Ana səhifə »  İqtisadiyyat »  Ölkəmizdə reallaşdırılan qazlaşdırma layihələri həm iqtisadi inkişafa güclü təkan verir, həm də vətəndaş məmnunluğunu artırır
A+   Yenilə  A-
Ölkəmizdə reallaşdırılan qazlaşdırma layihələri həm iqtisadi inkişafa güclü təkan verir, həm də vətəndaş məmnunluğunu artırır

Prezident İlham Əliyev: Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır
Son 15 ildə müstəqil Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasir infrastruktur quruculuğu geniş vüsət alıb ki, bu da həm iqtisadi, həm də sosial önəm daşıyır. Respublikamızda reallaşdırılan infrastruktur layihələri bir qayda olaraq dövlət investisiya qoyuluşu hesabına maliyyələşdirilir. Sonradan investorlar yaradılan infrastruktur obyektlərindən bəhrələnərək iqtisadiyyatın müxtəlif sahələrinə məmnuniyyətlə sərmayələr yönəldirlər. Mütəxəssislərin qənaəti belədir ki, yüksək səviyyəli infrastruktur quruculuğu ölkəmizin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda, dövlət əsaslı vəsait qoyuluşu hesabına araya-ərsəyə gətirilən infrastruktur obyektləri insanların həyatına böyük rahatlıq gətirib. Ölkə vətəndaşları onlara göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsindən və əlçatanlığın təmin olunmasından böyük məmnunluq duyurlar.
Vurğulamaq yerinə düşər ki, bəhs olunan dövrdə respublika boyunca reallaşdırılan çoxsaylı layihələr hesabına hazırda Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan yüksəksəviyyəli infrastruktur obyektləri bundan sonra onilliklər ərzində Azərbaycan xalqına və dövlətinə xidmət göstərəcək. Bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədəki çıxışında dövlət başçısı infrastruktur quruculuğunun ölkəmizdə prioritet sahə kimi müəyyənləşdirildiyini bir daha nəzərə çatdırıb.
Respublikada həyata keçirilən infrastruktur layihələri müxtəlif istiqamətləri əhatə edir
Ölkəmizdə dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılan infrastruktur layihələri müxtəlif istiqamətləri əhatə edir. Həyata keçirilən çoxsaylı layihələr hesabına respublikamız özünün enerji təhlükəsizliyini təmin etməyə nail olub. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda respublikamız həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb. Eyni zamanda, cari ildə ölkədə həm yeni generasiya güclərinin yaradılmasına, həm də ötürücü xətlərin, yarımstansiyaların dayanaqlılığını təmin etməyə lazımi qədər vəsait ayrılması nəzərdə tutulub. 2019-cu il 5 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib. Hazırda ən yüksək faydalı iş əmsalına malik olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizini təşkil edəcək.
Ölkənin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər öz müsbət nəticəsini verir. Bunu 2019-cu ilin birinci yarısının nəticələri də təsdiqləyir. Bəhs olunan dövrdə “Azərenerji” ASC tərəfindən xarici dövlətlərə 648 milyon kVts elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 24 milyon kVts çoxdur. Ötən ilin birinci yarım ili ilə müqyisədə elektrik enerjisinin istehsalı da artıb. Belə ki, 2019-cu ilin arxada qalan birinci yarım ili ərzində 11.544 milyard kVts elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 521 milyon kVts çoxdur.
Son illərdə respublikamızda həmçinin böyük iqtisadi və sosial əhəmiyyət daşıyan su layihələrinin icrası da uğurla təmin edilir. Bura həm içməli su layihələri, həm də meliorativ tədbirlər daxildir. Ötən 15 ildə reallaşdırılan içməli su və kanalizasiya layihələri ölkənin bütün bölgələrini əhatə edib və nəticədə respublika üzrə əhalinin yüksək keyfiyyətli su ilə təchizatında dönüş yaranıb. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2019-cu ilin əvvəlində bu göstərici 67 faizə çatdırılıb. Perspektivdə isə respublikada əhalinin su təchizatının daha yüksək səviyyəyə çatdırılması hədəflənib.
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla icra edildiyi son 15 ildə bölgələrdə istifadə olunan torpaqların su təminatının yaxşılaşdırılması və yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üçün dövlət əsaslı vəsait qoyuluşu hesabına çoxlu sayda layihələr reallaşdırılıb. Bütövlükdə bəhs olunan dövrdə ölkə üzrə 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib. Ümumi tutumu 470 milyon kubmetr olan Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay kimi böyük su anbarlarının tikilib istifadəyə verilməsi sayəsində ölkənin icməli və suvarma suyu ilə təminatında geniş imkanlar yaranıb. Son iki ildə hər il 100 min hektar torpağa suyun verilməsi təmin edilib və 2019-cu ildə daha 80 min hektarda bu qəbildən işlərin reallaşdırılması nəzərdə tutulub. Eyni zamanda, regionlarda kiçik su anbarlarının yaradılması da gündəlikdə duran məsələlər sırasında yer alır. Respublika üzrə hər il dövlət vəsaiti hesabına təxminən 300 subartezian quyusunun qazılması da yaxşı səmərə verir.
Respublikamızda yüksək səviyyəli infrastruktur quruculuğu siyasəti çərçivəsində həmçinin respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması istiqamətində də çoxlu sayda böyük investisiya tutumuna malik layihələr reallaşdırılıb. Bütövlükdə, respublikamızda 2004-cü ildən bəri yol infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Bəhs olunan dövrdə ölkə ərazisində 15 min kilometr yol çəkilib, 443 körpü istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycan Xəzər dənizində ən güclü dəniz donanmasına malikdir - 260 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Hazırda ölkə ərazisində altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Əlamətdar haldır ki, Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb.
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi perspektivdə də davam etdiriləcək. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı müvafiq Fərmanla təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bölgələrdə magistral və kənd yollarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı çox sayda tədbirlər nəzərdə tutulub. Hədəf cari ildə də təxminən min kilometr yolun yenidən qurulmasıdır. Prezident İlham Əliyev yuxarıda bəhs olunan müşavirədəki çıxışında respublikamızda çoxşaxəli infrastruktur quruculuğu barədə geniş söhbət açıb. Ölkə boyu yüksək keyfiyyətlə reallaşdırılan infrastruktur layihələri barədə fikirlərini ifadə edən dövlət başçımız deyib: “Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Bu, çox genişmiqyaslı proqramdır. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var”.
Ölkəmizdə yüksək səviyyəli infrastruktur quruculuğu qazlaşdırma sahəsində qabarıq şəkildə nəzərə çarpır
Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, respublikamızda infrastruktur quruculuğu kompleks səciyyə daşıyır. Ölkəmizdə yüksək səviyyəli infrastruktur quruculuğu qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. Son 15 ildə ölkə üzrə “mavi yanacaq” təminatında vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması diqqətəlayiq haldır. Bəhs olunan dövrdə bütün ölkə boyu çoxlu sayda qazlaşdırma layihələri reallaşdırılıb. Nəticədə regionların “mavi yanacaq” təminatı yaxşılaşıb, hətta əvvəllər heç vaxt qazlaşdırılmamış yaşayış məntəqələrinə də yeni boru kəmərləri çəkilib və hazırda sakinlərin evlərində “mavi yanacaq” alovlanır.
“Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Ceyhun Səfərovun “Yeni Azərbaycan”a verdiyi məlumatda bildirilir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində bölgələrdə qazlaşdırmaya dair bir sıra mühüm addımlar atılıb. Qurumun reallaşdırdığı çoxsaylı layihələrin nəticəsi olaraq 15 şəhər və rayonda, o cümlədən Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsu rayonlarında qazlaşdırmanın səviyyəsi 100 faizə çatıb. Yevlax, Bərdə, Kürdəmir, Tərtər, Ucar, Goranboy və Zərdab rayonlarında yaşayış məntəqələrinin sayına görə qazlaşdırmanın səviyyəsi 90 faizi ötüb. Bundan başqa, işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi təbii qazla tam təmin olunub.
Bütövlükdə, respublikamızda qazlaşdırmanın səviyyəsi ilbəil daha geniş miqyas alır. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin yanvar-dekabr ayları ərzində 3192,7 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 526,6 km qaz kəməri əsaslı təmir olunub. Ötən il aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Astara, Ağdaş, Ağsu, İsmayıllı, İmişli, Bərdə, Tərtər, Tovuz, Zərdab, Zaqatala, Kürdəmir, Qax, Quba, Qəbələ, Qobustan, Qusar, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Goranboy, Gədəbəy, Oğuz, Ucar, Xaçmaz, Beyləqan, Bərdə, Daşkəsən, Yevlax, Yardımlı, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 150 yaşayış məntəqəsi, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbə təbii qazla təmin edilib.
Ölkə ərazisində qazlaşdırma layihələri 2019-cu ildə də intensiv şəkildə davam etdirilir. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2018-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə 431 saylı Fərmanının icrası üçün dövlət büdcəsindən regionlarda aparılacaq işlər üçün 53,5 milyon, Bakıda aparılacaq işlər üçün isə 30 milyon manat vəsait ayrılıb. Hazırda Bakıda 22 yaşayış məntəqəsinin qazlaşdırılması tədbirləri davam etdirilir. Bölgələrdə isə bu il üçün 33 şəhər və rayonda 13 qəsəbə və 23 kəndin, eləcə də 26 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Onlardan 22 məntəqə və 9 yeni yaşayış massivi artıq qazlaşdırılıb. Son bir ay ərzində Şəmkir, Şamaxı, Ağsu, Goranboy, Qobustan, Ağdaş rayonlarında bir çox yeni yaşayış massivlərinə təbii qazın verilişi həyata keçirilib. Bütövlükdə, 2009-2018-ci illərdə ölkə üzrə 51751,5 km yeni qaz xətti çəkilib, 9628,14 km qaz xətti əsaslı təmir olunub. 2019-cu ilin əvvəlindən bu günə qədər isə 1172,47 km yeni qaz xətti çəkilib, 408,0 km qaz xəttində isə əsaslı təmir işləri aparılıb.
Bəzən regionlarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi məqsədilə qəbul olunan Dövlət proqramlarından əlavə işlərin də görülməsinə zərurət yaranır. Belə ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsi, eləcə də yerli icra hakimiyyəti orqanlarının və sakinlərin müraciətləri nəzərə alınaraq bir sıra yaşayış massivlərinin qazlaşdırılması icra olunur. Bu günlərdə Mingəçevir şəhərinin “Vaqonlar evi” adlanan ərazisində 300 evin, həmçinin Lerik rayonunun Cəngənəvud kəndinin qazlaşdırılmasını buna misal göstərə bilərik. Prezident İlham Əliyev ölkəmizdə qazlaşdırmanın yüksək səviyyəyə çatdırılmasından məmnunluğunu bildirərək vurğulayıb: “Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır”.
Abonentlərin məmnunluğunun təmin edilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir
Həyata keçirilən qazlaşdırma layihələrinin məntiqi nəticəsi olaraq respublika üzrə “mavi yanacaq”dan istifadə edən abonentlərin sayı da getdikcə artır. Artıq Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı avqust ayının 1-i vəziyyətinə görə 2 milyon 238 min 584-ə çatıb. Bu rəqəmin 2 milyon 207 min 831-i əhali, 30 min 753-ü qeyri-əhali sektoruna aiddir. Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kubmetr limit ayrılıb. O cümlədən 2019-cu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İB-də əhali sektoru üzrə 54 min 341 yeni abonent qeydiyyata alınıb ki, bunun da 29 min 579-u Bakı, Abşeron və Sumqayıt, 24 min 762-si isə regionların payına düşür.
“Azəriqaz” İB-dən bildirilib ki, abonentlərin məmnunluğunun təmin edilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Qurumun “ASAN xidmət” və “ASAN kommunal” vasitəsilə göstərdiyi müxtəlif xidmətlər abonentlərdə yüksək məmnunluq yaradır. Cari ilin birinci yarısında “Azəriqaz” tərəfindən ölkə ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsi təmin edilib.
Cari ilin birinci yarısında Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və səyyar “ASAN xidmət”ə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 154 min 460 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib. İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.
“Azəriqaz” İB-nin məlumatında bildirilir ki, paytaxtda istismar müddəti başa çatmış mexaniki və köhnə nəsil smart-kart tipli sayğacların yeni smart-kart tipli sayğaclarla kütləvi əvəzlənməsi işlərinə start verilib. Gün ərzində abonentlərə yeni smart-kartların təqdim olunması ilə bağlı “ASAN kommunal” mərkəzlərində bəzən 500 müraciət qəbul olunur. Bu cür vəziyyətin maksimum səviyyəyə çatmasını nəzərə alaraq Birliyin Sabunçu, Xırdalan, Maştağa, Mərdəkan, eləcə də Babək prospektində yerləşən Bakı Regional Qazın Satışı Departamentində işçilər səfərbər olunublar. Qeyd edək ki, abonentlərə şənbə və bazar günləri də müvafiq xidmətlər göstərilir.
“Artıq 2 ay olar ki, “Azəriqaz” İstehsalat Birliyinin Gəncə, Ağsu və Salyan Regional Qaz İstismar İdarələri (RQİİ) üzrə də rayon və kəndlərdə qaz sayğaclarının kütləvi olaraq yeniləri ilə əvəz olunmasına başlanılıb. Beləliklə, istehlakçıların ünvanlarında uzun müddət istismarda olan və istismar müddəti başa çatmış Gəncə RQİİ üzrə 62 785, Ağsu RQİİ üzrə 52 413, Salyan RQİİ üzrə isə 51 443 ədəd məişət təyinatlı mexaniki və köhnə nəsil smart-kart tipli qaz sayğacları yeniləri ilə əvəzlənir.
Birliyin mühəndisləri vaxtaşırı rayonlara ezam olunurlar. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Prezident Administrasiyasının birgə təsdiq etdiyi illik cədvələ əsasən xüsusi formatda tərtib olunmuş qatar və avtobuslarda vətəndaşlara tələb olunan xidmətlərin “ASAN səyyar” xidməti vasitəsi ilə göstərilməsini təmin etmək məqsədi ilə mühəndislərimiz elə sentyabr ayının 2-dən etibarən 7 bölgədə fəaliyyətə başlayıblar. Onlar Qazax, Balakən, Beyləqan, Şəmkir, Cəlilabad, Ağcabədi və İsmayıllı rayonlarında 30 təqvim günü müddətində xidmət göstərəcəklər”, - deyə “Azəriqaz” İB-dən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir.
Çoxmənzilli binaların qazlaşdırılması intensiv şəkildə davam etdirilir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə reallaşdırılan və 4 milyondan çox vətəndaşı əhatə edən böyük sosial paket çərçivəsində 2019-cu il 19 fevral tarixində “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” müvafiq Fərman imzalayıb. Bəhs olunan Fərman mənzil idarəçiliyi baxımından problemlərin həllinə gətirib çıxaracaq, vətəndaşların mənzil və yaşayış şəraitinin yaxşılaşmasına, o cümlədən sosial rifahının daha da yüksəlməsinə müsbət təsir göstərəcək. Bu inqilabi qərarla Prezident İlham Əliyev 300-400 min insanı əhatə edən çoxmənzilli binalarla bağlı “çoxillik həllolunmaz problem”ə son qoyub. Hazırda aidiyyəti qurumlar tərəfindən Fərmanın icrası yüksək səviyyədə təmin olunur. Sənədə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərində yerləşən çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi rəylər əsasında 7 gün ərzində həmin binaların istismarına icazə verməlidir. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq icazələrin daha qısa müddətə - 3-5 gün ərzində verilməsi təmin edilir. Binaların istismarına icazə verildikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq göstəricilər Tikintilərin Dövlət Reyestrinə daxil edilir, habelə Əmlak Məsələləri Dövlət Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə, “Azərsu” ASC-yə, “Azərişıq” ASC-yə və Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yazılı məlumat göndərilir.
“Azəriqaz” İB-dən bildirilib ki, qurum tərəfindən də “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Fərmanından irəli gələn məsələlərin operativ həlli məqsədilə müəyyən tədbirlər görülüb. Belə ki, cari il avqustun əvvəlinədək 179 bina üzrə 11 786 mənzil qazla təmin olunub. Bu işlərin icrası çərçivəsində Birliyin əməkdaşları təbii qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətlərinin rəsmiləri ilə mütəmadi görüşlər keçirib və yaranmış problemlərin aradan qaldırılması üçün lazımi köməkliyin göstərilməsi istiqamətində onlara müvafiq təkliflər verilib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  7710  |  
  • Tarix:  10-09-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA