Ana səhifə »  İqtisadiyyat »  Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyuluşunda yüksək artım dinamikası müşahidə edilir
A+   Yenilə  A-
Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyuluşunda yüksək artım dinamikası müşahidə edilir

Prezident İlham Əliyev: İqtisadiyyatın şaxələndirilməsi bizim üçün prioritetdir və son illərdə bu istiqamətdə addımlar atılıb
Hər bir ölkənin inkişafı, qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün ilk növbədə güclü iqtisadiyyat qurulmalıdır. Azərbaycan da Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq məhz milli iqtisadiyyatın dayanıqlılıq və rəqabət qabiliyyətinin artırılması üçün fundamental əsaslar yaradılması məqsədi ilə ciddi tədbirlər həyata keçirir. Respublikamızda güclü iqtisadiyyat quruculuğu üçün lazım olan bütün şərtlər təmin edilib. Son illərdə ölkəmizdə bir sıra Dövlət proqramları qəbul edilib, həmçinin respublikamızın həyatı dərinməzmunlu islahatlarla səciyyələnir. Ardıcıllıqla aparılan islahatlar, uğurla reallaşdırılan Dövlət proqramları və strateji yol xəritələri öz növbəsində milli iqtisadiyyatımızın inkişafına güclü impuls verib, ayrı-ayrı sektorlar üzrə istehsal imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Təsadüfi deyil ki, artıq respublikamızda bir sıra sənaye və kənd təsərrüfatı məhsullarına olan daxili tələbat sırf yerli istehsal hesabına ödənilir, eyni zamanda, Azərbaycanın ixrac imkanları getdikcə genişlənir.
Aparılan uğurlu şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının inkişafına yeni impuls verib
Tarixən Azərbaycan iqtisadiyyatı neft amili ilə sıx bağlı olub. Bu da onunla əlaqədardır ki, respublikamız karbohidrogen ehtiyatları ilə zəngin olan bir diyardır. Ta qədim zamanlardan respublikamızın ərazisində, ələlxüsus da Abşeron yarımadasında neft-qaz hasil edilməsi öz növbəsində əlaqəli sahələrin, hasilat və emal sənayesinin inkişafına güclü təsir göstərib. Ancaq dünya təcrübəsindən də bəlli olduğu kimi, enerji ehtiyatlarının zənginliyi, iqtisadiyyatın birtərəfli qaydada neft amilinə bağlanılması heç də ölkələrin və xalqların xoşbəxtliyi anlamına gəlmir. Təsadüfi deyil ki, qlobal miqyasda müşahidə edilən son iqtisadi böhranlar zamanı daha çox iqtisadiyyatı neft amili ilə bağlı olan ölkələr əziyyət çəkdilər və ciddi fəsadlarla üzləşdilər.
Müstəqil Azərbaycanın xoşbəxtliyi isə ondadır ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasında qarşıya enerji sektorunun inkişafı ilə yanaşı, neftdənkənar iqtisadiyyatın potensialının artırılması, milli iqtisadiyyatda güclü şaxələndirməyə nail olunması ilə bağlı hədəflər qoyulub. Son 16 ildə ölkəmizdə bu strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilib və Onun siyasi iradəsi əsasında milli iqtisadiyyatımızda ağırlıq mərkəzinin tədricən neftdənkənar sahələrə keçirilməsinə hesablanan məqsədyönlü tədbirlər görülüb. Prezident İlham Əliyev 2019-cu il 31 may tarixində Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Polşa biznes forumunda söylədiyi nitqində qeyri-neft sektorunun inkişafının ölkəmiz üçün prioritet olduğunu növbəti dəfə nəzərə çatdıraraq vurğulayıb: “Azərbaycan ənənəvi olaraq enerji sektorunun inkişafına böyük diqqət göstərir. Ancaq bizim əsas məqsədimiz qeyri-enerji sektorunun inkişafıdır. Bir sözlə, iqtisadiyyatın şaxələndirilməsi bizim üçün prioritetdir və son illərdə bu istiqamətdə addımlar atılıb”.
Məlumdur ki, son illərdə ayrı-ayrı ölkələr və milli iqtisadiyyatlar mütəmadi olaraq qlobal mənfi şokların təsirini öz üzərlərində hiss ediblər. Belə təzyiqlər, əlbəttə ki, inkişaf meyillərini səngidir. Azərbaycan isə qlobal iqtisadi şokların təsirinə daha az məruz qalan ölkədir. Bu da ilk növbədə o amillə şərtlənir ki, son 16 ildə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb. Belə ki, ötən 16 ildə ölkənin neft-qaz satışından əldə etdiyi gəlirlər məqsədyönlü şəkildə neftdənkənar iqtisadiyyatın inkişafına yönəldilib. Eyni zamanda, qeyri-neft sektorunda istehsal imkanlarının genişləndirilməsinə möhkəm hüquqi baza yaradılıb, genişmiqyaslı təşviq tədbirləri görülüb.
Ölkəmizdə qeyri-neft iqtisadiyyatının üstün inkişafını hədəfləyən siyasət öz müsbət nəticəsini verir. Həyata keçirilən bu və ya digər tədbirlərin nəticəsində neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Başqa sözlə desək, aparılan uğurlu şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının inkişafına yeni impuls verib. Son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb.
O da xarakterik haldır ki, respublikamızda qeyri-neft sektorunun imkanlarının artırılmasına hədəflənən islahatlar davamlı səciyyə daşıyır. Bu proses ölkəmizdə 2019-cu ilin əvvəlindən daha aktiv fazaya daxil olub. Milli iqtisadiyyatımız qlobal böhranın mənfi təsirlərini dəf edərək inkişafa istiqamətlənib. Hazırda respublikamızda iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. 2019-cu ilin əvvəlindən bəri əldə olunan göstəricilər deyilənləri bir daha təsdiqləyir. Respublikamızda son dövrlərin ən yaxşı iqtisadi inkişaf göstəriciləri məhz cari ilin arxada qalan aylarında əldə olunub. Belə ki, 2019-cu ilin birinci rübündə ölkəmizdə 3 faiz iqtisadi artıma nail olunub. İqtisadi inkişafın, aparılan islahatların məntiqi nəticəsi olaraq respublikamızın gəlirləri də artır. 2019-cu ilin əvvəlindən bəri ölkənin büdcəsinə yüz milyonlarla manat həcmində əlavə vəsait daxil olub.
Milli iqtisadiyyatımız daxili və xarici sərmayələr üçün yüksək cəlbediciliyini qoruyub saxlayır
Sirr deyil ki, hazırda dünyada müşahidə edilən gərginliklər fonunda ayrı-ayrı ölkələrin üzləşdikləri problemlərdən biri də iqtisadiyyata yönəldilən investisiyaların getdikcə azalması ilə bağlıdır. Belə vəziyyətdə Azərbaycanın mənzərəsi nikbinlik üçün ciddi əsaslar yaradır. Milli iqtisadiyyatımız daxili və xarici sərmayələr üçün yüksək cəlbediciliyini qoruyub saxlamaqdadır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 16 ildə respublikamıza müxtəlif mənbələrdən təxminən 260 milyard dollar həcmində investisiyalar yönəldilib. 2019-cu ilin arxada qalan ayları ərzində də respublikamıza sərmayə qoyuluşunda yüksək artım dinamikası müşahidə edilib. Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bunu görülən işlərin nəticəsi kimi səciyyələndirən Prezident İlham Əliyev “Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Biz burada da müsbət dinamikanı görürük. Çünki bizim əsas məqsədimiz, əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır. Sərmayənin cəlb edilməsi, əlbəttə ki, hər bir ölkə üçün çox önəmli məsələdir, o cümlədən bizim üçün. Əgər əvvəlki illərdə daha çox neft-qaz sektoruna sərmayə qoyuluşu təmin edilirdisə, hazırda biz bunu qeyri-neft sektorunda görürük və bu da aparılan işlərin nəticəsidir”, - deyə vurğulayıb.
Ayrı-ayrı ölkələrin sərmayə cəlbediciliyi baxımından ciddi problemlərlə üzləşdiyi bir vaxtda respublikamıza bəhs olunan həcmdə sərmayələr yönəldilməsi ilk növbədə Azərbaycanın müsbət reallıqları ilə bağlıdır. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir.
Deyilənlərlə yanaşı, onu da qeyd edək ki, yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Ölkəmizdə iqtisadi sektoru əhatə edən islahatlar çərçivəsində investisiyaların səmərəli təşviq mexanizmi işə salınıb.
Son illərdə respublikamıza yönəldilən investisiyaların təxminən yarısını daxili mənbələr təşkil edir. Eyni zamanda, qlobal miqyasda Azərbaycana inamın ifadəsi olaraq son illərdə ölkəmizə xarici sərmayə qoyuluşu əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində bundan məmnunluğunu ifadə edib. Ölkə Prezidenti bildirib ki, investisiyaların cəlb edilməsi hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtlərdən biridir. “Azərbaycan bu gün xarici sərmayələrin qoyuluşu üçün öz imkanlarını təqdim edir və bu, hər bir ölkə üçün çox önəmli məsələdir. Şadam ki, qeyri-neft sektoruna investorlar tərəfindən böyük maraq var”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycanın Pirallahı Sənaye Parkında İranın “TPİCO Holdinq” Şirkətlər Qrupunun iştirakı ilə “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyulub. Müəssisə 5 hektar ərazidə inşa olunur. Əczaçılıq zavodunun yaradılmasına ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyulacaq.
Son illərdə qonşu Rusiyadan Azərbaycana yönəldilən investisiyaların həcmi getdikcə artır. Hazırda Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var ki, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir.
Azərbaycana yönəldilən investisiyaların böyük bir qismi Avropa İttifaqı ölkələrinin payına düşür. Almaniya, Fransa, İtaliya və digər ölkələri təmsil edən şirkətlər Azərbaycana böyük məmnuniyyətlə iri həcmlərdə sərmayələr yönəldirlər. Qeyd edək ki, respublikamız Aİ məkanında olan 9 dövlətlə strateji tərəfdaşlıq müqavilələri imzalayıb.
Öz növbəsində getdikcə iqtisadi və maliyyə imkanları genişlənən Azərbaycan da xarici ölkələrə investisiya qoyuluşunun həcmini ildən-ilə artırır. Respublikamızın yönəltdiyi sərmayələr hesabına Gürcüstanda, Rusiyada, Türkiyədə və digər ölkələrdə yaradılan istehsal müəssisələri və xidmət obyektləri uğurla fəaliyyət göstərir.
Davamlı dövlət dəstəyi hesabına formalaşan güclü sahibkarlar ordusu ölkədə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır
Son illərdə Azərbaycanda müşahidə edilən müsbət reallıqlardan biri də ondan ibarətdir ki, ölkədə iqtisadi fəallığın təmin olunmasında özəl bölmənin rolu getdikcə artır. Davamlı dövlət dəstəyi hesabına formalaşan güclü sahibkarlar ordusu respublikada qeyri-neft sektorunun inkişafına getdikcə daha sanballı töhfələr verir. Bu da ilk növbədə o amillə şərtlənir ki, respublikamızda sahibkarlara göstərilən dəstək tədbirlərinin miqyası getdikcə genişlənir.
Yeni iqtisadi şəraitdə həyata keçirilən islahatlar çərçivəsində özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahibkarlar üçün yeni imkanlar açıb. Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb. Bütövlükdə, son 16 ildə ölkə üzrə investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun verdiyi məlumata əsasən, 2019-cu ilin ötən dövründə 463 sahibkarın ümumi dəyəri 175,7 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 milyon manat güzəştli kredit verilib. Prezident İlham Əliyev ölkəmizdə sahibkarlara göstərilən dövlət dəstəyinin getdikcə artdığını diqqətə çatdıraraq vurğulayıb: “Son vaxtlar Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb. Mən sahibkarları daim dəstəkləyirəm, sahibkarlarla çoxsaylı görüşlərdə onlara öz dəstəyimi ifadə edirəm, dövlət onları dəstəkləyir, həm güzəştli kreditlərlə, həm tövsiyələrlə və yaradılmış şəraitlə. Əgər infrastruktur layihələri olmasa idi, sahibkar investisiya qoya bilməzdi. Əgər işıq, qaz, yol yoxdursa, hansı sahibkar harasa vəsait qoya bilər. Biz bunu yaratdıq, üstəlik kreditlər də verdik. Bu günə qədər sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Təkcə bu il 170 milyon manat həcmində kredit veriləcək, əvvəllər verilmiş və qaytarılan kreditlər hesabına. Ona görə sahibkarlar bundan sonra da fəal olmalıdırlar və yeni müəssisələr, iş yerləri yaradılmalıdır”.
Respublikamızda sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söhbət açarkən İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin respublikanın bölgələrində reallaşdırdığı “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) proqramının önəmini də vurğulamaq lazımdır. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir. “KOB Dostu” həmişə sahibkarların yanında olacaq və onlara lazımi köməklik göstərəcək. Hazırda Lənkəran, Quba-Xaçmaz, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarında yaradılan “KOB Dostu” şəbəkəsi uğurla fəaliyyət göstərir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3960  |  
  • Tarix:  12-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA