfiyyətinə görə isə 27-ci yerdədir. İnvestisiyaların stimullaşdırılması məqsədilə dövlət tərəfindən logistik mərkəzlər və güzəştli şərtlərlə fəaliyyət imkanları yaradan sənaye zonaları yaradılıb. Azərbaycanda xarici investisiyalara yerli investisiyalarla bərabər hüquqlu rejim tətbiq olunur, investisiya fəaliyyətinə dövlət tərəfindən təminatlar verilir.
Nazir bildirib ki, işğaldan azad olunan ərazilər üzrə Vahid Tədbirlər Planı hazırlanıb və bu sahədə Azərbaycan Türk Ticarət və Sənaye Palatasına üzv ölkələrlə əməkdaşlıq etməyə hazırdır.
Türk Şurasının Baş katibi B.Amreyev deyib ki, ötən müddətdə TCCI-yə üzv ölkələrin əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm işlər görülüb. Özəl sektoru təmsil edən iş adamları arasında əlaqələrinin qurulması üçün üzv dövlətlərdə biznes-forumlar keçirilib və Ticarət Evlərinin açılması ilə bağlı uğurlar əldə olunub. Ölkələrimiz arasında qarşılıqlı investisiya yatırımının artırılması üçün Türk Şurasının da öz imkanlarından istifadə edəcəyini söyləyən B.Amreyev türk iş dünyasının Dağlıq Qarabağla bağlı haqq işində Azərbaycanın yanında olduğunu bəyan etdiyini vurğulayıb.
Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov isə bildirib ki, Ermənistan döyüş bölgəsindən çox uzaqda yerləşən rayonların dinc əhalisinə qarşı kasetli bombalardan istifadə edib, bu isə müharibə cinayətləridir: “Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə sərvətlərimizi talan edib, dövlətə və mülki əhaliyə külli miqdarda ziyan vurub. İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması üçün işlərə artıq başlanılıb və bu istiqamətdə gələcək fəaliyyətimizdə dost və qardaş türkdilli ölkələrin iştirakından məmnunluq duyarıq”.
ASK-ın prezidenti M.Musayev Prezident İlham Əliyev tərəfindən son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini bildirib. O deyib ki, bu islahatların əsas məqsədi ölkə iqtisadiyyatının şaxələnməsinin təmin olunması, yeni iş yerlərinin yaradılması, əhalinin rifah halının yaxşılaşdırılması, ölkəmizin iqtisadi və hərbi potensialının gücləndirilməsidir.
Qeyd edilib ki, Azərbaycan dövləti öz iqtisadiyyatının strukturunu təkmilləşdirir və investisiya mühitinin əlverişliliyinin artırılmasını təmin edir. Azərbaycanda koronavirusla mübarizədə adekvat addımlar atılıb. Pandemiyanın iqtisadiyyata təsirinin azaldılması ilə bağlı pandemiyadan zərər çəkmiş iqtisadi subyektlərə dövlət tərəfindən böyük dəstək verilir. O, Azərbaycanın valyuta ehtiyatlarının və makroiqtisadi sabitliyin qorunması üçün mövcud iqtisadi alətlərin ölkəmizin iqtisadi inkişafına dayanıqlı zəmin yaratdığını vurğulayıb. Bütün bunlar isə Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin qarşılıqlı investisiyalar qoymasına münbit şərait yaradır.
M.Musayev bildirib ki, türkdilli dövlətlər arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni və güclü mexanizm olan Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iqtisadi əlaqələrin və sərmayə yatırımları üçün etibarlı tərəfdaşlıq imkanlarının coğrafiyasının genişləndirilməsinə, eləcə də özəl sektorlar arasında ticarət dövriyyəsinin yüksəldilməsinə hesablanıb. Ötən bir il ərzində Palatanın aparatının fəaliyyətinin qurulması, daxili müştərək palataların yaradılması, biznes-forumların, dialoq platformalarının coğrafiyasının artırılması istiqamətində mühüm addımlar atılıb və bu addımlar türkdilli dövlətlərin arasında ticarət dövriyyəsinin artmasına zəmin yaradır.
“Biz çox istərdik ki, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlər yeni investisiya imkanlarını bir daha dəyərləndirərək Azərbaycanda birgə fəaliyyətə qoşulsunlar. Biz qardaşlarımızın burada fəaliyyət göstərməsindən çox məmnun olardıq”, - deyə ASK-ın prezidenti qeyd edib.
Sonda “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda keçirilən Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının növbədənkənar iclasının Bəyanatı qəbul olunub.
Tədbir Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının adından Azərbaycanın cəbhə bölgəsində yaşayan, Ermənistanın hərbi-təcavüzü nəticəsində zərərçəkən mülki əhali üçün humanitar yardımın yola salınması ilə başa çatıb.

 
  • Oxunub:  2010  |  
  • Tarix:  03-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində dəstək verilməsi respublikamızın yüksək beynəlxalq nüfuzunun göstəricisidir

05 Dekabr 17:51
Vətəndaşlar yazırlar: Cənab Prezident, Sizinlə, qazandığımız Qələbə ilə qürur duyuruq
05 Dekabr 17:32
Vəkillər Kollegiyası erməni vandalizmi ilə əlaqədar 230 beynəlxalq təşkilata müraciət ünvanlayıb
05 Dekabr 17:27
RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb VİDEO
05 Dekabr 17:23
“Israel Hayom” qəzeti: Ermənistan-Azərbaycan münaqişəsinin dini müharibə kimi təqdim edilməsi vicdansız təbliğat taktikasıdır
05 Dekabr 17:15
Qarabağ səmalarını artıq ay və ulduz bəzəyir - Ərdoğan
05 Dekabr 16:57
Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadılıb
05 Dekabr 16:54
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
05 Dekabr 16:46
Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində yüksək dəstək verilməsi ölkəmizin beynəlxalq nüfuzunun əyani təsdiqidir
05 Dekabr 16:44
Rəcəb Tayyib Ərdoğan: Türkiyəni hər növ mühərrik dizayn və istehsal edən ölkə halına gətirməyi hədəfləyirik
05 Dekabr 16:40
Azərbaycanda koronavirus infeksiyasına daha 4323 yoluxma faktı qeydə alınıb, 2180 nəfər sağalıb
05 Dekabr 16:37
Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub
05 Dekabr 14:40
“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək
05 Dekabr 14:14
Ötən həftə Azərbaycanda COVID-19-dan 10 min 427 nəfər sağalıb
05 Dekabr 14:10
6 şəhər və rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi evlər verildi
05 Dekabr 14:06
Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib
05 Dekabr 13:40
“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin onlayn görüşü keçirilib
05 Dekabr 13:31
Deputat: Laçın qısa zamanda iqtisadi inkişafa dəstək verən aparıcı rayonlardan birinə çevriləcək
05 Dekabr 13:23
Prezident İlham Əliyev BMT-nin xüsusi sessiyasında pandemiyanın təsirindən yaranmış qlobal problemləri və həll yollarını göstərdi
05 Dekabr 13:14
“The New York Times” qəzetində Ağdamın Çıraqlı kəndi barədə məqalə dərc edilib
05 Dekabr 13:06
Səfir Hulusi Kılıç: Prezident İlham Əliyevin Zəfər Gününün tarixi ilə bağlı qərarı olduqca təqdirəlayiqdir
05 Dekabr 12:43
AFFA Beynəlxalq Könüllülər Gününə həsr olunmuş onlayn konfrans keçirib
05 Dekabr 12:34
Aktiv koronavirus xəstələrinin karantin qaydalarını pozması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir
05 Dekabr 12:28
Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin olunub
05 Dekabr 12:24
2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib
05 Dekabr 12:13
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib
05 Dekabr 11:27
İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır
05 Dekabr 10:26
Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində dəstək verilməsi respublikamızın yüksək beynəlxalq nüfuzunun göstəricisidir
05 Dekabr 10:23
Asim Mollazadə: Azərbaycan faktiki olaraq BMT-nin Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qətnamələrin icrasını həyata keçirdi
05 Dekabr 10:20
Razi Nurullayev: Bu gün xalqımız qələbə əhval-ruhiyyəsindədir
05 Dekabr 10:17
Abutalıb Səmədov: Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən qələbə nəticəsində Azərbaycanın ərazi bütövülüyü tam təmin olundu
05 Dekabr 10:14
Elşad Musayev: Azərbaycan Ordusu Vətən müharibəsində böyük qələbə əldə etdi

05 Dekabr 10:12
Radikal müxalifətin növbəti xəyanəti

05 Dekabr 10:09
Məğlub Ermənistan xaos meydanına çevrilib
05 Dekabr 10:06
Regionların qazlaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər uğurla davam etdirilir
05 Dekabr 10:02
COVID-19 bəşəriyyəti təhdid edən ciddi sağlamlıq problemidir
05 Dekabr 00:14
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu şəhidlərin əziz xatirəsinə Azərbaycan bayrağı ilə işıqlandırılıb
04 Dekabr 21:54
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
04 Dekabr 21:28
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
04 Dekabr 21:01
Dmitri Peskov: Qarabağın Azərbaycana mənsubluğu BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyən edilib
04 Dekabr 20:55
Yaponiya hökumətinin qrant yardımı ilə Şamaxının Mədrəsə qəsəbəsində yeni tibb məntəqəsi inşa ediləcək
04 Dekabr 19:44
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Naxçıvan Qarnizonu Qoşunlarında da yad edilib
04 Dekabr 19:13
“Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində vebinar keçirilib
04 Dekabr 19:10
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib

04 Dekabr 19:05
Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupovdan

04 Dekabr 18:50
Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə olunub
04 Dekabr 18:29
Azərbaycan Pakistanla işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlbini müzakirə edib
04 Dekabr 18:08
Ali Məhkəmədə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
04 Dekabr 18:07
Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pisləyib
04 Dekabr 18:00
Nüfuzlu “China Daily” qəzeti Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının Xüsusi Sessiyasındakı çıxışından yazır
04 Dekabr 17:48
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Yanşaq kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Dekabr 17:44
Gəncədə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub
04 Dekabr 17:39
Azərbaycan Fransaya nota verib
04 Dekabr 17:35
Milix Yevdayev: Şəhidlərimiz daim qəlblərimizdə yaşayacaqlar
04 Dekabr 17:24
Hesabat ilində Şərqşünaslıq İnstitutunda elmi-tədqiqat planında nəzərdə tutulan bütün işlər yerinə yetirilib
04 Dekabr 17:21
Ramiz Alıyev: Vətən Müharibəsində milli mediamız yüksək vətənpərvərlik nümayiş etdirdi
04 Dekabr 17:19
Belarus səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır
04 Dekabr 17:16
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində yad edilib
04 Dekabr 17:13
Aleksandr Şarovski: Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik
04 Dekabr 17:05
Azərbaycanın və Latviyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
04 Dekabr 16:55
Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini: Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir şəhidin xatirəsi bizim üçün mühümdür
04 Dekabr 16:54
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
04 Dekabr 16:42
Rəcəb Tayyib Ərdoğan: Bundan sonra Fransa vasitəçi kimi etibarlılığını itirib
04 Dekabr 16:41
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş "Əbədi zirvə" musiqi kompozisiyası hazırlanıb - VİDEO
04 Dekabr 16:37
Aleksandr İşein: İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin parlaq səhifəsidir
04 Dekabr 16:35
Hüseyn Cavidin ev-muzeyində ədibin xatirəsi anılıb
04 Dekabr 16:30
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Qarabağ bölgəsində yad edilib
04 Dekabr 16:25
Azərbaycanın Vətən müharibəsi dövründə tarixə qızıl hərflərlə həkk olunan qəhrəmanlıq dastanı yazdı
04 Dekabr 16:22
Azərbaycanda koronavirus infeksiyasına daha 4267 yoluxma faktı qeydə alınıb, 2566 nəfər sağalıb
04 Dekabr 16:15
Venesuela ilə Azərbaycan arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
04 Dekabr 16:11
Vyetnamda çətin vəziyyətə düşmüş azərbaycanlılar ölkəmizə təxliyə edilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+5 +7