Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Statistika Komitəsi Kişineuda keçirilən beynəlxalq tədbirdə təmsil olunur

Statistika Komitəsi Kişineuda keçirilən beynəlxalq tədbirdə təmsil olunur

25.09.2019 [09:23]

Dövlət Statistika Komitəsi Moldovanın paytaxtı Kişineuda keçirilən beynəlxalq tədbirdə təmsil olunur.
Komitədən AZƏRTAC-a bildirilib ki, sentyabrın 24-26-da Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin milli statistika idarələrinin rəhbərləri üçün “Statistik əməkdaşlıqda növbəti addım” mövzusunda Yüksək Səviyyəli Seminar keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.
Tədbirdə Avropa İqtisadi Komissiyasının “Şərq tərəfdaşlığı vasitəsilə statistika (STEP)” layihəsi üzrə maliyyə, iqtisadi və texniki məsələlərə dair hesabata baxılacaq. Həmçinin Avropa Statistika Bürosunun, Avropa Azad Ticarət Assosiasiyasının, BMT-nin Avropa İqtisadi Komissiyasının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə statistik əməkdaşlıq üzrə fəaliyyətləri, statistika sistemində aparılan qlobal qiymətləndirmələr, “Rəsmi statistika haqqında” model qanun, eləcə də BMT-nin Avropa Statistikləri Konfransının əhali və mənzil fondunun siyahıyaalınmasının 2020-ci il mərhələsi üzrə tövsiyələri, rəsmi statistika məlumatlarının keyfiyyətinin təmin edilməsi ilə bağlı tətbiq olunan yeni texnologiyalar və irihəcmli məlumatlarla bağlı məsələlər, milli statistika sisteminin təkmilləşdirilməsi ilə əlaqədar görülmüş son işlər müzakirə olunacaq.
Səfər zamanı Dövlət Statistika Komitəsi ilə tərəfdaş ölkələrin statistika qurumları arasında mövcud əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi də nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30