Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib

Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib

24.07.2019 [09:25]

BMT-nin Nyu-Yorkdakı qərargahında INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) İnkişaf Təşəbbüsü (IDI) və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin “Ali Audit Qurumları (AAQ) tərəfindən dəyişiklik etmək: Dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olunmasının auditi” mövzusunda birgə toplantısı keçirilib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ali audit qurumları rəhbərliyinin və maraqlı tərəflərin görüşü formatında keçirilmiş tədbirdə palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib.
Açılış mərasimində UNDESA-nın (BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamenti) Baş katibinin Siyasətin koordinasiyası və qurumlararası münasibətlər üzrə müavini Mariya-Françeska Spatolisano və IDI-nın idarə heyətinin üzvü, Kosta-Rikanın Baş auditoru Marta Akosta salamlama nitqi ilə çıxış edib, BMT tərəfindən müəyyən edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında dünya AAQ-larının əhəmiyyətli rolundan söz açıblar.
Görüşün əsas hissəsi bir sıra mövzuları əhatə etməklə 10 sessiya çərçivəsində aparılmış müzakirə panelləri formasında keçirilib: Dövlətlər 2030-cu il gündəliyini icra etməyə hazırdırmı? DİM-ə (dayanıqlı inkişaf məqsədləri) hazırlığın auditi ilə bağlı baxışlar və tövsiyələr; DİM-ə hazırlıq auditi ilə bağlı baxışlar və tövsiyələr: İnstitusional hazırlıq; DİM-ə hazırlıq auditi ilə bağlı baxışlar və tövsiyələr: Siyasət inteqrasiyası, büdcələr və tərəfdaşlıq; DİM-ə hazırlıq auditi ilə bağlı baxışlar və tövsiyələr: Məlumat və monitorinq; DİM-ə hazırlıq auditi ilə bağlı baxışlar və tövsiyələr: Heç kim kənarda qalmamışdır, gender bərabərliyi və maraqlı tərəflərin cəlb olunması; Auditlər nə fərqlilik yaradıb? Auditin təsiri: DİM auditləri ətrafında məlumatlandırma və əməkdaşlıq; DİM-ə nail olmanın auditi: AAQ-larla bağlı strateji yanaşmalar; DİM-ə nail olmanın auditi: DİM-lərin audit təcrübəsinə inteqrasiya edilməsi; DİM-ə nail olmanın auditi: Əməkdaşlıq imkanlarının axtarışı.
Birinci sessiyada çıxış edən IDI-nın direktor müavini xanım Arçana Şirsat IDI və INTOSAI-ın Biliyin Mübadiləsi Komitəsinin “DİM-lərin auditi” adlı birgə proqramı çərçivəsində hazırlanmış təhlil hesabatını təqdim edib və onun onlayn rejimdə yerləşdirilməsi mərasimini keçirib. “Dövlətlər 2030 gündəliyini icra etməyə hazırdırmı?” adlı hesabatın yekun versiyası https://www.idi.no/en/idi-cpd/auditing-sustainable-development-goals-programme/sdgs-audit-publication linkindən əldə oluna bilər. Cari sənədin hazırlanmasında 40-dan artıq AAQ-ın hesabatından istifadə edilib.
Digər sessiyalarda Argentina, ABŞ, Braziliya, Çili, Finlandiya, Rusiya, Slovakiya, Malta, Fici, İndoneziya, Hindistan, Filippin, Uqanda, Seneqal, Mavritaniya, Monqolustan AAQ-larının və INTOSAI, UNDESA, Dünya Bankı, GIZ, OLACEFS, CAAF və digər təşkilatların nümayəndələri panel müzakirələrdə fikir mübadiləsi aparıb.
Hesablama Palatasının nümayəndə heyəti qeyd edilən mövzular ətrafında iştirak etməklə yanaşı, müxtəlif layihələr üzrə əməkdaşlıq etdiyi AAQ-ların nümayəndə heyətləri (Polşa, Gürcüstan, Ukrayna və sair) ilə görüşlər keçirib.
Tədbirin sonunda BMT tərəfindən müəyyən edilmiş 2030-cu il gündəliyinə uyğun olaraq dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində qlobal AAQ cəmiyyətinə aid kənar dövlət auditi funksiyasının gücləndirilməsinin əhəmiyyəti vurğulanıb və müvafiq təşəbbüslərə dair çağırışlar səsləndirilib.

Paylaş:
Baxılıb: 693 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30