Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Hesablama Palatası ECOSAI təşkilatının idarə heyətinə yenidən üzv seçilib

Hesablama Palatası ECOSAI təşkilatının idarə heyətinə yenidən üzv seçilib

24.10.2019 [09:36]

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti İstanbulda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatının (ECOSAI) 8-ci Assambleyası, idarə heyətinin 24-cü və Təlim Komitəsinin 19-cu toplantısında və “Səmərəli audit və audit nəticələrinin effektivliyi” mövzusunda 8-ci simpoziumda iştirak edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ECOSAI-ın və Türkiyə Hesablama Məhkəməsinin prezidenti Seyit Ahmet ali audit qurumlarının (AAQ) həyata keçirdiyi fəaliyyətlərin tarixindən və əhəmiyyətindən bəhs edib. Qəbul edilmiş gündəliyə əsasən Pakistan AAQ-ı tərəfindən ECOSAI-ın baş katibinin 3 illik fəaliyyət hesabatı və 2018-ci il dekabrın 31-nə ECOSAI-ın hesabları barədə məlumat təqdim edilib.
Daha sonra təşkilatın Təlim Komitəsinin 19-cu toplantısının iştirakçılarının hesabatı, ECOSAI-ın xəbər bülleteninin nəşri haqqında baş katibliyin məlumatı dinlənilib, təşkilatın Ali Audit Qurumlarının Avropa Təşkilatında (ASOSAI) müşahidəçi qismində təmsil olunması barədə məlumat, üzv AAQ-lar arasında imzalanmış anlaşma memorandumları haqqında, eləcə də, AAQ-ların ECOSAI-a müşahidəçi üzv qismində qəbul edilməsi məsələləri barədə müzakirələr aparılıb və ECOSAI-ın 2019-2022-ci illər üzrə Təlim Planı qəbul olunub.
Yekun olaraq, ECOSAI-ın idarə heyəti qeyd edilən hesabatların müzakirəsi və qəbul olunması üçün onların ECOSAI-ın 8-ci Assambleyasına çıxarılmasını qərara alıb.
ECOSAI-ın 8-ci Assambleyası və simpoziumunda açılış nitqi ilə çıxış edən ECOSAI-ın və Türkiyə Hesablama Məhkəməsinin prezidenti Seyit Ahmet Qətər, Küveyt və Belarus AAQ-larının budəfəki tədbirdə müşahidəçi statusunda iştirakını xüsusi vurğulayıb. Toplantının qəbul edilmiş gündəliyinə əsasən ECOSAI-ın Baş Katibinin maliyyə və fəaliyyət hesabatları dinlənilib. Bundan əlavə, ECOSAI-ın alt-qurumları təlim və audit komitələrinin hesabatları təqdim edilərək qəbul edilib. 8-ci Assambleyanın əsas nəticələrindən biri də ECOSAI-ın Nizamnaməsində müşahidəçi statusunda üzvlərin qəbulu ilə bağlı dəyişikliyin edilməsi olub. Tədbirdə, həmçinin ECOSAI təşkilatının özünün Asiya regionuna aid AAQ-ları birləşdirən ASOSAI-a müşahidəçi statusunda qəbul olunması elan edilib.
Assambleyada Hesablama Palatası yenidən ECOSAI-ın idarə heyətinə üzv seçilib. ECOSAI-ın növbəti Assambleyası isə 3 illik müddətə 2019-2022-ci illər üzrə bu təşkilatının prezidentliyi seçilmiş Qazaxıstan AAQ-ının təşkilatçılığı ilə Nur-Sultanda keçirilməsi nəzərdə tutulub.
Tədbirlər sırasında sonuncu olan simpoziumda Pakistan, Türkiyə, Belarus, Qazaxıstan, Küveyt AAQ-ları ilə yanaşı Atatürk Universitetinin və akademik dairələrinin digər təmsilçiləri çıxış edib və qarşılıqlı müzakirələr aparıblar.

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30