Ana səhifə »  İqtisadiyyat »  Ötən 13 ildə uğurla fəaliyyət göstərən BTC Ulu Öndər Heydər Əliyevin böyük səyləri sayəsində həyata vəsiqə qazanıb
A+   Yenilə  A-
Ötən 13 ildə uğurla fəaliyyət göstərən BTC Ulu Öndər Heydər Əliyevin böyük səyləri sayəsində həyata vəsiqə qazanıb

Prezident İlham Əliyev: Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir və bu gün bu kəmərlə, eyni zamanda, Xəzərin şərq hissəsindən də neft nəql edilir
Düz 13 il bundan əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın milli maraqlarını əsas götürərək böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılması yolunda daha bir mühüm addım atıldı - 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələrindən biri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bununla da obrazlı şəkildə “Üç dənizin əfsanəsi” adlandırılan layihə tamamlandı. Hazırda Azərbaycan BTC vasitəsilə Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verir. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindəki çıxışında bəhs olunan enerji dəhlizinin önəminə diqqət çəkərək vurğulayıb: “Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir və bu gün bu kəmərlə, eyni zamanda, Xəzərin şərq hissəsindən də neft nəql edilir”.
Azərbaycan enerji marşrutlarının şaxələndirilməsi istiqamətində ardıcıl siyasət aparır
Məlum olduğu kimi, Azərbaycanın yeni neft strategiyasında enerji resurslarının ixracı üçün diversifikasiya edilmiş nəql marşrutlarının yaradılması prioritet hədəflərdən biri kimi müəyyənləşdirilib. Hazırda qlobal miqyasda müşahidə edilən geosiyasi proseslər respublikamızın zamanında düzgün seçim etdiyini bir daha təsdiqləyir. Son illərin təcrübəsindən də göründüyü kimi, ayrı-ayrı dövlətlər bir sıra hallarda enerji amilindən siyasi təzyiq vasitəsi kimi istifadə edirlər. Azərbaycan belə yanaşmanın əleyhinədir. Respublikamız o mövqedən çıxış edir ki, enerji sektorunda əməkdaşlıqdan bütün tərəflər fayda götürməlidirlər. O cümlədən marşrutların şaxələndirilməsi bu gün Azərbaycanın müstəqil enerji siyasəti həyata keçirməsini və öz partnyorları ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmasını şərtləndirən çox mühüm amil qismində çıxış edir. Şaxələndirilmiş dəhlizlərin yaradılması həm təchizatçı, həm də istehlakçı ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyev cari il mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında söylədiyi nitqində şaxələndirilmiş nəql marşrutlarının yaradılmasının ölkələrin enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıdığına diqqət çəkərək bildirib: “Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət aparır”.
İndiyədək Azərbaycan güclü siyasi iradə nümayiş etdirərək bir neçə nəql marşrutunun yaradılmasına nail olub. Ötən əsrin 90-cı illərinin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə bəhs olunan Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. 2007-ci ildə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara buraxıldı.
Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Yeni, daha böyük həcmli marşrut kimi Cənub Qaz Dəhlizi seçildi. 2018-ci il 29 may tarixində Bakıda Cənub Qaz Dəhlizinin açılışı təsdiqlədi ki, Azərbaycan zamanında nə qədər müdrik addım atıb. Yeni dəhlizlə Azərbaycan qazının Avropaya nəqlinə 2020-ci ildən etibarən başlanılması nəzərdə tutulub.
Bakı-Tbilisi-Ceyhan həm təchizatçı, həm də istehlakçı ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır
1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Xəzərin Azərbaycan sektorundan hasil ediləcək enerji resurslarının hansı marşrutla dünya bazarına çıxarılması gündəlikdə duran əsas məsələlərdən biri idi. Müxtəlif təkliflər səsləndirilirdi. Ən optimal və səmərəli marşrutu isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev seçdi. Ulu Öndər bütün geosiyasi və geoiqtisadi məqamları nəzərə alaraq Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Ulu Öndərin əsaslandırmaları, vəziyyəti düzgün qiymətləndirməsi maraqlı tərəfləri bir araya gətirdi. 1998-ci il oktyabrın 29-da Ulu Öndər Heydər Əliyev Ankarada Türkiyə və Gürcüstanın prezidentləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşa edilməsi haqqında ilk Bəyannaməni imzaladı. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı Bəyannamə imzalandı. Ulu Öndər Heydər Əliyev 1999-cu il dekabrın 29-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi və istismara verilməsi tədbirləri haqqında” Sərəncam imzaladı və layihənin həyata keçirilməsi üzrə komissiya təşkil etdi. Beləliklə də, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı.
2002-ci il avqustun 1-də Londonda Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə kəmərin tikilməsi və gələcəkdə onu istismar etmək üçün “BTC Co.” şirkəti təsis olundu. BP şirkəti layihənin operatoru seçildi. Onun səhmdarları BP (30,1 faiz), SOCAR (25 faiz), “Chevron” (8,9 faiz), “Statoil” (8,71 faiz), “TPAO” (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ConocoPhillips” (2,5 faiz) və “Amerada Hess” (2,36 faiz) şirkətləri oldu. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etmək məqsədilə “AzBTC Co.” törəmə şirkətini təsis etdi və bu qurum layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış “BTC Company” şirkətində 25 faizlik iştirak payı əldə etdi.
Ulu Öndər Heydər Əliyev 2002-ci il iyulun 30-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında” Fərman imzaladı. Həmin il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təməli qoyuldu və tikintisinə start verildi. Prezident İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən təntənəli mərasimdə söylədiyi nitqində Ulu Öndərin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ərsəyə gəlməsində müstəsna rol oynadığını xatırladaraq bildirib: “Bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır. 1990-cı illərdə neft sənayesi ilə bağlı bir çox tarixi hadisələr baş verdi. Mən xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini qeyd etməliyəm. Ulu Öndər Heydər Əliyev Öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə biz bu kəməri istifadəyə verdik”.
Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə tikinti işləri 2005-ci ilin aprelində yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Prezident İlham Əliyev Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında Bakı-Tbilisi-Ceyhanı enerji təhlükəsizliyi dəhlizi kimi səciyyələndirib. “Bu gün artıq bu layihəsiz bölgənin və qitənin enerji təhlükəsizliyini təsəvvür etmək mümkün deyil. Bakı-Tbilisi-Ceyhan əslində bir yol açdı, bir enerji dəhlizi yaratdı”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, 1768 km-lik uzunluğa malik BTC-nin 443 km-i Azərbaycandan, 249 km-i Gürcüstandan və 1076 km-i Türkiyədən keçir. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG neftini və Şahdəniz kondensatını daşıyır. Bundan əlavə, dəhliz vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti də nəql olunur. 2018-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 417 milyon tondan artıq (3,12 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 4085 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin ilk 4 ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 12 milyon 950,1 min ton neft nəql olunub. Nəqletmənin 81 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə həyata keçirilib və yanvar-aprel aylarında bu kəmərlə 10 milyon 483,7 min ton neft nəql edilib. Dörd ayda BTC ilə 1 milyon 523,4 min ton tranzit nefti də ötürülüb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5640  |  
  • Tarix:  13-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib

22 Avqust 12:35
Pakistanlı astronavt Namirə Səlim: Kosmos diplomatiyası dünyaya sülh gətirəcək
22 Avqust 12:31
Ermənistanda əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər
22 Avqust 12:17
Bişkekdə Heydər Əliyev parkı və orta məktəb binasının tikintisi ilə bağlı məsələlər müzakirə edilib
22 Avqust 12:15
UEFA Avropa Liqasına pley-off mərhələsinə 21 qarşılaşma ilə start veriləcək
22 Avqust 12:10
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub
22 Avqust 11:47
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədilə aparılan işlərin təqdimatı olub
22 Avqust 11:23
Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb
22 Avqust 11:14
Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayır
22 Avqust 11:12
“Kənddən Şəhərə” yarmarkası davam edir
22 Avqust 10:59
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib
22 Avqust 10:32
“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə 100 nəfər yeniyetmə və gənc cəlb olunub
22 Avqust 10:24
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub
22 Avqust 09:42
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
22 Avqust 09:30
Şeyxülislam Allahşükür Paşazadə: xüsusi missiyası olan ali dini lider, böyük maarifçi vətənpərvər, nüfuzlu ictimai xadim
22 Avqust 09:24
Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrlə görüş
22 Avqust 09:22
BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” Beynəlxalq Avrasiya Konfransı keçiriləcək
22 Avqust 09:19
Əli Kərimli şəhid pilotumuzun dəfn mərasimini siyasi avantüra vasitəsinə çevirməyə çalışıb
22 Avqust 09:17
Nəsimi rayonunda “Mərhəmət və Xeyriyyəçilik həftəsi” keçirilir
22 Avqust 09:10
2019-cu ildə regionlarda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib
21 Avqust 19:46
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib
21 Avqust 12:13
Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
21 Avqust 11:50
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
21 Avqust 11:32
Sentyabrdan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq
21 Avqust 11:16
Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 ötür
21 Avqust 11:05
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
21 Avqust 11:04
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
21 Avqust 11:01
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24